Azəri
Monday 30th of December 2024
0
نفر 0

Dünya, Qiyamət günü üçün müsabiqədir

Dünya, Qiyamət günü üçün müsabiqədir

mam Əli (ə) “Nəhcul-bəlağə”də dünyanın vəfasızlığından və təhlükələrindən çox söz açmışdır. Əlbəttə bu kəlamlardakı məqsəd dünya və yaradılış aləmi deyildir, dünya sevgisi və ona bağlanmaqdır.
Gecə və gündüzlər ömür sərmayəmizi bizdən alır. Əmirəl-möminin (ə) dünyanı müsabiqə meydanına bənzətmişdir. O idmançılar ki, olimpiadada iştirak edirlər, ondan əvvəl çoxlu çalışırlar. Dünya da Qiyamət üçün bir müsabiqədir. Əgər kimsə bu müsabiqədə qalib gələ bilsə, mükafatı behişt olar. İnsan öləndən sonra artıq bu dünyaya qayıda bilmir. Ona görə də hələ ki, fürsət var, dünya sevgisindən xilas olmağa çalışaq. İmam Səccad (ə) insan haqqında buyurur: “İnsan miskindir, çünki daima ömrü azalır. Ölümə daha yaxın olur və onu aradan qaldırmaq qüdrətinə də malik deyildir”.
İmam Əli (ə) kəlamlarının birində oxuyuruq ki, buyurur: “Dünya üçün elə çalış ki, sanki həmişə dünyadasan”. Əgər hədislərimizdə dünya məzəmmət olunursa, məqsəd həmin dünyadır ki, axirəti insana unutdurur. Dünyaya bağlanmaq və dünya sevgisi – bəyənilməyən sevgilərdən sayılır.
Fani olmayan tək varlıq – ancaq Allahdır. Şəhidin Allah yanında məqamı ona görə yüksəkdir ki, hər şeyini Allah yolunda qurban verir. Allahla ticarət edir və Allah onların alıcısıdır. Dünya – bazardır. Xoş olsun o kəslərin halına ki, bu bazarda Allahla ticarət edərlər.
Etdiyimiz günahların çoxu dünya sevgisinə və ona bağlanmağımıza görədir. İmam Hüseyn (ə) Yezid (lən) ordusuna buyurur: “Dünya sizi aldatmışdır. Ona görə də Allahın Vəlisinin əleyhinə dayanmısınız”.
İnsan dünyada ox atılan hədəfə bənzəyir və ölüm öz oxlarını xəstəlik şəklində daima bu hədəfə atır. Dünyada elə bir insan yoxdur ki, indiyə qədər xəstələnməsin və ya dərdi olmasın. Bəzən bu oxlar insanın boğazını elə sıxır ki, nəfəs ala bilmir.
Hələ ki, bu oxlar əsil hədəfə dəyməyibdir, yəni ölüm karvanı hələ ki, bizi çağırmır – o dünya sevgisindən uzaqlaşaq və yaradılışımızın əsil məqsədi haqqında düşünək. Bizi Qiyamət müsabiqəsində qalib edə bilən əməllərə diqqət edək.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xanım Fatimeyi-Zəhra (s) -1
Bu gün Həzrəti Məsumənin (ə) Qum şəhərinə daxil olmasının 1178 ili qeyd ...
İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)bəzilərinin ...
Qədim Mərv şəhərində İmam Rza (ə)-ın sakin qaldığı evin dağılmış ...
Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf ...
İmam Səccad ələyhis-salam
Rəsuləllahın(s) ayı
Bu gün Peyğəmbər sülaləsinin varisi, Əli Əkbərin (ə) viladət günüdür
İMAM HÜSEYNİN (Ə) İRAQA DOĞRU HƏRƏKƏTİ
MÜBAHİLƏ AYƏSİ

 
user comment