Azəri
Friday 10th of January 2025
0
نفر 0

Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

5- Əbu BəKrin və Ömərin Xüms barəsində iCtihadI

Tarix kitablarında qeyd olunduğu kimi, Əbu Bəkrin və Ömə‌rin ictihadlarının digər bir nümunəsi Əhli-beytin öz haq‌ları olan xümsdən, xüsusilə Fatimeyi Zəhra -ın öz haq‌qın‌dan məhrum edilməsi idi. Bu iki xəlifənin bu barədə ne‌cə ictihad etmələri ilə tanış olmaq üçün aşağıdakı kəl‌mə‌lə‌rin lüğətdəki və istilahdakı mə`nalarını araşdırmağı zə‌ru‌ri hesab edirik:

1-Zəkat, sədəqə, fey`, səfiyy, ənfal, qənimət və xüms kəlmə‌ləri‌nin lüğətdəki mə`nası.

2-Xümsün şə`ni və Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı.

Bu kəlmələrin və bu mövzuların arşdırılmasından sonra bu iki xəlifənin xüms, xüsusilə Peyğəmbəri Əkrəm ¡-in qızının haqqı barəsində etdikləri ictihadın necəliyini dərk etmək asan olacaqdır. Buna görə də deyirik:

1-2-Zəkat və sədəqə

Zəkat ərəb kəlməsi olub paklıq, pakizəlik, inkişaf, xe‌yir-bərəkət və mədh etmək mə`nasına gəlmişdir.[1] Belə ki, Qur`‌‌ani-Kərimdə də («Kəhf» surəsi, ayə:19) buyurulur:

أَيُّهَا أَزْكَى

"Hər hansı yemək daha pak-pakizə olsa."

Rəvayət olunur ki, həzrət Imam Baqir belə buyurur:

زكاة الارض يبسها

"Yerin pakı onun qurusudur."[2]

Imam Əli belə buyurmuşdur:

العلم يزكو على الانفاق

"Elm, başqalarına infaq etməklə və sərf olunmaqla artar."[3]

Ərəblərin dediyi «Zəkəz-zər`u» cümləsinin mə`nası «əkin sa‌hə‌si inkişaf edib bərəkət tapdı» deməkdir. Allah-taala‌nın da «Nisa» surəsinin 49-cu ayəsində buyurduğu "əlləzinə yu‌zək‌kunə ənfusəhum" sözünün mə`nası budur ki, "o kəslər ki, özünü mədh və tə`rif edərlər."

Şəriətdə zəkatın mə`nası: Zəkat – Allahın bir haqqıdır ki, insan öz malından ayırıb müstəhəqlərə verir.» Buna görə zə‌kat adlandırılmışdır ki, insanın malının və canının pak-pakizəliyinə və xeyir-bərəkətinə səbəb olur.»[4]

Bura qədər qeyd olunanlar lüğət alimlərinin zəkat kəl‌məsinin barəsində verdiyi nəzərlərdir.[5]

Sədəqə barəsində isə Rağib özünün «Müfrədat» kitabında belə yazır:

الصدقة ما يخرجه الانسان من ماله على وجه القربة كالزكاة لكن الصدقة تقال في الاصل للمتطوع به، والزكاة للواجب

«Sədəqə o şeydir ki, insan qürbət qəsdi ilə öz malından ayır‌sın, eynilə zəkat kimi. Lakin sədəqə əslində müstəhəb ola‌raq verilən şeylərə, zəkat isə vacib yolla verilənlərə deyi‌lir.»[6]

Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində yazır:

الفرق بين الصدقة والزكاة ان الزكاة لاتكون الافرضا، والصدقة قد تكون فرضا وقد تكون نفلا

«Sədəqə ilə zəkatın fərqi budur ki, zəkat vacibdir, lakin sədəqə bə`zən vacib, bə`zən də müstəhəb olur.»[7]

Buna görə də gördüyünüz kimi, zəkatda «vacib» məsələsi nə‌zərə alınmışdır – ondan məqsəd də mal-dövlətdə Allaha məx‌sus olan haqq nəzərdə tutulur. Belə ki, sədəqədə də Allah dər‌gahına yaxınlaşmaq üçün malın verilməsinin müstəhəbliyi nə‌zərdə tutulur. Bə`zən də «sədəqə alan şəxsə bəxşiş etmək» mə`‌nasına işlənir. Belə ki, Yusifin qardaşları ondan bəx‌şiş istəyərək demişdilər: "və təsəddəq ələyna – bizə bəxşiş et!" «Yusüf» surəsi, ayə:88

Zəkat vücubla, yə`ni malda Allahın haqqını sübut etməsi ilə yanaşı olduğundan, bizim nəzərimizə görə vacib sədə‌qə‌lə‌rə, vacib xümslərə və Allahın insanın malında qərar ver‌di‌yi sair vaciblərə də şamildir. Bunun şahidi Peyğəmbəri Ək‌rəm ¡-in Himyər padşahlarına yazdığı məktubdur:

وآتيتم الزكاة من المغانم خمس اللّه وسهم النبي وصفيه وما كتب اللّه على المؤمنين من الصدقة

"Və zəkatı, qənimətlərdən Allahın xümsünü, Peyğəmbərin səhmini və onun xalisəsini, Allahın mö`minlərə vacib etdiyi sədəqələri verin."

Çünki zəkat kəlməsindən sonra gələn «min» kəlməsi zəka‌tın növlərini bəyan edir ki, o da aşağıdakılardan iba‌rət‌dir:

a) Allahın xümsü;

b) Peyğəmbərin səhmi və onun xalisəsi;

v) Allahın mö`minlərə vacib etdiyi sədəqələr, yə`ni sədəqənin vacib qisimləri.

Beləliklə, vacib sədəqə zəkatın qisimlərindən biri olaraq qə‌rar verilmişdir. Mütəal Allah onun hansı yerlərdə işlə‌dil‌məsi ilə əlaqədar «Tövbə» surəsinin 60-cı ayəsində belə buyur‌muşdur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللّهِ وَابْنِ السَّبِيلِ فَرِيضَةً مِّنَ اللّهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

"Sədəqələr yalnız fəqirlərə, miskinlərə, onun toplanmasına mə`mur olu‌nanlara, qəlblərinin Islama yönəldilməsi lazım olan şəxslərə, qul‌la‌rın azad edilməsinə, borclulara, Allah yolunda və yolda qalanlara aid‌dir. Bu, Allah tərəfindən tə`yin olunan bir fərizədir. Allah elmli və hik‌mətlidir."

Mütəal Allah zəkatın hökmünü bəyan edərkən bir-iki qi‌sim‌lə kifayətlənməmiş, əksinə, onu Qur`anda 25 yerdə «səlat» (na‌maz) kəlməsi ilə yanaşı qərar vermişdir.[8] Hər vaxt «zəkat» və «səlat» kəlmələri Allahın kəlamında və Peyğəmbərin sözlə‌rin‌də yanaşı gəlibsə, onlardan məqsəd Allah-taalanın malda olan mütləq haqqı nəzərdə tutulur. O cümlədən, nəqdeyn (qı‌zıl və gümüş), ənam (mal-heyvan), ğəllat (taxıl) – yə`ni vacib sə‌dəqələr – bu kimi hallarda nisab həddinə çatmalıdır. Digə‌ri isə Allahın qənimətlərdə olan haqqı yə`ni xümsdür və ondan başqalarıdır.

Hər vaxt zəkat sözü Allahın və Peyğəmbərin kəlamında xü‌ms‌lə yanaşı gəlsə, ondan məqsəd yalnız vacib sədəqələrdir. Həm‌çinin, kəlamda sədəqə siniflərindən hər hansı bi‌ri‌nə izafə şəklində olub, misal üçün, zəkatül-ğənəm (qoyu‌nun zəkatı), yaxud zəkatül-nəqdeyin (qızıl-gümüşün zəkatı) de‌yi‌lirsə, ondan da məqsəd vacib sədəqələrdir. Eləcə də, sədəqə işlərinə baxanlar da hə‌dis‌də və sirədə müzzəki – zəkatı toplayanlar deyil, müsəddiq,[9] yə`‌ni sədəqəni toplayanlar adlandırılmışdır. Həmçinin, sə‌də‌qə verən kəsə müzəkki, yaxud mətəzəkki deyil, müsəddiq deyi‌lir.[10] Bəni Haşimə haram edilən zəkat deyil, sədəqədir.[11] Müs‌lüm bu məsələyə diqqət yetirmədiyindən, özünün «Səhih» kita‌bın‌da «zəkatın Peyğəmbərə və onun Əhli-beytinə haram olma‌sı» adlı bir babda (3-cü cild, səh.117) sədəqənin onlara haram ol‌ma‌sı ilə əlaqədar səkkiz hədisi bu babda qeyd etmişdir. Hal‌buki, zəkat onun dediyi kimi deyildir.

Buna əsasən, hər vaxt Qur`anda «əqimus-səlat və atuz-zəkat» (na‌maz qılın və zəkat verin) kimi iki cümlə bir yerdə qeyd edi‌lirsə,[12] bu iki cümlədə əvvəlcə fərman verilir ki, vacib na‌maz‌lar yerinə yetirilsin, istər gündəlik namaz olsun, istər ayət namazı, istərsə də başqası; sonra fərman verilir ki, mal-dövlətdə Allahın vacib buyurduğu haqq yerinə yetirilsin. Bu haqq istər vacib sədəqə hallarından olsun, istər xüms yer‌lə‌rində Allahın haqqı, istərsə də digər hüquqlar – hamı‌sı‌na şamil olur.

Həmçinin, Peyğəmbər ¡-dən rəvayət olunan «hər vaxt ma‌‌lı‌nın zəkatını verdinsə, öhdəndə olan hər bir şeyi əda etmi‌sən» hədisində («Sünən»i Termizi», 3-cü cild, səh.97) məqsəd budur ki: «Əgər öz malında olan Allahın haqqını əda etmisənsə və malda olan Allah hüquqlarının hamısını ver‌misənsə, öhdəndə olan hər bir şeyi yerinə yetirmisən». Həm‌çinin, o həzrətdən rəvayət olunan «hər kəs bir malı əldə et‌sə, ilin axırına qədər onun öhdəsində zəkat yoxdur» (yenə ora‌da, səh.125) hədisindən məqsəd budur ki, Allahın onun ma‌lın‌da heç bir haqqı yoxdur. Əhli-beyt imamlarından ¢ nəql olunan hədislərdə də deyilir: "Əmvaldakı haqq zəkatdır."[13] Bu‌nun camaata gizli qalmasının səbəbi bəlkə də bu ola bi‌lər ki, xüləfalar xüms hökmünü Peyğəmbər ¡-dən sonra qüv‌vədən saldıqlarına, əməli olaraq zəkat üçün sədəqədən baş‌qa bir nümunə qalmadığına görə xüms mövzusu tədrici ola‌raq unudulmuş və iş o yerə çatmışdır ki, son zamanlarda «zə‌kat» kəlməsindən sədəqədən başqa bir şey düşünülmür!

2-Fey`

Fey` lüğətdə «qayıtmaq» mə`nasınadır. Günəşin günortadan sonrakı hərəkəti nəticəsində kölgənin qayıtmasına da fey` deyilir. Amma Islam şəriətində, «Lisanül-ərəb» kitabında qeyd olunduğu kimi, bu mə`naya gəlir: «Müharibə olmadan ka‌fir‌lərdən əldə olunan mal-dövlət.» Həmçinin, «o mal-döv‌lət‌dir ki, Allah-taala Öz dininin əhlinə qaytarmışdır, özü də mü‌ha‌ribə aparılmadan din müxaliflərinin mal-dövlətindən alı‌nan, yaxud cəlayi-vətən edildiyinə, yaxud müsəlmanlar üçün bo‌şal‌dıldığına, yaxud müsalihə yolu ilə, yaxud da cizyə ver‌məklə – onun vasitəsilə fida verilir, qanlarını qoruyurlar və nəticədə islamın pənahında qalırlar – əldə olunan əm‌lak da fey`dən ibarətdir.[14]

Allah-taala «Həşr» surəsinin 7-ci ayəsində buyurur:

﴿مَّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

"Allahın qəryələrin əhalisindən Öz Peyğəmbərinə qaytardığı şeylər Alla‌ha, Peyğəmbərə və onun qohumlarına, yetimlərə, miskinlərə və yolda qalan‌lara məxsusdur."

Bu ayə və bütünlükdə «Həşr» surəsi Bəni-nəzir yəhudi‌lə‌ri‌nin barəsində nazil olmuşdur. Onlar Peyğəmbərlə bağla‌dıq‌‌ları əhd-peymanı pozmuş və on nəfərlə birlikdə onların ya‌nı‌na getdiyi halda böyük daş parçası dığırladıb o həzrəti öl‌dürmək istəyirdilər. Buna görə də Allah-taala vəhy vasi‌tə‌silə onların bu hiyləgərlik məqsədlərini ifşa etdi və o həz‌rət çox sür`ətlə, sanki bir ehtiyacı varmış kimi, oradan çıx‌dı və Mədinəyə getdi. O yubandığı zaman köməkçiləri ona qo‌şuldu. Peyğəmbər ¡ onların yanına adam göndərdi və on‌ların qurduqları məkirli tədbirlərini bildiyini onlara agah etdi və onlara əmr etdi ki, oradan köçüb getsinlər. On‌lar bunu qəbul etmədilər, on beş gün qalalarında qaldılar. Son‌ra oradan çıxdılar və silahdan başqa, daşınmağa qabil olan bütün şeylərini dəvələrlə apardılar və onların öz mal‌ları oldu. Onlar altı yüz dəvə ilə çıxıb Xeybərə və digər yer‌lərə getdilər. Allah-taala onların qoyub getdiyi çoxlu si‌lah‌ları, əraziləri və xurma bağlarını bütünlüklə Peyğəm‌bə‌rin ixtiyarına verdi. Ömər dedi: «Əldə etdiyin şeylərin xüm‌sü‌nü vermirsənmi?» Yə`ni onun xümsünü ayırmırsanmı ki, yer‌də qalanlarını camaatın arasında bölüşdürək?! Peyğəmbər ¡ cavabında buyurdu: «Allah-taalanın müsəlmanların ha‌mı‌sının deyil, yalnız mənim üçün qərar verib "ma əfaəllahu əla Rəsulih" deyə buyurduğu şeyi, iki hissəsi müsəlmanlar üçün olan bir şeylə eyni səviyyədə qərar vermərəm!»

Vaqidi və başqaları demişlər: O həzrət öz ailəsinin xərc‌lərini onun öz xalisəsi olan Bəni-nəzir əmvalından ödə‌yir‌di. Istədiyi şəxslərə də onlardan bağışlayır, istəmədiyi şəxs‌lərə də vermirdi. O, öz xidmətçisi Əbu Rafeni həmin yer‌də işçi tə`yin etmişdi.[15]

4-Səfiyy

Cəm forması «səfayya» şəklində olan «səfiyy» cahiliyyət döv‌ründə qəbilə rəisinin döyüş və çarpışma yolu ilə əldə olu‌nan şeylərin bölgüdən qabaq öz ixtiyarına keçirdiyi hissə‌lə‌rə deyilirdi. Islam şəriətində səfiyy Peyğəmbəri Əkrəm ¡-ə məxsus olan xalisə mənqul (daşına bilən) və qeyri-mən‌qul (daşına bilməyən) maldan ibarətdir, müsəlmanların on‌da heç bir payı yoxdur; və bu da onun xümsdən olan payın‌dan tamamilə ayrıdır.[16]

Qeyd etdiklərimiz aşağıdakı rəvayətlərdən əldə olunur:

a) Əbu Davud öz «Sünən» kitabında xəlifə Ömərdən rəva‌yət edir ki, Peyğəmbəri Əkrəm ¡-in üç xalisəsi var idi: «Bəni-nəzir, Xeybər və Fədək.»[17]

Digər bir hədisdə isə deyir: «Allah Peyğəmbərə bir xali‌sə bağışladı ki, camaatdan heç birinə onu bağışlamamış və bu barədə belə buyurmuşdu: "(Allahın onlardan Öz Rəsuluna qaytar‌dı‌ğı şeylər bunlardan ibarətdir) ki, siz nə ona at sürmüsünüz, nə də də‌və. Lakin Allah Öz rəsullarını istədiyi hər kəsə müsəllət edər, Allah hər bir işə qadirdir."[18] Bəni-nəzirin mal-dövlətini Peyğəmbərə qaytaran da Allah olmuşdu.»

Digər bir hədisdə yuxarıdakı ayə zikir olunduqdan sonra deyi‌lir: «Bunlar – filan və filan yerin abadlıqları – Peyğəm‌bər ¡-in xalisəsi və ona məxsus olan şeylərdir.»

Əbu Davud Zühəridən nəqlən belə deyir: «Peyğəmbər ¡ Fədək əhlini və başqa abadlıqları mühasirə etdi, on‌lar sülh etmək istədikləri zaman "fəma ocəftum əleyhi min xəy‌lin və la rikab..." - yə`ni bunlar heç bir müharibə olmadan ələ gə‌tiril‌mişdir. Bu ayə barəsində demişdir ki, Bəni-nəzir tay‌fa‌sının mal-dövləti Peyğəmbəri Əkrəm ¡-in xalisəsi idi. Çünki onu silah və zor işlətməklə fəth etməmişdilər, əksi‌nə, sülh yolu ilə almışdır.»

Qeyd olunanlardan aydın olur ki, Ibni Əsir kimi təhlil‌çi‌lər də həqiqəti dərk edə bilməmişlər. «Nihayətül-lüğət» ki‌ta‌bında «sə-fa» maddəsi barəsində deyilir: «Səfiyy o şeydir ki, ordu başçısı qənimətləri bölüşdürməzdən qabaq özü üçün gö‌tü‌rür və ona görə də «səfiyyə» adlandırılır. Bunun cəm for‌ması «səfaya»dır. Ayişənin dediyi hədis də həmin qəbil‌dən‌dir: «Səfiyyə (rəziyəlahu ənha) səfiyydən idi» – yə`ni Hüyy ib‌ni Əxtəbin qızı Səfiyyə o kəslərdən idi ki, Peyğəmbər ¡ onu Xeybər qənimətlərindən özü üçün seçmişdi. Hə‌dis‌lərdə səfi və səfaya kəlmələri təkrar gözə dəyir. Əli -ın və Abbasın hədislərində qeyd olunur ki, o ikisi sə‌va‌fi – yə`ni Allahın Bəni-nəzir qəbiləsinin mal-dövlə‌tin‌dən Öz Peyğəmbərinə qaytardığı şeylər – barəsində bir-biri ilə mübahisə edən halda Ömərin yanına gəldilər...

«Səvafi» o mülklərə və ərazilərə deyilir ki, maliki olma‌sın, yə`ni sahibi köçüb getmiş olsun, yaxud ölsün və heç bir varisi olmasın. Onun tək forması «safiyə» şəklindədir. Zühə‌ri deyir: «Sultanın yalnız özü üçün ayırdığı torpaqlara da səvafi deyilir.»

Sonrakı lüğət alimləri, o cümlədən Ibni Mənzur da bu mə`‌na‌nı Əzhəridən və Ibni Əsirdən nəql etmişdir. Ibni Mən‌zur «Lisanül-ərəb» kitabında «səfa» maddəsi barəsində de‌yir: «Yekun nəzər budur ki, cəm forması «səfaya» olan «sə‌fiyy» kəlməsi o şeylərə aid edilir ki, rəis müharibədə da‌şı‌na bilməyən qənimətlərdən özü üçün götürmüş olsun. Cəm for‌ması «səvafi» olan «safiyə» də o şeylərə aid edilir ki, sul‌tan ərazilərdən və əkin sahələrindən özü üçün ayırmış ol‌sun.»

Mən bilmirəm: Bu söz necə düzgün ola bilər, halbuki, xəli‌fə Ömər Fədəki, Xeybəri və digər abadlıqları Peyğəm‌bəri Əkrəm ¡-in «səfaya»sı hesab etmişdir!

Əbu Davud (257-ci ildə vəfat edib)[19] öz «Sünən» kitabında «babu səfaya Rəsulillah» adlı bir bölmə təşkil etmiş və Ömərin və başqalarının hədisində Peyğəmbərin özünə məxsus olan abadlıqları təqdim etmişdir.

Bizim nəzərimizə görə, qeyd olunan təsnifat və təhlil 370-ci ildə, yə`ni Əbu Davuddan təqribən bir əsr sonra vəfat edən Əzhəriyə məxsusdur[20] ki, bəlkə də onu, öz dövründə geniş yayıl‌mış şeylərdən əxz etmiş və onun özündən olmamışdır. Xü‌su‌silə, bunu nəzərə alaq ki, o, uzun müddət Qəramitə qəbi‌lələri arasında yaşamış, onlarla ünsiyyətdə olmuş və onların ara sözlərindən çox istifadə etmişdir.

Bir sözlə, tək forması «səfi» olan «səfaya» kəlməsi hətta Əbu Davudun dövrünə qədər də Peyğəmbəri Əkrəm ¡-in yalnız özünə məxsus olan xalisəsi, xüsusi torpaqları və mal-dövlətinə aid edilmişdir.

z) Ənfal

«Ənfal» kəlməsi «nəfəl»in cəmidir. «Nəfəl» də lüğətdə əta etmək, bəxşiş etmək mə`nasınadır. Nəfl isə vacib əmələ ar‌tırılan miqdar mə`nasınadır ki, nafilə namazlırı da hə‌min qəbildəndir.[21]

Ənfal Islam şəriətində ilk dəfə olaraq «Ənfal» surə‌si‌nin 1-ci ayəsində qeyd olunmuşdur. Bu ayənin şə`ni-nüzulunda de‌yi‌lir ki, müsəlmanlar ilk dəfə olaraq 2-ci hicri ilində Peyğəmbər ¡-in şəxsən özünün rəhbərlik etdiyi bir or‌du‌da böyük Bədr qəzvəsinə getdilər. Müharibənin axırında bö‌yük bir qələbə ilə düşməni məğlub etdilər, müharibə qəni‌mət‌ləri barəsində ixtilaf yarandı. Peyğəmbərə müraciət etdi‌lər və bunun ardınca «Ənfal» surəsinin ilk ayələri nazil oldu:

﴿يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ قُلِ الأَنفَالُ لِلّهِ وَالرَّسُولِ فَاتَّقُواْ اللّهَ وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْ وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ

"Səndən ənfal barəsində soruşurlar, de: Ənfal Allaha və Onun Rəsu‌luna məxsusdur. Belə isə, Allah qarşısında təqvalı olun, düş‌mən‌çi‌likləri sülhə, səfa-səmimiyyətə çevirin, Allaha və Onun Peyğəmbərinə ita‌ət edin – əgər imanınız varsa."

Ibni Hişamın «Sirə», «Tarixi Təbəri», «Sünəni Əbu Da‌vud» və başqa kitablarda mövcud olan bir rəvayətdə belə deyi‌lir: «Peyğəmbəri Əkrəm ¡ fərman verdi ki, ordu üzvlə‌rin‌dən hər birinin tapdığı şeyləri bir yerə toplasınlar. Ha‌mı‌sını bir yerə topladıqları zaman müsəlmanlar onun ba‌rə‌sində ixtilafa düşdülər. Həmin malı toplayanlar dedilər: «Bun‌lar bizə məxsusdur!» Düşmənlə mübarizə edənlər və on‌la‌rı tə`qib etməyə məşğul olanlar dedilər: «Allaha and ol‌sun, əgər biz olmasaydıq, siz bunları əldə edə bilməzdiniz! Biz düş‌mənin sizə tərəf gəlməsinin qarşısını aldıq, siz də bu iş‌ləri görə bildiniz.» Peyğəmbərin keşiyini çəkən və onu hi‌mayə edənlər də dedilər: «Allaha and olsun, bu mal-dövlətə sa‌hib olmaqda siz heç də bizdən layiqli (irəli) deyilsiniz. Biz də heç bir keşikçisi olmayan qənimətləri yığa bilərdik, la‌kin düşmənin Peyğəmbəri Əkrəm ¡-ə hücum edə‌cəyin‌dən qorxduq, özümüzü o həzrətə sipər qərar verdik. Belə isə, siz bu mal-dövlətə sahib çıxmağa bizdən artıq deyilsiniz!»

Həmçinin, Ibni Hişam Ibadət ibni Samitdən[22] rəvayət edir ki, o, «Ənfal» surəsi barəsində demişdir: «Bu surə bi‌zim Bədrdə olduğumuz zaman nazil olmuşdur. O zaman ki, onun «nəfli» barəsində ixtilaf və kobudluq etdik, Allah onu bi‌zim əlimizdən aldı və Peyğəmbərin ixtiyarına qoydu. O həz‌rət də onları müsəlmanların arasında bərabər şəkildə bölüş‌dürdü.»

Əbu Üseyd Saidi[23] belə deyir: «Bədr müharibəsində Aiz Məx‌zu‌minin qılıncını əlimə keçirtdim. Peyğəmbəri Əkrəm ¡ camaata fərman verib «əldə etdiyiniz hər bir nəfli qay‌ta‌rın!» - deyə buyurduğu zaman, gedib onu nəflin içinə at‌dım.»

Ibni Hişam yazır: «Ondan sonra Peyğəmbəri Əkrəm ¡ öz ordusu və müşrik əsirlərlə birlikdə Mədinəyə gəl‌di. Səfra təngəsindən keçən zaman qumluq bir yerdə dü‌şər‌gə saldı, Allahın müşriklərdən müsəlmanlara qaytardığı nəfli onların arasında bərabər şəkildə böldü.»[24]

Qeyd olunanlardan aydın olur ki, mütəal Allah bə`zən «ən‌fal» kəlməsini bu şərif ayədə özünün lüğətdəki «əta etmək» və «bağışlamaq» kimi mə`nasını iradə etmişdir. Yə`ni sizin düş‌mənin mal-dövlətindən əldə etdiyiniz şeylər cahiliyyət döv‌ründə qəbul edilən qarətçilik qəbilindən deyildir ki, onu öz mülkiyyətinizə keçirmiş olasınız; əksinə, bu, Allah tərə‌fin‌dən olan bir əta və bəxşişdir. Onun əsası və əsli Al‌la‌ha və Onun Rəsuluna məxsus olduğundan, siz də onu Alla‌hın Peyğəmbərinə qaytarmalısınız ki, hər hansı şəkildə məs‌ləhət görürsə, onu məsləhət etsin.

Buradan da Əhli-beyt imamlarının ¢ hədislərində iş‌lənən «ənfal» kəlməsinin münasibəti aydın olur: «Ənfal bü‌tün o şeylərə şamildir ki, müharibə məntəqəsində müha‌ri‌bə aparılmadan əldə olunsun. Həmçinin, sahibləri müharibə ol‌ma‌dan köç edib gedən bütün ölkələr, diyarlar, eləcə də pad‌şah‌ların mülkiyyətində olan və qəsbi olmayan hər bir şey, elə‌cə də meşələr, çöllər, məvat torpaqlar və onun kimiləri.»[25] Bü‌tün bunların hamısı Allahın əta və bəxşişi, Öz Peyğəm‌bə‌rinə etdiyi hədiyyədir. Ondan sonra isə Əhli-beyt imam‌la‌rına ¢ məxsusdur. «Ənfal» özünün son mə`nasında Əhli-beyt məktəbinin islami ürfündə qeyd olunan şeylər üçün bir ad hesab olunur.

6-QƏNIMƏT VƏ MəğNƏM

Cahiliyyət dövründən sonra ğənimət və məğnəm kəlmə‌ləri‌nin mə`nasında iki dəfə dəyişiklik olmuşdur: Bir dəfə Is‌lam şəriətində, digər dəfə isə müsəlmanların nəzərində. Nə‌ha‌yət, son dövrlərdə ğənimət və məğnəmin mə`nası soymaq, qa‌rət etmək və hərb mə`nası ilə eyni olub. Onun izahı belə‌dir: «Ərəblər hər vaxt «sələbəhu hərbən» desəydilər, məqsəd‌lə‌ri bu idi ki, öz rəqibinin paltar, silah və başqa ləva‌zi‌matını ondan alsın. Çünki «sələb» libas mə`nasınadır ki, o da «əslab» formasında cəm bağlanır.

Bə`zən də «hərəbəhu hərbən» deyilir və məqsəd budur ki, bir nəfər öz rəqibinin bütün mal-dövlətini alıb onu burax‌mış‌dır. Malı oğurlanan və qarət olunan şəxsə məhrub və hə‌rib (malı əldən getmiş) deyilir, ondan alınan mala isə «hə‌ri‌bə» deyilir. Bə`zən də «uxizət həribətuhu» - dedikdə məq‌səd‌ləri budur ki, onun məişət vəsaitlərini və həyat avadan‌lıq‌ları və mal-dövləti ondan alınmışdır.

Hər vaxt «nəhəbəhu və nəhibəhu» - deyilsə, məqsəd budur ki, rəqibi onun malını zorla almışdır. «Nəhb, nöhba və nü‌həy‌ba» qarət və tarac mə`nasınadır. Hər vaxt «ənhəbə irzəhu və maləhu» deyilsə, yə`ni «abır-heysiyyət və mal-dövlətini başqa‌sına mübah etdi» mə`nasını ifadə edir.

Bu, lüğət kitablarında zikr olunan kəlmələrin təfsiri idi.[26] Sirə, hədis və səhabələrin arasında mövcud olan adi danı‌şıqlarda da həmin mə`naya işlənmişdir.

Misal üçün: Hədisdə buyurulur ki, «mən qətələ qətilən fələhu sələbuhu», yə`ni «hər kəs (cihad meydanında) bir kəsi qətlə yetirsə, öldürülən şəxsin mal-dövləti ona çatacaqdır.»[27]

Peyğəmbər ¡-in bəyanında qeyd olunur ki, bir müğən‌ni o həzrətdən icazə istədi ki, Mədinədə mütriblik etsin. Həz‌rət buyurdu: "Sənin varını-yoxunu Mədinə cavanları üçün halal etdim!"[28]

«Sirə» kitabında isə belə qeyd olunur: «Peyğəmbəri Əkrəm ¡ Hüneyn müharibəsində Əbu Süfyan, Səfvan ibni Üməy‌yə, Üyeynət ibni Həsin və Əqrə ibni Habis kimi şəxslərin hər birinə yüz dəvə verdi, Abbas ibni Mərdasa isə onlardan az verdikdə, o, belə dedi: «Mənim qarət etdiklərimi, (mənim atımı), Əbidin qarət etdiklərini Üyeynə ilə Əqrə arasında bölüşdürdünmü?»[29]

Qüreyşlilər Bədr hadisəsində dedilər: «Uxrucu ila həraibikum, yə`ni mal-dövlətlərinizə doğru gedin.»[30]

Peyğəmbər ¡-in kəlamında qeyd olunur ki: "Əgər geri çə‌kil‌sələr, məzlum və malını uduzmuş halda geri çəkilmiş olarlar."[31]

Ömərin dediyi isə: «Borcdan çəkinin, onun əvvəli qəm-qüs‌sə, axırı isə maldan məhrum olmaqdır.»[32]

Səhabələrin dövründə Müaviyə ibni Əbi Süfyan, Süfyan ib‌ni Ovf Qamidini öz hökumətindən kənarda yerləşən müsəl‌man‌lara tərəf göndərən zaman ona belə tövsiyə etdi: "Qar‌şı‌laşdığın hər kəs sənin rə`yində olmasa, onu qətlə yetir. Keçdiyin hər bir abadlığı qarət et, bütün mal-dövləti ça‌pıb qarət et, çünki malı qarət etmək öldürmək kimidir və qəlb üçün dərd gətirər."[33]

Hədisdə qeyd olunur ki, Peyğəmbərin səhabələri bir neçə qoyunu qarət edib kəsdilər və ətini bişirdilər. Peyğəmbər ¡ buyurdu: "Qarət olunan şey halal deyildir." Bu zaman səhabələr qazanları boşaltdılar.[34]

Kabul müharibəsində də bir qədər qoyunu qənimət aldılar, sonra onları qarət etdilər ki, Əbdür-Rəhman (Ibni Səmrət) göstəriş verdi ki, münadi nida edərək belə desin: Mən Peyğəmbər ¡-in belə buyurduğunu eşitdim: "Hər kəs müəyyən bir malı qarət etsə, bizdən deyildir. Belə isə, qoyunları qaytarın!" On‌lar qoyunları qaytardılar və o, yenidən bərabər şəkildə bölüş‌dürdü.[35]

Bunlar «səlb, nəhb və hərb» kəlmələrinin mə`nası idi. Am‌ma «qənimət və məğnəm» kəlmələrinə gəldikdə isə, Rağib və Əzhəri «ğənəmə» maddəsində belə deyirlər: «Ğənəm» (qoyun) məş‌hur bir sözdür, «ğunm» isə onu ələ keçirməkdən ibarətdir. Son‌ra‌lar «əldə olunan hər bir şeyə» – istər müharibə, is‌tər‌sə də qeyri yollarla əldə olunan şeylərə aid edilirdi. Mütə‌al Allah buyurur: "Bilin ki, əldə etdiyiniz hər bir şeydə..." "Əldə etdiyiniz şeyləri yeyin, halal və pakizədən."

«Məğnəm» əldə olunan şeylərdir ki, onun cəmi də «mə‌ğa‌nim» formasında gələr. Mütəal Allah buyurur: "Allah ya‌nın‌da çoxlu qənimətlər vardır."[36]

«Lisanul-ərəb», «Təhzibul-lüğət», «Nihayətul-lüğət» və «Mö`‌‌cəmü əlfazil-Qur`an» kitablarında deyilir: «Ğunm» – «ğə‌nə‌‌‌mi» əldə etməyə deyilir ki, bundan sonra da düşməndən və ya başqa hər hansı bir şəxsdən hər növdə əldə etməyə aid edi‌lir.»

Həmçinin deyilmişdir: «Ğunm» məşəqqət olmadan əşyaları əl‌‌də etməyə deyilir. Hər vaxt «ğəniməş-şey`ə» deyilsə, mə`nası bu‌‌dur ki, o şeyi əldə etdi. «Iğtinam» da qənimətin inti‌za‌rın‌‌da olmağa deyilir.[37]

Ibni Macənin «Sünən» kitabında qeyd olunur ki, Peyğəm‌bər ¡ belə buyurdu: "Malın zəkatını ayırıb bir tərəfə qo‌yan‌‌da "Əllahumməc`əlha məğnəmən və la təc`əlha məğrəmən" deyilsin; yə`ni Pər‌‌vərdigara, onu qənimət və əldə edilmiş qərar ver, ziyan və məğrəm yox!"[38]

«Müsnədi Əhməd» kitabında Peyğəmbərin belə buyurduğu nəql olunur: "Zikr məclislərindən əldə olunan şey behiştdir."[39]

Ramazan ayı barəsində buyurulur: "O ay mö`minin qənimət ayıdır."[40]

BU BƏHSLƏRIN QISA XÜLASƏSI

Qeyd olunduğu kimi, ərəblər cahiliyyət dövründə və Isla‌mı qəbul etdikdən sonra silahı, paltarı və miniyi rəqibinin tə‌rə‌findən qarət olunan şəxsə məslub, bütün mal-dövləti qa‌rət olunan şəxsə məhrub deyirdilər. «Nəhibə» və «nöhba» kəl‌mə‌ləri onların nəzərində bizim əsrimizdəki qənimət və məğ‌nəm sözləri ilə eyni mə`nalıdır.

Həmçinin qeyd olundu ki, «ğunm» kəlməsi məşəqqət və çə‌tin‌lik olmadan əşyaları əldə etməyə, «iğtinam» isə qənimət və qazancın intizarında olmağa deyilir. «Məğnəm», qənimət ma‌lına deyilir ki, onun cəmi də «məğanim» şəklində gəlir. Hə‌disdə qeyd olunur ki, «ləhu ğunmuhu», yə`ni onun qazancı və qiy‌mətinin əlavəsi ona məxsusdur. Mübarək Ramazan ayının vəs‌fində isə deyilir: «Huvə ğunmul-mu`min», yə`ni o, mö`minin qə‌ni‌mət və qazanc ayıdır.» Zəkatı verən zaman deyilən duada «Əlla‌humməc`əlhu məğnəmən», yə`ni «Pərvərdigara, onu qənimət və qazanc qərar ver.» «Qənimətu məcalisiz-zikr əlcənnətu», yə`ni «zikr məclislərinin qazanc və qəniməti behiştdir.»

Həmçinin demişlər ki, «ğunm» əslində «ğənəm»i əldə et‌mə‌yə deyilirdi, sonralar isə əldə olunan hər bir şey barə‌sin‌də işlədilmişdir: istər müharibə yolu ilə, istərsə də başqa yol‌larla. Bizim nəzərimizə görə, «ğunm» kəlməsinin əldə olu‌nan hər bir şeyə şamil olması – istər müharibə, istərsə də qey‌ri-müharibə – Islam əsrinə qayıdır və ondan əvvəl möv‌cud olmamışdır. Çünki müsəlmanlar Peyğəmbəri Əkrəm ¡-in bayrağı altında ilk dəfə Bədr müharibəsində dö‌yü‌şüb qələbə çaldıqları zaman onun qənimətləri barəsində mü‌na‌qişəyə yol verdilər və Allah-taala müharibə yolu ilə əl‌də olunan mal-dövlətin malikiyyətini onlardan alıb, Allaha və Onun Rəsuluna məxsus etdi və onun adını «ənfal» qoydu. Bu hökmün «Ənfal» surəsində nazil olmasından sonra bütün mü‌ca‌hidlər hər bir qəzvədə və müharibədə əldə etdikləri hər bir şeyi sərkərdənin yanına gətirib onun ixtiyarına verir‌di‌lər ki, onun nəzarəti altında bölüşdürülsün. Heç bir şəx‌sin də haqqı yox idi ki, aşkarda və ya gizlində ondan bir şey götürsün. Peyğəmbəri Əkrəm ¡ qarəti haram buyu‌ra‌raq belə demişdi: "Qarət və oğurlamaq halal deyildir." Sonra buyur‌muşdur: "Hər kəs qəniməti oğurlasa, bizdən deyildir."[41]

«Səhihi Buxari» və «Müsnədi Əhməd» kitablarında Üba‌də‌dən belə nəql olunur: Peyğəmbərlə bu əsasda bey`ət etdik ki, qa‌rət etməyək.[42]

Həmçinin «Səhihi Buxari»də Peyğəmbərdən belə nəql olu‌nur: "Şərif və mö`min insan heç vaxt qarət etməz."[43]

«Sünəni Əbi Davud» kitabında nəql olunur ki, ənsardan olan bir kişi deyirmiş: Peyğəmbərlə birlikdə səfərə getdik. Bir nəfər şiddətlə acdı, bir neçə qoyuna çatdılar və onla‌rı qarət etdilər. Bizim qazanlarımız xörəklə dolu halda qay‌na‌dığı bir vaxtda Peyğəmbər ¡ gəlib çatdı və öz kama‌nı ilə qazanları aşırtdı, ətləri torpaqla qarışdırdı və bu‌yur‌du: «Qarət olunmuş şey murdar olmuş heyvan ətindən heç də artıq halal deyildir.»[44]

Allah-taala xəyanəti haram etmiş və «Ali-Imran» surəsinin 161-ci ayəsində belə buyurmuşdur:

وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ

"Hər kəs xəyanət etsə, Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə (məhşərə) varid olar."

Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: "Qarət, xəyanət və oğurluq haramdır, hər kəs xəyanət etsə, Qiyamət günü öz xəyanəti ilə məhşərə varid olar."[45]

Bu hədisdə qarət, xəyanət və oğurluq eyni cərgədə qeyd olunmuşdur.

Digər bir hədisdə isə buyurdu: "Iynənin sapını, ondan artı‌ğı‌nı və ya azını da təhvil verin; çünki xəyanət Qiyamətdə xəyanətkar şəx‌sin ar və rüsvayçılığına səbəb olacaqdır."[46]

Əbdüllah ibni Əmr ibni As belə deyir: «Peyğəmbəri Ək‌rəm ¡ hər vaxt qənimət əldə etsəydi, Bilala buyururdu ki, nida edib belə desin: «Qənimətləri gətirin!» Sonra onun xümsünü ayırıb, onların arasında bölüşdürürdü. Bir gün bir nə‌fər tükdən toxunmuş bir cilovu əlində gətirib dedi: «Ya Rəsu‌ləllah! Bu əldə etdiyim bir qənimətdir.» Peyğəmbər ¡ buyurdu: «Məgər Bilalın üç dəfə nə dediyini eşit‌mə‌dinmi?!» Dedi: «Əlbəttə, eşitdim!» Buyurdu: «Bəs nə üçün onu gətirmədin?» O, bəhanə gətirdikdə Peyğəmbər ¡ bu‌yur‌du: «Onunla qal, Qiyamət günü onunla birlikdə gələrsən, in‌di səndən qəbul etməyəcəyəm.»[47]

«Sünəni ibni Macə» kitabında «ğünm» və «xəyanət» adlı bab‌da deyilir: Əşcə qəbiləsindən olan bir nəfər Xeybərdə və‌fat etdikdə, Peyğəmbər ¡ buyurdu: «Öz yoldaşınıza na‌maz qılın!» Camaat nigaran oldu, üzləri dəyişdi. Peyğəmbər ¡ vəziyyəti belə gördükdə buyurdu: «Sizin dostunuz xəya‌nət etdi!»[48]

«Sünəni Darəmi» kitabında xəyanətlə əlaqədar Ömər ibni Xət‌tabdan nəql olunan rəvayətdə deyilir: Xeybər müha‌ribə‌sin‌də bir neçə nəfər qətlə yetirildi və camaat dedi: «Filankəs şə‌hid oldu və...» Nəhayət bir şəxsin adını çəkib dedilər: «Fi‌lan‌kəs şəhid oldu!» Peyğəmbər ¡ isə buyurdu: «Belə deyil! Mən onu cəhənnəm odunda gördüm. O, xəyanət etdiyi əba və rida ilə birlikdə idi!»[49]

«Sünəni ibni Macə»nin «ğünm» babında deyilir: «Kərkərə ad‌lı bir nəfər Peyğəmbərin anbardarı idi. O ölən zaman Peyğəmbər ¡ buyurdu: "O, cəhənnəm odundadır." Camaat bu barə‌də əlavə axtarış apardılar və gördülər ki, onun üstünə çək‌diyi mələfə xəyanət yolu ilə oğurlanmışdır.»[50]

Bu mə`na «Səhihi Buxari», «Səhihi Müslüm» və «Sünəni Əbi Davud» kitablarında digər ibarələrlə qeyd olunur ki, onun axırı belədir: «Peyğəmbərin bu sözünü eşidən şəxs bir, yaxud iki ayaqqabı bağını gətirdi. Peyğəmbər ¡ buyurdu: «Bir, yaxud iki oddan olan qaytan.»[51]

Mə`lum oldu ki, Islam dini ordunu başqaların mal-döv‌lə‌tini qarət etməkdən çəkindirmiş və müharibə meydanında qə‌ni‌mət olaraq əldə olunan mal-dövləti öz mülkiyyətinə ke‌çir‌məyi heç kəsə icazə verməmişdir. Hətta Peyğəmbəri Əkrəm ¡ ordunun ac olduğu halda onların qazanlarını çevir‌miş, qarət olunmuş qoyunların ətlərini yerə tökərək tor‌paq‌la qarışdırmış, qənimətə və mal-dövlətlərinə gizli şəkil‌də əl uzatmağı nəhy etmiş və onu xəyanət adlandıraraq buyur‌muş‌dur: "Iynə, sap, ondan yuxarı və yaxud aşağı səviyyəli şeyləri də təh‌vil verin." O həzrət xəyanət edən şəxsə cənazə namazı qıl‌madı, əbanı oğurlamış öldürülən şəxsi şəhid hesab etmədi. Bir sözlə, indi ki, Islam müharibə meydanında qənimət ola‌raq əldə olunan mal-dövlətin mülkiyyətə keçirilməsini qada‌ğan edir və hətta bir ayaqqabı bəndini belə gizlində, yaxud da aşkarda özü ilə aparan şəxsləri bu işdən çəkindirir və ica‌zə vermir, bu qənimətləri «ənfal» adlandırır və onu Alla‌ha və Onun Rəsuluna məxsus edir ki, Peyğəmbər ¡ harada məsləhət görsə məsrəf etsin. Indi Peyğəmbəri Əkrəm ¡-in müharibə qənimətlərini necə məsrəf etdi‌yi‌ni araşdırırıq:

ALLAHIN PEYĞƏMBƏRI ¡ VƏ QƏNIMƏTIN MƏSRƏF OLUNMASI

Peyğəmbər ¡ öz qəzvələrində piyadaları və süva‌ri‌lə‌ri məsləhət gördüyü şəkildə qənimətlərdən bəh‌rə‌lən‌dirir.[52] Qə‌ni‌məti əldə edənlərlə əldə etməyənlər arasında heç bir fərq qoymurdu. Qadınlar üçün də az miqdarda pay ayı‌rır‌dı.

Bundan əlavə, o həzrət hətta müharibədə iştirak etməyən şəxs‌lər üçün də müəyyən pay ayırırdı, o cümlədən, Bədr müha‌ri‌bəsi qənimətlərindən Osmana verdi, Xeybərdəki qənimətləri Cə`‌fər ibni Əbi Talibin köməkçilərinə bağışladı. «Səhihi Buxari», «Müsnədi Təyalisi», «Müsnədi Əhməd» və «Təbəqati ibni Sə`d» kitablarında deyilir: «Peyğəmbəri Əkrəm ¡ Bədr müharibəsində Osmanı öz yerində saxladı ki, o, öz arvadına (o, Peyğəmbərin qızı idi) xəstə olduğuna görə baş çəksin. Peyğəmbər onun üçün də qənimətdən mücahidlərdən biri qədər pay nəzərdə tutdu.»[53]

«Səhihi Buxari»nin həmin səhifəsində Əbu Musadan belə nəql olunur: «Peyğəmbər ¡-in hicrət xəbərini eşit‌dik‌də Yəməndə olduğumuz halda əllidən artıq adamla hicrətə ha‌zır‌laşdıq. Biz gəmiyə oturduq. Bizi Nəcaşinin diyarı olan Hə‌bə‌şistana apardılar. Cə`fər ibni Əbi Talib və onun kö‌mək‌çiləri ilə yoldaş olduq, Peyğəmbərin yanına gələnə qədər ha‌mımız onunla birgə idik. Xeybərin fəth olunması vaxtı onun‌la görüşdük və o həzrət bizi, bizim köməkçilərimizi və Cə`‌fər ibni Əbi Talibi Xeybər qənimətlərində şərik etdi.[54]

Peyğəmbər ¡ həmçinin, Hüneyn müharibəsində əvvəl‌də qeyd olunduğu kimi, «müəllifətu qulubihim» olan şəxslərə mö`‌min mücahidlərdən artıq pay vermişdi.

Bəli, Islam dini müharibə qənimətlərinin bu şəkildə mül‌kiyyətə keçirilməsini mücahidlərə qadağan etmiş və onu Pey‌ğəmbəri Əkrəm ¡-in ixtiyarında qoymuşdur ki, onu məs‌ləhət gördüyü hər bir şəkildə məsrəf etsin. Bununla da əgər biz «Qənimətdən bir pay çatan şəxs müharibədə olub, ya‌xud olmamasından asılı olmayaraq onu məşəqqətsiz ələ gətir‌miş‌dir; çünki müharibə yolu ilə yox, Peyğəmbəri Əkrəm ¡-in əlindən almışdır,.» - desək, bu halda düzgün söz de‌miş olarıq. Bu tə`birlə biz bu mal-dövləti qənimət və məğ‌nəm qəbilindən əldə edilən mal-dövlət hesab edə bilərik. Hə‌min qənimət və məğnəm ki, ərəblərin arasında «məşəqqət və mü‌ha‌ribə olmadan əldə olunan mal» mə`nasındadır. Müharibə və döyüş yolu ilə əldə edilən malların başqa adları da var‌dır ki, yuxarıda onlara işarə olundu. Həmçinin, bu tə`birlə "və`‌ləmu ənnəma ğənimtum..." bu qəzvədə (Bədrdə), yaxud Ühüddə na‌zil olan «ənfal» ayəsinə əsasən, qənimət sözü özünə iki mə`na al‌dı:

1-Lüğətdəki mə`nası. O da bundan ibarətdir: «Məşəqqət və çə‌tin‌lik olmadan malı əldə etmək.» Bu, müharibə qə‌ni‌mət‌lərinə şamil olmurdu, çünki o qənimətlərin səlb, nəhb və hərb kimi xüsusi adları vardır.

2-Şəriətdəki mə`nası. O da bundan ibarətdir: «Müfrədati Ra‌ğib» kitabında qeyd olunduğu kimi, «istər müharibə, istərsə də başqa yollarla mal-dövləti mütləq şəkildə əldə etmək.» Be‌lə‌liklə də Islam məğnəmin xarici nümunələrindən olan mü‌ha‌ribə qənimətlərini onun nümunələrindən qərar ver‌mişdir.

Həmçinin mə`lum oldu ki, hədis və sirədə qənimət və məğ‌nəm kəlmələri bə`zən özünün lüğətdəki mə`nasında istifadə olu‌nur. Belə ki, hər bir kəlmə özünün həqiqi mə`nasında iş‌lə‌nir və heç bir qərinəyə ehtiyac duyulmur. Bə`zən də özünün şər`i mə`nasında, özü də kəlamdakı qərinənin varlığı ilə, yaxud danışıq zamanı mövcud halı nəzərə almaqla işlənir ki, bu da nəzərdə tutulan şər`i mə`nasına dəlalət edir.

Beləliklə, bu iki kəlmə xəlifə Ömərin dövründə fəth‌lə‌rin genişləndirilməsi və ondan sonrakı dövrlərə qədər «ha‌liy‌y‌ə», yaxud «məqaliyyə» qərinənin varlığı ilə, «ğənəm» kəl‌mə‌si‌ni müharibə qənimətlərində istifadə olunması həd‌din‌dən artıq idi və bu iki mə`nada-lüğətdəki və şəriətdəki mə`‌na‌sında istifadə olunurdu. Lüğət alimləri vücuda gəldikdən son‌ra öz əsrlərinin ərəbləri arasında və ondan başqa yerlər‌də «ğənəm» maddəsinin hansı yerlərdə istifadə olunmasını araş‌dırdılar və onun aşağıdakı mə`naya işləndiyini bil‌dilər:

a) «Əşya və mal-dövləti heç bir məşəqqət olmadan ələ ke‌çir‌mək» mə`nasındadır ki, bu mə`na cahiliyyət dövründə və Is‌la‌mın əvvəllərində bütün ərəblər arasında istifadə olu‌nur‌du.

b) «Düşmənin və başqalarının mal-dövlətinə, əşyalarına əl tapmaq» mə`nasındadır ki, bu mə`na xüms ayəsi nazil olduq‌dan sonra Peyğəmbər ¡ əsrinin müsəlmanları arasında – səhabə əsrinə qədər – istifadə olunurdu.

v) Özünün xüsusi mə`nasında: «Düşmənin mal-dövlətini və əş‌yalarını əldə etmək.» Bu mə`na fəthlər əsrində diqqət yeti‌rilmədiyi halda «haliyyə» qərinələrinin varlığı ilə iş‌lə‌nir‌di. Sonra tədrici olaraq lüğət alimlərinin əsrində, xü‌su‌silə islami cəmiyyətdə qərinə olmadan işlədildi. Alimlər lü‌ğət kitabları yazmağa başladıqları zaman «ğənəm» maddə‌si‌nin məfhumunun dəyişdirilməsinin, dəyişikliyə uğramasının fər‌qinə varmadılar. Nəticəsi bu oldu ki, onlardan bə`ziləri – Rağib Isfahani kimi – onun Mədinədə, xüms hökmünün qanu‌ni hala salınmasından sonra işlənməsini diqqət mər‌kəzində saxlamadılar və dedilər: «Bu kəlmə düşmənlərin və başqalarının mal-dövlətini hər növ əldə etmək barəsində işlə‌dilir.»

Ibni Mənzur və başqaları da bə`zən cahiliyyət dövründə işlə‌nən sözlərə diqqət yetirmiş və demişlər ki, «ğənəməş-şey`ə», yə`ni bir şeyi əldə etdi, iğtinam, yə`ni qənimətin in‌ti‌‌zarında olmaq. Bə`zən də onun fəthlər əsrində işlə‌dil‌mə‌si hə‌mişə qərinə ilə yanaşı olmuş və onlara gizli qal‌mış‌dır, sonralar da qərinəsiz olaraq istifadə edilmişdir. Onu diq‌qət mərkəzində saxlayaraq demişlər ki: «Qənimət o şeyə de‌yi‌lir ki, müharibə əhlinin mal-dövlətindən əldə edil‌miş olsun.»

«Qamus» kitabının müəllifi «ğənəm» maddəsində şəkk-şüb‌‌həyə düçar olmuş və demişdir: Görəsən «əldə etmək və fey[55] hər ikisidirmi? Yə`ni bu iki mə`na arasında müştə‌rək‌dir‌‌mi, yoxsa qənimət fey` mə`nasındadır və bu maddənin sair müş‌təqləri (ondan alınan sair kəlmələr) əşyaya əl tapmaq mə`‌na‌sındadır?[56] Beləliklə, «ğənəm» maddəsinin təfsirində müəy‌yən anlaşılmazlıq vücuda gəlmişdir. Düzgün yol bun‌dan ibarətdir ki, yuxarıda da qeyd olunduğu kimi, bu mad‌də‌nin məfhumunun dəyişilməsini diqqət mərkəzində saxlayaraq be‌lə deyək: «Ğənəm» maddəsinin dəyişilmə ardıcıllığı belə ol‌muş‌dur:

a) Cahiliyyət dövründən Islamın əvvəllərinə qədər özünün hə‌qi‌qi və lüğətdəki mə`nasında-məşəqqət olmadan şeyləri əl‌də etmək mə`nasında idi.

b) Xüms ayəsi nazil olduqdan sonra şər`i həqiqət mə`na‌sına-müharibə və qeyri-müharibə yolları ilə əldə edilən şey‌lər-mə`nasına oldu ki, o günlərə qədər unudulmadığı həqiqi lüğə‌tin yanında işlədilməyə başladı.

v) Lüğət kitablarının yazıldığı və onlardan sonrakı dövr‌lərdə özünə xüsusi mə`na aldı: «Onu həqiqəti-mütəşərriə ad‌lan‌dırdılar və yalnız «düşmən qənimətlərini əldə etmək» mə`na‌sında işləndi. Bu mə`na da özünün lüğəvi həqiqətinin yanın‌da işlənməyə başladı.

Buna əsasən, biz hər vaxt kökü bu maddə olan hər hansı bir kəlməni kəlamda görsək ki, Islamın əvvəllərində, yaxud on‌dan əvvəlki dövrlərdə işlənmiş olsa, layiqdir ki, onu özü‌nün xüsusi lüğətdəki mə`nasına, yə`ni məşəqqət olmadan əşyaları və qeyri-müharibə qənimətlərini əldə etmək mə`na‌sı‌na yozmalıyıq.

Islam şəriətində və xümsün qanuni hala salın‌ma‌sın‌dan sonra işləndiyini görsək, onda ya onu lüğətdəki mə`‌na‌sına, ya da şəriətdəki mə`nasına yozmalıyıq. Yə`ni: Müha‌ri‌bə və qeyri-müharibə mallarını əldə etmək. Bu zaman həm lü‌ğət‌dəki, həm də şəriətdəki mə`na arasında müştərək olacaq‌dır.

Hər vaxt lüğət kitablarının yazıldığı dövrdə və ondan son‌ra‌kı dövrlərdə işləndiyini görsək, yaxşıdır ki, onun hə‌min gündə məşhur olan mə`nasına yozaq, yə`ni: Yalnız düşmən mal-dövlətini əldə etmək.

Qeyd olunanlardan mə`lum olur ki, biz hər vaxt bu mad‌də‌nin müştəqlərindən birini hədisdə və başqa şeylərdə gör‌sək və bilsək ki, səhabə dövründə xümsün qanuni hala salın‌ma‌sın‌dan sonra işlədilmişdir, hökmən onu iki mə`nadan biri‌nə – ya lüğətdəki, ya da şəriətdəki mə`nasına yozmalıyıq. Be‌lə bir halda yaxşı olar ki, məqsədə dəlalət edən bir qəri‌nə‌ni də axtaraq.

Biz o dövrdə bu kəlmənin işlənmə yerləri ilə əlaqədar ax‌ta‌rış aparmağımızla bu nəticəyə çatmışıq ki, o dövrdə bu kəlmə əsas e`tibarı ilə şər`i mə`nasına dəlalət edən «ha‌liy‌yə», yaxud «məqaliyyə» qərinə ilə yanaşı olmuşdur. Əlbəttə, bir çox hallarda da özünün lüğətdəki mə`nasına və qərinə olma‌dan bu mə`naya işlənmişdir.

7-XüMS

Xüms lüğətdə «beşdə biri almaq» mə`nasındadır. Əgər bir şəxs «xəməstul-qovmə» desə, məqsədi budur ki, qövmün malı‌nın beşdə birini almışdır.

Amma onun şər`i mə`nasını dərk etmək üçün yaxşı olar ki, əvvəlcə cahiliyyət dövrünün ərəblərinin ürfünə müraciət edə‌rək, onların ictimai sisteminin necə olmasını, sonra Islam şəriət qanunçuluğuna qayıdaraq xümsü onda araş‌dıraq, bundan sonra isə onun Islam cəmiyyətindəki öt‌düyü yolları araşdıraq.

1-CAHILIYYƏT DÖVRÜNDƏ

Cahiliyyət dövründə belə bir qayda var idi ki, qövmün, ya‌xud qəbilənin rəisi qənimətin dörddə birini özünə götü‌rür‌dü. Bu zaman deyilirdi ki, «rəbəəl-qovmə», yə`ni qövmün mal-döv‌lətinin dörddə birini götürdü; və «rəbəəl-ceyşə», yə`ni qoşu‌nun mal-dövlətinin dörddə birini özünə məxsus etdi. Rəi‌sin malik olduğu dörddə birə «mirba» deyilir. Hədisdə qeyd olunur ki, Üdey ibni Hatəm Islamı qəbul etdikdən sonra Pey‌ğəmbəri Əkrəm ¡ ona buyurdu: «Sən mirba yeyirdin, hal‌buki, o, sənin dinində halal deyildir![57]

Şair belə deyir:

لك المرباع منها والصفايا     وحكمك والنشيطة والفضول

"Dörddə birlər və seçilmişlər sənə məxsusdur,

Hər nə hökm etsən və azlar və artıqlar arasında!"[58]

«Nihayətul-lüğət» kitabında deyilir: «Innə fulanən qəd ir‌təbəəl-qovmə», yə`ni filankəs bu qövmün rəisi olmaq inti‌za‌rın‌dadır ki, mallarının dörddə birini özünə götürsün. «Hü‌və əla ribaəti qövmihi», yə`ni o, öz qövmünün ağası, sərkər‌dəsi‌dir.»

Xüms maddəsi ilə əlaqədar deyilənlərdən biri də Ədi ib‌ni Hatəmin dediyi «rəbə`tu fil-cahiliyyəti və xəməstu fil-Is‌lam» sözüdür, yə`ni «cahiliyyət dövründə və Islamda qövmün rəi‌si və hakimi idim.» Çünki qövmün rəisi cahiliyyət dövrün‌də qənimətin dörddə birini alırdı, Islam gəldikdən sonra onu beşdə birə dəyişdirdi və onun üçün xüsusi sərf olunma yer‌ləri tə`yin etdi.[59]

2-ISLAM ƏSRINDƏ

Xüms Islam şəriətində kitab və sünnənin hər ikisində qeyd olunan vacib bir hökmdür:

a) Xüms Allahın Kitabı Qur`anda

Mütəal Allah «Ənfal» surəsinin 41-ci ayəsində buyurur:

﴿وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُمْ بِاللّهِ وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

"Bilin ki, hər növ qənimət əldə etsəniz, onun beşdə biri Allaha və Peyğəm‌bərə, onun qohum-əqrəbasına, yetimlərə, miskinlərə, yolda qalanlara məx‌susdur. Əgər Allaha və Allahın ayrılıq günündə – iki qrupun qarşı‌laşdığı bir gündə – Öz bəndəsinə nazil etdiyimizə imanınız varsa. Allah hər bir şeyə qadirdir!"

Bu ayə xüsusi halda nazil olmasına baxmayaraq, ümumi bir hökmü e`lan edir ki, o da qənimətlərin və əldə olunan şeylərin xümsünün xüms sahiblərinə verilməsinin vacib‌liyin‌dən ibarətdir. Əgər bu ayənin məqsədi, yalnız müharibə qəni‌mət‌lərinin xümsünü verməyin bəyanı olsa idi, onda Allah-taala "və`‌ləmu ənnəma ğənimtum fil-hərb" (yə`ni: bilin ki, müharibədə qəni‌mət olaraq əldə etdiyiniz şeylərin xümsünü verin), qeydi ilə buyurardı, yaxud «və`ləmu ənnəma ğənimtum minəl-ədyi.» Am‌ma bu ayədə «min şəy`in», yə`ni əldə etdiyiniz hər bir şey‌dən» qeydi gətirilmişdir.

Islam bu qanunu qoymaqla rəyasətin payını dörddə birdən beş‌də birə qədər azaltdı, onu alanların isə sayını artırdı: Bir pay Allah üçün, bir pay Peyğəmbər ¡ üçün, bir pay Peyğəm‌bərin qohum-əqrəbası üçün, bir pay isə Peyğəmbərin qohum‌larından olan yetimlər, miskinlər və yolda qalan fəqirlərə aid oldu. Bu beşdə bir pay əldə olunan hər bir şeyə aid olunur və onu heç vaxt müharibə qənimətləri ilə məhdudlaşdırmır. Cahiliyyət dövründə «mirba» adlandırılan şeylər isə Islam dövründə xüms adlandırıldı.

Zəkatın da məfhumu yuxarıda qeyd olunduğu kimi, Allahın mal-dövlətdə olan haqqı mə`nasına olduğuna görə, Qur`anın hər yerində zəkat verilməsindən və ona təşviq edilməsindən söz açılırsa,[60] bu söz insanın əldə etdiyi hər bir şeydə vacib sə‌dəqə və vacib xümsün verilməsinə təşviq edir ki, Allah-taa‌la Özünün bu haqqını «sədəqə» və «xüms» ayəsində bəyan etmiş‌dir.

b) Xüms Peyğəmbər ¡ sünnəsində

Peyğəmbəri Əkrəm ¡ fərman vermişdi ki, istər mü‌ha‌‌ribə qənimətlərinin, istərsə də sair yollarla əldə edi‌lən qənimətlərin, o cümlədən, mə`dən və sair kimi şeylərin xümsünü ayırsınlar. Belə ki, Ibni Abbas, Əbu Hüreyrə, Cabir, Iba‌dət ibni Samit və Ənəs ibni Malikin hər biri onu belə rəva‌yət etmişlər.

«Müsnədi Əhməd» və «Sünəni ibni Macə» kitablarında Ibni Abbasdan belə nəql ounur: «Peyğəmbəri Əkrəm ¡ qı‌zıl və gümüş mə`dəni üçün xüms tə`yin etdi.»

«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni Əbi Davud», «Sü‌nəni Termizi», sünnəni ibni Macə», «Müvəttəi Malik» və Müs‌nədi Əhməd» kitablarında Əbu Hüreyrədən belə nəql olu‌nur: Peyğəmbəri Əkrəm ¡ belə buyurdu:

اَلْعَجْمَاءُ جَرْحُهَا جبَارٌ، وَالْمَعْدنُ جبَارٌ، وَفِي الرّكَازِ الْخُمُسُ

"Əcmaya (buraxılmış heyvana) dəyən xəsarət və mə`dənə vurulan xəsa‌rət hədərdir. Rəkazın, yə`ni qızıl və gümüş mə`dəninin xümsü vardır". «Müs‌nədi Əhməd»in bə`zi rəvayətlərində belə deyilir: «Bəhi‌mə‌nin (heyvanın) diyəsi hədərdir.»[61]

Əbu Yusif «Əl-xərac» kitabında bu hədisin şərhində de‌yir: «Cahiliyyət dövründə bir nəfər quyuya düşdüyü za‌man o quyunu onun qan bahası, bir kə‌sin heyvanını öldürürdülərsə, o heyvanı onun qan bahası və əgər mə`dən bir şəxsin başına uçurdusa, o mə`dəni onun qəraməti (cəriməsi) qərar verirdilər. Onların ba‌rə‌sində Peyğəmbər ¡-dən soruşduqda, Həzrət buyur‌du:

اَلْعَجْمَاءُ جبَارٌ، وَالْمَعْدنُ جبَارٌ، وَالْبِئْرُ جبَارٌ، وَفِي الرّكَازِ الْخُمُسُ فَقِيلَ لَهُ K مَا الرّكَازُ يَا رَسُولَ اللَّهِ؟ فَقاَلَK اَلذَّهَبُ وَالْفِضَّةُ الَّذِي خَلَقَهُ اللَّهُ فِي الْاَرْضِ يَوْمَ خُلِقَتْ

"Heyvanın xəsarəti və mə`dənin uçmasının qəraməti (cəriməsi) yox‌dur, rəkazın xümsü vardır."

Soruşdular ki, ya Rəsuləllah! Rəkaz nədir? Həzrət buyurdu: "Qı‌zıl və gümüşdür ki, Allah yerin xilqətinin əvvəlində xəlq etmiş‌dir."[62]

«Müsnədi Əhməd» kitabında Şə`bidən və Cabir ibni Əbdüllahdan nəqlən deyilir ki, Peyğəmbər ¡ buyurdu:

السائمة جبار، والجب جبار، والمعدن جبار، وفي الركاز الخمس. قال الشعبي K الركازK الكنز العادي.

"Saimədən (əhliləşmiş heyvandan) varid olan xəsarət hədərdir, quyu nahiyəsindən varid olan xəsarət hədərdir. Mə`dənə varid olan xəsarət hədərdir, qızıl və gümüş mə`dənlərinin xümsü vardır."[63]

Həmçinin «Müsnədi Əhməd» kitabında Übadət ibni Sa‌mit‌dən nəqlən belə deyilir: Peyğəmbəri Əkrəm ¡-in hökm‌lərindən biri də bu idi:

وَفِي مُسْنَدِ اَحْمَدَ عَنْ عبَادَةَ بْنِ الصَّامِتِ قَالَK مِنْ قَضَاءِ رَسُولِ اللّهِ (ص) اَنَّ الْمَعْدنَ جبار، والبئر جبار، والعجماء جرحها جبار والعجماءK البهيمة من الانعام وغيرها والجبار هو الهدر الذي لايغرم، وقضى في الركاز الخمس

"Mə`dəndən varid olan xəsarət hədərdir, quyudan varid olan xəsarət hədərdir, heyvandan dəyən xəsarət hədərdir, gümüş və qızıl mə`dəninin xümsü vacibdir."[64]

Həmçinin Malik ibni Ənəs deyir: Peyğəmbər ¡-lə birlikdə Xeybərə getmişdik, bizim yoldaşlardan bi‌ri qəzayi-hacət etmək üçün bir xarabaya getdi. Özünü pak‌la‌maq üçün kərpic parçası götürdü, bu zaman bir qədər qızıl tö‌kül‌dü və o, onları götürüb Peyğəmbər ¡-in yanına gəl‌di və məsələni bəyan etdi. Peyğəmbər ¡ buyurdu: «Gör çə‌ki‌si nə qədərdir?» O, qızılları çəkdi, iki yüz dirhəm qə‌də‌rində oldu. Həzrət buyurdu: «Bu, xəzinədir və xümsü var‌dır.»[65]

«Müsnədi Əhməd» kitabında deyilir: Məzinə qəbiləsindən bir nəfər Peyğəmbər ¡-dən bə`zi suallar soruş‌du ki, onlardan biri də bu idi: «Xaraba yerlərdə, «əram»ın al‌tın‌dan və əlamətləri olan daşların altından tapdığımız də‌fi‌nənin hökmü nədir?» Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Həm onların, həm də rəkaz, qızıl və gümüş mə`dənlərinin xümsü vardır.»[66]

«Nihayətul-lüğət», «Lisanul-ərəb» və «Tacül-ərus» kitab‌la‌rın‌da «sib» maddəsində, həmçinin «Nihayətul-irəb», «Əqdul-fə‌rid» və «Usdul-ğabə» kitablarında belə deyilir: Peyğəmbəri Ək‌rəm ¡-in Vail ibni Hicrə məktubunda deyilirdi: «Sü‌‌yub‌‌da xüms vardır.» Süyub – rəkaz, yə`ni qızıl və gümüş mə`‌‌d‌ə‌ninə deyilir. O deyir: Demişlər ki, süyub – mə`dəndə ta‌pı‌‌lan və zahir olan qızıl və gümüş parçalarıdır. Süyub bəx‌‌şiş və əta mə`nasına olan «seyb»in cəm formasıdır. On‌dan Rə‌suli Əkrəm ¡-in məqsədi, cahiliyyət dövründə dəfn olun‌muş mal-dövlət, yaxud mə`dəndən ibarətdir. Çünki bun‌lar Al‌lah-taalanın Öz bəndələrinə bəxşiş və fəzi‌lətidir.

Peyğəmbər ¡-in Vailə yazdığı məktubun ət‌raf‌lı iza‌hı Qəlqəşəndinin «Nihayətul-irəb» kitabında qeyd olunmuş‌dur.[67]

BU HƏDISDƏKI SÖZLƏRIN TƏFSIRI

Termizi deyir: Əcma, öz sahibinin əlindən buraxılmış hey‌vana deyilir ki, onun qaçdığı və fərar etdiyi dövrdə vur‌duğu xəsarətlər sahibinin öhdəsinə deyildir. «Mə`dənin vur‌du‌ğu xəsarət hədərdir» - sözünün mə`nası budur ki, əgər bir kəs mə`dən qazsa və bir insan ora düşsə, o mə`dənin sahibinin üzə‌rində heç bir cərimə yoxdur. Həmçinin, insan su quyusu qaz‌sa və bir kəs ona düşsə, quyunu qazan şəxsin öhdəsində heç bir cərimə yoxdur. Rəkaz cahiliyyət dövründə basdırılmış də‌fi‌nəyə deyilir ki, hər kəs tapsa, onun xümsünü şəriət haki‌minə verməlidir, qalanı isə onun özünə məxsusdur.»[68]

«Nihayətul-lüğət» kitabında (Ibni Əsir) «irm» maddəsində de‌yi‌lir: «Əram sığınacaqlarda qoyulan nişanələr və böyük daş parçalarından itbarət idi ki, insanlara yol göstərirdi. Onun tək forması «irm»dir. Cahiliyyət dövrünün adamları ara‌sında belə bir adət var idi ki, hər vaxt öz yolları üzə‌rin‌də aparılmağa qabil olmayan bir şey tapsaydılar, onun üzə‌rinə çoxlu daş yığardılar ki, qayıdan zaman onu tanıyıb götür‌sünlər.»

«Lisanul-ərəb» və başqa lüğət kitablarında deyilir: Rəkaz qı‌zıl, yaxud gümüş parçasına, yaxud yerdən çıxarılan mə`dən daş‌larına deyilir. Onun tək forması «rəkzət» for‌ma‌sın‌dadır, sanki yerdə sabit qalmışdır.»

«Nihayətul-lüğət» kitabında deyilir: «Rəkzət yer üzərində bir yerə toplanmış gövhər parçalarına deyilir və onun cəm for‌ması «rəkaz» kimidir.



[1] «Nihayətül-lüğət», Ibni Əsir, Zəkat maddəsi.

[2] Yenə orada.

[3] «Nəhcül bəlağə», hikmət 147.

[4] «Müfrədati Rağib», zəkat maddəsi.

[5] Bax: «Mürədati Rağib», «Nihayətül-lüğət», Ibni Əsir, «Lisanul-ərəb», Ibni Mənzur, «Qamus», Firuzabadi və onun şərhi, Qur`an təfsirlərindən «Təfsiri Təbəri», «Məcməul-bəyan» və sair kimi təfsirlər.

[6] «Müfrətadi Rağib», sə-də-qə maddəsi.

[7] «Məcməül-bəyan», «Bəqərə» surəsinin 272-ci ayəsinin təfsiri.

[8] «Mö`cəmül-fehrest», «zəkat» maddəsi.

[9] «Müfrədati Rağib», «Nihayətül-lüğət», «Lisanül-ərəb», «sədəqə» maddəsi.

[10] Mütəal Allah «Hədid» surəsinin 18-ci ayəsində buyurmuşdur: "Sədəqə verən kişilər və sədəqə verən qadınlar...» Həmçinin bax: «Səhihi-Müslüm» zəkat babı, 3-cü cild, səh.172; «Sünəni Əbu Davud», 1-ci cild, səh.202; «Sünəni Termizi», 3-cü cild, səh.172. Müttəqi Hindi kimi son zamanın bə`zi alimlərinin qeyd etdiklərinə diqqət yetirilmir.

[11] Bunun ətraflı izahı sonradan qeyd ediləcəkdir.

[12] «Mö`cəmül-müfəhris», zəkat maddəsi.

[13] «Kafi», 2-ci cild, səh.19-20; «Təfsiri Əyyaşi», 1-ci cild, səh.253; «Biharul-ənvar», 68-ci cild, səh.337-389.

[14] «Lisanül-ərəb», fey` maddəsi.

[15] Bəni-nəzir tayfası barəsində qeyd etdiklərimiz Vaqidinin «Məğazi» kitabından, səh.363-378 idi. Həmçinin Məqrizi də «Əmtaul-əsma», səh.178-182-də onun xülasəsini qeyd etmişdir. Əlavə mə`lumat üçün «Təfsiri-Təbəri»yə baxa bilərsiniz. Əbu Rafe Abbasın qibti qulamı idi ki, onu Peyğəmbərə bağışladı, o həzrət də onu azad etdi və öz kənizi Səlmanı ona ərə verdi. O Məkkədə islamı qəbul etdi. Ühüddə və ondan sonrakı hadisələrdə Peyğəmbərin yanında olmuşdur. Oğlu Rafe Imam Əli -ın katibi idi. Əbu Rafe Osmanın xilafət dövründə, yaxud ondan sonra vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 1-ci cild, səh.41 və 77-də qeyd olunmuşdur.

[16] «Nihayətül-lüğət», Ibni Əsir

[17] «Sünəni Əbu Davud», xərac kitabı, 3-cü cild, səh.141; «Əl-əmval», Əbu Übeyd, səh.9.

[18] «Həşr» surəsi, ayə:6.

[19] Əbu Davud Süleyman ibni Əş`əs Sistani, «Sünnən» kitabının müəllifidir. O deyir: Peyğəmbərdən əli min hədis yazdım və sonra «Sünən» kitabının hədislərini onların arasından seçdim, 4800 hədisi ona daxil etdim. Onların arasında səhih olan, səhihə oxşayan və səhihə yaxın olan hədisləri də qeyd etdim.» O, Bəsrədə yaşamış və elə orada da vəfat etmişdir.

[20] Məhəmməd ibni Əhməd ibni Əzhəri Hərəva Şafei lüğət alimidir. Uzun müddət Qə‌r‌amitə qəbilələri arasında yaşamış, çölləri gəzmiş və onların el arasında işlə‌di‌lən sözlərindən çoxlarını əxz etmişdir. Onun kitablarından biri «Ət-təhzib»dir. Bəl‌kə də onun «səvafi»nin tə`rifində qeyd etdikləri Qəramitə tayfasının müharibə, ta‌rac və qarətçiliklə əlaqədar ara sözlərindən əldə edilmiş olsun. Buna əsasən, onun ver‌diyi belə tə`rif şər`i istilah deyildir ki, şərif hədislər onun əsasında təfsir edilə bilsin.

[21] Lüğət kitabları, xüsusilə «Lisanül-ərəb» kitabı, nə-fə-lə maddəsi.

[22] Ibadət ibni Samit Əbu Vəlid Ənsari Xəzrəci. Birinci və ikinci Əqəbələrdə, eləcə də Peyğəmbər ¡-in bütün qəzvələrində iştirak etmişdi. O, Ənsarın nəqib‌lə‌rindən və Peyğəmbərin sağlığında Qur`an hafizlərindən biri idi. 34, yaxud 45-ci hicri ilində Rəmlədə, yaxud Beytül-Müqəddəsdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.107-də qeyd olunub.

[23] Əbu Üseyd Malik ibni Rəbiə Ənsari Xəzrəci Bədrdə və ondan sonrakı döyüşlərdə iş‌tirak etmişdir. Onun vəfat tarixi ilə əlaqədar ixtilaf gözə dəyir: 60, yaxud 65-ci hicri ili deyilmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 4-cü cild, səh.297-də vardır. Aiz ibni Əbdüllah ibni Məxzumun övladları Qüreyşdən bir şaxə idi ki, onların Müs`əb Zübeyrinin «Nəsəbu Qüreyş» kitabında, səh.299-da gəlmişdir.

[24] «Sireyi Ibni Hişam», 2-ci cild, səh.283-286. Başqa bir çapda: 2-ci cild, səh.296, həmin ayənin «Təfsiri Təbəri»də təfsiri.

[25] «Biharul-ənvar», «xums» kitabı, 96-cı cild, səh.204-214.

[26] Bax: «Misbah», Cövhəri; «Nihayətu ibni Əsir», «Lisanul-ərəb», Ibni Mənzur; «Qamusul-lüğət» və s.

[27] «Sünəni Darəmi», «mən qətələ qətilən» babı, 2-ci cild, səh.229; «Müsnədi Əh‌məd», 5-ci cild, səh.295, 306, 312; «Sünəni Əbi Davud», 2-ci cild, səh.3 və 13.

[28] «Sünəni ibni Macə», «hüdud» kitabı, hədis:2613.

[29] «Səhihi Müslüm», «zəkat» kitabı, 3-cü cild, səh.108; «Əğani», Abbas ibni Mər‌dasın tərcümeyi-halı, 14-cü cild, səh.290. Peyğəmbər ¡ Hüneyn müharibəsində «müəl‌lifətu qülubihim» payından onlara verdi və bu zaman Abbas ibni Mərdas ona e`tiraz etdi.

[30] «Nihayətul-lüğət», Ibni Əsir; «hərəbə» maddəsi.

[31] «Müsnədi Əhməd», 4-cü cild, səh.328; «Səhihi Buxari», 3-cü cild, səh.31.

[32] «Müvəttə», Malik, 2-ci cild, səh.336.

[33] «Nəhcül-bəlağənin şərhi», (Ibni Əbil Hədid), 2-ci cild, səh.58-90, Səqəfinin «Əl-ğarat» kitabından nəqlən.

[34] «Müsnədi Əhməd», 5-ci cild, səh.367; «Sünəni ibni Macə», , hədis:3938.

[35] Yenə orada, 5-ci cild, səh.62-63, Əbdür-Rəhman ibni Səmrət Qüreyşinin tərcümeyi-halı; «Usdul-ğabə», 3-cü cild, səh.297-də qeyd olunmuşdur.

[36] «Müfrədati Rağib», «ğənəmə» maddəsi; «Təhzibul-lüğət», Əzhəri, 8-ci cild, səh.149; «Mö`cəmü əlfazil-Qur`an», 2-ci cild, səh.293. Ayələr isə «Ənfal» surəsi, 41-49 və «Nisa» surəsi, 94.

[37] Bax: «Nihayətul-lüğət», «Lisanul-ərəb», «Təhzibul-lüğət», «Məqayisul-lüğət», «ğənəmə» maddəsi; «Fəxr Razinin təfsiri», 15-ci cild, səh.166.

[38] «Sünəni ibni Macə», «zəkat» kitabı, hədis:1997.

[39] «Müsnədi Əhməd», 2-ci cild, səh.177.

[40] Yenə orada, 2-ci cild, səh.330, 374 və 524.

[41] «Sünəni ibni Macə», «fitən» kitabı, hədis:1299; «Müsnədi Əhməd», 4-cü cild, səh.194, 439, 443, 446, 3-cü cild, səh.140, 197, 312, 323, 380, 395, 5-ci cild, səh.62.

[42] «Səhihi Buxari», 2-ci cild, səh.49; «Müsnədi Əhməd», 5-ci cild, səh.321.

[43] Yenə orada; «əşribə» kitabı, 3-cü cild, səh.214.

[44] «Sünəni Əbi Davud», «kitabul-cihad», 3-cü cild, səh.66.

[45] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[46] Yenə orada.

[47] «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13, həmin kitabda, xəyanət‌ka‌rın cəzası barədə qeyd olunur ki, onlar xəyanətkarın malını yandırırdılar!

[48] «Sünəni ibni Macə», səh.95.

[49] «Sünəni Darəmi», 2-ci cild, səh.230.

[50] «Sünəni ibni Macə», səh.950.

[51] Bu hədisin hamısı «Səhihi Buxari»nin «Xeybər qəzvəsi» bölməsində, 3-cü cild, səh.37; «Səhihi Müslüm», «iman» kitabı, 1-ci cild, səh.75; «imarə» kitabı, 6-cı cild, səh.10; «Sünəni Əbi Davud», «cihad» kitabı, 2-ci cild, səh.13-də qeyd olunmuşdur.

[52] «Səhihi Buxari», «Xeybər qəzvəsi» bölməsində deyilir: O Həzrət süvarilər üçün iki pay, piyadalar üçün bir pay qərar verirdi.

[53] «Səhihi Buxari», «cihad» kitabı, 2-ci cild, səh.131; «Müsnədi Təyalisi», hədis:1985; «Müsnədi Əhməd», 1-ci cild, səh.68, 75, 2-ci cild, səh.101-102; «Təbəqati ibni Sə`d», 3-cü cild, səh.56; «Bidayətul-müctəhid», «cihad» kitabı, 1-ci cild, səh.410-412.

[54] Yenə orada. (Biz onun xülasəsini qeyd etdik.)

[55] «Qamus»un müəllifi «fey`» maddəsində «fey`»i qənimət kimi təfsir etmişdir.

[56] «Qamusul-lüğət», «ğənəm» maddəsi.

[57] «Qamusul-lüğət», «Lisanul-ərəb», «Tacul-ərus», «Nihayətul-lüğət», «Sihahi Cövhəri», «rəbəə» maddəsi; «Sireyi Ibni Hişam», 4-cü cild, səh.294.

[58] «Nihayətul-lüğət», 2-ci cild, səh.62.

[59] Yenə orada, 1-ci cild, səh.321; «Müsnədi Əhməd», 4-cü cild, səh.257. Ədi ibni Ha‌təm 9-cu hicri ilində Islamı qəbul etmiş, Iraqın fəth olunmasında iştirak etmiş və həmçinin Cəməl, Siffeyn, Nəhrəvan müharibələrində Imam Əli -ın kömək‌çi‌lə‌rin‌dən olmuşdur. Siffeyn müharibəsində gözündən xəsarət almışdı. Mühəddislər on‌dan altmış altı hədis rəvayət emişlər. 68-ci hicri ilində Kufədə vəfat etmişir. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Təqribut-təhzib» kitablarında qeyd olun‌muşdur.

[60]«Mö`cəmül-müfəhres», «zəkat» maddəsi, bu barədə 30-dan artıq ayə qeyd olun‌muşdur.

[61] «Səhihi Müslüm», «hüdud» kitabı, 5-ci cild, səh.127; Səhihi Buxari», 1-ci cild, səh.182, 2-ci cild, səh.34; «Sünəni Əbu Davud», 2-ci cild, səh.354 və 70; «Sünəni Termizi», 3-cü cild, səh.138; «Sünəni ibni Macə», səh.83; «Müvəttə» (Malik), 1-ci cild, səh.244; «Müsnədi Əhməd», 2-ci cild, 228, 239, 254, 274, 285, 319, 382, 386, 404, 411, 415, 454, 456, 467, 475, 482, 493, 495, 499, 501, 507; «Əl-əmval», Əbu Übeyd, səh.336

[62] «Kitabul-xərac», Qahirə çapı, 1346-cı hicri ili, səh.26. Əbu Yusif Yə`qub ibni Ib‌ra‌him Ənsari 113-cü ildə Kufədə dünyaya gəlmiş, Əbu Hənifənin yanında tə`lim gör‌müşdür. O, ilk şəxsdir ki, Əbu Hənifənin rə`yi əsasında kitab yazmışdır. O, Məh‌di, Hadi və Harun ər-Rəşid Abbasinin dövründə Kufənin qazisi olmuş, 182-ci il‌də vəfat etmişdir. O bu kitabı öz dövrünün xəlifəsi Harunər-Rəşid üçün yazmışdı.

[63] «Müsnədi Əhməd», 3-cü cild, səh.335, 336, 353, 354, 356; «Məcməüz-zəvaid», 3-cü cild, səh.78; «Ənsabus-sən`ani», səh.336.

[64] Yenə orada, 5-ci cild, səh.326.

[65] Yenə orada, 3-cü cild, səh.128; «Məcməüz-zəvaid», 3-cü cild, səh.77; «Məğaziye Vaqidi», səh.682.

[66] Yenə orada, 2-ci cild, səh.186, 202, 207; «Sünəni Termizi», 1-ci cild, səh.219; «Əl-əmval», Əbu Übeyd, səh.337.

[67] «Nihayətul-Iraq», səh.221, Qazi Əyazinin «Əş-şifa» kitabından nəqlən; «Əqdül-fərid», 2-ci cild, səh.48; «Usdul-ğabə», 3-cü cild, səh.38.

[68] «Sünəni Termizi», 6-cı cild, səh.145-146.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sionist-Təkfiri Terroristlər silahlarını təslim etdikdən Sonra Xan Şeyx-dən ...
Freedom House: ''Azad olmayan Azərbaycanın'' son azadlıqları da tükənir
IMAM ƏLI ™-IN KITABININ ADI HÖKMLƏRDƏ
Nigeriyanın bir neçə şəhəri ayağa qalxdı, Şeyx Zəkzəkiyə Azadlıq!
Azərbaycan İslam Partiyasının Lideri M.Səmədov yenidən karsa salınıb
İmam Xamenei cənabları məhbusların azad olinması üçün 3 milyard riyal kömək ...
Məşhur Boks Kralı Muhəmməd Əli 74 yaşında vəfat etdi / Hollivudu təəccübə ...
DOQQUZUNCU HEKAYƏT
Mal əti və kolbasa yoğun bağırsaq xərçəngi yaradır
Benqazi şəhərində silahlı qruplaşmalarla döyüşlərdə 400 nəfər ölüb

 
user comment