Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)bəzilərinin adlarını müsəlman olduqdan sonra dəyişibmi?

İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)kimlərin adalırını dəyişib?
Qısa cavab
 İslam Peyğəmbərinin adəti belə olmayıb ki, hər bir müsəlman olanın adını dəyişsin. Əlbəttə, çoxları olub ki, adlarında olan bəzi mənfi cəhətlərə görə müsəlman olduqdan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onların adlarını dəyişib.  Bu məqamda adları dyişmiş bəzi müsəlmanların adlarını qeyd edirik:
 1.Zeydul-xeyl adı Zeydul-xeyrə dəyişib; Tey qəbiləsindən Zeydul-xeyl adlı bir nəfərlə birlikdə Mədinəyə gəlirlər. Onlar, İslam Peyğəmbəri  (səlləllahu ələyhi və alihi və səlləm)ilə görüşüb danışdıqdan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)İslam dinin onlara açıqlayır və onlar İslama gəlirlər. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)Zeydul-xeyl haqqında belə buyrur: Ərəb kişiləridən hər kimi mənim yanıma İslamı qəbul etməyə gətirdilərsə, onun tərifiri özündə olan xüsusiyyətdən çox gördüm. Yalnız, Zeydul-xeyl istisna olmaqla. Onun haqqında bütün bəyənəilmiş sifətləri mənə xəbər verə bilməmişlər.”  Beləliklə, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ona Zeydul-xeyr adı verir və Zeydul-xeyl  (Zeyd atları) adını dəyişir.[1] Zeydul-xeyr Mühəlhəlin oğlu, o da Zeydin oğlu, o da Münhəbin oğludur. O, Əbu Məknəf Taifi[2] künyəsi ilə ərəblər arasında ən ucaboy və ən xeyirxah insanlardan sayılırdı.[3] Çoxlu atı olduğuna görə onu Zeydul-xeyl ləqəbi ilə tanıyırdılar.[4]  
 2.Hüzn ibni Əbi Vəhəbin adı Süheylə dəyişib: Səid ibni Müsəyyəb ibn Hüzn atasından nəql edir ki, babam Həzn İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)hüzuruna gəlir və İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)ondan soruşur ki, adın nədir? O cavab verir: Hüzn (çətin yol) Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)buyrur: Yox! Sənin adın Süheyldir (asan yol). Hüzn cavab verir: Bu o addır ki, atam-anam mənə bu adı qoyub və el arasıda məni bu adla tanıyırlar. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)susur.[5]
 3.Əbdul-Əza ibn Məşnu adı Əbdur-Rəhman adına dəyişir; Əbdul-Əza ibn Məşnu müsəlman olduqdan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)onun adını dəyişib Əbdur-Rəhman qoyur.[6]
 4.Buceyr adı Abdulllah adı ilə dəyişib; Müsəlman olandan sonra adları dəyinşənlərdən biridə Buceyridir. Məkkənin fəthindən sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)onun adını Abuddullah (Allah bəndəsi) qoyur və onun tam nəsəbi, Abdullah ibni Ubəyy Rəbiə olur.[7]
5.Ğavi ibni Əbdul-Ğəzza adı Raşid ibn Əbdu rəbbə olur; rəvayət olur ki, bu şəxs bəni Səlim qəbiləsindən bir bütə sitayiş edənlərdən olub. Bir gün görür ki, tülkü onun bütünnü üstünə idrar edir. Belə bir beyt deyir:
  Ə rəbbi yəbulus-sələban bi rəsihi        ləqəd hanə mən balət ələyhis-səalib!
 “Aya o tanrıdır ki, erkək tülkü başına idrar edir!?
 Həqiqətən, xardır o tanrı ki başına tülkülər idrar edirlər!
 Bundan sonra bütə tərəf həmlə edib onu sındırır. O, Məkkənin fəth olnuna ilində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm)hüzuruna gəlir və müsəlman olur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm)onun Ğavi ibni Əbdul-Ğəzza (Ğəzza adlı bütün azğınlığa aparan oğlu) adını Raşid ibn Əbdu Rəbbə (Allah-talanın hidayət edən bəndəsinin oğlu) edir.[8]   
 

[1] Ибни Кəbir Dəməşqi, Əbul Fəda İsmail ibni Ömər.Əl-Bidayə vən-Nihayə,c.5; səh.63,Darul-fikr, Beyrut, 1407 h.q
[2] Ибни Əbdül-Birr, Yusiə ibn Abdullah, Əl-İstiab fi mərifətil əshab, Təhqiq:Əl-Bəhavi Əli Mühəmməd, c.2; səh.559, Darul-cil, Beyrut, birinci çap, 1412 h.q
[3] Ибни Həcər Əsqəlani, Əhməd ibni Əli, Əl-İsabə fi təmyizis-səhabə, təhqiq: Əbdul-Mövcud, Adil Əhməd, Müəvviz Əli Mühəmməd, c.2; səh.514, Darul-kutubul-elmiyyə, Beyrut, birinci çap, 1420 h.c
[4] Зеркили Хејруд-дин, Əl-Əlam, c.3; səh.61; Darul-elm lil-məlain, Beyrut, səkkizinci çap, 1989.h.q
[5] Əl-İsabə fi təmyizis-səhabə,c.2; səh.54; İbn Səd Katib Vaqidi: Mühəmməd ibn Səd,Ət-Təbəqatul-Kubra, c.5; səh.89, Darul-kutubul=elmiyyə, Beyrut, iknici çap, 1418 h.q; Müqrizi Təqəd-Din,İmtinail-İsmai bima lin-Nəbi minəl-əhval vəl-ənval vəl-həftədi vəl-məta, təhqiq: Nəmisi, Mühəmməd Əbdül-Həmid, c.2; səh.313; Darul-kutubul-elmiyyə, Beyrut,birinci çap, 1420 h.q
[6] Вагиди Мühəmməd ibni Ömər Əl-Məğazi,c.1; səh.143; Eləmi, Beyrut, üçüncü çap, 1409 h.q; Əllamə Məclisi, Biharul-Ənvar, c.19; səh.359; darul-kutubul-İslamiyyə, Tehran.
[7] Тəbəri Əbu Cəfər Mühəmməd ibni Cərir, Tarixül-üməm vəl-mülük (Tarix Təbəri) təhqiq: İbrahim Əbul-Fəzl, c.11; səh.561; Darut-turas, Beyrut, ikinci çap, 1387 h.q;
[8] Əl-İsabə fi təmyizis-səhabə,c.2;
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

151-ci xütbə
İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...

 
user comment