Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”

Cavanlar bilməlidirlər ki, bizim keçmişdə necə inkişaflarımız olub və indi də bu tərəqqidən geri qalmamalıyıq. Axundun elmi əsərlərini toplayan zaman diqqətli olun. Onun fiqh və üsul kitablarına xüsusi diqqət ayırın. Onun indiyə qədər çap eidlməyən əsərlərini toplayıb, nəşr etdirin.


Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah Safi Gülpayiqani mərhum Axund Xorasaniyə həsr edilmiş simpoziumun təşkilatçıları ilə görüşən zaman demişdir: “Bu cür proqramların hazırlanması - çox mühüm və əhəmiyyətlidir. Keçmişin parlaq alimləri tanıdılmalıdır və insanlar onlar haqqında məlumata malik olmalıdırlar. İnsanlar bilməlidir ki, ruhaniliyin keçmişi necə parlaq olmuşdur.

Ruhaniliyin keçmişi hər bir əsrdə misilsiz olmuşdur. Ruhanilərin etdiyi xidmətlər böyük İslam dini üçün bir təbliğ idi. İslam dini elə bir gücə malikdir ki, böyük dini və elmi şəxsiyyətləri tərbiyə etmişdir. Əhli-Beyt (ə) davamçıları daima onlarla fəxr edirlər. Onların elmi məqamlarına hörmətlə yanaşmaq lazımdır. Çünki insanlar bu xidmətlərdən bəhrələnmişdilər.

Əhli-Beyt (ə) məktəbinin tarixində elə insanlar olmuşdur ki, onların mənəvi və elmi bərəkəti bütün cəmiyyət üçün məlum idi. Onlardan biri də Məhrum Axund Xorasani idi. Bu böyük şəxsiyyət elm və əxlaq üzrə bir çox görkəmli alimləri tərbiyə etmişdir. Bu böyük alimin dərslərində iştirak edənlərin çoxu mücdəhidlər olublar. Onun şagirdləri də cəmiyyətə tanıdılmalıdırlar.

Cavanlar bilməlidirlər ki, bizim keçmişdə necə inkişaflarımız olub və indi də bu tərəqqidən geri qalmamalıyıq. Axundun elmi əsərlərini toplayan zaman diqqətli olun. Onun fiqh və üsul kitablarına xüsusi diqqət ayırın. Onun indiyə qədər çap eidlməyən əsərlərini toplayıb, nəşr etdirin. Axund Xorasaninin şagirdlərindən Ağa Ziyanı, Mərhum İsfahanini misal göstərmək olar. Onların da tanıdılması cəmiyyətimiz üçün faydalı olar. Axund Xorasani əxlaqi baxımdan çox ruhani və mənəvi bir insan idi. Öz müxaliflərinə böyük hörmət bəsləyərdi. Axundun siyasi mövqeyi və həyatı çox mühümdür”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü

 
user comment