Almaniya pivə şirkəti, mübarək Ramazan ayına saylı günlər qala pivə şüşələrinin Ureich marka pivə şüşələrinin qapaqlarına "La İlahə İllallah, Məhəmmədun Rəsulullah" yazaraq bazara ötürüb.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniya pivə şirkəti "Privatbrauerei Eichbaum GmbH & Co. KG." Müsəlmanları təhqir edərək, müqəddəs Ramazan ayına az qalmış günlərində böyük bir skandala imza atdı.
Belə ki, Almaniya pivə şirkəti, mübarək Ramazan ayına saylı günlər qala pivə şüşələrinin Ureich marka pivə şüşələrinin qapaqlarına "La İlahə İllallah, Məhəmmədun Rəsulullah" yazaraq bazara ötürüb.
Pivə şirkəti Avropadakı müsəlmanlar tərəfindən şiddətlə tənqid atəşinə məruz qalıb və şirkətdən bazardan öz şüşələrini çıxarmasını və üzr istəməsi tələb edilib.
"Eichbaum" şirkəti isə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün konsept pivə istehsal edildiyini və buna görə də qapaqlara ölkə bayraqlarının fotolarının vurulduğunu deyib.
Sözügedən pivə şüşələrinin də qapağına Səudiyyə Ərəbistanının bayrağı vurulub. Ancaq bu zaman bayrağın üzərindəki sözlər diqqətə alınmayıb.