Ömər ibni Əbdül-Əzizin dövründə
Ömər ibni Əbdül-Əziz hakimiyyətə çatdığı zaman Peyğəmbər ¡ sünnəsinin yazılıb yayılması qarşısında qoyulan qadağaları aradan qaldırdı və Mədinə camaatına belə yazdı: «Peyğəmbər ¡ hədislərini diqqət mərkəzində saxlayın və onu yazın, çünki mən elmin məhv olacağından və elm sahiblərinin aradan gedəcəyindən qorxuram!»
Ibni Şəhab Zəhri 100-cü hicri ilində Ömər ibni Əbdül-Əzizin göstərişi ilə hədis yazmağa başlayan ilk şəxs idi[1]. Lakin bu iş 101-ci ildə Ömər ibni Əbdül-Əzizin vəfat etməsi ilə natamam qaldı və həmin dövrə qədər yazılanlarda itib-batdı!
Ibni Həcər 117-ci ildə vəfat edən Əbu Bəkr ibni Məhəmməd ibni Əmr ibni Həzmin tərcümeyi-halını şərh edərkən yazır: Ömər ibni Əbdül-Əziz ona belə yazdı: «Elmi mənim üçün yaz!» Onun ölümündən sonra oğlu deyirdi: «O yazılar aradan gedib məhv oldu.»[2]
Həmçinin, başqalarının yazdıqları da qalmadı, nəhayət Əbu Cə`fər Mənsur Dəvaniqi hakimiyyətə çatdı və alimləri elm yazmağa təklifli etdi. Zəhəbi 143-cü hicri ilinin hadisələrini bəyan edərkən yazır: «Bu zamanda Islam alimləri hədis, fiqh və təfsir yazmağa başladılar. Ibni Cərih Məkkədə «Təsanif» kitabını yazmağa başladı, Səid ibni Əbi Ərubə və Həmmad ibni Səlmə və başqaları Bəsrədə, Ovzai Şamda elm yazmağa başladılar, Malik Mədinədə «Müvəttə» kitabını qələmə aldı, Ibni Ishaq «Məğazili» yazmağa başladı, Müəmmər Yəməndə, Əbu Hənifə və başqaları da Kufədə fiqh və rə`yi yazmağa başladılar, Süfyan Suri «Came» kitabını yazdı, az müddətdən sonra Həşim öz kitablarını yazmağa başladı. Leys Misirdə, Ibni Ləhiə və ondan sonra ibni Mübarək, Əbu Yusif, Ibni Vəhəb elm yazıb təsnif etməyə başladılar. Bu yolla ədəbiyyat, lüğət, tarix, sirə kitabları artmağa başladı. Bu dövrandan başqa sair rəhbərlər ya öz hafizələrindən deyirdilər, yaxud da elmləri tərtibə salınmamış, amma düzgün olan yazılar üzündən rəvayət edirdilər. Allaha həmd olsun ki, elmi əldə etmək bir qədər asanlaşdı, hafizəyə e`timad tədriclə azaldı. Hər bir şey Allaha məxsusdur!»[3]
«Movsuətül-fiqhil-islami» kitabında (1-ci cild, səh.47) belə qeyd olunur: «Mənsur 143-cü hicri ilində həccə gedən zaman Maliki «Müvəttə» kitabını yazmağa təşviq etdi. Eləcə də öz işciləri ilə sair alimləri də kitab yazmağa rəğbətləndirdi. Ibni Cərih, ibni Ərubə, Ibni Üyeynə və başqa şəhərlərin fəqihləri və onların səhabələri də kitab yazmağa başladılar.»[4]
