Azəri
Thursday 18th of July 2024
0
نفر 0

HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI

HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI

Həzrət Peyğəmbər (s) hicri 10-cu ilin Zil-qədə ayının iyirmi beşində əmr etdi ki, xalqa belə elan etsinlər: «Allahın Peyğəmbəri (s) Allah evini ziyarət etməyə gedəcək və hər kim istəsə onunla birlikdə gedə bilər». Bu xəbər xalqı həyacana gətirdi və coşqun qəlbli minlərlə müsəlman bu işə hazır olduqlarını bildirdilər. Peyğəmbər (s) Әbu Dəcanəni Mədinədə özünə vəkil seçib əshabı ilə birlikdə yola düşdü. Zülhüləyfə ərazisinə çatdıqları vaxt ehram geyib «ləbbeyk» deyərək Məkkəyə doğru yola düşdülər. On gün sonra Məkkəyə çatıb həcc əməlləri və vacibatını yerinə yetirdilər. Həzrət Peyğəmbər (s) Әrəfə günü və ondan sonrakı gün xalq üçün nitq söyləyib onları dində müqavimətə eləcə də bu dinə qarşı daha sıx bağlılığa çağırıb tövsiyə etdi.
Zilhəccə ayının 18-i cümə axşamı günü, Peyğəmbər (s) Cühfədən Xum vadisinə çatdığında Cəbrail Allahdan xəbər gətirdi ki, Әli (ə)-ı özündən sonra xəlifə təyin etsin.

Bu öhdəliyi yerinə yetirmək üçün həzrət (s) hamını çağırıb belə buyurdu: «Peyğəmbər sizinlə əhəmiyyətli bir mövzu haqqında danışacaq. Hamı gəlsin». Minlərlə hacı o qızmar havada Peyğəmbəri (s) eşitmək üçün bir yerə toplaşmışdı. Peyğəmbər (s) namaz qılandan sonra, onun üçün düzəldilmiş xüsusi yerdə oturub buyurdu: «Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm... Mən şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur, Məhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan gedəndə iki dəyərli şeyi, Qur᾽anı və Әhli-beyti, sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qurana və Әhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız.»
Daha sonra Әli (ə)-ın əlindən tutub göyə qaldırdı və buyurdu: «Ey camaat, mən hər kimin mövlasıyamsa Әli də onun mövlasıdır. Allahım, onu sevəni se, onunla düşmən olanla düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt». Peyğəmbər (s) xütbəsi qurtardıqdan sonra o həzrətə mələk nazil olaraq bu müjdəni verdi: «Bu gün Әlinin seçilməsi ilə islam dini kamil və Allahın nemətləri xalqa tamamlanmış oldu»..
Peyğəmbər (s) həcc səfərindən qayıtdıqdan sonra xəstələnib yatağa düşdü. Hiyləgər və həmişə fürsət sorağında olan bir qrup peyğəmbərlik iddiası etsələr də onun əmri ilə qətlə yetirildi. Bir gün Peyğəmbər (s), ağır xəstə olduğu halda, Әli (ə)-la birgə Bəqi qəbristanlığına, əshabın qəbirlərini ziyarət etməyə getdi. Daha sonra evinə qayıtdı. Peyğəmbərin (s) xəstəliyi gün-gündən şiddətlənirdi. Nəhayət hicri 11-ci ilin Səfər ayının 28-də, başı həzrət Әlinin sinəsində ikən Allaha qovuşdu və bütün islam dünyasını sonsuz bir yasa düçar etdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment