MÜVƏFFƏQİYYƏTLİ QƏRAR QƏBUL ETMƏK
Məs`uliyyətli şəxslərin qələbə çalması onların qərarlarında xülasə olunur. Əgər məs`ulun qərarı vaxtında və yerində olsa, işində müvəffəqiyyət qazanar və qələbə çalan hesab olunur. Amma yersiz və həqiqətdən uzaq olan bir qərar qəbul etsə, müvəffəq hesab olunmur. Bu hesaba görə hər bir məs`ulun hərəkətləri hər şeydən əvvəl aydın bir hədəf üzrə olmalıdır. İkincisi, şərait hazır olan kimi heç bir şişirtmə və ya azaltma olmadan münasib qərar qəbul etməlidir. Əlbəttə, layiqli qərar o vaxt olar ki, lazımi şəraitdən əlavə, qərar münasib vaxtda və yerində verilmiş olsun.
وَ إِيَّاكَ وَ الْعَجَلَةَ بِالْأُمُورِ قَبْلَ أَوَانِهَا أَوِ التَّسَقُّطَ فِيهَا عِنْدَ إِمْكَانِهَا أَوِ اللَّجَاجَةَ فِيهَا إِذَا تَنَكَّرَتْ أَوِ الْوَهْنَ عَنْهَا إِذَا اسْتَوْضَحَتْ فَضَعْ كُلَّ أَمْرٍ مَوْضِعَهُ وَ أَوْقِعْ كُلَّ أَمْرٍ مَوْقِعَهُ
İşin vaxtı yetişməmişdən əvvəl (lazımi şərait olmadan) tələsməkdən özünü qoru! Əgər işin görülməsi mümkündürsə, onu kiçik hesab etmə! İşin növü mə`lum olmayan surətdə tələsik öz nəzərini vermə! Habelə, işlərin aydın olan vaxtı (planlar, proqramlar... ) səhlənkarlıq etmə! Beləliklə, hər bir işi öz yerində qərar ver və öz vaxtında yerinə yetir!
Gündəlik beş vaxt qıldığımız namazlara diqqət edək; namazın vaxtının, onun qılınmasında xüsusi əhəmiyyəti vardır. Belə ki, çox şəraitlər vaxta qurban olur. Məsələn, əgər su tapılmasa və namazın vaxtı qurtarmaq üzrə olsa, təyəmmümlə namaz qıla bilərik. Amma vaxtından xaricdə yox. Başqa ibadətlər üçün də müəyyən vaxt tə`yin olunmuşdur. Məsələn, həcc (xüsusi vaxtda icra edilməlidir), oruc tutmaq (yalnız ramazan ayında vacibdir). Şəriətin bu qanunları onu göstərir ki, vaxtı tanımaq xüsusi əhəmiyyətə malikdir. Vaxta diqqət etməmək müəyyən ziyanlara və xəsarətlərə səbəb olacaq ki, onları bərpa etmək də çətin olacaq. İmam Həsən Əsgəri (əleyhissalam) bu barədə buyurur:
“Yetişməmiş meyvənin dərilməsində tələsmə! Öz vaxtında yetişəcək. Öz ehtiyaclarını tə`min etmək üçün vaxtından əvvəl tələsmə! Bu iş sənin dərdinə və hövsələsizliyinə səbəb olacaq. Beləliklə də, ümidsizliyə düçar olarsan. ”[1]
AXİRƏTİ YADA SALMAQ NƏFSİN İSTƏKLƏRİNİN QARŞISINI ALIR
Bilirik ki, bu dünyadan sonra axirət aləmi də var. Dünya insanların çalışmaları, bəhrə aparmaları və axirət dünyasında səadət əldə etmək üçündür. Əgər hökumət taxtında oturan (hər hansı insan, fərdi və ictimai fəaliyyətlərində) bilsə ki, (və bu fikirdə olsa ki, ) arzuların həyata keçməsində hər hansı tüğyan və azğınlıq (cəmiyyətdə fəsada səbəb olan sair işlər) axirətdə yalnız cəhənnəm odu və əzabla nəticələnəcək, bu halda nəfsi istəklərini orta səviyyədə, mö`tədil saxlamağa çalışar, İslam və Qur`anın yolu ilə hərəkət edər.
وَ إِيَّاكَ وَ الِاسْتِئْثَارَ بِمَا النَّاسُ فِيهِ أُسْوَةٌ وَ التَّغَابِىَ عَمَّا تُعْنَى بِهِ مِمَّا قَدْ وَضَحَ لِلْعُيُونِ فَإِنَّهُ مَأْخُوذٌ مِنْكَ لِغَيْرِكَ وَ عَمَّا قَلِيلٍ تَنْكَشِفُ عَنْكَ أَغْطِيَةُ الْأُمُورِ وَ يُنْتَصَفُ مِنْكَ لِلْمَظْلُومِ امْلِكْ حَمِيَّةَ أَنْفِكَ وَ سَوْرَةَ حَدِّكَ وَ سَطْوَةَ يَدِكَ وَ غَرْبَ لِسَانِكَ وَ احْتَرِسْ مِنْ كُلِّ ذَلِكَ بِكَفِّ الْبَادِرَةِ وَ تَأْخِيرِ السَّطْوَةِ حَتَّى يَسْكُنَ غَضَبُكَ فَتَمْلِكَ الِاخْتِيَارَ وَ لَنْ تَحْكُمَ ذَلِكَ مِنْ نَفْسِكَ حَتَّى تُكْثِرَ هُمُومَكَ بِذِكْرِ الْمَعَادِ إِلَى رَبِّكَ
Heç vaxt əhalinin hamısının bərabər payı olan bir malın bölgüsündə özünə hamıdan çox pay ayırma! Əhali üçün aydın və aşkar olan şeydə özünü qəflət və nadanlığa vurma! Ona görə ki, o şey səndən alınacaq və başqasına veriləcək, tezliklə pərdə aradan götürüləcək və sən məzlumların xeyrinə hökm vermiş olacaqsan. Qəzəbinin, tünd (kobud) xasiyyətinin, əli uzunluğunun və uzun dilliyinin qarşısını al! Söyüş söyməkdən qorun! Qəzəbin sakitləşənə, ixtiyarını öz əlinə alana və gözlərin həqiqəti görənə qədər sakit ol! O vaxt özünə gələcəksən ki, Allaha tərəf qayıtmaq yadına düşər və qəm-qüssən artar.
Yuxarıdakı cümlələri xülasə şəkildə təhlil etsək aşağıdakı mətləbləri ələ gətirmək olar:
1-Təkəbbür və özbaşınalıq sadə insanlardan çox, hakimlərdə olur. İxtiyarında olan imkanları nəzərə alaraq demək olar ki, onun qarşısını “təqvadan” başqa heç bir şey ala bilməyəcək. Deməli, hamıdan çox hakimin “təqvaya”, pəhrizkarlığa ehtiyacı var.
2-Əhalinin payı olan hər bir şey hamının arasında bərabər səviyyədə bölünməlidir. Hakimin ümumi malları (ümumxalq əmlakını) özünə və ya xüsusi bir dəstəyə məxsus etməyə ixtiyarı yoxdur. Əgər hakimdən bu cür iş baş versə, bu aşkar zülmdür və bir zaman məzlumların hakimiyyəti ilə qurulan məhkəmədə, zalım məhkum olunacaq və öz zülmünün acınacaqlı aqibətini görəcək.
3-Əhalinin seçdiyi hakimin vəzifələrindən biri də cəmiyyətin rə`y və nəzərlərinə hörmət etməkdir. Əgər hakim əhalinin gözü qarşısında baş verən xilaf işləri, əxlaqsızlıqları, fəsadları e`tinasızlıqla qarşılasa, hakim də bu barədə ümumi kütlənin fikrindən qəflət edərsə və bu bəhanə ilə cəmiyyətin islahına baş qoşmazsa, ağır və acınacaqlı vəziyyətlə qarşılaşmalı olacaq.
4-Əhalinin hakimə olan ehtiyacını nəzərə alaraq və onların ehtiyaclarının hakim tərəfindən ödənilməsi arzuları olduğuna görə hakim xoşagəlməz hallarda öz nəfsinə sahib olmalı, qəzəbinin qarşısını almalıdır. Buna görə də hakim tərəfindən baş verən kiçik bir xoşagəlməz hərəkət ağır nəticəyə səbəb ola bilər.
Bu əsasa görə məs`uliyyətli şəxslər gərək insani və islami normalardan kənara çıxmaqla əhalinin qəlbini yaralamasınlar və bununla da əhalinin İslamdan və hakimdən uzaq düşməsinə səbəb olmasınlar.
İBRƏT GÖTÜRMƏK, QUR`AN VƏ QANUN ÜZRƏ HƏRƏKƏT ETMƏK
“Qur`an və İslam qanunlarının İslam cəmiyyətində yeri” fəslində deyildi ki, Qur`an və qanun, bütün ictimai, siyasi, iqtisadi və sair kimi... Məsələlərin mənbəyi hesab olunur. İslam hakimi bu mənbə üzrə hərəkət etməlidir. Hakimin Peyğəmbər (səlləllahu ələyhi və alih) qanunlarından çıxması heç bir vəchlə qəbul olunmur. Bu cür hərəkətin aşkar olması öz-özünü İslam hakimliyi vəzifəsindən kənarlaşdırmaq deməkdir. Həzrəti Əli (əleyhissalam) qeyd olunacaq cümlələrində Malik Əştərə, Qur`an göstərişlərini, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alih) və mə`sum İmamların (ələyhimussalam) hərəkət və davranışlarını nümunə qərar verməklə yanaşı, hakimin tarixdə baş vermiş hadisələrdən ibrət götürməsini onun üçün zəruri bilir. Bu əsasa görə həzrət buyurur:
وَ الْوَاجِبُ عَلَيْكَ أَنْ تَتَذَكَّرَ مَا مَضَى لِمَنْ تَقَدَّمَكَ مِنْ حُكُومَةٍ عَادِلَةٍ أَوْ سُنَّةٍ فَاضِلَةٍ أَوْ أَثَرٍ عَنْ نَبِيِّنَا ص أَوْ فَرِيضَةٍ فِى كِتَابِ اللَّهِ فَتَقْتَدِىَ بِمَا شَاهَدْتَ مِمَّا عَمِلْنَا بِهِ فِيهَا وَ تَجْتَهِدَ لِنَفْسِكَ فِى اتِّبَاعِ مَا عَهِدْتُ إِلَيْكَ فِى عَهْدِى هَذَا وَ اسْتَوْثَقْتُ بِهِ مِنَ الْحُجَّةِ لِنَفْسِى عَلَيْكَ لِكَيْلَا تَكُونَ لَكَ عِلَّةٌ عِنْدَ تَسَرُّعِ نَفْسِكَ إِلَى هَوَاهَا
Vəzifən budur ki, ədaləti yayan hökumətlərin fəzilətli qanunları, Qur`anda gələn vacibatlar və ya İslam Peyğəmbərin (səlləllahu ələyhi və alih) kitablarda yazılan sünnələri yadında olmuş olsun. O şeylərə ki, biz əməl etmişik və sən onları görmüsən, onlardan tərəfdarlıq et! Çalış bu fərmanda yazdığım qanunlarla hərəkət edəsən və göstərişlərimə əməl edəsən! Ey Malik! Mən bu fərmanımla səninlə olan peymanımı möhkəmlətdim və höccəti sənə tamamladım. Əgər nəfsin tüğyan etsə və müxtəlif həva-həvəslər ardınca düşsən, heç bir bəhanən olmayacaq. İnsanı pisliklərdən qoruyan və ona yaxşı işlər görmək fürsəti verən, yalnız Allah-taaladır. Allahın Peyğəmbəri (səlləllahu ələyhi və alih) həmişə mənə əmr edərdi ki, namazımda, zəkatımda və nökərlərlə rəftarımda çox diqqət edəm və ehtiyatlı olam!
Mövla Əli (əleyhissalam)-ın kəlmələrinə diqqət etdikdə anlayırıq ki, əvvəla, İslami məsələlərin öyrənilməsi, Allahın hökmlərinin icra olunması üçün meydanın açıq olması Allahın ən böyük höccətidir. Bu cür höccətin olması ilə yanaşı müxtəlif bəhanələrlə ilahi hökmlərin icra olunmasından boyun qaçırmaq olmaz. Bu əsasa görə İran İslam İnqilabının böyük rəhbəri Xomeyni, ruhanilərlə görüşündə e`lan etdi ki, “bu gün höccət tamam olub. İslam alimlərinin iş görməmək və Allahın hökmlərini icra etməkdən boyun qaçırmaq üçün bəhanəsi yoxdur. ”
İkincisi, İslam hökmlərinin icra olunması üçün çalışmaq məs`ullara icazə vermir ki, öz nəfslərinə fikir verməkdən və nəfsani istəkləri ilə mübarizə aparmaqdan əl çəksinlər. Onların vəzifəsi budur ki, İslam hökmlərinin ölkədə bərqərar olunması üçün çalışmaqla bərabər, təqvalı və pərhizkar olsunlar və dinin vacibatlarını yerinə yetirməkdən qəflət etməsinlər.
YOLUN SONU-“ŞƏHADƏT”
Mö`min insanlar üçün xüsusi ilahi ne`mətlərdən biri, Allah yolunda və Allah hökmlərinin cəmiyyətdə hakim olması yolunda şəhadətə yetmək məqamıdır. Şəhadətə yetişmək insanın ən uca məqamı və yolunun sonu hesab olur. Buna görə də Həzrəti Əli (əleyhissalam) həm özü, həm də Malik üçün “şəhadət” arzulamaqla yanaşı, qoşun başçısını, duanın tə`siri və nəticəsi ilə də tanış edir. İndi ki, bu kitabın axırına yetişmişik, həzrətin duasını birlikdə oxuyaq:
وَ أَنَا أَسْأَلُ اللَّهَ بِسَعَةِ رَحْمَتِهِ وَ عَظِيمِ قُدْرَتِهِ عَلَى إِعْطَاءِ كُلِّ رَغْبَةٍ أَنْ يُوَفِّقَنِى وَ إِيَّاكَ لِمَا فِيهِ رِضَاهُ مِنَ الْإِقَامَةِ عَلَى الْعُذْرِ الْوَاضِحِ إِلَيْهِ وَ إِلَى خَلْقِهِ مَعَ حُسْنِ الثَّنَاءِ فِى الْعِبَادِ وَ جَمِيلِ الْأَثَرِ فِى الْبِلَادِ وَ تَمَامِ النِّعْمَةِ وَ تَضْعِيفِ الْكَرَامَةِ وَ أَنْ يَخْتِمَ لِى وَ لَكَ بِالسَّعَادَةِ وَ الشَّهَادَةِ إِنَّا إِلَيْهِ راجِعُون وَ السَّلَامُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيماً كَثِيراً وَ السَّلَامُ
Mən ulu Tanrıdan istəyirəm ki, sonsuz rəhmət və əzəmətli qüdrəti ilə (ki, əta etməkdə və ehsan etməkdə istədiyi şeyi icra etməyə qadirdir,) məni, səni, özünün razı olduğu şeylərə tərəf aparsın! Yerli və aşkar üzrümüzü Özünün və məxluqatının qarşısında qəbul etsin! Bəndələrinin arasında yaxşı adla, xeyirxahlıqla, şəhərlərdə, diyarlarda yaxşı tə`sir qoymaqla, bütün ne`məti ilə izzətlə, sonsuz səadətlə və şəhadətlə ömrümüzü başa vursun! Biz Ondanıq və Ona tərəf qayıdacağıq. Allahın elçisinə və Onun pak Əhli-beytinə çox salam olsun ki, hamısı pak və münəzzəhdir!