Azəri
Tuesday 30th of May 2017
code: 81088
Bəlalar – İlahi tərbiyədir. Bəla qarşısında səbirdən başqa yol yoxdur

Əllamə Təbatəbai deyir: “İlahi Övliyaların düçar olduqları bəlalar İlahi tərbiyədir ki, Allah həmin bəlalar vasitəsilə onları tərbiyə edər, kamala çatdırar. Və əslində bəla vilayət və dostluq üçün lazımlıdır”. (Tebyan)
Təyyibə həyat o zaman həyata keçir ki, getdiyimiz yol Allahın təsdiq etdiyi yol olsun. Bəndə daima Allaha tərəf hərəkət edər. Qurani-Kərimdə buyurulur: “Ey insan! Sən davamlı olaraq Pərvərdigarına tərəf əziyyət, zəhmətlə hərəkətdəsən. Onunla görüşəcəksən”.
Ayətullah Bəhayəddini yazır: “Əgər hər kim bəşər nəfsindən İlahi nəfsə, atəş nəfsindən nur nəfsinə tərəf hərəkət etmək istəyirsə, İlahi tərbiyə ilə tərbiyə olunmalıdır. Gərək səbir və namazdan yardım alsın. Gərək dünya bəlaları qarşısında səbr etsin. Həzrət Əli (ə) buyurur: “Dünya elə bir yerdir ki, bəlanın mühasirəsindədir. Heç kəs dünya hadisələrindən amanda deyildir. Bəla qarşısında səbirdən başqa yolu yoxdur””.
Həzrət Peyğəmbər (s) buyurur: “Bütün dünya hadisələri arasında o şey ki, hamıdan çox bizə tərəf tələsər - bəladır. Bizdən sonra yaxşıların halı belədir”. Ona görə də bəla Allah dostlarının sorağına gələn ilk şeydir. Əgər insan bəla qarşısında sabir olarsa, bu səbir qurucu olar. Ondan həqiqi insan düzəldər. Bir çox problemlər onun üçün həll olar. Ona görə də səbir və namaza təvəssül etmək lazımdır.
Bəla - mömin üçün bir rəhmətdir. İnsanların arasında peyğəmbərlər və İlahi övliyalar - ən çox bəlaya düçar olmuş insanlardır. Möminlər də bəladan amanda qalmaz və bu bəlalar möminləri tərbiyə edər.
İnsan cəmiyyətə girməzdən əvvəl gərək özünü tərbiyə etsin. İlk olaraq, özünü islah etsin. Bəla qurucudur və bəla övliyalar üçün bir nemətdir. Ona görə də əgər insana bəla nazil olmazsa, həqiqi və kamil ola bilməz.
O insan ki, rahat və rifahda yaşayar, inkişaf etməz. Ola bilsin ki, insan Allahdan qafil olsun. Allah ona bir xəstəlik nazil etsin. Bu, ona görədir ki, insan heç olmasa səmimi qəlbdən desin: “Ya Allah”. Yəni, Allahı xatırlasın.

user comment
 

latest article

  Allaha yaxınlaşmaq haqqında mülahizələr
  İmamət, yaxud canişinlik haqqında qısa məlumat
  Günah etmiş bədən əzalarını paklamaq haqqında
  Rüşvət
  Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
  Özünəpərəstiş süqut amilidir
  Çalğıçının əli iflic oldu
  Kafirlə müşrikin fərqi nədir?
  Qiyаmәtdә әmәllәr niyyәt әsаsındа ölçülür?
  Gözəl səbir nədir? Səbrin hansı 3 növü var?