Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MÜŞKÜLLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ

MÜŞKÜLLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ

Həzrət Peyğəmbərin (s) evlənməsindən on il keçdikdən sonra Məkkəni sel basaraq əhaliyə çoxlu maddi ziyan vurdu. Qureyş bu hadisədən sonra Kəbənin tezliklə təmir olunması qararına gəldi və heç bir ixtilaf baş verməsin deyə, Kəbənin təmiri Qureyş tayfaları arasında bölüşdülürdü. Kəbəni təmir etdikdən sonra Həcərül-əsvədin (Qara daşın) yerinə qoyulması məsələsi tayfalar arasında böyük bir problemə çevrildi. Çünki hamı bu şərəfli işin ona nəsib olmasını istəyirdi. Bu barədə ixtilaflar o qədər şiddətləndi ki, tayfalar arsında az qala müharibə başlayacaqdı.

Həzrət Peyğəmbər (s) tez bu məsələyə müdaxilə edib, əvvəlcə ortaya bir palaz sərdirdi və orada olanlara daşı həmin  palazın üstünə qoymalarını və hər tayfadan bir nəfərin palazın bir tərəfindən tutub Həcərül-əsvədi Kəbəyə yaxınlaşdırdılar və Rəsuli-əkrəm daşı götürüb yerinə yerləşdirdi. Bu tədbirin nəticəsində hər bir taufa öz arzusuna çatdı və həm də böyük bir faciənin qarşısı alınmış oldu.

PEYĞƏMBƏRLİK VƏZİFƏSİNİN VERİLMƏSİ

O artıq qırx yaşında idi. Günlərin birində Həra mağarasında Allaha ibadət və duaya məşğul ikən Cəbrailin gətirdiyi vəhy vasitasilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən heyacanlanmış Həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədi ilə Kəbəyə getdi, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etdi. İlk əvvəl Həzrət Peyğəmbərin (s) dəvəti gizli gedirdi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdilər. Ona ilk iman gətirənlər həyət yoldaşı Xədicə və Əli (ə) oldu. Aradan üç il ötdükdən sonra Məkkə və Məkkə ətrafı məntəqələrdə  təbliğat üçün münasib bir şərait yarandı. Peyğəmbərə (s) insanları bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırıldı. Bu iş olduqça təhlükəli idi. Çünki qəbilə başçılarının hakimiyyəti çox güclü idi. Onlar hakimiyyəti əldən vermək istəmirdilər. İllər boyu sitayiş etdikləri bütləri sındırmaq onları çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa bir çərə yox idi. Açıq və ümumi təbliğatdan sonra,müşriklər onunla müxəlifət edib aşkar bir şəkildə öz düşmançiliklarini peyğəmbərə bildirdilər. Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcıl əskəri sayılan Həzrət Mühəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcüd olan bütün imkənlardan istifadə edirdilər. Əvvəlcə rüşvətlə o Həzrəti tutduğu yoldan döndərmək istəsələr də, bu işləri heç bir nəticə vermədi. Ondan  sonra belə qərara gəldilər ki, o Həzrətə müxtəlif təhdid və təzyiqlər yetirsinlər. Müsəlman olanlara lağ edib döyür,işkəncə verir, mallarını ələrindən alırdılar. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu, hərəkatı daha da gücləndirdi. Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədilər. İlk müsəlmanlar düşmən şərrindən qorunmaq üçün üç il Əbu Talib adlı aclıq və susuzluqla mühasirə olunmuş bir  yerdə qalmağa məcbur oldular. Ancaq müşriklər bunu da jnlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdilər. Belə ki,heç kim cürət edib jnlara yemək və su apara bilmirdi. Təkçə bir fədakar dəstə gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdilər. Bu sıxışdırmaların və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsalmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdülər. İntiqamdan da qorxuqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin evinə hücüm edib o Həzrəti qılıncdan keçirsinlər.  

MƏDİNƏYƏ HİCRƏT

Həzrət Peyğəmbər (s) vəhy mələyi vasitəsi ilə müşriklərin planından xəbərdar olmuşdu. Peyğəmbərimizin canını qorumaq üçün, o gecə onun yerində yatan və həyatını təhlükəyə atan Həzrət Əli (ə) olmuşdu. Peyğəmbər (s) gecənin qaranlığından istifsdə edib Məkkədən çıxaraq Mədinəyə yola düşdü. Elə həmin gecə müşriklər peyğəmbərinmizin evinə basqın etdi, lakin yataqda Həzrət Əlini gördükdə təəccüblənib tezliklə Peyğəmbəri (s) təqib etməyə başladılar. Ancaq bu işdən də heç bir nəticə almayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldılar. Əziz Peyğəmbərimiz (s) doqquz gündən sonra çox çətinliklə və ağır zəhmətlə Mədinə yaxınlığındaki Qua adlı bir məntəqəyə yetişdikdə burada xalq tərəfindən təntənəli şəkildə qarşılandı. Həzrət Peyğəmbərin (s) orada gördüyü ilk iş məscid tikdirmək oldu ki, həm camaatın ibadət ehtiyaclarını təmin etsin, həm də ora müsəlmanların yığıncaq yerinə çevrilsin. Mədinə əhalisi böyük şövqlə Quba məscidini tikdilər. İnşaat işlərində Peyğəmbərimizin özü də iştirak edirdi. Məscid tikintisi qurtardıqda ilk dəfə olaraq cümə namazı orada qılındı və birinci xütbəni də Həzrət Peyğəmbər (s) elə həmin məsciddə oxudu. Məkkədə öz yerinə nümayəndə olaraq qoyduğu Həzrət Əli (ə) və onunla birlikdə gəlməli olan Bəni Haşim qadınlarının həmin şəhərə yetişməsi üçün Həzrət Peyğəmbər bir müddət Qubada qalmalı olmuşdu. Həzrət Əli (ə) Məkkədə üç gün qalaraq xalqın Həzrət Peyğəmbərin (s) yanında olan əmanətlərini sahiblərinə qaytardı. Daha sonra Bəni Haşim qadınları ilə birlikdə gecə yarısı Mədinəyə yola düşübQubada Peyğəmbərimizə çatdı. Həzrət Peyğəmbər (s), Həzrət Əli (ə) və qadınlarla birlikdə Mədinə əhalisinin coşqun və həyəcanlı qarşılama mərasim i altında şəhərə daxil ildu. Hamı Peyğəmbərimizi (s) öz evinə qonaq aparmaq istəyirdi. Ancaq Həzrət Peyğəmbər (s) bir gün belə buyurdu: “Dəvəmin qabağından çəkilin, dəvə kimin evinin önünda yatsa,qalacağım yer də ora olacaq”. Dəvə Mədinənin dar və qarışıq küçələrindən irəliləyib axırda Əbu Əyyub Əl-Ənsarinin evinin önündə yerə çökdü. Beləliklə Peyğəmbərin (s) qalacağı yer məlum oldu. Həzrət Peyğəmbərin (s) Mədinədə ilk fəaliyyəti öz peyğəmbərliyini təbliğ edib, islamı yaymaq üçün tikdirdiyi məscid oldu. Sonra isə yahudilərin təhriki nəticəsində yaranan və 120 il davam edən Ovs və Xəzrəc qəbilələri arasındakı düşmançiliyə son qoydu. Peyğəmbərimizlə Məkkədən köçüb gələn müsəlmanlara “mühacir”, Mədinədə islamı qəbul edənlərə isə “ənsar” deyilir.Peyğəmbərimiz mühacirlərin ənsara artıq zəhmət verməməsi və birbirləri ilə qardaş kimi yaşamaları üçün aralarında qardaşlıq mərasimi təşkil etdi. Mədinə iqtisadiyyatinin nəbzini əllərində tutan yəhudilər isə özlərini ciddi bir təhlükədə hiss eib müsəlmanlarla pis rəftar etməyə başladılar. Onlar müsəlmanların birliyini pozmağa və onları bir-birinə qaeşı düşman etməyə çalışırdılar. Amma dahi Peyğəmbərimiz onların bu planlarını puça çıxartdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment