Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Səbr və müqavimət.

5. Səbr və müqavimət.

İnsan ömrü boyu çətinlik, əziyyət, müsübət, nakamlıq, xəstəliklər və s. ilə üzləşir ki, onlarla necə reaksiya göstərməyin insanın yaşayışında böyük təsiri var. Bu hadisələrdən bəzisinin öncədən qarşısını almaq mümkündür və bəzilərinin isə yox. Baş verən hadisələrdən də bəzisinə əlac etmək olur, bəzisinə yox. Bu sadaladığımız bütün mərhələlərdə mömin və kafir onlarla rastlaşdıqda göstərdikləri reaksiyalar eyni ola bilməz.

 Mömin insan iman gücünün köməyi ilə və peyğəmbərlərin göstərişlərindən istifadə etməklə baş verəcək hadisənin qarşısını öncədən almağı və ya onların sayını azaltmağı başqalrından daha yaxşı bacarır. Həmçinin mömin insan əlac olunası mümkün olmayan hadisələr baş verən zaman Allahın əbədi gücündən köməklik almaqla, qeybi yardımlara ümid bəsləməklə, səbirli olmaqla, çətinliklərin həll olunmasında daha yaxşı səy göstərməklə başqalarından daha yaxşı çətinliklərə üstün gələ bilər.

 Mömin insan aydın hədəfə və ilahi bir stimula malik olduğu və bütün vəziyyətlərdə vəzifəsini yerinə yetirməyə çalışdığı üçün çətinliklər qarşısında başqalarından daha yaxşı dözüb müqavimət göstərir, onların həll olması üçün çalışır, bu yolda heç bir qüvvədən qorxmur və özünü möhkəm bir dağ kimi göstərir.

 Mömin insan əvvəlcədən qarşısını almaq mümkün olmayan hadisələrlə üzləşdikdə necə reaksiya göstərir? Adətən qocalmaq, əlacı olmayan xəstəliklər, yol qəzaları, əvvəlcədən məlum olmayan hadisələr, yaxınların qəfləti ölümü kimi hadisələr onun imanını bu kimi çətinliklər qarşısında möhkəmləndirir və müqavimətli edir. Mömin insan bu kimi hadisələr qarşısında o qədər dözümlüdür ki, sanki şirin bir hadisə ilə üzbəüzdür. Mömin insan bilir ki, aləmin hadisələri proqramsız deyil. İnsan öz vəzifəsini yerinə yetirməklə bütün acı və şirin hadisələrdən öz ruhunu kamilləşdirmək, əxlaqi fəzilətləri və axirət səadətini əldə etmək üçün istifadə edə bilər. Mömin insan hadisələrlə üzləşdikdə vəzifəsini yerinə yetirmək üçün səy göstərməklə yanaşı aram bir şəkildə Allahın istədiklərinə razıdır və inanır ki, səy və cəhd ilə birgə olan bu dözüm və razılıq, onun ruhunun tərbiyələnməsinə və əxlaqi fəzilətlərinin təkamülünə səbəb olacaq və heç bir ziyan ona yetişməyəcək. Çünki öz səbrinin, razılığının və səyinin mükafatınnı axirət aləmdə, mehriban Allah tərəfindən alacaqdır.

 Elə bu imana, baxışa görədir ki, mömin insan bir sıra hadisələrlə və yaşayışın çətinlikləri ilə üzləşdikdə köksünü açaraq onları qarşılayır. Heç vaxt ah-nalə eləmir və dağdan da möhkəm onlara müqavimət göstərir. Onların həlli üçün bacardığı qədər çalışır.

 Qısa şəkildə desək, mömin insan Allaha, axirət aləminə, ilahi peyğəmbərlərin sözlərinin doğruluğuna inandığı və öz yaşayış proqramını peyğəmbərlərdən götürdüyü üçün aşağıdakı üstünlüklərə malikdir:

1. Öz nəfsi istəklərini idarə edə bilir və səbirlidir. Çünki onun zillət və bədbəxtliyinə səbəb olan işlərdən ciddi surətdə çəkinir.

 2. Allahın qeybi köməklərinə inanır. Öz vəzifəsini yerinə yetirmək yolunda çalışır və səbirlidir. Ciddilik və əzmkarlıqla qarşısını almaq mümkün olan hadisələrin qarşısını alır.
3. Yüksək səbir və dözümlə hadisələrlə mübarizə aparır və onların həll olması üçün ciddi olaraq çalışır.

 4. Ağır hadisələr və müsibətlərlə üzləşdikdə özünü ələ alır və öz daxili aramlığını əldən vermir. Allahın razılığına xatir səbr edir.

 Bəs kafir necə?

 Kafir şəxs imanın ləzzətini duymadığı halda belə bir səbrə və müqavimətə necə malik ola bilər? O nəfsi istəklərinin əsiridir. Bu istəklər hər an onu müxtəlif istiqamətlərə çəkir. Kafir nəfsi istəkləri qarşısında zəlildir. Düzgün şəkildə onları nizamlaya bilmir. Kafirin çətinliklərlə mübarizə aparmaq yolunda söykənəcəyi dayaq nöqtəsi yoxdur. Elə bu səbəbə görə də çətinliklərlə üzləşdikdə öz müqavimətini itirir və hədəfə nail olmaqdan məyus olur. Kafir qocalıq, bəzi xəstəliklər, ölümün yaxınlaşması, yaxınların ölümü və var-dövlətin əldən getməsi kimi əlacı mümkün olmayan hadisələr qarşısında özünün müqavimətini və səbrini əldən verir və bütün çıxış yollarının üzünə bağlandığını görərək qəm-qüssəyə qərq olur. Çünki bu cür hadisələrin baş verməsindən ciddi surətdə nigarandır. Amma əlindən başqa bir iş də gəlmir.

 Kafirin öz yaşayışında ləzzətdən, dünya xoşbəxtliyindən, yeməkdən, içməkdən, yatmaqdan və s. başqa bir hədəfi yoxdur. Elə isə, bu cür yaşayışı bir-birinə vuran hadisələr, çətinliklər və müsibətlər qarşısında necə müqavimət göstərə bilər.

 6. Cismin və bədənin qocalması. Bəsirət baxışı ilə addımlayan mömin insan öz işlərini Allaha və Onun vədələrinin doğruluğuna olan yəqini əsasında yerinə yetirir. Başqalarından daha yaxşı ruhi sakitliyə malikdir. Ruhi xəstəliklərə daha az düçar olur. Özünü itirmir, qəlbində heç bir nigaranlığı yoxdur və nəticədə bir çox cismi, ruhi xəstəliklərdən amandadır. İmanı gücləndirmək və dini dəyərlərə diqqət yetirmək mömin insanların müalicəsinin daha tez və daha effektli olmasına səbəb olur. Çünki ruh və cismin bir-birində qarşlıqlı təsirləri vardır.

 Bundan əlavə, mömin ilahi peyğəmbərlərin ruhi və cismi sağlamlıq barəsində olan göstərişlərini əldə etdiyi və onların düzgünlüyə inandığı üçün onlara əməl etməklə gözəl şəkildə öz ruhi və cismi sağlamlığını təmin etmiş olur.

 Kafir necə? Kafirin alim, qüdrətli olan Allaha imani olmadığı üçün öz varlığını və bütün aləmi puç və hədəfsiz bilir. O, puçluq və hədəfsizlik hiss edir. Elə həmin səbəbə görə ruhi rahatlığa malik deyil. Ən kiçik bir hadisə nəticəsində ümidsizlik, nigaranlıq onun bütün bədənini bürüyür və nəticədə onun bədənində bir sıra xəstəliklər yaradır. Ruhi zəiflik onu daxili iztirablarını gizlətmək üçün cinayət və günaha sürükləyə bilər. Kafir mömindən daha çox xəstəliklərə, nigaranlığa, daxili iztirablara, cismi və ruhi xəstəliklərə düçar olur.

 Bundan əlavə, kafir Allahın cismi və ruhi sağlamlıq barəsindəki faydalı göstərişlərinə və möminlərin əməl etdiyi çox faydalı gigiyena qaydalarına inanmadığı üçün çətinliklərlə üzləşdikdə gücünü daha tez əldən verir və daha çox ruhi və cismi xəstəliklərə düçar olur.

Ardı var…

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment