Vahabi əqidəsində Tovhid
Vahabilər Tovhidin üç hissədən ibarət olduğuna əqidəlidirlər:
Rübubi Tovhid;
Üluvi Tovhid;
Ad və Sİfət Tovhidi;
Rübubi Tovid: Təkcə Allahın zatı bütün mütləq sifət və kamala malikdir. Başqa sözlə desək, Rübubi Tovhid mərifət, ideologiya və Allahı isbat etmək deməkdir. Buna dəlil olaraq “Kafirun” surəsindəki ayələr, həmçinin
“ قُلْ يَا أهْلَ الْكتَاب تَعَالُوا الىَ كَلِمَةِ...”
Və digər ayələri nümunə gətirmək mümkündür.
Ad və Sİfətdə Tovhid: Allahın Sİfət və Adları Qədimdir.[1] Vahabilər bu tovhid növünü Sifət, ibadi və Əfali Tovhidin əvəzinə işlədirlər. Bu əqidə ikinci əsrin filosoflarının fikrincə Allahın sifət və adının qədimliyinə etiadı olan Əşairə əqidəsinə qayıdır. Vahabilər bu əqidəyə əsasən Quranın Allahın əfali sifəti olduğunu da qədim hesab edirlər. Onlar əlifba hərflərinin də qədim olduğunu qələmə verirlər.
Eyn, Nəfs, Həyat, Səmi, Bəsir, Vəch, Kəlam, Qidəm, Ricl (Vahabilər Allahın əl-ayağı olduğuna etiqadları vardır), Mülk, Əzəmət, Kibriya, Üluvv, Rəhmət, Qüdrət, Hikmət və bu kimi sifətlərin zatı Sifət, Təəccüb, Zihk (gülüş), Razılıq, Qəzəb, Kərahət, Məci (Qiyamət günü Allahın zühur etməsi), Nüzul (onların Allahın Ərş üzərində sakin olub səhər çağı asimandan yerə endiyinə inancları vardır), Xoşagəlməzlik və Sevincəklik kimi sifətləri isə Əfali sifət hesab edirlər.[2]
Vahabi firqəsində şirk və onun hüdudları
Vahabiçilik əqidəsində şirk: Allahın şəriki olduğunu təsəvvür edib, Ondan başqasına müstəqillik vermək deməkdir. Habelə onlar peyğəmbərlərdən yardım diləyib, övliyalara sığınıb təvəssül etməyi də şirk hesab edirlər.
Belə bir təfəkkürə əsasən, Məsum İmamlar və peyğəmbərlərin qəbirlərini ziyarət etmək şirk olaraq bidətə səbəb olub haram sayılır.
Vahabilərin nəzərincə şiə müşrikdir və ya əqidəsinə bir növ şirk sirayət edərək daxil olmuşdur.
Vahabi əqidəsi baxımından şirk və tovhidin siyasi-ictimai nəticələri
Məhəmməd Cavad Muğniyə yazır:
“Vahabilərin etiqadınca İslama daxil olmaq üçün yalnız “La ilahə illəllah” və “Əşhədu ənnə Muhəmmədən rəsulullah” demək kifayət deyildir. Həqiqətdə insanın bunları qəbul etdikdən sonra Allahdan özgəsinə sığınmaması, Peyğəmbəri ziyarət etmək qəsdi daşımaması, onun mübarək qəbrinə toxunub öpməməsi, ona and içməməsi, onu çağırmaması və “ya rəsulullah” ya “ya seyyidi” deyərək xitab etməməsi lazımdır”.
Məhəmməd ibn Səud (Səudiyyə hakimlərindən biridir) Məkkə şəhərində səltənəti zamanı nitqlərindən birində belə söyləmişdir:
“Vahabilərdən başqa bütün müsəlmanlar müşrikdirlər. Onların Vahabiçiliyi qəbul etmələri üçün qılıncla islah olmaları gərəkdir”. Lakin onun dediklərinin əksinə olaraq Vahabilərin o zamankı sultanı olan Məlik Feysəl 1342-ci ildəki bəyənatında vahabilərə xitab edərək deyir:
“Misirli, Hindistanlı və ... olmasından asılı olmayaraq bütün müsəlmanlar sizin qardaşlarınızdır”.
