Azəri
Friday 27th of December 2024
0
نفر 0

Həzrəti Əli (ə) kimdir?

Həmd və səna olsun Allaha, onun salam və salavatı olsun bəşərin ən yaxşısı Həzrət Məhəmməd (s) və hidayət yolunun çıraqları olan əhli- beytinə.

Tarixi sənədlərə əsasən İmam Əli (ə) "Ammul-fil"-Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra,cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdülmüttəlibin oğlu Əbu Talib (imran ) anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenə birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır,Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: "Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!..."

Bu adın mənası "böyük","yüksək", "uca" deməkdir... indiyədək Əmirəlmömindən (ə) başqa heç kəs bu müqəddəs məkanda- Kəbədə anadan olmayıbdır.

Rəvayətə görə Əbdülmüttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s.ə) öhdəsinə götürmüşdür. Əli (ə)-ın 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir.

Qurani- kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan 19 qız ) bəxş eləmişdir. 30 il İmamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək ramazan ayının 19-da Kufə məscidində Əbdürrəhman ibn Mülcəm Muradi tərəfindən qətlə yetirilmişdir. Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.

Həmin gecə Əli (ə) evdən çıxanda ördəklər səs –küy qaldırır, toyuqlar qaqqıldaşırdılar. Amma çox çəkmir ki, övladları Əli (ə)- ın qarşısını kəsib deyirlər: "atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən!".

Həmin axşam Əli (ə) üçün çox səfalı bir gecə idi. Sübh azanını özü çəkirdi. Səhərin aşılmasına yaxın minarəyə çıxaraq "Allahu əkbər" nidasını ucaltdı. Azandan sonra minarə ilə vidalaşaraq dedi: "Ey sübh! Ey dan yeri! Ey günəşin erkən vaxtı!Əli bu dünyaya göz açandan elə bir gün olubmu ki, sənin dan yerin sökülsün və onun gözləri yuxuda olsun?. Əlinin gözləri bundan sonra həmişəlik yuxuya gedəcəkdir"....

Həzrəti Əli (ə) barəsində deyilənlərdən bir neçəsini diqqətinizə çatdırırıq:

Əbu bəkir bin qühafə- "məni rahat buraxın, mən sizin ən xeyirliniz deyiləm, Əli (ə) sizin aranızdadır".

Ömər bin Xəttab –"Əli (ə) olmasaydı, ömər həlak olardı. Biz Peyğəmbərin (s.ə) dövründə Əliyə (ə) ulduza baxdığımız kimi baxırdıq".

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İRАDLАR HİCАB VӘ MӘNTİQ
QADININ ƏRİ ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
Həzrəti Əli (ə) kimdir?
Həzrəti Fatimənin (s.ə) şəhadəti
İŞ VƏ FƏALİYYƏTİ
İzdivac, evlənmə astanasında
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
FƏDAKARLIQ VƏ İSAR
İpə-sapa düzülməmiş incilər
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR

 
user comment