Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 16-sı minlərlə nigeriyalı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkiyə azadlıq tələbilə paytaxt Abucada növbəti mitinqlərini keçirib.

Nigeriya əsgərlərinin 2015-ci il 12 dekabr tarixində Zariyadakı Bəqiyyətullah hüseyniyyəsinə hücum edərək, rəsmi rəqəmlərə görə, 2000 Əhli-Beyt (ə) ardıcılını öldürdüyü hücumda bir nigeriyalı əsgərin də öldüyü iddia olunur.

Nigeriyalı Əhli-Beyt (ə) ardıcıllarının kütləvi şəkildə öldürülməsi üçün heç bir əsgər cinayət məsuliyyətinə cəlb olunmamasına baxmayaraq, Kaduna hökuməti, Şeyx Zəkzəkini əsgərin ölümünə görə mühakimə edir.

Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və xanımına qarşı Kaduna Federal Ali Məhkəməsində 8 ittiham irəli sürülüb və məhkəmənin növbəti iclasının avqustun 2-də davam etməsi gözlənilir.

İyulun 16-sı küçəyə çıxan minlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən tərəfdarlarının şəkillərini qaldırıblar.

Əvvəlki etiraz aksiyalarına polis sərt müdaxilə etsə də, dünən keçirilən mitinq dinc şəraitdə və heç bir müdaxilə olmadan davam etmişdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment