Azəri
Wednesday 16th of October 2024
0
نفر 0

Bu da həmin məktubun bir hissəsidir

Bu da həmin məktubun bir hissəsidir

 

(O Həzrətə beyət edənlərlə beyət etməyənlərin boyunlarına düşən vəzifələrin bərabərliyi barəsində:)

(Ey Müaviyə, mənimlə beyət etmək peyman bağlamaq məsələsində Bəsrə əhalisi, Təlhə, Zübeyr, sən Şam əhlinin vəzifəsi yeksan bərabərdir.) Çünki o bir beyətdir ki, (Məhəmməd - səlləllahu əleyhi alihümmətinin dayaq nöqtəsi saydığınız Mühacirlər Ənsar toplaşaraq həmin məsələdə birləşiblər onların, barəsində qərara gəldikləri heç bir beyətdə) rəy fikir iki olmur onda (başqa bir rəy) seçmək başdan başlanmır, (necə ki, Əbu Bəkr, Ömər Osman onlarla beyət barəsində belə əqidədəsiniz. Odur ki, həmin beyət  məclisində olan kəs peymanı pozaraq başqasını seçə bilməz orada olmayanın onu qəbul etməmək haqqı yoxdur. Buna görə ) hər kim peymanı pozaraq ondan əl götürsə, (müsəlmanların din ayinlərinə) tənə vurandır. (Elə isə  onunla çıxdığı yola qayıdana kimi vuruşmaq lazımdır.) Onun (qəbul edilib-edilməməsi) barəsində fikrə dalan da  münafiq ikiüzlüdür. (Çünki sizin əqidə əməl təcrübənizə görə həmin şəxsin rədd ya qəbul etmək barəsində fikirləşməsi, möminlərin getdikləri yol ona tabe olmağın vacibliyində şəkk-şübhədə olması onun meylinin səmimiyyət saflıqla olmaması deməkdir. Ona görə ki, əgər onun doğrudan da meyli olmuş olsaydı, fikirləşib duruxmadan möminlərin toplaşaraq barəsində birləşdikləri şeyi qəbul edərdi.)

 

8-ci məktub

 

İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (beyət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır.[1] Allaha həmd Həzrət Peyğəmbərə (səlləllahu əleyhi alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın səni yubatmasın, beyət etməkdə bəhanə axtararaq bu günsabah etməsin.) Sonra ona camaatı məcburiyyət nigaranlıqla öz vətən asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at qayıt. Amma sülh barışığı qəbul etsə, ondan beyət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!

 

9-cu məktub

 

İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb orada öz fəzilət kəramətlərini, həmçinin İslam imanda öncül olmasını xatırladaraq buyurur:)[2]

Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar bizi (həyatın) asayiş şirinliyindən məhrum etdilər. Qorxu vahiməni ancaq bizə aid etdilər bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şeb Əbu Talibə) getməyə vadar etdilər ( orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas Mətəm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir müşriklərdən) qorxu vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu vahimədən saxlayırdı o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.

(Allah müşriklərlə müharibə onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə ) savaş, camaatın (qorxu vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) öz əhli-beytini qabağa verir onların vasitəsi ilə səhabələri qoşununu nizə şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) (qardaşım) fər Mu müharibəsində (Mu Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə (İmam əleyhis-salam), onlar kimi öldürülməyi (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim şəhid olmaq öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış İslamda mənim (Allaha Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən haqq həqiqətə zidd nalayiq şeylər iddia edirsən).

Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim gördüm ki, onları sənə səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir.[3] (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək bu ziyarətçilərlə görüşmək onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun![4]

 

10-cu məktub

 

Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir onu işlərinin pis nəticəsi ilə qorxudur).

Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən ) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab günahların cəzası ilə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək özünü hesab sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib buna görə ) şeytan səndə (sənin qəlbində) yer tutub öz arzusuna çatıb, sənin (vücudunda) can qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir , dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )

Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir yaxşılıq iftixarına, möhtərəmlik şərəfə malik olmadan vaxtdan rəiyyətə hakimlik müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət üstünlüyün olmayıb ki, sənin xilafət əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)

Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi ) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz ona məcburiyyət üzündən daxil olmuşdunuz.[5] Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini ( onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm).[6] Həmin qoşun haqqa kafir onu inkar edənlərdir (ki, mənə beyət etməyiblər), yaxud beyət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə beyət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)

 



[1] Bəcəli, babaları Yəməndə Bəcilə ibn Səmar ibn Ərş ibn Əmr ibn əl-Qausa nisbət verilən Bəcilə adlı qəbiləyə mənsubdur. «Rical» yəni, ravilərin şəxsiyyətini etibarını tədqiq edən elm alimləri Cəriri  məzəmmət edir onun rəvayət sözlərinə etimad etmirlər. Onlar deyirlər ki: Cəririn İmam əleyhis-salam tərəfindən Müaviyəyə məktub aparmasının ilk baxışda onun yaxşılığına dəlalət etməsinə baxmayaraq, işin sonunda o Həzrətdən ayrılaraq Müaviyəyə qoşulması onun pisliyini sübut edir. Mərhum Hacı Şeyx Abdullah Mamqani «Tənqihul-məqal» kitabında həmin məsələləri geniş şəkildə bəyan edib. Xülasə, İmam əleyhis-salam Cəriri Müaviyədən beyət almaq üçün Şama göndərəndə, Müaviyə müxtəlif bəhanələrlə ona cavab vermir, bu günsabah edirdi, o vaxta qədər ki, özü üçün Şam əhalisindən beyət aldı. İmamın Müaviyənin o Həzrətin əmrinə tabe olmayacağını bilən səhabələri Cərir Şamdan qayıdıb cavab gətirəndən qabaq dedilər: Şamlılarla müharibəyə hazırlaşmağımız məsləhətdir. İmam əleyhis-salam Cərir cavab gətirməmişdən qabaq şamlılarla  müharibəyə başlamaqda qabağa düşməyi məsləhət bilmir onun səbəbini qırx üçüncü kəlamda deyilənlərlə izah edirdi. Buna görə işin birdəfəlik olması məqsədi ilə Cərirə Müaviyədən beyət alması üçün bu məktubu yazmışdır.

[2] Müşriklər Həbəşistanın müsəlmanlar üçün sığınacaq yeri olmasını ora qaçanların hər birinin təhlükəsiz rahat gəzib-dolanmasını, Məkkədə qalanların isə Əbu Talibin pənahında olmasını, həmçinin Həmzənin İslamı qəbul etməsinin müsəlmanları gücləndirməsini gördükdən sonra böyük bir məclis təşkil etdilər Qüreyş qəbiləsi üzvlərinin hamısı Peyğəmbəri (səlləllahu əleyhi alih) öldürmək üçün əlbir oldu. Bu fikirdən xəbərdar olan Əbu Talib Bəni-Haşim Bəni-Əbdülmüttəlibi bir yerə toplayaraq arvad-uşaqları ilə «Şeb Əbu Talib» deyilən dərədə yerləşdirdi. Əbdülmüttəlib övladlarının müsəlman qeyri-müsəlmanları qəbiləni qorumaq Əbu Talibin göstərişlərini yerinə yetirmək üçün Həzrət Peyğəmbərdən köməklərini əsirgəmədilər, düşmənlərlə əlbir olan Əbu Ləhəbdən başqa! Əbu Talib öz qohumları ilə Peyğəmbəri qorumağa çalışaraq «Şeb»in, yəni, dərənin hər iki tərəfində gözətçi qoyur Həzrət Peyğəmbərin yerində çox vaxt öz oğlu Əli əleyhis-salamı yatırdırdı. Həmzə gecələr Peyğəmbərin ətrafında gəzişirdi. Qüreyş kafirləri bu vəziyyəti müşahidə edib o Həzrətə bir şey edə bilməyəcəklərini bildikdən sonra, onların böyüklərindən qırx nəfəri Məkkədə toplantı məkanı olan «Darun-nədvə» toplaşaraq Əbdülmüttəlib Bəni-Haşimlə Peyğəmbəri öldürmək üçün onlara təhvil verməyincə dostluq etməmək, qız verib-almamaq, alış-veriş etməmək onlarla barışmamaq barəsində peyman bağladılar. Onlar həmin peymanı bir səhifəyə yazaraq ona möhür vurdular onu saxlamaq üçün Əbu Cəhlin xalası Ummul-Culasa tapşırdalır. Bəziləri nəql ediblər ki, həmin peymannaməni evinin qapısından asdılar. Bu peymanla da Bəni-Haşim «Şeb Əbu Talib» mühasirədə qaldı. Məkkə əhalisindən heç kəsin onlarla alver etməyə cürəti yox idi. Yalnız müharibə haram olan Həcc mövsümündə bu qismən mümkün idi ərəb qəbilələri Məkkəyə gəlirdilər. Müsəlmanlar da Şebdən çölə çıxaraq digər ərəblərdən ərzaq məhsulları alıb geri qayıdırdılar. Qureyş bunu da rəva bilmirdi. Qureyş Bəni-Haşim üzvlərindən birinin nəyisə almaq istədiyindən xəbərdar olan kimi həmin şeyin qiymətini yuxarı qaldıraraq onu özləri alırdı. Qureyşdən kiminsə Əbdülmüttəliblə qohumluq əlaqələrinə görə Şe yemək göndərməsini bilsəydilər, həmin şəxsi incidirdilər. Şebdə olanlardan kimsə çölə çıxsaydı onlar onu tutsaydılar, ona işkəncə verirdilər. Əbulas ibn Rəbi, Xədicənin qardaşı oğlu Həkim ibn Xəram ibn Xuvəylid Hişam ibn Əmr onlara yemək göndərənlərdən idilər. Üç il belə keçdi. Bəzən Bəni-Əbdülmüttəlib uşaqlarının acından fəryad səsləri elə ucalırdı ki, müşriklərin Bəziləri həmin peymanı bağladıqları üçün peşman olurdular. Onlardan beş nəfəriHişam ibn Əmr, Züheyr ibn Əbi Üməyyə, Mətəm ibn Ədiyy, Əbulbəxtəri Zəmə ibn əl-Əsvədbir-biri ilə söz qoydular ki, əhdlərinə qarşı çıxaraq peymanı pozsunlar müqaviləni cırsınlar. Qureyşin böyükləri səhər vaxtı bədə toplaşaraq bu məsələ barəsində danışdıqları zaman birdən Əbu Talib, ətrafındakı bir dəstə ilə Şebdən çıxaraq bəyə gəldi müşriklərin arasında oturdu. Əbu Cəhl belə güman etdi ki, Əbu Talib Şebdə çəkdiyi əziyyətlər nəticəsində dözümünü itirib indi Peyğəmbəri (səlləllahu əleyhi alih) təhvil verməyə gəlib. Əbu Talib dedi: Ey camaat, sizin xeyrinizə olan bir söz deyim. Qardaşım oğlu Məhəmməd (səlləllahu əleyhi alih) mənə xəbər verib ki, Allah, peymanı yazdığınız kağıza mürgənə göndərib o, orada yazılanların hamısını yeyib ancaq Allahın adını saxlayıb. İndi həmin peymannaməni gətirin. Əgər o düz deyibsə sizin onunla danışmağa sözünüz ola bilər? Onunla düşmənçilikdən əl çəkin. Əgər yalan demiş olsa, onu sizə təhvil verəcəyəm ki, öldürəsiniz. Onlar dedilər: Yaxşı sözdür. Sonra gedib həmin məktubu Ummul-Culasdan alıb gətirdilər açıb gördülər ki, mürgünə cahiliyyət dövründə məktubun əvvəlində yazılan «بِاسْمِكَ اللّهُمَّ» «bismikəllahummə» kəlməsindən başqa onun hamısını yeyib. Həmin peymannaməni yazan Mənsur ibn Əkrəminin əli çolaq olmuşdu. Müşriklər vəziyyəti  belə görüb xəcalət çəkdilər. Sonra Mətəm ibn Ədiyy məktubu cıraraq dedi: Biz bu zülmedici məktuba nifrət edirik. Bundan sonra Əbu Talib Şe qayıtdı. Səhərisi gün Mətəm ibn Ədiyy Qureyşdən olan digər dörd nəfərlə birlikdə Şe gedərək Bəni-Əbdülmüttəlibi Məkkəyə gətirib evlərində yerləşdirdilər. Amma müşriklər Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) Şebdən çıxandan sonra yenə öz səhv əqidələrinə görə bacardıqca o Həzrətlə düşmənçilik etməkdən əl çəkmədilər ona əzab-əziyyət verməyi davam etdirdilər. Xülasə, İmam əleyhis-salamın aşağıdakı məktubda həmin hadisələrə toxunaraq buyurduqları Müaviyəni qəflət yuxusundan oyatmaq üçün olmuşdur.

[3] Çünki onların sayı hədsiz, gücləri çoxdur. Necə ki, İmam əleyhis-salam yüz altmış yeddinci kəlamda həmin məsələyə işarə edərək buyurur: «كَيْفَ لِى بِقُوَّةٍ وَ الْقَوْمُ الْمُجْلِبُونَ عَلى حَدِّ شَوْكَتِهِمْ يَمْلِكُونَنا وَ لا نَمْلِكُهُمْ» Yəni: «Mən Osmanın qatillərindən necə intiqam ala bilərəm, halbuki onu öldürməyə toplaşanlar çox qüdrətli olmaqda qalmaqdadırlar bizə ağalıq edirlər biz onlara ağalıq etmirik

[4] İbn Əbil-Hədid özünün «Nəhcul-Bəlağə» olan şərhinin bu yerində belə deyir: İmam əleyhis-salamın «sənə salam olsun» deməsi düzgün olmazdı. Çünki o Həzrət Müaviyəni fasiq günahkar hesab edirdi. Fasiqə hörmət göstərmək isə düz deyil. Buna görə buyurur: Salama layiq kimsəyə salam olsun.

[5] Mənim söz əməllərim, sizin elə əvvəldən öz xoşunuzla qəbul etmədiyiniz İslam dininin hökmləri əsasındadır. Siz naçar olduğunuz üçün zahirdə iman gətirərək batində kafir qaldınız.

[6] «Hərir» gecəsinin sübh çağı Şam qoşunu Əmr ibn Asın göstərişi ilə Quranları nizələrin başına keçirtdi İraq qoşunundan sülh barışıq istədi. Otuz altıncı xütbənin şərhində bu mətləbə işarə edilib. İmam əleyhis-salamın buyuruğundakı bu cümlə qeyb xəbərlərindəndir ki, hadisə baş verməmişdən onu Müaviyəyə xatırladır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kim günah edir, amma cənnət arzusundadır ?
Ümümdünya xalqlarını İmam Həsənin (əleyhi səlam) mövludu münasibəti ilə ...
IMAM MӘHӘMMӘD BAQIR ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranda valideynə hörmət haqqında
131-cü xütbə
TÖVBƏ
İmam Rzanın mövludu münasibətilə hamını təbrik edirik! İmam Rzanın (ə) inci ...
VƏHDƏT VƏ HƏMRƏYLIK
Qum Elmi Hövzəsinin İctihad Dərsi keçən ustadları Yəmən Xalqının Müdafiəsi ...
Nəfs - təhlükə mənbəyi

 
user comment