QANUN QARŞISINDA BƏRABƏRLİK
İslam dininin mühüm və həyati qanunlarından biri bütün şəxslərin qanun qarşısında bərabər olmasıdır. Bu əsasa görə Allah-taala hər bir günahın cəzasını bütün insanlar üçün eyni səviyyədə tə`yin etmişdir. Bütün insanlar İslam qanunları qarşısında bərabər və onların cəzalanması sahəsində birdirlər. Bu gün dünyada özlərini “mütərəqqi ölkə” adlandıranlar iddia edirlər ki, qanunları bütün ictimai təbəqələrin haqqında eyni səviyyədə icra olunur. Amma əməldə bu bərabərliyin icra olunmasına heç bir zəmanət yoxdur. Şiələrin birinci imamı Həzrəti Əli (əleyhissalam)-ın zirehli paltarı oğurlanır, onu tapdıqda zirehi gözünün qarşısında olan halda dəlili olmasa da, öz məqamından istifadə edib oğrunu müttəhim etmir. Adi şəxslər kimi öz haqqını almaq üçün ölkənin qazisinə müraciət edir. Bundan əlavə, məhkəmədə qazi ona daha çox hörmət etdiyi və oğrunun haqqını gözləmədiyi üçün qəzəblənərək məhkəməni tərk edir. Bu yolla Qüreyşin seyyidinin həbəşli qul ilə məhkəmə salonunda bir hüquqa malik olduğunu əməli olaraq isbat edir. Bu baxımdan Malik Əştərə buyurur:
وَ أَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَ الْبَعِيدِ وَ كُنْ فِي ذَلِكَ صَابِراً مُحْتَسِباً وَاقِعاً ذَلِكَ مِنْ قَرَابَتِكَ وَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ وَ ابْتَغِ عَاقِبَتَهُ بِمَا يَثْقُلُ عَلَيْكَ مِنْهُ فَإِنَّ مَغَبَّةَ ذَلِكَ مَحْمُودَةٌ
Yaxında da, uzaqda da olsa, ədalətə və haqqa əməl et! Bu yolda səbirli və dözümlü ol! Əməlini Allahın hesabına tapşır! Bu iş yaxınlarının və qohumlarının zərərinə tamam olsa da,, həmişə haqqın aqibəti haqqında fikirləş! Ona görə ki, haqqın nəticəsi bəyənilən və xoşa gələndir.
XALQI İŞİN GEDİŞİNDƏN AGAH ETMƏK
İslam dinində dövlət məs`ulları ilə xalqın bir-birinə qarşı e`timadlı olması hökumətin həyati əsaslarından biri hesab olunur. Belə ki, əgər hakimlə əhali arasında e`timad olmasa, dövlət özünün ictimai həyatını davam etdirməyə qadir olmayacaq. Hakim əhaliyə qarşı e`timadlı və hüsn-niyyətli olduğu kimi, əhali də öz növbəsində İslam hakiminə qarşı yaxşı niyyətli olmalı və ona e`timad etməlidirlər. Buna görə də hər vaxt müəyyən bir məsələ haqqında əhali üçün anlaşılmazlıq olsa, işin düzgün icra olunmadığına, bə`zilərinin vəzifəyə tə`yin olunmasında və ya vəzifədən kənarlaşdırılmasında və sair şəkk etsələr, bu halda hakim əhalini işin gedişindən xəbərdar etməlidir ki, İslam ümmətinin məntiqi nəzərini aydınlaşdırmaqla əhalinin e`timadını qazansın və onların qaranlıq və anlaşılmaz məsələlərini həll etsin.
وَ إِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ وَ اعْدِلْ عَنْكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ فَإِنَّ فِي ذَلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ وَ رِفْقاً بِرَعِيَّتِكَ وَ إِعْذَاراً تَبْلُغُ بِهِ حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ
Əgər əhali sənin haqqında pis fikirdə olsa, üzrünü və dəlilini onlara açıq söylə! Ehtimal olunan zənni fikirləri əhalinin zehnindən çıxart! Çünki, bu yol sənin üçün nəfsini pak etmək, əhali üçün lütf və mərhəmətdir. Bu üzürxahlıq, haqqı və ədaləti onlara başa salmağından ötrü bir vəsilə olacaqdır. Onları haqdan tərəfdarlıq etməyə məcbur etmiş olarsan.
Həzrətin buyurduğu bu həyatbəxş cümlələrdən bə`zi məsələlər üçün məntiqi nəticələr alırıq. Bu nəticələr aşağıdakılardan ibarətdir:
1-Əhali qarşısında müxtəlif məsələlər haqqında izahat verməyi özünə borc bilən hakim, həqiqətdə onların üstünlüyünü qəbul etmişdir. Əhali ilə bu cür davranış səbəb olacaq ki, hakim öz nəfsinə hakim olsun. Bu hakimliklə (hakimlik özü böyük bir işdir) pisliklərlə və nəfsinin istəkləri ilə mübarizə aparmağa qadir olar.
2-Məsələlərin izahı səbəb olur ki, əhali haqqı tanısın, haqq və ədalətin riayət olunmasını özünə vacib bilsin və onun icra olunmasından narazılıq hissi keçirməsin.
SÜLH VƏ SAĞLAM YAŞAYIŞ
İslam dini hər şeydən əvvəl insanları sülhə, birliyə, dinc və sağlam yaşayışa də`vət edir. “Sülh sizin üçün ən xeyirlidir” şüarı ilə özünün ən mühüm və ali hədəflərini bəyan edir. Qur`ani-Kərim bu barədə buyurur:
وَإِن جَنَحُواْ لِلسَّلْمِ فَاجْنَحْ لَهَا
“Hər vaxt kafirlər sülh təklif etsələr, onu qəbul et!”[1]
Başqa ayədə Allah-taala mö`minləri ümumi sülhə də`vət edir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
“Ey mö`minlər, hamınız sülhə gəlin! Şeytanın tərəfdarı olmayın, çünki o sizin üçün aşkar düşməndir. ”[2]
Bu iki ayə və müsəlmanların kafirlərlə rabitəsi haqqında nazil olan başqa ayələrdən, habelə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) risalət dövranını mülahizə etməklə belə nəticə almaq olur ki, İslam dininin xarici və daxili siyasəti ilk növbədə sülh və sağlam yaşayış əsasındadır. İslam həmişə və hər yerdə dünyada sülh və əmin-amanlığın olamsına çalışır. Bu əsasa görə hər vaxt düşmən tərəf sülh və sakitlik təklif etsə, İslam hakiminin (qeyd olunacaq şərtlər əsasında) vəzifəsi budur ki, sülhü qəbul etsin və müharibəni saxlasın.
İndi ki, İslamın bu mütərəqqi siyasəti ilə tanış olduq, belə bir sual yaranır ki, İslam sülhü görəsən bütün yerlərdə, bütün hallarda və qeydsiz-şərtsiz qəbul edir, yoxsa sülhü qəbul etmək üçün xüsusi şərtlər var? Bütün şiə alimlərinin nəzərinə görə sülhü qəbul etməyin başlıca şərtlərindən biri odur ki, sülh müqaviləsi müsəlmanların xeyrinə olsun. Əgər sülh İslamın zərərinə və müsəlmanların zəifləməsinə səbəb olarsa, bu cür sülhü qəbul etmək düzgün deyil. Bu əsasa görə Həzrəti Əli (əleyhissalam) buyurur:
وَ لَا تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّكَ و لِلَّهِ فِيهِ رِضًا فَإِنَّ فِي الصُّلْحِ دَعَةً لِجُنُودِكَ وَ رَاحَةً مِنْ هُمُومِكَ وَ أَمْناً لِبِلَادِكَ وَ لَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكَ بَعْدَ صُلْحِهِ فَإِنَّ الْعَدُوَّ رُبَّمَا قَارَبَ لِيَتَغَفَّلَ فَخُذْ بِالْحَزْمِ وَ اتَّهِمْ فِي ذَلِكَ حُسْنَ الظَّنِّ
Düşmənin sənə təklif etdiyi sülh, Allahın razılığı ilə düz gəlsə, onu rədd etmə! Çünki sülh, qoşunların sakitləşməsinə, sənin qəlbinin rahatlığına və ölkənin əmin-amanlığına səbəb olur. Amma barışıq və sülhdən sonra ciddi şəkildə ayıq ol! Çox vaxt sülh təklifi qarşı tərəfi qəflətdə saxlamaq üçün olur. Buna görə də ehtiyatı əldən vermə və müqavilədə təklif olunan barışığa həmişə imtahan nəzəri ilə bax!
Həzrətin bəyanlarına diqqət etdikdə sülhün əsas faydalarını başa düşmək daha asan olur. Sülh və əmin-amanlıq olan yerdə qoşunlar və silahlı qüvvələr sakitliklə qarşılaşırlar, İslam hakiminin ruhiyyəsi asudə və əmin-amanlıqda olur. Bu sakit ruhiyyə ilə hakim üçün ölkədə mövcud olan çatışmazlıqlar haqqında fikirləşib qərar çıxarmağa fürsət yaransın. Bütün bunlardan da əhəmiyyətlisi odur ki, cəmiyyətin üzvləri sülh və əmniyyət arzularına çatırlar. Həzrət sülhün faydalarını qeyd etdikdən sonra xəbərdarlıq edir ki, sülh e`lan olunduqdan sonra düşməndən qəflətdə olmaq lazım deyil. Çünki, düşmən düşməndir və həmişə qarşı tərəfi döyüş meydanında məğlubiyyətə uğratmaq arzusundadır. Ola bilsin, sülh təklifini qüvvə toplamaq üçün irəli sürmüşdür. Bu səbəbdən hakim gərək ehtiyatlı hərəkət etsin, düşmənə qarşı hüsn-zənnini sui-zənnə və ehtiyat baxışına çevirsin.
ƏHDƏ VƏFA ETMƏK
Əhdə vəfa və öhdəliyə əməl etmək İslamda insanın ən ali fəziləti hesab olunur. Qur`ani-Kərim və mə`sum İmamların (ələyhimussalam) əməlləri göstərir ki, əhdə əməl etmək imanın əsas şərtlərindən biridir. Əhddən qaçmaq isə dinsizlik və imansızlıq əlamətidir. [3]
Bu rabitə normaları yalnız müsəlmanların bir-biri ilə rəftarına dəlalət etmir. Əksinə, müsəlmanlar başqa dindən olan şəxslər və kafirlər qarşısında da bu öhdəliyə riayət etməyə borcludurlar.
وَ إِنْ عَقَدْتَ بَيْنَكَ وَ بَيْنَ عَدُوِّكَ عُقْدَةً أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ وَ ارْعَ ذِمَّتَكَ بِالْأَمَانَةِ وَ اجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَا أَعْطَيْتَ فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللَّهِ شَيْ ءٌ النَّاسُ أَشَدُّ عَلَيْهِ اجْتِمَاعاً مَعَ تَفَرُّقِ أَهْوَائِهِمْ وَ تَشَتُّتِ آرَائِهِمْ مِنْ تَعْظِيمِ الْوَفَاءِ بِالْعُهُودِ وَ قَدْ لَزِمَ ذَلِكَ الْمُشْرِكُونَ فِيمَا بَيْنَهُمْ دُونَ الْمُسْلِمِينَ لِمَا اسْتَوْبَلُوا مِنْ عَوَاقِبِ الْغَدْرِ فَلَا تَغْدِرَنَّ بِذِمَّتِكَ وَ لَا تَخِيسَنَّ بِعَهْدِكَ وَ لَا تَخْتِلَنَّ عَدُوَّكَ فَإِنَّهُ لَا يَجْتَرِئُ عَلَى اللَّهِ إِلَّا جَاهِلٌ شَقِيٌّ وَ قَدْ جَعَلَ اللَّهُ عَهْدَهُ وَ ذِمَّتَهُ أَمْناً أَفْضَاهُ بَيْنَ الْعِبَادِ بِرَحْمَتِهِ وَ حَرِيماً يَسْكُنُونَ إِلَى مَنَعَتِهِ وَ يَسْتَفِيضُونَ إِلَى جِوَارِهِ فَلَا إِدْغَالَ وَ لَا مُدَالَسَةَ وَ لَا خِدَاعَ فِيهِ وَ لَا تَعْقِدْ عَقْداً تُجَوِّزُ فِيهِ الْعِلَلَ وَ لَا تُعَوِّلَنَّ عَلَى لَحْنِ قَوْلٍ بَعْدَ التَّأْكِيدِ وَ التَّوْثِقَةِ وَ لَا يَدْعُوَنَّكَ ضِيقُ أَمْرٍ لَزِمَكَ فِيهِ عَهْدُ اللَّهِ إِلَى طَلَبِ انْفِسَاخِهِ بِغَيْرِ الْحَقِّ فَإِنَّ صَبْرَكَ عَلَى ضِيقِ أَمْرٍ تَرْجُو انْفِرَاجَهُ وَ فَضْلَ عَاقِبَتِهِ خَيْرٌ مِنْ غَدْرٍ تَخَافُ تَبِعَتَهُ وَ أَنْ تُحِيطَ بِكَ مِنَ اللَّهِ فِيهِ طِلْبَةٌ لَا تَسْتَقْبِلُ فِيهَا دُنْيَاكَ وَ لَا آخِرَتَكَ
Əgər düşmənlə peyman (sülh müqaviləsi) bağlayıbsansa və ya ona aman vermisənsə, öz əhdinə vəfa et! Öhdənə aldığın əmanətin şərtini yerinə yetir! Özünü düşmənə verdiyin şeyin qarşısında sipər qərar ver! Çünki, Allahın vacibatlarından heç biri əhdə vəfa etməkdən üstün deyil. Bütün insanlar müxtəlif fikir və əqidələrlə yanaşı vacibatlardan ən çox “əhdə vəfa etmək” vəzifəsi barəsində eyni fikirdədirlər. İslamdan əvvəlki müşriklər belə, əhdə vəfa etməyi özlərinə vacib hesab edirdilər. Ona görə ki, onlar əhdə vəfa etməməyin və onu pozmağın ağır aqibətini görmüşdülər. Heç vaxt (belə) olmasın ki, bağladığın əhdə vəfasız olasan! Heç vaxt əhdini pozma və bununla düşməninə qarşı hiylə işlıtmə! Ona görə ki, Allahın adı ilə peyman bağlayıb sonra onu ayaqlar altına atan şəxs yalnız bədbəxt insan olar. Allah-taala əhd-peymanı əmin-amanlıq üçün səbəb qərar vermişdir. İnsanlar onun səbəbinə asudə yaşayırlar. Bu yolda hiyləgərlik, fəsad və aldatmaq yoxdur. Elə bir müqavilə bağlayıb imzalama ki, orada bəhanəçilik üçün yol açıq olsun. Əhd-peymanı möhkəmlətdikdən sonra ikitirəli söz danışma! (tövriyə, təfsir, tə`vil)[4]
Allahın əhdinə əməl etməkdə olan çətinlik səni haqsız olaraq peymanın pozulmasına vadar etməsin. Çünki, müşkül məsələnin həll olunması ümidi üçün səbir etmək və işinin axırının xeyirli olması, səni dünya və axirətdə boynundan tutub əzaba çəkmək və səni Allah dargahından uzaqlaşdıran “hiyləgərlik” kimi işdən yaxşıdır!”