Müəllif: Bizim burda qeyd etdiklərimizin «bu dövrandan qabaq da hədis kitabları mövcud olmuşdur» - deyə nəql olunan sözlə ziddiyyəti yoxdur. Çünki misal üçün, «Əbdüllah ibni Əmr ibni As səhabə «Səhifeyi-Sadiqə»yə malik olmuşdur, tabeindən olan Zəhri hədislərin yazıldığı kitablarına malik olmuşdur» - deyilirsə, bilməliyik ki, bu kimi yazılmış iki kitab və digər kitabların adları da yalnız hədis yazılan əsrdə alimlərin əlinə çatmışdır və ondan sonra xüləfa məktəbinin alimləri Peyğəmbəri Əkrəm ¡-in sünnəsindən əzbərləyib hifz etdiklərindən yaymağa başlamış, bununla yanaşı, xəlifələrin Peyğəmbər ¡ sünnəsi qarşısında ictihad etmələrini (öz şəxsi rə`yini irəli keçirmələrini) təsdiq edən rəvayətləri də bir yerə yığmış, bə`zən onunla birlikdə Israil tipli hədisləri də yazmışdılar[5]. Həmçinin, bu kitabların yazıldığı əsrdə Peyğəmbər ¡ sünnəsinin böyük qisminin təhrif edilməsi və ya gizlədilməsi üçün hazırlıq da həmin dövrdə baş vermişdi ki, biz onun on növünü vəsiyyət bölməsində araşdırmışdıq. Bir-biri ilə ziddiyyət təşkil edən hədislər isə aşağıda qeyd olunur:
Bir-birinə zidd olan hədislərin yaranmasI
Bəlkə də Müaviyənin dövründə düzəldilərək yayılan, həzrət Peyğəmbər ¡-in sünnəsi sırasında qeyd olunan hədislərdən bir qismi aşağıdakılardır: «Səhihi-Müslüm», «Sünəni Darəmi», «Müsnədi Əhməd»də qeyd olunur ki, Peyğəmbər ¡ belə buyurmuşdur: "Mənim sözlərimi yazmayın; hər kəs mənim sözümü - Qur`andan başqa - yazsa, o yazı məhv edilməlidir!"[6]
Digər bir rəvayətdə isə belə deyilir: «Onlar Peyğəmbərdən icazə istədilər ki, onun sözlərini yazsınlar, lakin o, icazə vermədi.»[7]
«Müsnədi Əhməd» və «Sünəni Əbu Davud» kitablarında Zeyd ibni Sabitdən belə nəql olunur: «Peyğəmbər onun sözlərindən bir şey yazmağımızı nəhy etdi və onları (yazılanları) məhv etdi.»[8]
«Müsnədi Əhməd» kitabında Əbu Hüreyrədən belə nəql olunur: Biz oturmuşduq və Peyğəmbər ¡-dən nə eşitsəydik, yazırdıq. O həzrət bizim yanımıza gəlib buyurdu: «Bu nədir yazırsınız?» Dedik ki, sizdən hər nəyi eşidiriksə, yazırıq.» Buyurdu: «Allahın Kitabı ilə yanaşı digər bir kitab da vardırmı?!» Dedik: «Hər nə eşidiriksə...» Buyurdu: «Allahın Kitabını yazın, yalnız Allahın Kitabını! Allahın Kitabından başqa bir kitab da vardırmı?! Yalnız Allahın Kitabını yazın!» O deyir: «Biz də yazdıqlarımızın hamısını bir yerə yığıb, sonra yandırdıq!»[9]
Doğrusu, əgər bu rəvayətlər səhih olsa onda müsəlman bir şəxsin vəzifəsi nədir?! Belə olan təqdirdə, Peyğəmbər ¡-in hədislərini əhatə edən bütün mənbələri, kitabları, bütün səhihləri, müsnədləri, sirə və təfsir kitablarını bir yerə toplayıb yandırmaq, yaxud dəryaya tökməkdən başqa bir yol qalırmı?! Əgər belə edərək Peyğəmbər sünnəsinin bütün mənbələrini dəryaya töksək, Islam şəriətində nə qalar?! Xeyr! Peyğəmbər ¡ heç vaxt belə sözlər deməmişdir, bunun əksini bəyan etmişdir və Həccətül-vidada buyurmuşdur:
نَضَرَ اللّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي هذِهِ فَبَلَّغَهَا، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلَى مَنْ هُوَ اَفْقَهُ مِنْهُ.
"Allah o bəndəni sevindirsin ki, mənim sözlərimi eşidib hifz eləsin və onu eşitməyənlərə çatdırsın. Çox hallarda fiqhi daşıyan elə bir şəxs var ki, fiqhi özündən daha artıq fəqih olan bir şəxsə çatdırar..."[10]
Digər bir hədisdə buyurdu:
فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلىَ مَنْ هُوَ اَفْقَهُ مِنْهُ
"Nə çox fiqh daşıyanlar var ki, fəqih deyildir, nə çox fiqhi daşıyanlar var ki, fiqhi özündən daha artıq fəqih olan şəxsə çatdırar."[11]
Digər bir rəvayətdə isə buyurdu:
نَضَرَ اللّهُ امْرَءً سَمِعَ مِنَّا حَدِيثًا فَاَدَّاهُ كَمَا يَسْمَعُ، فَرُبَّ مُبَلِّغٍ اَوْعَى مِنْ سَامِعٍ
«Allah o kəsi sevindirsin ki, mənim sözlərimi eşitsin, eşitdiyi kimi də onu başqalarına çatdırsın. Çünki çox hallarda sözü əxz edən eşidəndən daha çox qoruyub saxlayır."[12]
Digər bir hədisdə isə belə buyurdu:
لِيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ، فَاِنَّ الشَّاهِدَ عَسَى اَنْ يُبَلِّغَ مَنْ هُوَ اَوْعَى لَهُ مِنْهُ
"Burada iştirak edənlər qaiblərə çatdırsınlar: şahid olan şəxs elə bir kəsə çatdıra bilər ki, onun özündən daha yaxşı qoruyub-saxlamış olsun."[13]
Yenə buyurdu:
اَللَّهُمَّ ارْحَمْ خُلَفَائِي... قَالَ K اَلَّذِينَ يَاْتُونَ بَعْدِي يَرْوُونَ حَدِيثِي وَسُنَّتِي
"Pərvərdigara, mənim canişinlərimi bağışla!" Bu duanı üç dəfə etdikdə, soruşdular ki, «ya Rəsuləllah, sizin canişinləriniz kimdir?» Buyurdu: "O kəslərdir ki, məndən sonra gəlib mənim sözlərimi və sünnəmi rəvayət edərlər."[14]
«Səhihi-Buxari»də deyilir: Yəmən əhalisindən bir kişi Peyğəmbərin sözlərini eşidib dedi: «Ya Rəsuləllah, mənim üçün yaz!» Peyğəmbər ¡ buyurdu: «Əbu filan üçün yazın!»[15]
Rəvayət olunmuşdur ki, ənsardan bir nəfər Peyğəmbər ¡-in yanında oturmuşdu. O həzrətin sözlərinin bə`zilərini eşidib heyrətlənir, amma onu hifz edə bilmirdi. Özünün bu bacarıqsızlığından Peyğəmbər ¡-ə şikayət etdikdə həzrət buyurdu: "Əllərindən kömək al!" Bu zaman onun əllərinə işarə etdi, yə`ni «bu sözləri yaz!»[16]
Əmr ibni Şüeyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbərə dedim: «Ya Rəsuləllah! Sizdən eşitdiyim hər bir şeyi yazımmı?» Buyurdu: «Bəli.» Dedim: «Həm qəzəb, həm də sevinc halında (buyurduqlarını da yazımmı)?» Buyurdu: "Bəli, çünki bütün bu hallarda haqdan başqa bir şey demirəm."
Digər rəvayətə görə belə dedi: «Mən sizdən eşitdiklərimi yazımı?» Buyurdu: «Bəli.»[17]
Əbdüllah ibni Əmr deyir: Mən Peyğəmbərdən eşitdiyim hər bir şeyi yazır və onu qoruyub-saxlayırdım. Nəhayət Qüreyş məni bu işdən çəkindirib dedilər: «Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazırsan! Halbuki, Peyğəmbər də bəşərdir: həm qəzəb, həm də razılıq halında danışır!» Mən yazmağı saxladım və məsələni Peyğəmbər ¡ üçün dedim. O həzrət barmağı ilə mübarək ağzına işarə edərək buyurdu:
اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اِلاَّ حَقٌّ
"Yaz, çünki canım əlində olan Allaha and olsun ki, buradan haqqdan başqa bir söz çıxmır!"[18]
Digər rəvayətdə yuxarıda qeyd olunanlardan sonra belə deyilir: Peyğəmbərin yanına gəlib dedim: «Ya Rəsuləllah! Mən sizin sözlərinizdən sirab olmuram; əgər icazə versəniz, onları yazmaq üçün əlimdə qələm tutum.» Buyurdu: «Əgər mənim sözlərimdirsə, əlini qələmlə yanaşı et!»[19]
Əmr ibni Şüeyb atasından, o da babasından nəql edir ki, mən dedim: «Ya Rəsuləllah! Biz sizdən bə`zi özləri eşidirik, amma onları əzbərləyə bilmirik. Onları yazaqmı?!» Həzrət buyurdu: «Əlbəttə ki, onları yazın!»[20]
***
Bəli, sonuncu səhih hədislərdən gördüyünüz kimi, Peyğəmbər ¡ səhabələri öz sözlərini yazıb yaymağa təşviq edir və bu işə fərman verirdi. Indi görək, yuxarıda qeyd olunan «Peyğəmbər ¡ öz sözünün yazılmasını qadağan etdi» - kimi hədislər necə və haradan rəvayət olunmuşdur?!
Cavab: Gördüyümüz kimi, Qüreyş, yə`ni müacir səhabələr Peyğəmbərin öz həyatında onun sözlərinin yazılmasının qarşısını alırdılar, həm də o həzrətin vəfatından əvvəl vəsiyyətinin yazılmasına maneçilik törətdilər, Peyğəmbərin vəfatından sonra da Qüreyş xəlifəsi Ömər var-gücü ilə Peyğəmbərin sözlərinin yazılmasını qadağan etdi, yazılı halda gördüyü hər bir şeyi tutub yandırdı və onların yayılmasının qabağını aldı, öz müxaliflərini isə Mədinədə nəzarət altında saxladı. Üçüncü xəlifə Osman da onun yolunu davam etdirdi. Təbii haldır ki, səhabələrdən bir qrupu da hakim dairələrin yollarını getdilər!
Digər tərəfdən, bu üslubla müxalifət edən, Peyğəmbər ¡-in sözlərinin yayılmasına sə`y göstərən Əbuzər kimi səhabələrdən bə`ziləri ağır müsibətlərə və çətinliklərə düçar oldular. Gələcəkdə qeyd edəcəyimiz kimi, Imam Əli TM onlara təskinlik verirdi. Təbii haldır ki, Imam Əli TM öz xilafəti dövründə bu təskinlik verməni davam etdirmişdi. Buna görə də o həzrət ibadət mehrabında şəhadətə çatdıqdan, hökumət Müaviyənin əlinə düşdükdən sonra Müaviyə çox sadəliklə Peyğəmbər ¡ hədisinin yayılmasının qarşısını ala bilməzdi. O bu işi görmək üçün özünə bir əsas tapmalı idi. Buna görə də «Peyğəmbər ¡ hədis yazmağı qadağan etmişdir» - kimi saxta hədislər onun dövründə düzəldilib yayılmağa başladı. Nəticəsi də bu oldu ki, indi Peyğəmbər ¡ hədislərində aşağıda qeyd edəcəyimiz ziddiyyətləri görürük: Peyğəmbərdən bə`zi rəvayətlərdə: «Mənim sözlərimi yazın.", bə`zi hədislərdə isə: «Mənim sözlərimi yazmayın!» - deyə rəvayət olunur. Buna görə də Peyğəmbəri Əkrəm ¡-dən nəql olunan rəvayətlər arasında bir-birinə zidd olan hədislər tapılır.
Deməli, biz hər vaxt ziddiyyətli hədislərlə qarşılaşsaq, yaxşı olar ki, əsrlər boyu hakim dairələrin nəzəriyyələrinə müvafiq olan hədisləri boşlayaq və onları bir tərəfə ataq!
Bəhsin sonunda bunu da unutmayaq ki, hədis yazılmasının qadağan edilməsində əsas hədəf Imam Əli TM-ın müsəlmanlar arasında olan fəzilətlərinin yayılmasının qarşısını almaq idi. Xüsusilə, bu mübarizə Müaviyənin hakimiyyəti dövründə özünün son həddinə çatmışdı: o fərman vermişdi ki, hər bir cümə namazının xütbələrində minbərdə müsəlmanları Imam Əlini lə`n etməyə vadar etsinlər. Belə ki, bunun nümunəsi birinci cilddə «Imam Əli TM fəzilətlərinin gizlədilməsi» fəslində qeyd olundu.
Yuxarıda Müaviyənin siyasətlərinin bir qisminə işarə etmişdik. O siyasət camaatı Əhli-beyt ¢ məktəbindən uzaqlaşdırmağa və xüləfa məktəbinə doğru cəlb etməyə ciddi sə`y göstərirdi. Bundan əlavə, Müaviyə müsəlmanların öz imamlarına qarşı olan nəzərlərini dəyişdirməyə ciddi şəkildə ehtiyac duyurdu. Çünki müsəlmanların ilk Islam hakimi, yə`ni Peyğəmbəri Əkrəm ¡ barəsində malik olduqları nəzəriyyə kamil bir insanın aydın nümunəsi idi. O, nə günah edir, nə də həvayi-nəfsinə tabe olurdu.
Bu nəzər, şübhəsiz, pak fitrətli və Islam ümmətinin hələ yolunu azmamış fərdlərini Müaviyənin yoluna getməkdən, daim şərab içən və fasiq Yəzid kimi vəli-əhdi qəbul etməkdən saxlayırdı. Buna görə də Müaviyə qərara aldı ki, saxta hədislər düzəltməklə müsəlmanların, islamiyyət və insaniyyətin ən yüksək nümunəsi olan Peyğəmbəri Əkrəm ¡ barəsindəki nəzərini dəyişdirsin və o həzrəti, Yəzid və Müaviyə həddə olan, özünün nəfsani istəklərinin ardınca düşən bir adam kimi təqdim etsin. O, elə hədislər düzəltmişdi ki, bə`ziləri Peyğəmbərin zövcələri olan Ümmül-mö`mininlərin tərəfindən, bə`ziləri isə o həzrətin səhabələrinin adından rəvayət olunurdu.[21]
Həmçinin, əvvəlki peyğəmbərlərə mənsub edilən Israil hədisləri (kitab əhlinin alimləri onları müsəlmanların arasında yayırdılar) əslində nalayiq və yalan nisbətlərdən ibarət idi ki, Müaviyənin bu siyasi istəklərini dəstəkləyirdi. Bu sahəyə daha artıq zərbələr vuran şey isə Peyğəmbərin hədislərinin yazılmasının qadağan edilməsi, ravilərin öz hafizəsinə, yazılmayan hədislərə və sənədsiz mənbələrə e`timad etmələri idi ki, bu da yaxşı ilə pisi bir-birinə qatmış, kitab əhlinin nəql etdiyi israiliyyatları müsəlmanların mənbələrində nəql olunanlara qoşmuşdu!
Bütün bunlar Müaviyənin dövründə xüləfa məktəbinin islami təfəkkürünü onun istədiyi şəkildə tənzim etdi, bu xüsusi və qeyri-adi təfəkkür tərzi də Müaviyənin dövründən sonra «rəsmi Islam» hesab olundu, onunla müxalif olan hər bir şey tərk edildi. Müaviyənin formalaşmasında irəli sürdüyü təfəkkür və onun istəyi əsasında olan bu «rəsmi Islam» bu günkü günə kimi qalmaqdadır. Yalnız Imam Hüseyn TM və onun Əhli-beyt və köməkçilərinin şəhadəti ilə Müaviyədən sonra inhirafın sərhədləri tə`yin edildi, Yəzid kimi xəlifənin həqiqi və mənfur siması aydınlaşdı, xilafət məqamı onun ətrafına çəkilən müqqədəs sərhəddən ayrıldı və bundan sonra hakim dairələr bir tərəfdə, dini mərcəiyyət isə digər bir tərəfdə qərarlaşdı.
Bu, xüləfa məktəbinin Peyğəmbər ¡ hədisi barəsində olan nəzəriyyələri idi. Əhli-beyt məktəbinin Peyğəmbər ¡ hədisi barəsindəki nəzərlərini isə «iki məktəbin fiqh və ictihad barəsindəki nəzərləri» bəhsindən sonra araşdıracağıq.
[1] «Fəthül-Bari», 1-ci cild, səh.218, «kitabətül-elm» babı.
[2] «Təhzibut-təhzib», 12-ci cild, səh.39.
[3] «Tarixül Islam», Zəhəb, i 6-cı cild, səh.6; «Tarixi xüləfa», Suyuti, səh.261
[4] «Məvsuətil-fiqhil-islamiyy» Qahirə çapı, 1386-cı il, 1-ci cild, səh.47, tə`lif hey`ətinin müqəddiməsi.
[5] «Imamların dinin dirçəldilməsindəki rolları», 11 və 12-ci cild.
[6] «Səhihi-Müslüm», zöhd babı, 4-cü cild, səh.97; «Sünəni Darəmi», kitabın müqəddiməsi, 1-ci cild, səh.119; «Müsnədi Əhməd», 3-cü cild, səh.12, 39, 56.
[7] «Sünəni Darəmi», 1-ci cild, səh.119,
[8] «Müsnədi Əhməd», 5-ci cild, səh.182; «Sünəni Əbu Davud», 3-cü cild, səh.319.
[9] Yenə orada, 3-cü cild, səh.12-13.
[10] Kitabın əvvəlindəki beş istilahın tə`rifinə müraciət edə bilərsiniz.
[11] Həmin mənbə.
[12] Yenə orada.
[13] «Səhihi-Buxari», 1-ci cild, səh.24; «Sünəni ibni Macə», 1-ci cild, səh.85; «Kənzül-Ümmal», 2-ci cild, səh.1126; «Biharul-ənvar», 1-ci cild, səh.152.
[14] Əhli-beyt ¢ mənbəsindən: «Məanil-əxbar», səh.374-375: «Üyunul-əxbar», Nəcəf çapı, 1-ci cild, səh.36; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.420; «Biharul-ənvar», 2-ci cild, səh.145.
Xüləfa məktəbinin mənbələrindən: «Qəvaidüt-təhrir», Qasimi, 2-ci çap, səh.48; «Şərəfu əshabil-hədis», Xətib Bağdadi, səh.30; «Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.55; «Əxbari Isfəhan», Əbu Nəim, 2-ci cild, səh.81; «Əl-fəthul-kəbir», Suyuti, 1-ci cild, səh.233; «Kənzül-Ümmal», 2-ci çap, 20-ci cild, səh.128, 133, 13-cü cild, səh.181 və «Əl-Ilma», Qazi Əyaz, səh.11.
[15] «Səhihi-Buxari», 1-ci cild, səh.22; «Sünəni Termizi»də qeyd olunduğu kimi (10-cu cild, səh.135) «Əbu Filan» dedikdə məqsəd Əbu Şatdır.
[16] «Sünəni Termizi», elm kitabı, 10-cu cild, səh.134.
[17] «Müsnədi Əhməd», 2-ci cild, səh.215.
[18] Bu rəvayətin mənbələri də «iki məktəbin Peyğəmbər hədisinin yayılması barədə nəzəri» bölməsində qeyd edildi.
[19] «Sünəni Darəmi», kitabın müqəddiməsi, 1-ci cild, səh.125-126.
[20] «Müsnədi Əhməd», 2-ci cild, səh.215.
[21] Həmin kitabın 1-ci cildi, «Peyğəmbərin sifətləri ətrafında ixtilafın mənşəyi» bölməsinə baxa bilərsiniz ki, xüləfa məktəbinin Həzrət Xatəmul-ənbiya ¡ barəsində təqdim etdiyi sima ilə tanış olasınız. Bizim nəzərimizcə, o hədislər Müaviyənin dövründə və elə onun göstərişləri ilə yazılıb yayılırdı.