Azəri
Wednesday 1st of May 2024
0
نفر 0

Fizuli şerində Peyğəmbər-Quran bağlılığı

Fizuli şerində Peyğəmbər-Quran bağlılığı

 Fizuli şerində Peyğəmbər-Quran bağlılığı

Allahın adı ilə

Klassik Şərq şerində Quranın yasin və Taha surələrini islam Peyğəmbəri (s) ilə qırılmaz bağlılıqda işlətmək ən-ənəyə çevrilmişdir. Şairlərin hamısı bu ən-ənəyə sadiq qalmışdır. Ancaq onların çox azı bu sahədə özünəməxsus söz deyə bilmişdir.

İslam Peyğəmbərinin (s) ən böyük üstünlüyü səmavi və müqəddəs kitabların sonuncusu olan Quranı-Kərimin məhz ona nail edilməsidir. Fizuli Məhəmməd (s) sevgisi ilə alışıb yanan, ürəyi iman nuru ilə dolub-daşan bir sənətkar kimi, Peyğəmbəri (s) bu baxımdan da sonsuz şövq və kamil zövqlə tərənnüm etmişdir:

Qoran sefat-e cah-o-cəlal-e Məhbəmməd əst,

Əhkam-e şər şərh-e kəmal-e Məhəmməd əst.

(Quran büsbütün Məhəmmədin əzəmətinin səciyyələrindən, şəriət hökmləri də onun kamilliyinin açımından ibarətdir.).

Bir gün Aişədən Peyğəmbərin (s) əxlaqı haqqında soruşurlar. O, suala sualla cavab verərək deyir ki, məgər siz Quranı oxumursunuz? Quran bütünlüklə Peyğəmbərin (s) əxlaqıdır.

Başlanğıcını islami etiqad və ibadətdən götürüb saleh və baqi əməl üçün ən möhkəm zəmin təşkil edən əxlaq bu hədisdə səciyyəvi bir misal kini Peyğəmbərin (s) yüzlərlə üstünlüklərindən biri yerindədir. Beyt də bu səpgidədir. Belə ki, beytin birinci misrası məna və məzmunca çox geniş olub, Peyğəmbərin (s) "xuluqin əzim"-"böyük əxlaq" (Qələm surəsi, 4-cü ayə) məziyyətindən "Məqamən Məhmuda"-"gözəl məqam" (isra surəsu, 79-cu ayə) dərəcəsinədək bütün əlçatmaz keyfiyyətlərini əhatə edir. Şəriət ilk növbədə Qurandan qaynaqlandığına görə ikinci misra da bu mənaya uyğundur. Mçünki orada şəriət hökmlərinin mənşəyi kimi nişan verilən Məhəmməd (s) kamalı məfhumunun özü də məhz Qurandan nəşət edir.

İyirmi iki il iki ay kimi böyük bir müddətdə ən müxtəlif ictimai tarixi hadisələrin qaynar axarında ayə-ayə nazil oçmuş Quran istər ləfzi, istərsə də mənası etibarı ilə islam Peyğəmbərinin (s) Qiyamətədək hərfi belə dəyişmədən qalacaq ən böyük möcüzədir. Türkcə divanın ikinci nətinin dördüncü beytində Füzuli də məsələni şerə elə bu baxımdan gətirmişdir:

Baqiyi-möcüz nə hacət əmri-həq isbatinə,

Aləm içrə möcüzi-baqi yetər Quran sənə.

(Tanrı işinin isbatı olaraq sənə kifayətdir, başqa möcüzələrə nə ehtiyac var? Quran əməldə əbədi möcüzə olaraq sənə kifayətdir).

Beyti lazımınca qavramaqdan ötrü "əmrfi-həq" ifadəsinin nəyi bildirməsini aydınlaşdırmalıyıq. Lüğəvi anlamı "Allah buyuruğu", "Allah işi" olan bi ifadə nətin ideyasına və fikri axarına görə burada islam dini, Məhəmmədin(s) Peyğəmbərliyi kimi başa dü.ülür. Bu baxımdan divanın bir sıra əlyazmalarında ifadənin "dini-həq" kimi getməsi də gözdən qaçmamalıdır.

Beytin özülü Quranın Məhəmmədin (s) əbədi möcüzəsi kimi dəyərləndirilməsidir. Füzuli burada Quranın Məhəmmədin (s) möcüzəlkərinin ölçüyəgəlməz üstünlüyünü onun Peyğəmbərliyinin ən tutarlı dəlili kimi mənalandırır. Bu fikrin nəzəri qoyuluşu ilə füzulinin elmi-fəlsəfi əsəri olan "Mətləul-etiqad"da qarşılaşırıq: ",Bütün peyğəmbərlərin Peyğəmbərliyinin sübutu müəyyən möcüzələrdən ibarət olmuşdur. Lakin o Peyğəmbərlərdən sonra həmin heç bir əsər qalmamışdır. Halbuki bizim Peyğəmbərin (s) möcüzələrindən birisi olan Quran Peyğəmbərdən (s) sonra olduğu kimi qalmış və gününə qədər onun peyğəmbərliyinin sübutu olaraq qalacaqdır".

Peyğəmbər-Quran bağlılığı baxımından irfan sahiblərini düşündürən cəhətlərdən biri də Peyğəmbərin (s) merac etməklə xalis ruhani və mənəvi varlıqlar olan səma əhlini, o sıradan Quranı belə, ən istəkli məhbub kimi sevindirməsi onların dərin rəğbətini qazanmasıdır.

Ey olub merac bürhanı-ülüvvi-şan sana,

Yerə enmiş göydən istiqbal edib Furqan sana.

(Ey merac məqamının yüksəkliyinə dəlil olan, Furqan (ərəbcə "ayıran" demək olub, Quranın adlarından biridir) səni qarşılayıb göydən yerə enmişdir).

Burada Quranın şerə gətirilməsi şairin başlıca yaradıcılıq istəyinə-Peyğəmbərin (s) ucalığının bədii ifadəsinə qulluq edir. Füzulinin fikrincə, məmduh elə şərəflidir ki, o, yer oğlu ola-ola səmavi kitabımız olan Quran (islama görə, Quran Tanrı yanında saxlanılan lövhi-məfhuzun bir bölümüdür) onu qarşılamaq üçün o uca yerindən endirmişdir. Ancaq Füzuli bunu deyərkən, Quranı azacıq da kiçiltmiş olmur. Məmduhun dəyərini bu yolla qaldırmaq Füzuli baxışına yabançıdır. Şair burada Məhdi gücələndirməkdən ötrü Quranın "Tənzil" (endirmək) adını mənalandırmışdır. Bu söz Quranda tez-tez işlənir (yasin surəsi, 5-ci ayə, Fussilət surəsi,2-ci ayə, Qədir surəsi, 1-ci ayə və s.).

Füzulinin ustalığı ondadır ki, o, Quranın gəlməsini dini –dünyəvi qovuşuqluqda-bir yandan islamdakı nazilolma mənasında, bir yandan da gözlə görünən hərəkət-canlı varlığın enişi kimi şerə gətirmiş, gözəl bir bədii lövhə yaratmışdır. Belə ki, beytdə Quranın (səmavi varlığın) enməsi ilə yanaşı, Peyğəmbərin (s) (yer oğlunun ) merac etməsi vardır. Bu lövhədəki incə təzadın (qalxma və enmənin) daşıyıcıları "merac" sözü ilə "göydən yerə enmiş" ifadəsidir. Quranın insantək kimisə qarşılaya biləcəyi düşüncəsi onun buradakı şəxsləndirilməsini bir az inandırıcı etmişdir.

Peyğəmbər-Quran bağlılığını təşkil edən qırılmaz tellərdən biri də dil amilidir. Qurandan bəlli olur ki, tarix boyu Peyğəmbərsiz ümmət olmamışdır (Fatir surəsi, 24-cü ayə) və Allah hər bir peyğəmbəri təbliğ asan olsun deyə öz qövmünün danışdığı dildə göndərmişdir (İbrahim surəsi, 4-cü ayə). Odur ki, Quranın ərəb dilində nazil edilməsinə dair ayələrin istər sayca çoxluğunu (Yusif surəsi, 2-ci ayə, Nəhl surəsi, 103-cü ayə, Şura surəsi,7-ci ayə, Züxruf surəsi3-cü ayə), istərsə də daşıdığı məqsədi bu sağlam mövqedən dəyərləndirmək gərəkdir. Ali islami dəyərləri ömrünün başlıca qayəsinə çevirməklə nümunəvi müsəlman həyat tərzi keçirdiyinə görədir ki, Fizuli bütün bu cəhətləri "Şərafətlə nəzər eylə ki, Tanrı ərəb nəslindən olana kəlamı ərəb dilində göndərib" beytinə ustadanə yığcamlıqla sığışdıra bilmişdir.

Klassik Şərq şerində Quranın yasin və Taha surələrini islam Peyğəmbəri (s) ilə qırılmaz bağlılıqda işlətmək ənənəyə çevrilmişdir. Şairlərin hamısı bu ənənəyə sadiq qalmışdır. Ancaq onların çox azı bu sahədə özünəməxsus soz deyə bilmişdir. Aşağıdakı beytləri gözdən keçirsək, Füzulinin Məhəmməd (s) sevgisi üzərində qurulan bu sənət yarışının qaliblərindən biri olduğu qənaətinə gələrik. Elə buradan başlayaq ki, daha çox nətlərə xasolan və ona görə işlədilməsi çətinlik törətməyən bu motivə şair münacat ("bir kimsənin qulağına nəsə pıçıldamaq, Allaha yalvarıb-yaxarmaq, dua edərək ondan bir şey istəmək" anlamlarına uyğun gələn "münacat" sözü ədəbi anlayış kimi Tanrıya üz tutaraq yazılan, dua və yalvarış üzərində qurulan şerləri bildirir) şer növündə belə müraciət etmişdir:

Səndən bulubdur Əhmədi-Mürsəl məqami-qürb,

Təhsini ya-vü-sin ilə təşrifi ta-vü-ha.

(peyğəmbəri yaxınlıq rütbəsinə çatdıran sənsən, Yasin onun öyülməsi, Taha şərəfləndirilməsidir).

Beytdə Peyğəmbərin (s) Allah dərgahındakı müstəsnalığının başlıca göstəricisi "məqami Qürb" (yaxınlıq məqamı) ifadəsidir. Çeşidli yönlərdən (sonuncu Peyğəmbər olma, merac, şəfaət və s.) yozula biləcək bu ifadənin islami tutumunu üzə çıxarmaqdan ötrü öncə beytin məzmunu içində onun açıqlayıcısı kimi görünən ikinci misranı gözdən keçirtmək gərəkdir.

İkinci misra orta yüzilliklər ədəbiyyatında tez-tez rast gəlinən Quranın Yasin və Taha surələrinin Peyğəmbərə (s) aid olması fikri üzərində qurulmuşdur. Quranın Məhəmmədin ən böyük peyğəmbərlik möcüzəsi sayılması, Yasin və Taha surələrinin ilk aylərindəki hərflərin (hüruful-müqəttəənin) peyğəmbərlə (s) Allah arasında rəmz, sirr kimi açıqlanması, Yasin və Taha sözlərinin Peyğəmbərin (s) adlarından olması və başqa islamı yozumlar bu inamın müsəlman aləmində geniş yayılmasına yol asçmışdır. Bununla yanaşı, yasin və Taha surələrindəki bir sdıra ayələr də Peytğəmbəri (s) səciyyələndirdiyinə və onun bu surələrlə xüsusi bağlılığını islamı baxımdam daha da asanlandırdığına görə beytin məzmununda özünə yer tapır.

Yasində Peyğəmbərlə (s) birbaşa bağlı olan iki ayə vardır. Məzmunca öyünc olan bu ayələr ikinci misranın da ("Təhsin" (ğyülmə, alqışlanma) səciyyələndirilməsinin də) fikri bədii qaynaqlarından biri kimi özünü doğruldur. Belə ki, surənin 3-cü ayəsində Məhəmmədin (s) doğru yolda olan bir Peyğəmbər kimi göndərildiyi deyilirsə, 69-cu ayəsində ehtiyac duymadığına görə ona şer öyrədilmədiyi bildirilməklə ilahi vəhy şərəfinə çatdırılmasına işarə olunur.

Tahada Peyğəmbərlə (s) bağlı ayəlkər daha çoxdur. Bu ayələrdə Quranın Peyğəmbərə (s) verilməsindən, onun şəfaət hüququndan, Allah kitabına, vəhyə, ilahi elmə vurğunluğundan, Quranın onun peyğəmbərlik möcüzəsi olmasından (Taha surəsi,2, 4, 109, 114 və 133-cü ayələr) danışılır.

,Bu deyilənlər "məqami-qürb" ifadəsinin məna və məzmunca tutumu olduğunu göstərir. Şair Allahın Peyğəmbəri (s) özünə yaxın etdiyini deyərkən, ona ilahi vəhy şərəfi və şəfaət səlahiyyəti verilməsi ilə yanaşı, əbədi möcüzə olan Quranın bəxş edilməsini də nəzərdə tutmuşdur. Fizulinin "Əşrəqət min fələki-l-bəhcəti..."nətinin altıncı beytində yenə də bəhs mövzusu olan surələrin islam Peyğəmbəri (s) ilə bağlılığı motivindən istifadə etməklə, məmduhunu "vəsfi sözə sığmayan şah" adlandırması qətiyyən quru mədhiyyə, yersiz tərif, ənənəvi mübaliğə təsiri bağışlamır:

Necə təqrir edəyin vəsfini bir şahın kim,

Ona vəssaf ola Yasinü müərrif Taha.

(Təriflətyəni Yasin, tanıdanı Taha olan bir şahın vəsfini necə dilə gətiri?!).

Şair Peyğəmbəri (s) islam dinindəki yerinə, eləcə də orta əsrlər şerinin ölçülərinə uyğun vəsf etmək istəyir. Bunun üçün o, Quranın Yasin və Taha surələrini öyülənin üstünlüklərinin açıqlayıcısı kimi şerə gətirir.

Beytə canlılıq və görümlülük verməkdən ötrü Füzuli bədii təşxisdən istifadə etmişdir. Belə ki, o, insana xas olan tərifləmək və tanıtmaq keyfiyyətlərini Yasin və Taha surələrinin üzərinə keçirərək, onları canlı varlıqlar-məmduhun məddahları kimi qavradır.

Quranın canlandırılması orta əsrlər ədəbiyyatının səciyyəvi cizgilərindəndir. Elə Füzulinin özündən misal çəkək:

Kəlam səmadan enib, sən səmaya yüksəldin,

Əyarü qiymətini qoy düşünsün hər gümrah.

Bu beytdən Quranın Tənzil adından istifadə edilməklə, o, göydən enən canlı bir varlıq kimi təqdim edilir. Araşdırdığımız beytdə isə Quran özünün iki daşıyıcısının-Yasin və Taha surələrinin ayrı-ayrılıqda canlandırılması ilə şerə gətirilmişdir. Odur ki, buradakı şəxsləndirmə daha canlı və görümlü çıxmışdır. Bir sıra mötəbər hədislərə əsasən, Qiyamət günü Quranın Peyğəmbər (s), imamlar (ə), Şəhidlər və siddiqlər kimi şəfaət hüququna, məscidlər və alimlər kimi də şəkayət səlahiyyətinə malik olması onun belə dolğun təşxisinə islami baxımdan möhkəm özül təşkil edərək yol açmış və sarsılmaz məfkurəvi qaynaq olaraq güclü təkan vermişdir. Yasin və Taha surələrinin islam Peyğəmbəri (s) ilə bağlılığını Füzuli "Leyli və Məcnun unda daha sərbəst verilməsini də yalnız bununla izah etmək olar:

Yasin sədəfi-düri-sifatin,

Taha güli-bustani-zatin.

(Yasin sənin sifətlərinin incisinin sədəfi, Taha zatının bağçasının gülüdür).

Burada Yasin məmduhun xüsusiyyətlərinin-mənəvi-əxlaqi üstünlüklərinin, Taha isə zatının açıqlayıcısı yerində göstərildiyindən bu bağlılıq bir tərəfdən daha cəlbedici oçarad təkrar kimi görünmür, bir tərəfdən də Peyğəmbər (s) aşiqlərini Yasinlə Tahanın timsalında Quran xəlvətinə səsləyib iman, təqva və yəqinlik üfüqlərində həqiqət səfərinə çıxmağa qırılmaz qanad verir.

Beləliklə, bəlli olur ki, Peyğəmbər-Quran bağlılığı Füzuli gözündə bir çox gözlərin görə bilmədiyi bir aydınlıq içindədir. Bu aydınlıq ilahi qüdrət, hikmət və əzəmətin ən bariz təzahürləri olan göylərin və Yerin Peyğəmbəri kimi bir müəllimsiz və Quran kimi bir kitabsız, əslində puç xülyadan başqa bir şey olmayacağını, son nəticədə yalnız bu müəllimlə və yalnız bu kitabla hidayət nuru ilə işıqlanacağını meydana çıxarır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar

 
user comment