Qurani Kərim yarışmasının 10-cu dövrəsi Filippinin Luson adalarında İran İslam Respublikasının Hakim heyətinin nəzarəti ilə həyata keçirildi.
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası ilə Filippin ölkəsi arasında Qurani Məcid həmkarığına dair əldə olunan razılaşmaların davamında İslam Respublikasının bir qrup Quran hakimləri heyəti Filippində keçirilən Qurani Kərim Yarışmasının onuncu dövrəsində də hakimlər heyətinin sədirliyin öhdələrinə götürmüşlər.
Xatırladaq ki, keçən il Filippinin paytaxtı Manila şəhərində keçirilən Quran Yarışmalarının Hakimlər heyətinə nəzarət qrupuda İran İslam Respublikası hakimlərinin öhdəsinə qoyulmuşdur.
Filippin Müsəlmanlarının Mədəniyyət Naziri Salsaluna cənabları bu əməkdaşlığı İİR-nın Qurani Kərimə olan xüsusi rəğbətindən irəli gəldiyini bildirmişdir.
Qeyd edək ki, yarışma zamanı yarışın azərkeşərinə xeyli miqdarda İran islam Respublikasında İngils dilinə tərcümə olunan Qurani Kərim hədiyə verilmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir