Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Masallıda "Quran"nın təhqir edilməsinə qarşı etiraz aksiyası keçirilib

Beynəlxalq şöbə:Masallıda "Quran"nın təhqir edilməsinə qarşı etiraz aksiyası keçirilib

İQNA Quran Xəbər Agentliyi: Aksiyada 50-ə yaxın dindar iştirak edib Masallı rayonu Təzəkənd kəndində Böyük Məsciddə "Qurani Kərim"in təhqir edilməsilə əlaqədar etiraz aksiyası keçirilib. Bu barədə Masallı rayon sakini Hacı Mehtiağa Kərimov məlumat verib. Onun sözlərinə görə, 50-ə yaxın dindarın iştirak etdiyi aksiyada Amerikada "Qurani Kərim"i təhqir edənlər lənətlənib, Amerika əleyhinə şüarlar səslənib və onlardan İslam dünyasından üzr istəmələri tələb edilib.

Xatırladaq ki, 11 sentyabr hadisələrilə əlaqədar Vaşinqtonda İslam dininə qarşı etiraz aksiyası keçirən bir qrup mühafizəkar xristian Ağ evin qarşısına toplaşaraq "Quran"ı çırıb. Qatı mühafizəkarlardan biri “İslam sülh dinidir, axmaqlıqları bitirməlidir” dedikdən sonra, digər aksiya iştirakçısı müqəddəs kitabın bir neçə səhifəsini çıraraq plastik torbaya qoyub. Bir neçə polis aksiyanı izləsə də heç bir müdaxilə etməyib. Tennesi ştatında isə Bob Old adlı rahib köməkçisi ilə birlikdə "Qurani Kərim"i yandırıb.

Qeyd edək ki, 11 sentyabr hadisələrinin ildönümündə "Quran"ı yandırmaq planını floridalı rahib Terri Cons açıqlamışdı. Lakin terror hadisələrinin ildönümünə bir neçə gün qalmış ciddi tənqidlərlə qarşılaşan rahib bu planından dönüb. Aksiyasından imtina edən rahib Amerikanın "NBC" telekanalına açıqlamasında “Tanrının bizə dayan dediyini hiss edirəm. Biz nə bu gün, nə də bundan sonra "Quran"ı yandırmayacağıq”, deyə bildirib.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment