Nigeriya İslam Hərakatının Lideri daha sonra telefon danışığında Nigeriya rejiminin onun Azadlığı müqabilində qarşısına qoyduğu şərtləri rədd edərək deyib: "Təhlükəsizlik xidmət orqanlarının zabitləri ilə müzakirə aparmağın heç bir faydası yoxdur."
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəki cənabları buyurublar: "Səudiyyə Ərəbistanı İngiltərə və ABŞ-ın bir-başa verdiləri göstərişinə əsasən Nigeriya Ordusuna maddi yardım göstərərək 2015-ci ildə Zariya Faciəsini, Şiə Soyqırımını həyata keçirtdilər."
O, bu açıqlamanı oğlu ilə telefon danışıqlarında söyləyib.
Nigeriya İslam Hərakatının Lideri daha sonra Nigeriya rejiminin onun Azadlığı müqabilində qarşısına qoyduğu şərtləri rədd edərək deyib: "Təhlükəsizlik xidmət orqanlarının zabitləri ilə müzakirə aparmağın heç bir faydası yoxdur."
"Axı necə onlarla müzakirə aparaq, bir haldaki bizim heç bir söz və təkliflərimiz onlar üçün əhəmiyyətli deyildir"- deyə Şeyx Zəkzəki cənabları deyiblər.
Şeyx Zəkzəki son sözünü belə vurğulayıb: "40 il bundan öncə təbliğ metotum necə idisə elə indi də həmin metotdur."
Qeyd edək ki, Şeyx Zəkzəki təhlükəsizlik qüvvələri zabitlərinin ona hansı şərtlər təklif etdiklərinə işarə etməyib.