Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Elm və bilik

Elm və bilik

Quranın buyurduğuna əsasən, bilən nadanla bərabər deyildirlər: «Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni olar bilərmi?!».
Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir gün məni Haqqa yetirən elmim artmazsa, o günüm bərəkətsizdir».
Digər bir hədisdə buyurur: «Hikmətdən - azacıq da olsa - mənimsəməyən qəlb dağılmış ev kimidir. Öyrənin, öyrədin, düşünün, dünyadan cahil olaraq getməyin. Həqiqətən, Allah qiyamət günü cahilin üzrünü qəbul etməyəcək».
Əli (ə) «Ğürərül-hikəm» kitabında elm və biliyi belə vəsf edir: «Elm qələbə gətirir. Elm bəlalar qarşısında bir səddir, ən böyük ehtiyacsızlıqdır. Bilik əqlin nuru, gözəl vaiz, ən yaxşı hidayət, aşkar gözəllik, ən yaxşı dost, ən şərafətli nəsəb, möminin itkisi, helm bələdçisi, ən faydalı xəzinə və ən şərafətli həqiqətdir».
Rəsulullah (s) bir cümlə ilə dünya və axirətdə elmin məhsulu olacaq bütün həqiqətləri aydınlaşdırmışdır: «Elm və bilik bütün yaxşılıqların başıdır (əvvəlidir)».
Əli (ə) var-dövlətlə elmin yeddi köklü fərqi olduğunu buyurmuşdur: «Elm peyğəmbərlərin, var-dövlət isə fironların mirasıdır. Elm xərcləndikcə azalmır, var-dövlət isə xərcləndikcə azalır. Var-dövlətin keşikçiyə ehtiyacı var, elm isə özü insanın keşiyini çəkir. Elm insanla birgə axirətə köçür, var-dövlət isə dünyada qalır. Var-dövlət qazanmaq hamı üçün mümkün olan bir şeydir, elm və onun nuraniyyəti isə möminlərə məxsusdur. Hamı din məsələlərində elm sahibinə möhtacdır, var-dövlətə isə bu sahədə heç bir ehtiyac yoxdur. Bilik qiyamət günü «sirat»dan keçməyi asanlaşdırır, var-dövlət isə bunun qarşısını alır».
Boş gəmi dənizin ortasında tufana düşərək məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Dolu, ağır gəmi isə əmniyyətlə məqsədə doğru hərəkət edir. Boş gəmi cahil, dolu gəmi isə savadlı, geniş məlumatlı insanın misalıdır.
Tövhid nuru işıqlanan qəlb, qiyamət gününə yəqini olan bir qəlbdir. O, bu günün necə bir gün olduğunu bilir: «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir».
Belə bir insan özünün dünyada qonaq olduğunu bilir, axirətin əbədi olduğuna inanır. Allahın bütün nemətlərinin əmanət olduğuna, özünün hər bir nemət qarşısında məsuliyyət daşıdığına əmindir. Bir sözlə, onun bütün inancları elmdən doğur. Belə bir insan daim təskinlik içində həyat sürür. İslam bütün ailə üzvlərinin belə olmasını istəyir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment