Azəri
Saturday 10th of June 2023
0
نفر 0

Nə üçün Fatimə adlanıb?

«Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.
İmam Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.
Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».
İmam Sadiqdən (ə) nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.


Nə üçün «Tahirə» adlanıb?

İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Münasibdir ki, şiələr qızlara Zəhranın (ə) adlarını qoysunlar,  Zəhranın adlarını daşıyan qızlarla kobudluq etməsinlər, onları sıxıntıya salmasınlar. Bu Fatimə ilə eyni adda olmağın bərəkəti sayıla bilər.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) haqqında hədislər
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
Xanım Zəhranın (ə) gizli şəkildə dəfn edilməsilə bağlı vəsiyyətindəki ...
Имам Мәһәммәд Тәги (ә)-ын шәһадәтә jетишдиjи ...
Məhərrəm ayının 19-cu günü
Həzrət Həsən Əsgərinin (ə) şəhadəti
Xanım Fatimeyi-Zəhra (s) -1
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır
Ümmü Sələmə İmam Hüseynin (ə) hüzurunda
Bu gün Peyğəmbərə (s) ən çox bənzəyən Əli Əkbərin (ə) təvvəlüd günüdür

 
user comment