Azəri
Friday 6th of December 2024
0
نفر 0

ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 

Qeyd olundu ki, caynizmə görə nicat və qurtuluş bütün maddi - dünyəvi asılılıqlardan qurtulmaqdan asılıdır.Bu da yalnız uzunmüddətli asketizmsiz mümkün deyil. Əslində yoqaların (niqrante) vəzifələrinin əsasını təşkil edən bu asketizmin mahiyyəti əziyyət verməyin tərk edilməsi, dünya və onda olanlarla əlaqənin kəsilməsindən ibarətdir. Caynizmin digər əxlaq və davranış prinsipləri bu əsas prinsip üzərində qurulmuşdur.

Caynizm ayinində yoqa üçün rəftar normaları müəyyənləşdirilmiş və əhd-peyman kimi onlara mükəlləf olmalıdır.

1. Mən bütün canlı varlıqları öldürmək və onlara əzab-əziyyət verməkdən çəkinəcəyəm, buna şadlanmayacağ; onlara əzab-əziyyət yetirilməsinə mane olacağam, sağ olduğum müddətdə bu əməli böyük bir günah hesab edəcək, cismən və ruhən, sözdə və əməldə ondan uzaq duracağam;

Bu prinsipə əsasən yoqa yol gedərkən, yatarkən, yeyib-içərkən və s. hallarda heç bir canlıya əzab-əziyyət verməmək, danışanda onun sözlərinin heç bir kəsin narahatlığına səbəb olmasın deyə ehtiyatlı olmalıdır.

2. Mən qəzəbə, hərisliyə, qorxuya, yaxud şadlığa səbəb olan hər hansı bir söz və ya əməldən uzaq olacağam, yalan danışmayacağam, başqalarını da yalan danışmaqdan çəkindirəcəyəm;

3. Mənə əta olunan hər bir şeyi - istər kənd, şəhər və ya meşədə olsun, istər az və ya çox olsun - öz şəxsi mülkiyyətimə keçirməkdən çəkinəcəyəm;

4. Mən cinsi ləzzət və şəhvəti özümə haram bilirəm və bu işi başqaları üçün də bəyənmirəm;

5. Mən az və ya çoxluğundan, canlı və ya cansızlığından asılı olmayaraq, hər növ bağlılıqdan çəkinəcəyəm və başqaları üçün də belə bir maddi əlaqə və məhəbbəti məsləhət görməyəcəyəm.

Sonuncu prinsipə əsasən, yoqa heç bir şeyə qarşı müsbət və ya mənfi hiss bəsləməməlidir. Buna görə də gözəllik və çirkinlik, yaxşı iş və ya pis qoxu, qəm və şadlıq, soyuq və isti, aclıq və susuzluq və s. bütünlüklə onun nəzərində eyni səviyyədə olmalı, onların heç birinə qarşı heç bir xüsusi hiss keçirməməlidir. Nə bir şeydən ləzzət almalı və nə də bir şeyə ikrah hissi ilə yanaşmalıdır.

Beşlik təşkil edən bu göstəriş və iltizamlar yalnız xüsusi təbəqədən hesablanan yoqalar üçündür. Amma bu çətin və uzun əməl və prinsiplərə riayət etməyə qadir olmayan ümumi təbəqədən olanlar üçün aşağıdakı 9 bənddə şərh edilən daha asan və münasib əxlaq və rəftar normaları müəyyən olunmuşdur.

1. Heç vaxt qəsdən canlını qətlə yetirməmək; Buna görə də qəssablıq, ovçuluq, aşpazlıq və s. kimi sənətlərdən çəkinməlidir;

2. Heç vaxt yalan deməməli;

3. Oğurluq etməməli, onlara verilməyən malı mənimsəməməlidirlər;

4. Fitnə və günaha səbəb olan hər bir əməldən, hətta əylənmək məqsədi ilə olan səfərlərdən belə çəkinməli; Ehtiyatlı olmaq lazımdır ki, xəta və şər işlərin toruna düşməyəsən;

5. Şəhvətpərəstlikdən uzaq olmaq; Buna görə də ər və arvad bir-birlərinə qarşı vəfalı olmalıdırlar;

6. Dünya malının azına qane olmalı;

7. Nəfsani istəkləri tərk edib maddi aləmdə zahidliklə məşğul olmaq üçün müəyyən bir vaxt ayırmalı;

8. Bütün günlərdə müəyyən bir vaxtı öz daxili aləmində təfəkkürə sərf etməli;

9. Hamıya, xüsusilə də yoqalara tam səmimiyyət və ixlasla sədəqə verməli.

* * * * * *

Yoqalara məxsus olan beş iltizamın ən çətini beşincisidir. Onun tələbinə görə yoqa heç bir şəxsə və heç bir şeyə meyl göstərməməlidir. Bu məqsədə çatmaq üçün kimsə ilə söhbət etməməli, hətta Mahaviranın rəftarında gördüyümüz kimi, başqalarının salamına cavab da verməməlidir. Digər tərəfdən də bütün dünya işləri ilə əlaqənin kəsilməsi yoqanın öz cisminə də şamil olduğundan, aclıq və susuzluğa reaksiya göstərməməlidir. Bu məsələdə iş yoqa özü aclıq və ya susuzluğun ağırlığından can verəcək səviyyəyə çatır. Buna görə də, ölümlə nəticələnən aclıq və ya susuzluğa dözmək yoqalar arasında yayılmış adi haldır.

Bu düşüncə tərzində iki əsaslı irad və qaranlıq məqam nəzərə çarpır. Birincisi, caynizm ardıcılları canlılara əzab-əziyyət verməməyi özlərinin ən mühüm seyr-süluk prinsiplərindən birinə çevirdikləri halda, hansı əsasa görə varlığın ən şərəflisi sayılan özlərinə qarşı əzab-əziyyəti, hətta intiharı belə rəva görürlər? Necə ola bilər ki, bu məsələni bir prinsip kimi qəbul etsinlər?! İkincisi, susuzluq və aclığa e’tinasızlıq bir prinsip sayılırsa, qidanı (azacıq olsa belə) tə`mini üçün başqalarının qarşısında kiçilmək və dilənçilik, yolçuluğu necə əsaslandırmaq olar? Çünki hər bir halda, insanı başqaları qarşısında məcbur edən qidaya olan ehtiyac hissidir.

Bu ayində dünyəvi asılılığın kəsilmə prinsipinin digər yönü çılpaqlıq və paltar geyməmək şəklində meydana çıxmışdır. Çünki caynizm ardıcıllarının inancına görə hər növ örtük və geyim dünyaya müəyyən mə`nada bağlılıq sayılır. Belə ki, maddi və dünyəvi işlərin bir növü olan, eləcə də həya və utancaqlığa görə geyilən paltarın özü insanın ruhən azad olmamasına, müəyyən mə’nada asılılığına dəlalət edir.

Burada aydın olmayan məqam bundan ibarətdir ki, bu məktəb həya, iffət və s. kimi fitri-əxlaqi fəzilətləri, insani dəyərləri inkar etməklə nicat və qurtuluşa necə nail ola bilər?! Əlbəttə, qeyd etmək lazımdır ki, çılpaqlıq məsələsinin özü də bu ayinin iki firqəyə ayrılmasına səbəb olmuşdur:

1. Riqembra adı ilə tanınan firqə mütləq şəkildə çılpaq olmağa e’tiqad bəsləyirdi;

2. Aşutamblar adı ilə tanınan digər bir firqə isə sadə və yüngül paltar geyməyi lazım bilirdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏLAM MƏKTƏBLƏRİ
AXIRӘT ӘZABI
İBTİDAİ DİNLƏR (2)
DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏRƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR
Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət
İslаm pеyğәmbәri (s) buyurur:
HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL
YOL VӘ ÜSLUBLAR
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HİNDUİZM (5)

 
user comment