Bu sözün mənası budur ki, sizin müsəlmanlara qarşı bədbin olmamanız lazımdır və Məhəmməd ibn Əbdül Vəhhabın bu əqidəsi əsasında rəftar etməməniz gərəkdir.
Vahabilərin bu əqidəyə sadiq qalmaları, ictimai-siyasi cəhətdən bütün müsəlmanları müşrik hesab etmək, fitnə və qalmaqal prinsiplərini yaymaqdan başqa bir şeylə nəticələnməyəcəkdir. Belə bir əqidə isə istismarçılıq və anti-islam etiqadından başqa bir şey deyildir.
Vahabiçilik və Şiə ideologiyasının Tovhid məsələsindəki fərqləri
Keçən söhbətlərdən aydın oldu ki, Vahabiçilik və Şiə məktəbinin Tovhid məsələsində kəmiyyət və keyfiyyəti arasında fərqi olduğu kimi, bu bölümün vahabilərin nəzərincə böyük əhəmiyyətə malik olan siyasi yönəm daşıdığının da şahidi olacayıq.
Vahabilərin bu bölgülərinin problemsiz olduğuna bəzi bəhanələr gətirmək mümkündür. Ona görə ki, bu məsələ yalnız əqli və intellektual nöqteyi-nəzərindən məhdudlanmış, İslam arif və filosofları arasında da münaqişələr nəzərə çarpır. Ancaq məna və məfhumların fərqli mənalarına göz yummaq olmaz.
Şiə alimləri Tovhidi Zati, Sifati, Əfali və İbadi hissələrinə, vahabi alimləri isə Rübubi, Üluvi, Sifət və Ada bölmüşlər.[3]
Islamşünaslar Allahın adlarının xüsusi və ümumi hissəyə bölündüyünü söyləyirlər. Xüsusi ad yalnız Allah Taalanın zatına məxsusdur. Məsələn, Allah xüsusi addır. Ümumi ad məfhum baxımından Allahın sifətləri ilə müştərək məna daşıyaraq Onun bəndələri üçün də işlənilir. Məsələn, Rəhman, Rəhim və Kərim. Bu sifəti insan ağılı çıxarış edib Allaha mənsub etmişdir.
Bu fərqlər sırf etiqadi cəhət daşıyarsa, bir o qədər də şiddətli və qıcıqlandırıcı deyildir. Amma bəzilərinin siyasi mənfəət əldə etmələri məqsədini nəzərə alaraq təhlil edib araşdırmaq lazımdır.
Vahabilər Tovhid mərhələlərinin bu növ bölümünü İbn Teymiyyədən, aldıqlarına o özü isə Əhməd ibn Hənbələ təqlid etdiyindən beləcə mənşələnmişdir.
Həmçinin, vahabilər Sifəti, Əfal və Zata bölməklə Allahın əl-ayaq, heyvani (maddi cisimlər kimi) get-gəl etmək əqidəsinə sahibdirlər ki, bu da onların Quran ayələrinin zahiri mənası ilə qane olmaları, əqli təhlil və dərkə arxalanmamaları nəticəsindədir. Onlar, xüsusilə Məsum İmamlar və Peyğəmbərin ali təlimlərindən ilhamlanan şiələrin “müəvvəlun” (yozulmuşlar) ünvanında tam tərdidlə yanaşdıqları Qiyamət günündə Allahı görmək, eşitmək, əl, ayaq, gəlmək və ... bu kimi məna verən ayələri yozmalarına müxalifdirlər. Nümunə olaraq, şiələr
على العرش استوى ayəsini Ərşdə həqiqi mənada oturmaq mənası kimi deyil Ərşdə ilahi hakimiyyət və müdiriyyət kimi yozumlayırlar.