IMAM ƏLI ™-IN KITABININ ADI HÖKMLƏRDƏ
Əhli-beyt imamları ¢ Əli ™-ın Peyğəmbər ¡-in imlası ilə olan bu kitabını «Camiə» adlandırmışlar:
«Kafi» və «Bəsairud-dərəcat» kitablarında Əbu Bəsirdən belə nəql olunur: Imam Sadiqin yanına gedib dedim: «Sənə fəda olum, mən sizdən bir məsələ soruşuram. Burada bir şəxs varmı ki, sözümü eşitsin?» Imam özü ilə başqa otaq arasındakı pərdəni kənara çəkdi və oranı yoxlayıb buyurdu: «Əba Məhəmməd! Nə istəyirsənsə, soruş!» Dedim: «Sənə fəda olum! Sizin şiələriniz deyirlər ki, Peyğəmbəri Əkrəm Əliyə elmdən bir bab öyrətdi ki, ondan min qapı açılırdı.» Buyurdu: «Əba Məhəmməd! «Camiə» bizim yanımızdadır, onlar nə bilirlər ki, «Camiə» nədir!» Mən dedim: Sənə fəda olum! «Camiə» nədir?» Həzrət buyurdu: «Uzunluğu Peyğəmbərin zirası ilə yetmiş zira və onun imlası ilə olan bir səhifədir. O həzrətin iki mübarək dodağından deyilmiş və Əlinin əlləri ilə yazılmışdır. Bütün halal və haram hökmlər, camaatın ehtiyac duyduğu hər bir şey, hətta cızılmanın diyəsi belə, orada qeyd olunmuşdur.» Sonra əlini mənə vuraraq buyurdu: «Əba Məhəmməd! Mənə icazə verirsənmi?!» Dedim: «Sənə fəda olum! Mən sizin qulluğunuzdayam, nə istəyirsinizsə edin.» O həzrət öz əli ilə məni sıxdı və buyurdu: «Hətta bunun diyəsi də!» Sanki bir qədər qəzəblənmişdi. Mən dedim: «Allaha and olsun, bu elmdir!»[1]
Süleyman ibni Xalid deyir ki, imam Sadiq ™-ın belə buyurduğunu eşitdim: «Həqiqətən bizim yanımızda «Camiə» adlı bir səhifə vardır ki, onda heç bir halal və haram, hətta cızılmanın diyəsi belə, buraxılmamışdır.»[2]
Digər bir rəvayətdə isə belə buyurulur: «Bizim yanımızda yetmiş ziralıq bir səhifə vardır ki, Peyğəmbərin imlası və həzrət Əlinin əlyazması ilədir. Elə bir halal və haram hökm yoxdur ki, onda olmasın, hətta cızılma belə.»[3]
Əli ibni Riab deyir: Imam Sadiq ™-dan «Camiə» barəsində soruşduqda buyurdu: «O, yetmiş zira uzunluğunda olan bir səhifədir ki, dəvənin budu kimi aşılanmış dərinin üzərində yazılmışdır. Camaatın ehtiyacı olan hər bir şey orada vardır, elə bir hadisə yoxdur ki, orada gəlməmiş olsun, hətta cızılmanın diyəsi belə.»[4]
Əbu Bəsir deyir: Imam Sadiq ™ Ibni Şəbrəmənin fətvasını xatırladaraq buyurdu: «Bu hara, «Camiə» hara! «Camiə» Peyğəmbərin imlası və Əlinin əl xətti ilə yazılmışdır, bütün halal və haram hökmlər, hətta cızılmanın diyəsi belə, orada qeyd olunmuşdur.»[5]
«Kafi» və «Bəsairud-dərəcat» kitabında Əbi Şeybə deyir: Imam Sadiq ™-ın belə buyurduğunu eşitdim: «Ibni Şəbrəmənin elmi «Camiə»nin müqabilində məhvdir. O «Camiə» Peyğəmbərin imlası və Əlinin əlyazması ilədir. «Camiə» bir kəs üçün heç bir söz qoymamışdır, o, halal və haram elmləri əhatə edir. Həqiqətən qiyas səhabələri elmi qiyas yolu ilə axtarmış, elmdən uzaqlaşmaqdan başqa bir şeyi əldə etməmişlər. Həqiqətən, Allahın dinində qiyas ilə məqsədə çatmaq olmaz.»[6]
Əhli-beyt imamları ¢ məhz bu yolla şəxsi rə`y və nəzərdən bizarlıq etmiş, öz bəyanlarını Allaha və Peyğəmbərə nisbət vermişlər ki, onu da Cəbrail Allah tərəfindən nazil etmişdir.
“CƏFR” KITABI VƏ “FATIMƏ MÜSHƏFI”
Bə`zi rəvayətlərdən mə`lum olur ki, imam Əli ™-dan başqa imamlara çatan «Camiə» və «Cəfr» adlı iki kitab olmuşdur ki, birincisi halal və haram hökmlər, ikincisi isə gələcəkdə baş verəcək hadisələrlə əlaqədar olmuşdur.
Həmçinin öz anaları Fatimədən (Peyğəmbərin qızından) yadigar qalan üçüncü bir kitaba da malik olmuş və onu «Müshəfi Fatimə» adlandırmışlar. Onun bir hissəsi gələcəkdə baş verəcək qeybi hadisələrlə əlaqədardır. Hər üç kitab imam Əli ™-ın əli ilə yazılmışdır ki, burada onlarla əlaqədar rəvayətləri xatırladırıq.
«Bəsairud-dərəcat» kitabında Əbu Məryəmdən belə nəql olunur: Imam Baqir ™ mənə buyurdu: «Bizim yanımızda «Camiə» adlı bir kitab vardır ki, onun uzunluğu yetmiş ziradır, hər şey, hətta cızılmanın diyəsi belə, orada qeyd olunmuşdur. Bu kitab Peyğəmbərin imlası və Əli ™-ın əlyazması ilədir və bizim yanımızda «Cəfr» adlanır. O Ukaza məxsus aşılanmış bir dəridə yazılmışdır. Onun haşiyələri yazılmış və doldurulmuşdur. (Indiyə qədər) olmuş və Qiyamət gününə qədər olacaq hadisələr hamısı orada qeyd olunmuşdur.»[7]
Həmçinin çoxlu sənədlərlə imam Sadiq ™-dan nəql olunur ki, bə`zi qruplar o Həzrətin yanına gəlir və ondan Peyğəmbəri Əkrəm ¡-in Əli ™ üçün və imam Əli ™-ın da imam Həsən ™-a yadigar qoyduğu kitab barəsində soruşurdular. Imam buyururdu: «Peyğəmbəri Əkrəm bizim yanımızda bir şeyi əmanət qoymuşdur ki, ehtiyac duyulan hər bir şey, hətta cızılmanın diyəsi və dırnağın diyəsi də onda mövcuddur. Fatimə ∞ özündən bir Müshəfi yadigar qoymuşdur ki, Qur`andan ayrıdır.»[8]
Əban ibni Osman, Əli ibni Hüseyndən nəql edir ki, imam Sadiq ™-a deyildi: «Əbdüllah ibni Həsən inanır ki, o, camaatın malik olduğu elmdən başqa şey bilmir.» Imam ™ buyurdu: «Allaha and olsun ki, Əbdüllah ibni Həsən düz demişdir və onun camaatın bildiyi elmdən başqa bir şeyi yoxdur; lakin Allaha and olsun ki, bizim yanımızda bir «Camiə» vardır və onda halal və haramlar vardır, bizim yanımızda «Cəfr» adlanır. Əbdüllah ibni Həsən bilirmi ki, «Cəfr» nədir? Qoyun dərisidir, yoxsa keçi? Bizim yanımızda Fatimə Müshəfi vardır. Agah ol, Allaha and olsun ki, onda Qur`andan heç bir şey yoxdur, lakin Peyğəmbərin imlası və Əlinin əlyazması ilədir. Camaat ətraf nahiyələrdən Əbdüllahın yanına gəlib sual soruşduqda, o nə deyəcəkdir?»[9]
PEYĞƏMBƏR ¡-IN SILAHI VƏ MƏKTUBLARI
«Bəsairud-dərəcat» kitabında Əli ibni Səiddən nəql olunur ki, imam Sadiq ™ öz sözlərində buyurdu: «Həqiqətən Peyğəmbəri Əkrəmin silahı, qılıncı və zirehli paltarı bizim yanımızdadır. Allaha and olsun ki, Fatimənin Müshəfi də bizim yanımızdadır. Onda Allahın Kitabından bir ayə belə yoxdur, lakin Peyğəmbərin imlası və Əli ™-ın əl xətti ilə yazılmışdır. Allaha and olsun ki, «Cəfr» bizim yanımızdadır. Onlar nə bilirlər ki, «Cəfr» nədir?! Qoyun dərisidir, yoxsa dəvə dərisi?!» Sonra bizə üz tutub buyurdu: «Sizə müjdə olsun, sevinməzsinizmi ki, Qiyamət günündə Əlinin ətəyindən yapışasınız, halbuki, Əli də Peyğəmbərin ətəyindən yapışmışdır?!»[10]
Həmçinin Məhəmməd ibni Əbdül-məlikdən belə nəql olunur: Təqribən altmış nəfərlə imam Sadiq ™-ın yanında idik. Əbdül-xaliq ibni Əbdi Rəbbih gəldi və o həzrətə dedi: Mən Ibrahim ibni Məhəmmədin yanında oturmuşdum. Deyildi ki, siz belə demisiniz: «Əlinin kitabı bizim yanımızdadır.» O isə dedi: «Xeyr, Allaha and olsun! Əli özündən sonra heç bir kitab qoymayıbdır. Əgər Əli kitab qoymuş olsaydı, onda bir dəridən başqa bir şey deyildir. Mən istərdim ki, bu qulamımın yanında olam və ondan heç bir qorxum da yoxdur.» Imam Sadiq ™ oturdu və bizə üz tutaraq buyurdu: «Allaha and olsun, siz deyən kimi deyildir! Onlar iki «Cəfr»dən ibarətdir ki, onda (çoxlu mətləblər) yazılmışdır. Xeyr, Allaha and olsun, o, iki dəridir ki, yunları hələ də üstündə qalır, onların biri çoxlu yazıları, digəri isə Peyğəmbəri Əkrəm ¡-in silahını əhatə etmişdir. Allaha and olsun ki, bizim yanımızda uzunluğu yetmiş zira olan bir səhifə vardır. Allah-taala elə bir halalı və haramı yaratmamışdır ki, onda mövcud olmamış olsun, hətta bu cızıqların diyəsi belə (sonra kiçik barmağının dırnağını cızdı). Bizim yanımızda bir Müshəf vardır. Allaha and olsun ki, o, Qur`an deyildir![11]
Əbdüllah ibni Sənan deyir: Imam Sadiq ™-ın yanında Həsənin övladının giriftarçılıqlarından söhbət düşdü, biz də «Cəfr»i xatırlatdıq. Imam bu zaman buyurdu: «Allaha and olsun ki, o iki dəri – qoyun və keçi dərisi bizim yanımızdadır, Peyğəmbərin imlası və Əlinin əlyazması ilədir. Bizim yanımızda uzunluğu yetmiş zira olan bir səhifə vardır ki, Peyğəmbərin imlası və Əlinin əlyazması ilə yazılmışdır. Ehtiyac duyulan hər bir şey, hətta cızılmanın diyəsi belə onda vardır.»[12]
Əbül-qasim Kufinin rəvayətində deyilir: Həsənin övladları «Cəfr»i xatırlatdılar və dedilər: «Çox da mühüm bir şey deyildir!» Bişr onu imam Sadiq ™ üçün dedikdə, o həzrət buyurdu: «Bəli, onlar iki dəridirlər, biri keçi, biri isə qoyun dərisidir. Onlar elm ilə doludur.»[13]
Əbdüllah ibni Sənanın hədisində qeyd olunur ki, «Əlinin xətti və Peyğəmbərin imlası ilədir ki, o həzrətin iki mübarək dilindən eşidilmişdir.»[14]
Süleyman ibni Xalid deyir ki, Imam Sadiq ™ buyurdu: «Həqiqətən, onların dedikləri «Cəfr»də onlara əzab-əziyyət verən şeylər vardır. Çünki onlar haqqı demirlər, «Cəfr»in əhatə etdiyi şeylər isə haqdan ibarətdir. Əgər onlar düz desəydilər, gərək Əlinin qəzaya və fəraizlərini (əhkam və irsin bölgüsü) çölə çıxarsınlar və siz də onlardan xalaların və bibilərin (irs) payı barədə soruşun. Onlar Fatimənin Müshəfini çölə çıxartsınlar ki, onda Fatimənin vəsiyyəti vardır, Peyğəmbərin silahı da onun içindədir.»[15]
Müəlla ibni Xüneys deyir ki, Imam Sadiq ™ öz əmi oğlanları barəsində buyurdu: «Əgər onlar sizdən soruşsalar və siz də cavablarını versəniz, bu, mənim yanımda onlara «biz sizə çatan xəbər kimi deyilik, əksinə, biz bir qrupuq ki, elmi axtarırıq. Bu elm kimin yanındadır? Kimlər onun sahibidir? Əgər sizin yanınızdadırsa, sizə itaət edərik, əgər sizdən başqalarının yanındadırsa, onları axtararıq ki, sahiblərini tanıyaq» - deməyinizdən daha sevimlidir. (Sonra buyurdu:) Kitablar Əli ibni Əbi Talib ™-ın yanında idi, Iraqa gedən zaman onları Ümmü Sələməyə əmanət tapşırdı. Şəhadətə yetən zaman imam Həsən onu irs apardı. Imam Həsən də dünyadan gedəndə onu imam Hüseynə verdi, sonra atama verdilər.»[16]
Əli ibni Səid (yaxud Sə`d) deyir: Imam Sadiq ™-ın yanında oturmuşduq, bizim səhabələrdən bir neçəsi də orada idi. Müəlla ibni Xüneys ona dedi: «Sənə fəda olum! Siz Həsən ibni Həsənin əlindən nələr çəkdiniz?!» Sonra Təyyar ona dedi: «Sənə fəda olum, gedəndə küçələrin birində Məhəmməd ibni Əbdüllah ibni Həsəni gördüm. O, bir ulağa minmişdi və zeydiyyədən olan bir qrup da onun ətrafını tutmuşdu.» Sonra onların arasında olan hadisələri xatırlatdı və Imam onun cavabında «Cəfr» barəsində buyurdu: «Cəfr aşılanmış çantaya oxşar inək dərisidir. Onda kitablar, halal-haram elmləri, camaatın Qiyamət gününə qədər ehtiyac duyduqları hökmləri vardır ki, Peyğəmbəri Əkrəm ¡-in imlası və Əli ™-ın əlyazması ilədir. «Fatimə Müshəfi» də ondadır, lakin onda Qur`an ayələrindən heç biri yoxdur. Peyğəmbəri Əkrəmin üzüyü, zirehli paltarı, qılıncı və bayrağı mənim yanımdadır. «Cəfr», bəyənməyən şəxslərin əksinə olaraq, mənim yanımdadır.»[17]
Bə`zi rəvayətlərdən aydın olur ki, Fatimə Müshəfi yuxarıda qeyd olunanlardan əlavə, bir mələyin sözlərindən ibarətdir ki, Peyğəmbərin vəfatından sonra o həzrətlə danışmış, yaxud ona başsağlığı və təskinlik vermişdir. Belə ki, Həmmad ibni Zeydin «Kafi» kitabında nəql olunan rəvayətində deyilir: Imam Sadiq ™ buyurdu: «Mütəal Allah öz Peyğəmbərini qəbzi-ruh etdiyi zaman Fatimə o həzrətin vəfatı ilə əlaqədar dərin kədərə batdı. Allah-taaladan başqa heç kəs onun qəm-qüssəsini bilməzdi. Buna görə də Allah onun yanına bir mələk göndərdi ki, qəm-qüssəsini azaltsın və təsəlli verib onunla danışsın... (Nəhayət deyir:) Fatimə dedi: Imam Əli ™-ı bundan agah etdim və o da onun sözlərini yazmağa başladı, onun yazılarından bir Müshəf yarandı.» Sonra imam Sadiq ™ buyurdu: «Agah ol ki, onda halal-haramla əlaqədar heç bir şey yoxdur, lakin gələcək hadisələrin elmi ondadır.»[18]
