Beynəlxalq ədalət.
O vədə verilmiş cəmiyyət və müqəddəs dövlətin ən bariz xüsusiy -yətlərindən biri beynalxalq səviyyədə ədalətin icra olunmasıdır, yüzdən artıq rəvayət bunu açıq-aşkar bildirir.
O cümlədən bəzi rəvayətlərdə bu kəlmələrlə:
“ Yer üzünü ədalət və qistlə1 dolduracaq, necə ki, sitəm və zülmlə dolmuşdu.”
və bu kəlmələrlə gəlmişdir:
“ Allah yer üzünü onun vasitəsiylə qist və ədalətlə dolduracaq, necə ki, sitəm və zülmlə dolmuşdu.”
Başqa rəvayətlərdə bu kəlmələrlə gəlmişdir:
“ Sitəm və zülmlə dolduqdan sonra” və bir başqa rəvayətlərdə “ zülm” kəlməsi “sitəm” kəlməsindən qabaq gəlmişdir.
Bunlar məşhur və tanınmış sözlərdir və şiə və sünnü hədis elmi alimləri bir çox hədislərdə onları rəvayət etmişlər, o hədislərdən birində -- yuxarıda gələn hədislər kimi məşhur olmasada cəlb edici və diqqətə layiqdir – belə ifadə olunur:
“ Allah Həzrət Məhdinin (ə) vasitəsiylə yer üzünü nurla və zülmdən sonra ədalətlə və cəhldən sonra elmlə dolduracaqdır.”1
Əlbəttə, aydındır ki, hədisdə işarə olunan qaranlıq və zülmətdən məqsəd günəşin batmasına görə ya işıqlar söndüyünə görə əmələ gələn zahiri qaranlıq deyil, bəlkə, məqsəd o, qaranlıqlardır ki, o zamankı cəmiyyət ilahi maarifdən uzaq düşdüyü, düzgün baxışa malik olmamadığı və Allahla əlaqə yolunu itirdiyinə görə ona düçar olacaqdır.
Necə ki, nurdan da məqsəd hiss üzvləri ilə dərk olunan nur deyil, bəlkə, Allah, peyğəmbər və imamı tanımaq nuru, həqiqətləri dərk etmək, ağıl, fitrət və vicdan nurudur.
Habelə, cəhldən məqsəd, dünyəvi elimlərə, maddi sivilizasiyanın əsaslarına və texnologiyaya olan cəhl deyil, bəlkə, məqsəd müasir dövrümüzdə elm və texnika dünyasınada hökm sürən və günbəgün çoxalan cəhildir. Elmdən isə məqsəd insana kamal bəxş edən, onu bu aləmin zahirinə nəzər salmaqdan onun batininə yetişdirən və uca Allahdan qorxmağa səbəb olan həqiqi elmlər, məlumat və biliklərdir, necə ki, Qurani-məcid buyurur:
“ Bəndələrindən yalnız alimlər Allahdan qorxur.”
1 –“qist” kəlməsinin mənası 42-ci səhfədə gələcəkdir(tərcüməçidən).
1 –Kəmalud-din cild 1, səhv 260..
2- Fatir surəsi, ayə 28