Peyğəmbərlərin yolu da məhz həmin əsasda idi. Ona görə də Həzrəti İsmail (əleyhissalam) haqqında İmam Sadiq (əleyhissalam)-dan belə nəql olunur:
“Həzrəti İsmail (əleyhissalam) Məkkədən xaricdə “Vəfah” adlı yerdə bir nəfərlə və`də tə`yin edirlər. Bir müddət həmin yerdə gözləyir, amma həmin şəxs gəlib çıxmır. Məkkə əhalisi İsmail (əleyhissalam)-ı axtarmağa gedirlər, amma tapa bilmirlər. Nəhayət, bir kişi Həzrətin yanından keçir və deyir: Ey Allahın Peyğəmbəri! Əldən düşənə qədər səni axtarmışıq. Həzrəti İsmail (əleyhissalam) buyurur: Mən filankəslə və`də etmişəm ki, burada görüşək. O gəlməyincə buradan hərəkət edən deyiləm. ” Əhali kişinin arxasınca gedir. Ona deyirlər: “Ey Allahın düşməni, Allahın Peyğəmbəri ilə peyman bağlayırsan, sonra onu pozursan?!” Kişi işin nə yerdə olduğunu başa düşür, İsmail (əleyhissalam)-a tərəf gəlir, deyir: Ey Allahın Peyğəmbəri (məni bağışla), mən bu və`dəni unutmuşdum. ”
İmam Sadiq (əleyhissalam) bu hadisəni nəql etdikdən sonra buyurur: “Allah-taala bu rəftara görə Həzrəti İsmail (əleyhissalam)-ı Qur`anda “Sadiqul-və`d” adlandırır.” [5]
İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) adəti haqqında buyurur:
“İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bir kişi ilə bir daşın üstündə və`dələşmişdilər. Həzrət müəyyən olunmuş vaxtda ora gedir. Gün çıxır, hava istiləşir. Dostları xahiş edib deyir ki, Ya Rəsuləllah! Nə olar ki, günəşin altından kölgəyə gələsiniz?! Həzrət buyurur: Mən onunla burada və`dələşmişəm. Əgər o gəlməsə, qiyamətə qədər burada duracam. ”[6]
Bütün bu deyilənlərdən, eləcə də mə`sum İmamların (ələyhimussalam) əhdi pozmağın pis iş olması barəsində bizə çatan kəlamlarından aydın olur ki, əhdi pozmaq, qəbul etdiyi öhdəliyə əməl etməmək insan üçün ziyanlı nəticə ilə tamamlanacaqdır. Ona görə ki, insan (filosofların sözü ilə desək) fitrətən ictimai yaşamaq meylindədir. Həmişə başqa şəxslərlə alış-veriş etmək və gəliş-gediş etmək istəyir. Bu cür yaşayış tərzi tələb edir ki, hər bir insan öz öhdəsinə aldığı işə əməl etsin, əhd-peymanın pozulmasına səbəb olan hər bir amildən uzaq olsun (bu amillər Həzrətin cümlələrində “idğal”, “müdalisə” və “xida” kəlmələri ilə qeyd olunub). Əks halda dünyanın ictimai nizamı tamamilə pozulacaqdır. Həmin əsasa görə dünya hüquqşünaslarının ən mühüm bəhslərindən biri “müahidat” (əhd və peyman) bölməsidir. Onlar inanırlar ki, beynəlxalq əhd-peyman xalqlar arasında sülh və sağlamlığın bərqərar olmasına səbəb olur.
Bu əsasa görə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) risalət dövründə müşriklər, Nəcran məsihiləri, əhli-kitab və ərəb qəbilələri ilə əhdnamə bağlayıb ona əməl edirdi.
[1] Әnfal surәsi, 61-ci ayә.
[2] Bәqәrә surәsi, 208-ci ayә
[3] İmam Sәccad (әleyһissalam)-ın kömәkçilәrindәn olan Әbi Malik bir gün İmamdan soruşdu: “Yәbnә Rәsulillaһ! Dinin bütün şәrti nәdir? Һansı şәrtlә insan İlaһi dindә vә dindar һesab olunur?” İmam (әleyһissalam) buyurdu: “Dinin bütün şәrti üç şeydә xülasә olunub: Birinci, һaqq sözü demәk. İkinci әdalәtlә һakimlik etmәk. Üçüncü: Әһdә vәfa etmәk.”
[4] Һәr vaxt bir kәlmәnin iki mә`nası olsa, danışan şәxs kәlmәnin ikinci mә`nasını nәzәrdә tutsa, bu tәrzdә söz danışmağa “tövriyә” deyirlәr. Tarixdә oxuyuruq ki, һәzrәti Әli (әlәyһissalamın) vәfalı kömәkçilәrindәn birini – Vә`dә ibni Cabiri zorla Һәcac ibni Yusifin qәsrinә gәtirirlәr. Һәccac soruşur: Mә`nim һaqqımda nәzәrin necәdir? Cavab verir: “Әntә qasitun, adilun” (sәn adil adamsan). Mәclis qurtardıqdan sonra Һәccac öz adamlarından soruşur: Vә`dәnin nәzәri necә idi? Dedilәr: Sәnin yaxşılığından başqa bir şey deyildi. ” Һәccac: Vә`dәnin nәzәri mәnim һaqımda pis idi. Onun “qasit” kәlmәsindәn mәqsәdi “Amma zülmkarlar Cәһәnnәmin oduna çevrilәcәklәr” – ayәsindәki “qasitun” kәlmәsidir ki, “zülmkar” mә`nasındadır. “Adil” kәlmәsindәn mәqsәdi bu kәlmәnin ikinci mә`nası olan “һaqdan vә һәqiqәtdәn aşmaq, tәcavüz etmәk” mә`nası idi.
Başqa yerdә qeyd olunur ki, Һarunәr-Rәşid öz dövründә göstәriş verir ki, “Bәramәkә” mәntәqәsinin bütün kişilәrini öldürsünlәr. Bu mәntәqәdә bir qadın Һarunun һüzuruna gәlib ondan kömәk istәyir. O da kömәk edir. Qadın sonra Һaruna xitab edәrәk deyir: Allaһ sәnin gözlәrini aydın etsin, etdiyin һәdiyyәyә görә sәni şad etsin. Sәn qist vә әdl üzrә һәrәkәt etdin. ”(әqrә Allaһu eynәykә vә fәrәһәkә bima әtakә) Һarun soruşur: Һansı qәbilәdәnsәn? Cavab verir: “Ali-Bәramәkә” qәbilәsindәnәm ki, göstәriş vermisәn kişilәrini öldürәlәr. Qadın getdikdәn sonra Һarun deyir: Bu qadın bizi pisliklә yad etdi. Çünki “әqrә” kәlmәsindәn mәqsәdi “istiqrar” idi. Yә`ni, gözlәrin һәrәkәtdәn dayansın kor olasan. “Fәrəһәkә” kәlmәsindәn mәqsәdi dünya һaqqında gәlәn ayәyә işarә etmәk idi. “ Qist” kәlmәsindәn mәqsәdi һәmin “zülmkar” mә`nasıdır ki, ayәdә zikr olunub (Cin surәsi, 15-ci ayә). “Әdl” kәlmәsindәn mәqsәdi һaqdan dönmәk vә һәqiqәti inkar etmәk mә`nası idi.
[5] Biһarul-әnvar, 15-ci cild, sәһ. 144.
[6] Biһarul-әnvar, 15-ci cild, sәһ. 144.