Əbu Übeydə deyir: «Bizim köməkçilərimizdən bə`ziləri imam Sadiq ™-dan «Cəfr» barəsində soruşduqda, Həzrət buyurdu: «O, elmlə dolu və inək dərisindən ibarətdir!» Soruşdu: «Bəs «Camiə» nədir?» Həzrət buyurdu: «O, yetmiş zira uzunluğunda olan bir səhifədir ki, dəvənin budu kimi dəriyə bükülmüşdür. Camaatın ehtiyac duyduğu hər bir şey orada vardır. Elə bir hadisə yoxdur ki, orada gəlməmiş olsun. Hətta cızılmanın diyəsi belə.» Sonra dedik: «Bəs Fatimənin Müshəfi» nədir?» Ravi deyir: Imam bir qədər sükut etdikdən sonra buyurdu: «Həm istədiyiniz, həm də istəmədiyiniz şeylər barəsində təhqiqat aparırsınız! Fatimə Peyğəmbərin vəfatından sonra yetmiş beş gün yaşadı və atasının ayrılığından şiddətli qəm-qüssəyə düçar oldu. Cəbrail onun yanına gəlib başsağlığı və təskinlik verdi və onu atasının vəziyyətindən agah etdi. Gələcəkdə baş verəcək hadisələri ona bəyan etdi. Əli də onları yazdı. Bu yazılar «Fatimə Müshəfi» adını aldı.[19]
Mütəvatir şəkildə nəql olunan rəvayətlər göstərir ki, Əhli-beyt imamları hökmlərdə «Camiə» kitabını imam Əli ™-dan, gələcəkdə baş verəcək hadisələrlə əlaqədar «Cəfr» və «Fatimə Müshəfi» kitablarını irs aparmışlar. Bə`zi hədislərdən də aydın olur ki, bu kitablar inək dərisində qorunub saxlanırdı və onu «Cəfri-əbyəz» adlandırırdılar. Peyğəmbərin silahı və o həzrətdən irs apardıqları hər şey də digər bir inək dərisində saxlanılırdı ki, ona da «Cəfri-əhmər» deyirdilər.
[1] «Üsuli-kafi», 1-ci cild, səh.239, hədis:1; «Bəsairud-dərəcat», səh.151-152; «Vafi», 2-ci cild, səh.135. Bu hədis uzundur və biz onun ehtiyac duyulan miqdarını qeyd etdik.
[2] «Bəsairud-dərəcat», səh.142-143.
[3] Yenə orada, səh.143.
[4] Yenə orada, səh.142.
[5] Yenə orada, səh.145-146 və 148.
[6] «Üsuli-kafi», 1-ci cild, səh.57, hədis:14; «Bəsairud-dərəcat», səh.146-149-150; «Vafi», 1-ci cild, səh.58; Əbdüllah ibni Şəbrəmə Zəbiy kufəli şair və Mənsur Dəvaniqinin tərəfindən olan bir qazi idi ki, 144-cü ildə vəfat etmişdir. («Əl-kuna vəl-əlqab», 1-ci cild, səh.313.)
[7] «Bəsairud-dərəcat», səh.160.
[8] Yenə orada, səh.156.
[9] Yenə orada, səh.157-158. Əbdullah ibni Həsən, imam Əli ibni Əbi Talib ¢-ın nəvələrindədir, onun anası Fatimə də imam Hüseyn ™-ın qızıdır. Mənsur Abbasi 142-ci ildə onu və onun qardaşlarını Mədinədə həbs etmiş və 144-cü ildə onları Haşimiyyə Mədinəsinə nəql etmiş və orada müxtəlif işkəncələrlə qətlə yetirmiş, bə`zilərini diri-diri torpağa basdırmışdı. Əbdüllahın da evini onun üstünə uçurmaqla dəfn etmişdi. Əbdüllahın oğlu Məhəmməd Nəfsi Zəkiyyə adı ilə məşhurdur ki, Mənsurun əleyhinə qiyam etmiş və 145-ci ildə Mədinədə şəhid olmuşdur. Onun digər övladı Ibrahim qardaşı Məhəmmədin şəhadətindən sonra Bəsrədə qiyam etmiş, o da həmin ildə qətlə yetirilmişdir. Bax: «Tarixi Təbəri», «Tarixi ibni Kəsir», «Tarixi ibni Əsir», 142-145-ci illərin hadisləri.
[10] «Bəsairud-dərəcat», səh.153.
[11] Yenə orada, səh.151.
[12] Yenə orada, səh.145 və 159.
[13] Yenə orada, səh.155.
[14] Yenə orada.
[15] Yenə orada, səh.157, xülasəsi, səh.158-də
[16] Yenə orada, səh.167, onun xülasəsi, səh.168.
[17] Yenə orada, səh.156 və 160.
[18] «Üsuli-kafi», 1-ci cild, səh.240, hədis:1.
[19] «Üsuli-kafi», 1-ci cild, səh.241, hədis:5; «Bəsairud-dərəcat», səh.150; «Vafi», 5-ci cild, səh.135.