Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman (əleyhis-salam)-ın zühur anlarını görəcəklər” sözü barəsində nəzəriniz nədir?

Bu alimin dəftərxanasından edilən sorğu və tədqiqata əsasən o belə söz deməmişdir. Onun sözü bu olmuşdur: “Hər vaxt çətinliklər və problemlər çoxalsa, deməli, zühur yaxındır.” Bu söz də “zühurdan əvvəl fitnələr aşkar olacaq, dünya zülm və haqsızlıqla dolacaqdır” deyə bəyan edən rəvayətlərdən götürülmüşdür. Bundan əlavə, rəvayətlərdə heç vaxt o həzrətin zühuru üçün xüsusi bir vaxt təyin edilməmiş, üstəlik zühur üçün vaxt təyin etmək qadağan da edilmişdir. Əlbəttə, imam Zaman (əleyhis-salam)-ın zühuru üçün xüsusi əlamətlər bəyan olunmuşdur ki, onların hamısı həyata keçəndən sonra zühur mütləq baş verəcəkdir.
Qısa cavab

Bu suala cavab verməzdən öncə bir neçə məsələni qeyd etmək lazımdır:

a) Həzrət Ayətullah Behcətdən (rəhmətullahi əleyh) nəql olunan “bu dövrün qocaları da zühur zamanını görəcəklər” cümləsi o alimin dəftərxanasından aparılan tədqiqatlara əsasən düzgün deyildir. Əksinə, o cənab buyurmuşdur: “Hər vaxt çətinliklər və problemlər çoxalsa, deməli zühur yaxındır.” Bu söz də “zühurdan qabaq fitnələr aşkar olacaq, dünya zülm və haqsızlıqla dolacaqdır” deyə buyuran rəvayətdən götürülmüşdür.

b) Rəvayətlərdə o həzrətin zühuru üçün xüsusi bir zaman və vaxt təyin edilməmiş, üstəlik zühur üçün vaxt təyin etmək qadağan da edilmişdir.

Bu barədə bir neçə rəvayəti qeyd edirik:

1. Füzeyl deyir ki, imam Sadiq (əleyhis-salam)-dan soruşdum: “İmam Zaman (əleyhis-salam)-ın zühurunun xüsusi bir vaxtı vardırmı?” Həzrət üç dəfə buyurdu: کَذِبَ الْوَقَّاتُونَ – onun vaxtını təyin edənlər yalan deyirlər.”[1]

2. Başqa bir rəvayətdə imam Sadiq (əleyhis-salam) buyurur: “Zühur üçün xüsusi bir vaxt təyin edənlər yalançılardır! Biz Əhli-beyt heç vaxt imam Zaman (əleyhis-salam)-ın zühuru üçün vaxt təyin etməmişik.”[2]

3. O həzrət yenə buyurur: “İmam Zaman (əleyhis-salam)-ın zühuru üçün vaxt təyin edən hər kəsin yalançı olduğunu bilin! Çünki biz Əhli-beyt zühur üçün xüsusi vaxt təyin etməmişik. Buna əsasən, belə adamın sözü nə bizə mənsubdur, nə də bizim tərəfimizdən deyilmişdir; əksinə öz yanından demişdir və yalandır.”[3]

4. Bəzi rəvayətlərdə imam Zaman (əleyhis-salam)-ın özünün də zühurun vaxtını bilmədiyi deyilir. Mütəal Allah zühur ərəfəsində xüsusi əlamətlər vasitəsi ilə zühur dövrünü o həzrətə bildirəcəkdir.

Müfəzəl ibni Ömər وَ اِذَا نُقِرَ فِي النَّاقُور “O zaman ki, naqur səslənər”[4] ayəsinin təfsirini imam Sadiq (əleyhis-salam)-dan soruşduqda həzrət buyurdu:

اِنَّ مِنَّا اِمَامًا مُسْتَتِرًا فَاِذَا اَرَادَ اللهُ عَزَّ وَ جَلَّ اِظْهَارَ اَمْرِهِ نُکِتَ فِي قَلْبِهِ نُکْتَةٌ فَظَهَرَ وَ اَمَرَ بِاَمْرِ اللهِ عَزَّ وَ جَلَّ

“Həqiqətən bizim bir imamımız məxfi (qeybdə) olacaqdır. Allah onun işini (zühurunu) aşkar etmək istədikdə, onun qəlbində bir nöqtə icad olunacaq və o zühur edərək Allahın əmri əsasında əmr edəcəkdir.”

Bu rəvayətdən aydın olur ki, imam Zaman (əleyhis-salam)-ın özü belə nə vaxt zühur edəcəyini bilmir və mütəal Allah xüsusi əlamətlərin vasitəsi ilə zühur dövrünün çatdığını o həzrətə xəbər verəcəkdir.[5]

v) Alimlər zühurun vaxtının təyin olunmaması ilə əlaqədar çoxlu dəlillər qeyd etmişdir, o cümlədən:

1. Əgər möminlər zühurun vaxtını bilsəydilər, onu faş edərdilər və düşmənlər o həzrətlə qarşılaşaraq mübarizə aparmağa tam hazır olardılar.

2. Allah-taala istəyir ki, müntəzirlərin intizarı daimi olsun. Çünki əgər vaxt təyin olunsaydı, mömin insanlar o həzrətin gəlişini yalnız həmin vaxtda gözləyəcək və ondan qeyri hallarda o həzrətdən qafil olacaqdılar.[6]

3. Qeybətin səbəb və fəlsəfələrindən biri bəndələrin imtahan olunmasıdır.[7] Bu məsələ də qeybət və zühur dövrünün naməlum qalmasını tələb edir ki, həqiqi möminlər qeyrilərindən ayrılıb seçilə bilsinlər. Bəzi rəvayətlərdə deyilir ki, “qeybət dövründə çoxları o həzrətin varlığı barədə şəkkə düşəcəklər.” Bəlkə də onların bu şəkk-şübhələrinin mənşəyi zühur üçün xüsusi vaxt təyin edilməməsi ola bilər. Bu cəhətdən zühur məsələsi ölüm məsələsinə oxşayır.

4. Bir çox rəvayətlərə uyğun olaraq zühurun vaxtı bəda ilə bağlıdır,[8] yəni bu iş irəli çəkilə və ya təxirə salına bilər. Buna görə də əgər camaata xüsusi bir vaxt deyilsə və müəyyən məsləhətlər səbəbi ilə o həzrətin zühuru təxirə düşsə, camaat dində və imamları barəsində şübhəyə düşərlər.[9] Necə ki, bir rəvayətdə imam Sadiq (əleyhis-salam) Musa peyğəmbərin ümmət arasından getməsinə istinad edir: xəbər verilmişdi ki, bu qeybət dövrü otuz gün olacaqdır, sonra on gün ona əlavə edildi. Bu on günün əlavə edilməsi səbəbi ilə Samiri məlum hadisələri törətdi və camaatın çoxu yolunu azdılar. İmam Sadiq (əleyhis-salam) buyurur ki, imam Zaman (əleyhis-salam)-ın zühur vaxtı da belədir: əgər onun üçün xüsusi bir vaxt təyin edilsə və sonralar zühur təxirə düşsə, camaat din işində şəkk-şübhəyə düçar olacaqlar. Buna görə də mütəal Allah zühur üçün xüsusi bir vaxt təyin etməmişdir.[10]

q) Rəvayətlərdə həzrətin zühuru üçün bəziləri qəti, bəziləri isə qeyri-qəti olan müəyyən əlamət və nişanələr bəyan olunmuşdur. Qəti əlamətlər: Yəmayinin qiyamı, Süfyanının xürucu, asimani nida, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi, Beyda çölündə xəsf (qoşunun yerə batması).[11]

İmam Sadiq (əleyhis-salam) buyurur: “İmam Zaman (əleyhis-salam)-ın zühurundan on beş gün qabaq Nəfsi Zəkiyyə qətlə yetiriləcəkdir.”[12]

Həmçinin buyurur: “İmam Zaman (əleyhis-salam)-ın zühurundan qabaq asimanda bir carçı o həzrətin zühurunu xəbər verəcəkdir, belə ki, yer üzündə olan bütün insanlar o nidanı eşidəcəklər.”[13]

Necə ki:

وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ذَلِكَ يَوْمُ الْخُرُوجِ

“Qulaq as! O gün nida edən bir carçı yaxın məkandan nida edər, o gün asimani sədanı haqq olaraq eşidərlər, bu, xüruc (qiyam və zühur) günüdür” ayəsinin təfsirində həzrət buyurur: “İmam Zaman (əleyhis-salam)-ın zühur etdiyi gündə asimandan bir carçı o həzrəti özünün və atasının adı ilə çağıracaq, camaatı o həzrətin zühuru ilə müjdələyəcəkdir.”[14]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) bir hədisdə zəmanənin axırında baş verəcək hadisələrə və fitnələrə – Süfyanının xürucuna və Beydanın xüsufuna işarə edərək buyurmuşdur: “Süfyani Yabis çölündən qiyam edərək Dəməşq şəhərinə daxil olacaq. Orada iki qoşun hazırlayacaq, birini Bağdada göndərəcəkdir və onlar bu şəhərdə qətl və qarətə məşğul olacaqlar. Digəri isə Mədinəyə gələcək, oranı dağıtdıqdan sonra Məkkəyə yola düşəcək və yol əsnasında Beyda diyarında yer ağzını açaraq onları udacaqdır.”[15]

Bir çox rəvayətlərdə Yəmanin qiyamı da  imam Zaman (əleyhis-salam)-ın zühur əlamətlərindən biri kimi qeyd olunmuşdur.[16]

 


[1] Safi Gülpayqani, Lütfüllah, “Muntəxəbul-əsər”, səh. 463, üçüncü çap, Tehran, “Kitab nəşri” mərkəzi; Şeyx Tusi, “Əl-qeybət”, səh. 262

[2] Yenə orada

[3] Yenə orada

[4] “Müddəssir”  surəsi, ayə: 9

[5] Səduq, “İkmauld-din və təmamun-nemət”, 2-ci cild, səh. 349, hədis 42

[6] Məclisi, “Biharul-ənvar”, 95-ci cild, səh. 159

[7] Şeyx Tusi, “Əl-qeybət, səh. 206

[8] Məclisi, “Biharul-ənvar”, 51-ci cild, səh. 86

[9] Musəvi İsfahani, Məhəmməd Təqi, “Mikyalul-məkarim fi fəvaidid-dua lil-Qaim (əleyhis-salam)”, 2-ci cild, səh. 338, 8-ci bab

[10] Şeyx Tusi, “Əl-qeybət”, səh. 262

[11] Səduq, “Kəmauld-din”, 2-ci cild, səh. 649 hədis. 1; Tusi “Əl-qeybət”, səh. 267; “Munəxəbud-dürrə”, səh. 455, hədis 5 və səh. 442, hədis 16

[12] Safi Gülpayqani, Lütfüllah, “Müntəxəbul-əsər”, səh. 456, hədis 13, səh. 439, hədis 1 və 2; Tusi, “Əl-qeybət”, səh. 271; Səduq, “Kəmalud-din”, 2-ci cild, səh. 649, hədis 2

[13] Tusi, “Əl-qeybət”, səh. 111

[14] Safi Gülpayqani, Lütfüllah, “Müntəxəbul-əsər”, səh. 447, hədis 2

[15] Yenə orada, səh. 456, hədis 9 və 11

[16] Tusi, “Əl-qeybət”, səh. 267

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment