Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İnqilab Rəhbəri: Fələstin azadlığı qətidir

İnqilab Rəhbəri: Fələstin azadlığı qətidir

İslam İnqilabının böyük rəhbəri bildiriblər ki, Fələstin xalqı unudulmaz müqavimətini davam etdirməsi cihad qruplarının müqavimət, iman və Allaha təvəkkül müyarlarına uyğun birləşməsi nəticəsində mütləq işğaldan azad olunacaq.
Həzrət Ayətullahil Üzma Xamenei VƏhdət Həftəsinin ilk günündə fələstinli mübariz qrupların liderlərini qəbulu zamanı Fələstinin gələcəyi uğrunda milli və dini həmrəylik konfransının açılışı münasibətilə Fləstin xalqının və Qəzzə əhalisinin möhkəm müqavimət göstərməsinə toxunaraq buyurublar: Qəzzə də daxil olmaqla, bütün Fələstində müsibətlərəvə sonsuz təzyiqlərə dözmək yalnız Pərvərdigarın Məhrhəməti ilə mümkün olub. Fələstin xalqı tarixin ən müqavimətli insanları adını qazanıb.
Müqavimət cəbhəsinin imperializm və küfr cəbhəsi bərabərində günü-gündən güclənməkdə olan müqaviməti inkaredilməz reallıq sayaraq fələstinli qrupların liderlərinə xitabən söyləyiblər: Fələstin xalqında dini ruhiyə və həqiqi imanı dərinləşdirmək, xüsusilə də ki, təvəkkül, ümid və ilahi vədlərə nikbinliyi artırmaq lazımdır.
Böyük İnqilab Rəhbərinin fikrincə, Fələstin məsələsi Qərbdəki liberal-demokrat iddiaçıları üçün də bir sınaqdır. Fələstin xalqının müqaviməti Qərbin azadlıq və insan haqları barədə bir neçə yüzillik iddialarını tamamilə şübhə altında qoyub və Qərb dövlətləri rüsvayçı vəziyyətə düşüblər.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin müsəlman Yaxın Şərq adlı yeni Yaxın Şərqin qoyulmasını vacib sayaraq, Fələstin xalqının müdafiə olmasını humanist və dini vəzifə adlandırıblar.
Həzrət Ayətullahil Üzma Xamenei deyiblər: Müsəlman ölkələrinin bu xüsusda üzərinə ağır məsuliyyət düşür. Xalqlar artıq oyanıblar və Fələstinin müdafiə olunmasını tələb edirlər.
Təslimçi qüvvələrin taleyini sionist düşmənlə müzakirənin etibarsız olmasının əlaməti sayan İnqilab Rəhbəri sonda qeyd ediblər ki, müqavimət və mübarizə yolunda ayrılan qüvvələr düşmənin şərtlərini qəbul etmək məcburiyyətində qaldılar və qeyri-legitim tələbləri yerinə yetirməkdən boyun qaçırdıqları zaman təhqir olundular və yaxud da kənarlaşdırıldılar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment