IMAMLARIN ¢ ÖZLƏRINƏ IRSƏN YETIŞƏN KITABLARA MÜRACIƏT ETMƏLƏRI
Imam Sadiq ™ imam Həsən ™-ın nəvələri və onların hakimiyyətə çatmaları barəsində «Cəfr» və Müshəfi-Fatimə kitablarına müraciət edirdilər. Belə ki, «Kafi» və «Bəsairud-dərəcat» kitablarında Füzeyl ibni Səkrədən belə nəql olunur: Imam Sadiq ™-ın yanına getdikdə buyurdu: «Ey Füzeyl! Bilirsənmi ki, bundan əvvəl nəyə baxırdım?» Dedim: «Xeyr!» Buyurdu: «Fatimənin Müshəfinə baxırdım. Yer üzündə elə bir padşah hakimiyyətə çatmır ki, onun özünün və atasının adı orada yazılmamış olsun. Mən orada Həsən ™-ın övvladlarından bir kəsin adını görmədim.»[1]
Vəlid ibni Səbih deyir: Imam Sadiq ™ mənə buyurdu: «Ey Vəlid! Mən Fatimənin Müshəfinə baxdım və bəni-filan üçün, nalın toz-torpağı kimi bir toz-torpaqdan başqa bir şey görmədim.»[2]
Süleyman ibni Xalid deyir: Imam Sadiq ™-ın belə buyurduğunu eşitdim: «Mənim yanımda bir səhifə vardır ki, padşahların adları orada qeyd olunmuşdur. Həsənin övladlarından bir kəsin adı orada yoxdur.»[3]
Ömər ibni Üzeynə deyir ki, imam Sadiq ™ buyurdu: «Mənim yanımda iki kitab vardır ki, bütün (keçmiş) peyğəmbərlərin və gələcək padşahların hamısının adı oradadır. Allaha and olsun ki, Məhəmməd ibni Əbdüllahın adı (imam Həsən ™-ın nəvələrindəndir) onların heç birində qeyd olunmamışdır.»[4]
Imamın qeyd olunan «iki kitab»dan məqsədi «Cəfr» və Fatimə Müshəfidir. Onun «bütün peyğəmbərlərin adı» dedikdə cəddi Xatəmul-ənbiyadan ¡ əvvəlki peyğəmbərlərdir. Bu da aşağıda qeyd olunan növbəti hədisdən aydın olur:
«Bəsairud-dərəcat» kitabında Müəlla ibni Xüneysdən belə nəql olunur: Imam Sadiq ™ buyurdu: «Elə bir peyğəmbər, elə bir peyğəmbərin vəsisi və elə bir padşah yoxdur ki, onun adı mənim yanımdakı kitabda olmasın... Xeyr, Allaha and olsun, Məhəmməd ibni Əbdüllah ibni Həsənin adı orada yoxdur.»[5]
Bunun oxşarı Iys ibni Qasimdən də nəql olunmuşdur.[6]
Müəlla ibni Xüneys deyir: Imam Sadiq ™-ın yanında idim ki, Məhəmməd ibni Əbdüllah ibni Həsən gəlib salam verdi. Çölə çıxdığı zaman Imam ona ürək yanğısı ilə baxdı və gözləri yaşla doldu. Dedim: «Mən sizin ona qarşı belə vəziyyət keçirdiyinizi gördüm?!» Həzrət buyurdu: «Onun halına riqqətləndim, çünki elə bir işə çalışır ki, onun haqqı deyildir. Əlinin kitabında onun bu ümmətin xəlifələrindən, yaxud padşahlardan olduğunu görmədim.»[7]
Ənbəsə ibni Bəcad Abid deyir: Cə`fər ibni Mühəmməd hər vaxt Məhəmməd ibni Əbdüllah ibni Həsəni görsəydi, gözləri yaşla dolar və deyərdi: "Camaat onun barəsində "o Mehdidir" – deyirlər, halbuki, o, öldürüləcək. Onun adı cəddim Əlinin kitabında bu ümmətin xəlifələri cərgəsində deyildir."[8]
Imamın «Əlinin kitabı» dedikdə məqsədi «Cəfr»dir ki, o həzrətdən irs aparmışdır.
«Kafi» kitabında Füzeyl ibni Yəsardan, Büreyd ibni Müaviyədən və Zürarədən nəql olunur ki, Əbdül-məlik ibni Ə`yən imam Sadiq ™-a demişdi: «Zeydilər Məhəmməd ibni Əbdüllahın ətrafına toplaşmışlar, o, hakimiyyətə çatacaqdırmı?» Həzrət buyurdu: «Allaha and olsun ki, mənim yanımdakı iki kitabda bütün peyğəmbərlərin və yer üzündə gələcək padşahların hamısının adları vardır. Xeyr, Allaha and olsun, Məhəmməd ibni Əbdüllahın adı o kitabların heç birində yoxdur.»[9]
Bəli, imam Sadiq ™ özünün imam Həsən ™-ın övladlarından olan əmi oğlanlarının həyatında «Cəfr»i-əbyəz və Müshəfi-Fatiməyə istinad edərək mövqe seçdi. Bə`zən də öz əmi oğlanlarını o kitablarda qeyd olunduğu kimi hərəkətlərinin nəticəsindən agah edirdi. Əlbəttə, onun əmi oğlanları o həzrətin nəsihət və sözlərini qəbul edən deyildilər. Belə ki, Əbül-fərəc Isfahani «Məqatilut-talibiyyin» kitabında nəql edərək deyir: «Bəni Haşim camaatı Əbvada Ibrahim ibni Məhəmməd ibni Əli ibni Əbdüllah ibni Abbas[10], Əbu Cə`fər Mənsur, Saleh ibni Əli, Əbdüllah ibni Həsən ibni Həsən, onun iki oğlu Məhəmməd və Ibrahim və Məhəmməd ibni Əbdüllah ibni Əmr ibni Osmanın iştirakı ilə bir yerə toplaşdılar. Saleh ibni Əli dedi: «Siz yaxşı bilirsiniz ki, bu camaatın gözləri indi sizə dikilmişdir. Allah da sizi bu məkanda bir yerə toplamışdır. Belə isə, özünüzdən olan və bəyəndiyiniz bir şəxslə bey`ət edin, onun arxasını möhkəmlədin ki, Allah sizə nicat yolu versin, çünki O ən yaxşı nicat yolu verəndir!»
Əbdüllah ibni Həsən Allaha həmd-səna etdikdən sonra dedi: «Siz yaxşı bilirsiniz ki, mənim bu oğlum elə həmin Məhdidir. Belə isə tələsin, gərək onunla bey`ət edək!»
Əbu Cə`fər Mənsur dedi: Nə üçün özünüzü aldadırsınız? Allaha and olsun, siz yaxşı bilirsiniz ki, camaat bu kəsdən başqa – yə`ni Mühəmməd ibni Əbdüllahdan başqa – bir kəsə göz dikməmiş və ondan başqasının də`vətinə cavab verməyəcəkdir.
Dedilər: Allaha and olsun ki, düz deyirsən! Bu həmin şəxsdir ki, bilirik və hamılıqla Məhəmmədlə bey`ət etdilər və ona əl verdilər, o, Cə`fər ibni Mühəmmədin-imam Sadiqin ardınca göndərdi.[11]
Cə`fər ibni Mühəmməd ™ gəldi və Əbdüllah ibni Həsən öz yanında ona yer verdi, özünün əvvəlki sözlərini təkrarladı. Bu zaman Cə`fər ™ dedi: «Belə etməyin! Çünki bu iş qaydaya düşməyəcək və axıra çatmayacaqdır. Ona görə ki, əgər sənin bu oğlunun Məhdi olduğunu güman edirsənsə, o, Məhdi deyildir və indi onun zühur vaxtı deyildir. Əgər bunu demək istəyirsən ki, onu buna görə seçmək istəyirsən ki, Allah xatirinə qəzəblənsin, «əmr be mə`ruf və nəhy əz münkər» etsin, onda Allaha and olsun ki, bizim böyüyümüz və şeyximiz olduğun üçün səni tək qoymaz və oğlunla bey`ət edərik.»
Əbdüllah qəzəblənib dedi: Sən özün xilaf sözlər dediyini bilirsən, Allaha and olsun ki, Allah səni öz qeyb aləminə agah etməmişdir, lakin oğluma həsəd etmək səni bu işlərə vadar etmişdir!
Imam Sadiq ™ buyurdu: «Allaha and olsun ki, həsəd məni vadar etməmişdir, lakin bu – öz əli ilə Əbul-Abbasın çiyninə vurdu – onun qardaşları və övladları bu məqama çatacaqlar, siz yox!» Sonra əlini Əbdüllah ibni Həsənin çiyninə qoyaraq dedi: Allaha and olsun ki, bu hökumət sənə və sənin övladlarına çatmayacaqdır, lakin hökumət onalar çatacaq və sənin bu iki oğlun qətlə yetiriləcəklər!
Sonra ayağa qalxıb Əbdül-Əziz ibni Imran Zəhrinin əlinə vuraraq dedi: Sarı rəngli ridanın sahibi-yə`ni Əbu Cə`fər Mənsuru-gördünmü? Allaha and olsun ki, biz onu bunun qatili görürük! Əbdül-Əziz ona dedi: Məhəmmədi öldürəcəklərmi? Dedi: Bəli. O dedi: Öz-özümə dedim ki, Kə`bənin Allahına and olsun ki, ona həsəd edir! Sonra Allaha and olsun, bu kişi o iki şəxsi öldürdüyünü görməmiş dünyadan getmədilər!
Ravi deyir: Cə`fər-imam Sadiq ™-belə dediyi zaman camaat ayağa qalxıb dağıldılar. Bundan sonra bir daha bir yerə yığışmadılar və Əbdüssəməd ilə Əbu Cə`fər Mənsur Imamın ardınca gedərək dedilər: Ya Əba Əbdillah! Sən bunu deyirsənmi? Dedi: Allaha and olsun, deyirəm və bilirəm.[12]
Başqa bir rəvayətdə imam Sadiq ™ Əbdüllah ibni Həsənə dedi: Bu hökumət sənə və iki oğluna qismət olmayacaqdır, yalnız buna – Səffaha məxsusdur. Ondan sonra bu şəxsə – Mənsura çatacaqdır. Bundan sonra onun övladlarına və daim onların arasında olacaq, nəhayət onların uşaqları hakimiyyətə çataraq qadınlarla məşvərət edəcəklər!
Əbdüllah dedi: Cə`fər! Allaha and olsun ki, Allah səni öz qeyb elminə agah etməmişdir!
Imam Sadiq ™ buyurdu: «Xeyr! Allaha and olsun, sənin övladına həsəd etmirəm, əksinə, bu – Əbu Cə`fər – onu Əhcaruz-Zeyddə qətlə yetirəcək. Sonra onun qardaşını Təfuhda atının ayaqları suda olduğu halda qətlə yetirəcəkdir.[13]
Təbəri və Əbül-fərəc, Ümmü-Hüseyndən – Əbdüllah ibni Məhəmməd ibni Əli ibni Hüseynin qızından rəvayət edirlər ki, belə demişdir: Əmim Cə`fər ibni Məhəmmədə dedim: Sənə fəda olum! Məhəmməd ibni Əbdüllahın işi hara çatacaqdır? O buyurdu: Bu bir fitnədir ki, Məhəmməd onda qətlə yetiriləcək, onun doğma qardaşı Iraqda, atının nalları suda oluğu zaman qətlə yetişəcəkdir.[14]
Rəvayət olunmuşdur ki, Mənsurun ordusunun sərkərdəsi Isa Mədinəyə daxil olduğu zaman imam Sadiq ™ buyurdu: «O, həmin kəsdirmi?» Dedilər ki, ya Əba Əbdillah, kimi deyirsən? Buyurdu: «O kəsi deyirəm ki, bizim qanlarımızı oyun-oyuncağa çevirir! Agah ol, Allaha and olsun ki, onları-yə`ni Məhəmməd və Ibrahimi buraxmayacaqlar![15]
O deyir: Həmzət ibni Əbdüllah ibni Məhəmməd ibni Əli də Məhəmmədlə birlikdə qiyam etdi və əmisi Cə`fər onu qadağan edərək deyirdi: Allaha and olsun ki, onu öldürəcəklər.[16]
IMAM ™-IN HƏSƏN ÖVLADLARININ IŞININ AXIRINDAN VERDIyi XƏBƏRIN YAYILMASI
Imam Sadiq ™-ın imam Həsən ™-ın nəvələrinin işinin necə qurtaracağı barəsindəki xəbəri yayıldı. Uzaqdan-yaxından hamı ondan agah oldu. Buna görə də Füzeyl ibni Yəsar – imam Sadiq ™-ın səhabələrindən biri Məhəmməd və Ibrahimin qiyam xəbərini-onlar Əbdüllah ibni Həsənin iki oğlu idi – ona verdi, o deyir: Bu iki nəfərin qiyamı tə`sirsizdir. Ravi deyir: Bu işi bir neçə dəfə təkrar etdim, o da həmin cavabı verdi. Dedim: Allah sənə rəhmət etsin, bir dəfədən artıq sənin yanına gəldim və sənə xəbər verdim, sən də deyirsən ki, o ikisinin qiyamının faydası yoxdur! Bunu öz yanından deyirsənmi? Həzrət buyurdu: Xeyr, Allaha and olsun, əksinə, Əbu Əbdillahdan eşitdim ki, belə buyururdu: Əgər qiyam etsələr, qətlə yetiriləcəklər.[17]
Məhz buna görə də Mənsur ordusunun sərkərdəsinin Məhəmmədlə müharibədən qaçmaq xəbərini ona xəbər verdikləri zaman dedi: Heç vaxt! Belə olsa, onda bizim uşaqların hökumət minbərlərində oynaması və qadınlarla müşavirə necə olacaq?![18]
Ibrahim Bəsrədə qiyam edib Mənsurun ordusu dağıldığı və qaçıb Kufəyə çatdıqları zaman Mənsur fərman verdi ki, dəvələri və heyvanları Kufənin bütün qapılarında hazır vəziyyətdə saxlasınlar ki, süvarilər onlara minib qaçsınlar.[19] O, daim belə deyirdi: Rəbi`! Vay olsun sənə! Necə oldu ki, bizim övladlarımız o məqama çatmadılar! Bəs uşaqların hökuməti necə oldu?![20]
Bəli, Mənsur hər iki halda imam Sadiq ™-ın sözünə işarə edirdi ki, o həzrət buyurmuşdu: «Uşaqlara hakimiyyət verib, qadınlarla müşavirə edəcəklər!»
MƏHƏMMƏDLƏ IBRAHIMIN IŞININ SONU
Təbəri və Əbül-fərəc rəvayət edərək demişlər: Məhəmməd Mədinənin Əhcaruz-Zeyd adlı yerində qətlə yetirildi.[21]
O deyir: Ibrahim öz atına minmiş halda Mənsur ordusunun fərarilərini tə`qib edirdi. Bu zaman bir oxa hədəf tutuldu və qətlə yetirildi.[22]
Bura qədər imam Sadiq ™-ın «Cəfr» və Müshəfi-Fatiməyə müraciət edərək Həsən ™-ın nəvələrinin hökuməti barəsində verdiyi xəbərləri təqdim etdik. Indi imam Səccad Əli ibni Hüseyn £-ın Ömər ibni Əbdül-Əzizin hökumətə çatacağı barəsində verdiyi xəbəri xatırladırıq:
Əbdüllah ibni Əta Təmimi deyir: Əli ibni Hüseyn ilə məsciddə idim-yə`ni Peyğəmbər məscidində-Ömər ibni əbdül-əziz cavan və xoşsifət bir halda gümüşdən olan əsa ilə birlikdə keçirdi. Əli ibni Hüseyn ona nəzər salıb buyurdu: Əbdüllah ibni Əta! Bu inadkarı görürsənmi? O, camaata hakim olmayanca dünyadan getməyəcək. Mən dedim: Bu fasiqmi? Buyurdu: Bəli! Və onların arasında az miqdardan başqa qalmayacaqdır.[23]
IMAM RIZA ™-IN “CəfrƏ” ISTINAD ETMƏSI
Əli ibni Isa Ərbili (693-cü ildə vəfat edib) «Kəşfül-ğummə» kitabında Imam Riza ™-ın tərcümeyi-halında belə deyir: 670-ci ildə o həzrətin şərif hərəminin xidmətçilərindən biri müqəddəs Məşhəd şəhərindən gəldi, onun əlində Mə`munun əlyazması ilə yazılmış bir əhdqamə var idi ki, Imam ™ da öz əlyazması ilə onun arxasını yazıb imzalamışdı. Mən o həzrətin qələminin yerlərini öpdüm, gözlərimi onun kəlamlarına sürtdüm, ona agah olmağı Allah-taalanın böyük ne`mətlərindən və bəxşişlərindən hesab etdim. Onu hərf-hərf aşağıda şəkildə nəql etdim:
«Bismillahir-rəhmanir-rəhim!
Bu bir əhdnamədir ki, mö`minlərin əmiri Əbdüllah ibni Harun ər-Rəşid öz əli ilə Əli ibni Musa ibni Cə`fər üçün – öz vəliəhdi üçün yazmışdı: Amma bə`d! Allah-taala Islam dinini (insanların) dini qərar verdi, öz bəndələrinin arasından rəsullar göndərdi ki, onlar üçün hidayətçi və yol göstərənlər olsunlar. O rəsullar ki, onların birincisi axırıncısının müjdə verəni idi, gələcəkdəkilər keçmişdəkiləri təsdiq edirdi, nəhayət bir fətrətdən (zamandan) sonra, elm aradan getdikdən, vəhy qət olduqdan və Qiyamətin yaxınlaşmasından sonra Ilahi nübüvvət həzrət Mühəmmədə çatdı, Allah-taala onu peyğəmbərlərin sonuncusu, onların şahidi və qoruqçusu qərar verdi. Əziz kitabını – batilin heç bir tərəfdən: nə qabaqdan, nə də arxadan yol tapa bilmədiyi kitabı ona nazil etdi. Həkim və Həmid bir kəsin göndərdiyi kimi. Onun içində halal və haram hökmlərin bəyan olunduğu, və`də verib qorxutduğu şeylərlə birlikdə, çəkindirib qorxutduğu, əmr edib nəhy etdiyi şeylərlə birlikdə göndərdi ki, özünün yetərli höccətini və dolğun bürhanını camaata, insanlara çatdırmış olsun ki, hər kəs ölsə, dəlil və bürhan üzündən ölsün, hər kəs nicat tapsa, yenə də dəlil və bürhan üzündən nicat tapsın. Allah eşidən və biləndir.
O həzrət özünün Ilahi vəzifəsini yerinə yetirdi, hikmət, gözəl moizə, ən gözəl mücadilə yolu ilə, sonra isə cihad yolu ilə vəzifəsini sona çatdırdı. Allah-taala ona əmr verdiyi kimi insanları bu yola də`vət etdi. Nəhayət Allah onu öz dərgahına apardı və özünün dərgahının ən yaxın yerində məqam verdi.
Nübüvvət sona çatdıqdan, Allahın vəhyi və risaləti Mühəmməd peyğəmbərlə sona çatdıqdan sonra dinin qalması və müsəlmanların işinin nizamı xilafətə həvalə edildi. Elə bir xilafət ki, onda Allahın haqqının bərqərar edilməsi, izzət və tamamlığı onun itaətinə bağlıdır, elə bir itaət ki, vacibləri, hüdudları, şəriət qanunları, Islam sünnələri onun vasitəsilə bərqərar və icra edilir, Allah düşmənləri ilə cihad onun vasitəsilə baş verir. Belə isə Allahın xəlifələrinə vacibdir ki, Allahı din işlərinə qoruqçu olmaqda və bəndələrin asayişini qorumaqda Allaha itaət etsinlər. Müsəlmanlara vacibdir ki, öz xəlifələrinə itaət edərək onları Allahın haqqını bərqərar etməkdə, Ilahi ədaləti, əmin-amanlığı bərqərar etməkdə çalışsınlar. Onların təhlükəsizliyi, canların qorunması, ixtilafların aradan qaldırılması və onların arasında ülfət yaradılmasına kömək etsinlər. Əgər belə etməsələr, bağlılıqlar aradan gedər, işlər iğtişaşa, qarma-qarışıqlıqlara düşər, millət ixtilafa düçar olar, geridə qalar, düşmən onlara hakim kəsilər, dostlar arasında təfriqə yaranar, bu da dünya və axirətdəki zərərlərinə tamam olar. Allahın yer üzündə xilafət bağışladığı, məxluqatının əmanətdar hesab etdiyi şəxsə vacibdir ki, canı və qəlbi ilə Allah yolunda çalışsın, Allahın rizası və itaətini ələ gətirsin, öz arxalanacağını Allahın razılığı və istəyi qərar versin və Allahın onun üzərinə qoyduğu, boynuna asdığı vəzifədə haqq əsasında mühakimə etsin, ədalət əsasında rəftar etsin, çünki Allah-taala Öz Peyğəmbəri Davuda belə buyurmuşdur:
يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُم بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
"Ey Davud! Biz səni yer üzündə xəlifə qərar verdik. Belə isə camaatın arasında haqq əsasında mühakimə et və həvayi-nəfsə tabe olma, çünki səni Allah yolundan azdırar. Allah yolundan azanlar üçün şiddətli əzab vardır. Çünki onlar hesab gününü unutmuşlar!"[24]
Həmçinin buyurur:
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِيْنَ عَمَّا كَانُوا يَعْمَلُونَ
"Sənin Pərvərdigarına and olsun ki, onların hamısından, əməl etdiyi şeylərdə sual olunacaqdır!"[25]
Bizə belə xəbər çatmışdır ki, Ömər ibni Xəttab deyib: «Əgər bir çəpiş Fəratın sahilində həlak olsa, qorxuram ki, Allah onun barəsində məndən soruşsun!»
Allaha and olsun! Yalnız özünün məs`uliyyəti olan, özü ilə Allahı arasında yerinə yetirdiyi işlərə cavabdeh olan şəxs böyük və əzəmətli bir işlə qarşılaşacaqdır, o ki, qala ümmətin rəiyyətinin məs`uliyyətini alan şəxs! Bizim yeganə arxalanacağımız yeganə Allahdır, bizim pənahgahımız və diqqətimiz – tapmaqda, özümüzü saxlamaqda, düzlükdə, höccətin sübut olmasına qədər yolu tapmaqda, qurtuluşda, Ilahi rəhmət və rizvanda pənahgahımız yalnız Allah dərgahınadır.
Ümmət içərisində öz işinə ən çox agah olan, Allah və onun bəndələri üçün ən çox xeyirxah olan şəxs yer üzündə o şəxsdir ki, Allaha itaətə, kitaba və Peyğəmbərin sünnəsinə, o həzrətin hazır olduğu və qaib olduğu vaxtlarda əməl etsin, öz təfəkkür qüvvəsini vəliəhdin və onun müsəlmanlar üçün seçilmiş imamının gücləndirilməsinə sərf etsin. O imam ki, onların həmrə`yliyində pənahgah və nişanələridir: Onların canlarını qorumalı, Allahın fərmanına itaət edərək pərakəndəlikdən, bədbinlikdən və ixtilafdan saxlayır, Şeytanın hiylə və məkrlərini ondan uzaqlaşdırır. Allah-taala xilafətdən sonra canişinlik və vəliəhdliyi Islamın kamal və tamamı, onun əhlinin izzət və məsləhəti qərar verdiyinə, öz xəlifələrinə, onu özlərindən sonra seçilən şəxs üçün möhkəmləndirməyi ilham etdiyinə görə Allah-taala belə bir tədbirlə düşmənlərin hiyləgərliklərini, məkrlərini, təfriqə salanların saylarını, fitnəçilərin intizarını məhv edir.
Mö`minlərin əmiri həmişə xilafətə çatdığı ilk dövrlərdən onun acılı, ağır hadisələrində imtahandan keçmiş, Allaha itaət və bu işdə nəzmli olmaqla əlaqədar ağır təklif hiss etmiş, bədənini möhkəm, gözlərini ayıq, təfəkkürünü dinin izzəti və müşriklərin məhvi, ümmətin islahı olan şeylərdə sərf etmiş, ədalətin yayılmasına, Allahın Kitabı və Peyğəmbər sünnəsinin bərqərar edilməsinə sə`y göstərir; bu təklif onu rahat rifahda və gözəl güzəranda olmaqdan saxlamışdır. Çünki o bilirdi ki, Allah-taala bunların hesabını çəkəcək və istəyir ki, Pərvərdigarı onu din və dindarlıq üçün xeyirahlıq libasında görsün və vilayəti-əmr, ümmətin halını riayət etmək üçün bu məqama elə bir şəxsi seçsin ki, təqvada, dində və elmdə onların ən yüksək məqamda olanı olsun, Allahın əmrini və onun haqqını yerinə yetirmək üçün onların ən çox qiyam edəni olsun. Həmişə, gecə-gündüz münacatlarında Allah-taaladan xeyirxahlıq istəsin və Allahdan bunu istəsin ki, bu mühüm vəzifəni onun razılığına və itaətinə səbəb olan bir vəziyyətdə sona çatdırsın, təfəkkür və arzusu o olsun ki, nəzərdə tutduğu şəxsi öz Əhli-beytinin arasından və Əbdüllah ibni Abbas ilə Əli ibni Əbi Talibin nəvələri arasından tapsın. Buna görə də əvvəlcə öz nəzərini hal və məzhəblərindən agah olduğu şəxslərə yönəltsin, sonra təhqiqatı genişləndirərək öz qüdrətini o kəslərə məsrəf etsin ki, onun yanında tanınmazdırlar. Beləliklə, onların gizli xüsusiyyətlərini tapsın, aşkar xəbərlərini sınaqdan keçirsin, daxili vəziyyətlərini aşkar etsin. Qəlblərində olan hər bir şeyi sorğu-sualla çölə çıxartsın və nəhayət Allah yolunda xeyirxahlıqdan, haqqın yerinə yetirilməsi üçün sə`ydən və onun bəndələri arasında və ölkələrdə yayılmasına dair sə`y göstərdikdən sonra bu iki xanədanın ən yaxşı fərdini seçsin, o da Əli ibni Musa ibni Cə`fər ibni Mühəmməd ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbi Talibdir ki, elm və fəziləti qəlblərdə əzbərdir, təqvası aşkardır, zöhd və dünya qulu olmaması, camaatı yaxşı idarə etməsi, xalis olduğunu gördü və onun üçün aydın oldu ki, bütün qəlblər onu axtarır, bütün dillər onun barəsində danışır, bütün sözlər onunla sona çatır. Çünki daim yeniyetmə və cavanlıq dövrlərində, uşaqlıq və yaşlı çağlarında onun fəzilətini tanımışdır, indi vəliəhdlik və özündən sonrakı xilafəti ona həvalə edir. Ümidimiz budur ki, bu seçki Allah tərəfindən olan bir seçki olsun. Çünki Allahın özü bilir ki, o, bu seçkini onun özu, dini və Islam və müsəlmanların xeyirxahlığı, haqqın səbat və salamatlığı, Qiyamət günündə nicat tapmaq üçün bu işi yerinə yetirmişdir. Elə bir gün ki, camaat onda Allah üçün ayağa qalxarlar!
Bu zaman mö`minlərin əmiri (Mə`mun) özünün övladlarını, Əhli-beytini, yaxınlarını, sərkərdələrini və xidmətçilərini çağırdı və onlardan tələm-tələsik olaraq şadlıqla bey`ət aldı. Çünki o bilirdi ki, mö`minlərin əmiri Allaha itaəti öz həvayi-nəfsindən qabağa salmış və o da onu öz övladlarından, qohumlarından və yaxın adamlardan üstün etmiş və onu Riza adlandırmışdır ki, bu da mö`minlərin əmirinin razılığıdır. Siz ey əmirəlmö`minin Əhli-beyti! Ey sərkərdələr, ey ordu başçıları, ey bütün müsəlmanlar ki, bu şəhərdədirlər, hamılıqla əmirəl-mö`mininlə və bu Riza ilə ondan sonrakı dövr üçün bey`ət edin. Öz şərif qələmi ilə «bu Riza məndən sonradır» - sözündən sonra yazdı ki, ondan sonra Əli ibni Musa Allahın adı, onun bərəkət və gözəl tədbiri ilə din və bəndələr hökumətini ələ alsın. Açılmış əllərilə, açıq sinələrlə, agah qəlblərlə bey`ət istədi, əmirəl-mö`mininin istədyini həyata keçirdi ki, Allahın itaətini seçsin və özü ilə sizin xeyrinizi nəzərdə tutsun, öz haqqının yerinə yetirilməsi, sizin vəziyyətinizə riayət edilməsi və bu işdə ciddi çalışması yolunda, sizin islahınız barədə əmirəl-mö`mininə ilham etdiyi şeylərə həmd-səna deyir; ümidvar olun ki, onun faydası ümmət arasında ülfət yaranmasına, qanların qorunub saxlanmasına, təfriqənin aradan getməsinə, sərhədlərin möhkəmlənməsinə, dinin qüvvətlənib, düşmənin zəlil, xar olmasına və sizin işlərinizin möhkəmlənməsinə səbəb olacaqdır. Belə isə Allaha itaət və əmirəl-mö`mininə itaətə tələsin, çünki əgər bunlara doğru tələssəniz və Allaha həmd-səna etsəniz, əmin-amanlığa çatarsınız, onun fayda və bəhrəsini görərsiniz, inşaallah!
Bu əhdnaməni 201-ci hicri ilinin Ramazan ayının 7-də bazar ertəsi günü öz əli ilə yazdı.
[1] «Üsuli-kafi», 1-ci cild, səh.242, hədis:8; «Bəsairud-dərəcat», səh.169, hədis:3; «Vafi», 2-ci cild, səh.136.
[2] «Bəsairud-dərəcat», səh.170 və onun oxşarı səh.162, hədis:32-də.
[3] «Bəsairud-dərəcat», səh.169, hədis:5.
[4] Yenə orada, hədis:2, onun oxşarı «Kafi» və «Vafi» kitablarında qeyd olunmuşdur.
[5] Yenə orada, hədis:4.
[6] Yenə orada, hədis:6.
[7] «Üsuli-kafi», 1-ci cild, səh.168-169, hədis:1.
[8] «Məqatilut-talibiyyin», səh.208; «Irşad» Şeyx Müfid, səh.260.
[9] «Üsuli-kafi», 1-ci cild, səh.242, hədis:8; «Vafi», 2-ci cild, səh.136.
[10] Ibrahim ibni Məhəmməd Abbasi hərəkatının rəhbəri idi ki, axırıncı Əməvi xəlifəsi olan Mərvan Imad onu Hərranda həbs etmiş və 132-ci ildə öldürmüşdü. Onun qardaşı Əbu Cə`fər Mənsur Dəvaniqi digər qardaşı Səffahın ölümündən sonra 136-cı ildə xilafətə çatdı və 158-ci ildə Məkkə yolunda dünyadan getdi. Məhəmməd ibni Əbdüllah ibni Əmr (Dibac adı ilə məşhurdur) 142-ci ildə Mənsurun göstərişi ilə qətlə yetirildi və onun başı Xorasana göndərildi. Əlavə izahı Ibni Əsirin «Tarix» kitabında və «Mürucuz-zəhəb»də görə bilərsiniz.
[11] Başqa bir rəvayətdə deyilir: Əbdüllah ibni Həsən onlara dedi: «Cə`fəri istəmirik ki, sizin işinizi puça çıxartsın.»
[12] «Məqatilut-talibiyyin», səh.206-208; «Irşad», Şeyx Müfid, səh.259-260.
[13] Yenə orada, səh.253-256.
[14] «Tarixi Təbəri», 9-cu cild, səh.230, Avropa çapı, 3-cü cild, səh.254; «Məqatilut-talibiyyin», səh.248.
[15] «Məqatilut-talibiyyin», səh.272.
[16] «Tarixi Təbəri», 9-cu cild, səh.230, biz onun xülasəsini qeyd etdik.
[17] Füzeyl ibni Yəsarın tərcümeyi-halı, Kəşşinin kitabı; «Mə`rifətur-rical» kitabında, Məşhəd çapı, səh.214-də qeyd olunmuşdur.
[18] «Tarixi Təbəri», 9-cu cild, səh.228; «Məqatilut-talibiyyin», səh.274.
[19] Yenə orada, 5-ci cild, səh.259 və 346.
[20] «Məqatilut-talibiyyin», səh.347; «Tarixi ibni Əsir», 5-ci cild, səh.230.
[21] «Tarixi Təbəri», 2-ci cild, səh.272.
[22] «Məqatilut-talibiyyin», səh.347.
[23] «Bəsairud-dərəcat», səh.170, biz o hədisin ehtiyac duyulan miqdarını qeyd etdik.
[24] «Sad» surəsi, 26-cı ayə.
[25] «Hicr» surəsi, 92-93-cü ayələr.