Azəri
Friday 19th of July 2024
0
نفر 0

BEŞİNCİ HEKAYƏT

BEŞİNCİ HEKAYƏT

 

HƏdƏf müKafatI

36- hicri ilinin cəmadiul əvvəl ayında Bəsrədəki Cəməl müharibəsi Həzrət Əli (əleyhissalam)-ın xilafəti zamanında baş verən ilk müharibə idi. Bu müharibənakisinləradlanırdı (yəni beyət pozanlar, Təlhə, Zübeyr Ayəşə onlra başçılıq edirdi). Bu müharibədə Əli (əleyhissalam)-ın qoşunundan 5 min, düşmən qoşunundan isə 13 min nəfər qətlə yetirildi.[1]

Həzrət Əli (əleyhissalam)-ın başçılıq etdiyi qoşun döyüşdə qalib gələrək müharibəni sona yetirdi. Bu vaxt Əli (əleyhissalam)-ın döyüşdə iştirak etmiş yaxın əshabından biri Həzrətin hüzuruna gəlib dedi:

Əgər qardaşım da bizimlə birgə bu döyüşdə iştirak edib qələbəmizi görsəydi öz iştirakına görə mükafat iftixara nail olsaydı yaxşı olardı?!”

Həzrət Əli (əleyhissalam) buyurdu: “Sənin qardaşın da bizim fikrimizlə şərik olub tərəfdarlarımızdandırmı?” O, dedi: Bəli İmam buyurdu: ·

Məhz elə buna görə onun da bizimlə bu döyüşdə vurulub iştirak etdiyini zənn et. Sonra əlavə etdi:

Hətta dünyaya gəlməmiş hələ atalarının sülb analarının bətnində olan bu müharibədə bizimlə olmayıb lakin bizimlə eyni əqidə olan uşaqlar elə bizimlədirlər. Onlar tezliklə doğularaq din iman vasitəsilə tərbiyə alacaqlar.[2]

Ən maraqlısı budur ki, tarixdə yuxarıdakı mövzuya oxşar başqa bir dastan aşağıdakı şəkildə gəlibdir: Əbül Əsvəd Hübabə Örninin söylədiklərinə əsasən Cəməl müharibəsi qurtardıqdan sonra Həzrət Əli (əleyhissalam) Bəsrənin beytül-malı qızıl gümüş ilə dolu bir evə daxil olub, bir neçə

dəfə belə buyurdu:  Özgələrini aldat

Daha sonra həmin qənimətin əshab döyüşçülər arasında bölünərək hər birinə 500 dirhəm verilməsini əmr etdi. O Həzrətin özü həmin o qənimətdən 500 dirhəm götürmüşdü ki, bu zaman döyüşdə iştirak etməyənlərdən biri yoldan təngənəfəs çataraq Həzrətə dedi: Ey möminlər ağası! Müharibədə sizinlə iştirak etməsəm qəlbim sizinlə idi, mümkünsə mənə qənimətlərdən bir şey ver.

İmam Əli (əleyhissalam) özünə heç çatacaq payı ona bağışlayaraq özünə bir şey götürmədi.

Bütünlüklə 12 min dirhəmdən ibarət olan beytül-malın altı min arasında bölünəcək pulun miqdarını adamların sayını qabaqcadan bilirdi.[3]

Beləliklə, Həzrət Əli (əleyhissalam)-ın haqq tərəfdarı eləcə bu niyyətdə olanlara ehtiram bəsləməsinin şahidi oluruq. O Həzrət döyüşdə iştirak etməyənləri nəinki rədd etmir, əksinə mehribanlıqla qəbul edib buyurur:

Siz döyüşçülərin payında şərik olmaqla yanaşı, həm onların sırasında durursunuz.

 

 

  ALTINCI HEKAYƏT

 

HaqsIzlarIn tƏnqidi

Təlhə, Zübeyr s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər eləcə öz qüdrət imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: “Siz filan arvadın qoşunu, eləcə heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxalqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.

Allah əzabının göy yerdən sizlərin üstünə enməsini sanki hiss edir hamınızın məhv olmasını görürəm.

And olsun Allaha, ölkənizi su basar, təkcə məscidin ən uca zirvəsi gəminin köksü, yaxud üzü üstə düşmüş dəvə quşu kimi görsənər. Ölkənizin torpağı torpaqlar içində ən gərəksizdir, suya hər yerdən yaxın asimana uzaqsınız. Cəmiyyətinizin 90 faizi günaha yuvarlanıblar. Günaha mürtəkib olanlar ondan uzaqlaşsalar, Allahın əfvi ilə qarşılaşarlar.[4]

İmam Əli (əleyhissalam) öz qısa cümlə fikirləri ilə bütün cahillərə aldanma-malarına xəbərdarlıq etdi: Qarına nökər olub zalım müfsidlərə uymayın yoxsa Bəsrə camaatı kimi qəddar əyyaşların ovuna çevrilib puç olarsınız İbni Abbasın söylədiyinə əsasən.

 

 

 

  YEDDİNCİ HEKAYƏT

 

Beytül-malIn qaytarIlmasI

Həzrət Əli (əleyhissalam) xilafətə keçdiyinin ikinci günü beytül- malın bərabər surətdə bölünməsi əmrini verdi.

Camaat İmamın əmrinə əsasən öz paylarını almaqdan ötrü o Həzrətin yanına gəldi. Bu zaman Əli (əleyhissalam) xəzinədarı Übeydullah ibni Əbi Rafeə buyurdu:

Əvvəl mühacirləri çağır hər birinə üç dinar ver. Mühacirlərdən sonra camaatdan hər kəs hazır oldu irq ya rəngindən (dərisindən) asılı olmayaraq onlara da o puldan həmin miqdarda payla.

Səhl ibni Hunəyfə onun keçmiş nökərinə özünə verilmiş pul qədəri bağışlanmışdı. O, bu işə etiraz edərək dedi: Bu adam dünən mənim nökərim idi bu gün isə onu azad etmişəm ona da mənimlə bərabər verirsən.

Həzrət Əli (əleyhissalam) buyurdu: “Ona veririksə sənə onu veririk.”

Həzrət hamıya ayrı seçkilik salmadan üç dinar payladı, Təlhə, Zübeyr, Abdullah ibni Ömər, Səid ibni As, Mərvan Qüreyşlərdən bir hissəsi s... kimi adamlar bu öz işə etirazlarını bildirdilər, çünki onlar Osmanın xilafəti dövründə zahiri görkəm şəxsiyyətləri hesabına başqalarından neçə qat artıq pul alırdılar.[5]

 Lakin bunlar bu gün bu proqramı görməklə anladılar ki, gec-tez öz növbələri çatacaq Əli (əleyhissalam) müsəlmanların qəsb edilmiş bütün mallarını şəri yolla özlərinə qaytaracaqdır. Buna görə çox narahat olub bir-birlərilə pıçıldaşmağa başladılar.

Onlar Əli (əleyhissalam) qarşı sui-qəsd hazırlamağa başladılar. Nəticədə onların müxalifət zəmzəməsi Həzrətin qulağına çatır İmam Əli (əleyhissalam) onlara belələrinin simasında haqq-ədalət müxalifələrinə üzünü tutaraq belə buyurdu:

And olsun Allaha, Osmanın beytül-maldan bağışladığı pul ilə arvad alıb hətta öz kəbinlərinə xərcləsələr belə, ya onunla kənizlər almış olsalar da onların tapsam öz həqiqi sahiblərinə qaytaracağam.” Ədalət qapısı həmişə açıqdır. Ədalətin icrasından təngə gəlib boğaza yığılanlara qarşı olunacaq zülm onlara daha dar görsənəcəkdir.”[6]

İbni Əbil Hədid yazır: Son cümlənin təfsiri budur: “Əgər ədalət əsasında görülən tədbir hakimin aciz qalıb sıxılmasına səbəb olarsa zülm əsasında görüləcək işlərin tədbiri onun üçün daha da darısqaldır, çünki zülm yalnız alınmaması fikrindədir.” Yenə yazır. Beytül-malın ədalətlə paylanması xəbəri Əmr-Asa çatdıqda Müaviyə aşağıdakı məzmunda bir məktub yazdı:

qədər güc qüdrətin varsa, işə sal, çünki Əbu Talibin oğlu Osmanın xilafəti müddətində yığıdığın bütün sərvətləri əlindən alacaq.

Bəli, Həzrət Əli (əleyhissalam) öz dinə əsasən toplanmış malların geri alınaraq əsl sahiblərinə çatdırılması işinə başladı. Zəkat yolu ilə yığılmış Osmanın evində gizlənmiş bütün dəvələr s.. başqa mallar Həzrətin əmri ilə beytül-mala qaytarılıb ədalətlə bölündü.

Bu ədalətli bölgü bir çox tayfa qəbilə başçılarının, eləcə keçmiş rejimin adlı- sanlı şəxsiyyətlərinin etiraz ixtilafına çevrildi ki, bu da Cəməl müharibəsinin başlanmasına, çoxlu müxalifətlərə, əzab-əziyyətlərə, maneə yaranmasına səbəb oldu, lakin, Əli (əleyhissalam) heç nəyə etina etmədən öz yolunu davam etdirdi.[7]

 

 SƏKKİZİNCİ HEKAYƏT

TANIŞLIQ YOX, YALNIZ QANUNÇULUQ!

 

Bütün Mədinədə Əli (əleyhissalam)-ın ədalətli xilafəti rəhbərliyi barəsində söz-söhbət gəzirdi.

Ötən gün bütün müsəlmanlar izdihama gələrək Həzrət Əli (əleyhissalam)-ın hüzuruna toplaşıb beyət etdilər. Belə ki, var qüvvələri ilə Əli (əleyhissalam) xəttində hərəkət edərək İmamın (əleyhissalam) rəhbərliyi sayəsində onun hökuməti üçün dəyərli dayağa çevrilsinlər. Mədinə məscidi heç vaxt bu qədər cəmiyyət görməmişdi. Belə böyük şövq ilə Əli (əleyhissalam)-ın hüzuruna gəlib onu Peyğəmbərin xəlifəsi adı altında qəbul etdilər.

Müsəlmanlar kiçik ya böyük dəstələrə bölünərək müxtəlif yerlərdə xilafətin keçmiş hazırkı şivələri barədə söhbətləşirdilər. Bəzisi İmam Əli (əleyhissalam)-ın keçmiş xəlifələrin yolunu davam etdirəcəyini, digər bir qurp isə tamamilə bunun əksini fikirləşirdi. Başqa bir hissəsi deyirdilər: İslam qanunları ilə uyğun gələn məsələlərdə onların yolunu davam etdirəcəkdir, yoxsa...

Həmin günün səhəri Həzrətin xilafətinin 2-ci günü Həzrətin o camaat arasında danışacağından hamı xəbərdar idi bilmirdilər ki, o Həzrət proqram planların vermiş yəqin ki, bu barədə bir qətnamə qəbul edəcəkdi. Elə buna görə izdihamlı bir cəmiyyət məscidun-Nəbidə yığışmışdı.

Vaxt sürətlə ötür, gözlənilən dəqiqə yavaş-yavaş yaxınlaşırdı. Qəbilə tayfa başçıları, eləcə xain xadimlər bitərəflərin hərəsi məscidin bir küncünə yığışaraq intizarda idilər. Hamısı fikirləşirdi ki, doğrusu, görəsən Əlinin hökuməti bizə nisbətən necə olacaqdır? Amma pərhizkar möminlərin hamısı bilirdilər ki, Əli (əleyhissalam) Peyğəmbərin buyurduğu kimiƏli (əleyhissalam) haqq ilə, haqq isə Əli ilədir.”

Bu vaxt möminlər ağası Həzrət Əli (əleyhissalam) minbərə qalxdı.[8] Allaha həmd səna etdikdən sonra belə buyurdu:

deyirəmsə, dediyim sözün üstündə varam şəxsən özüm onun icrasına zaminəm. Belə deyildir ki, söz deyəm, lakin əməl etməyəm, ötüb keçənlərin pozğun rəftarı, eləcə pis əməllərinin cəzasından, nəsihət ibrət götürənləri Allaha etdikləri ibadət onları yersiz rəftarlardan qoruyar.”

İmam Əli (əleyhissalam) öz söhbətində keçmişlərin rəftar getdikləri yola qırmızı xətt çəkib yığışanlara o yollara yuvarlanmamalarını nəsihət etdi. Həzrət qətiyyətlə elan etdi ki; “mən əməl sahibiyəm, nəinki söz.” Daha sonra Həzrət belə buyurdu:

And olsun Allah sarıdan haqq məbus edilmiş İslam Peyğəmbərinə! Sizlər bundan sonra müxtəlif çətinliklə üzləşib imtahan olacaqsınız. Qazan daxilindəki, qaynar xörək kimi qaynayaraq alt-üst olacaqsınız. Belə ki, yuxarıdakılar aşağıda aşağıdakı adamlar isə yuxarıda qərar tutacaqlar. O, adamlar ki, doğrudan da İslam inkişafına təkan verib başına gələcəklər. “Hiylə fırıldaqla başına gələnlər geri qaytarılacaqdır.” Daha sonra buyurdu: “Camaat üç hissəyə bölünübdür:

1-Sürətlə haqqa tərəf irəliləyənlər; onlar nicat tapacaqlar.

2-Ağır-ağır haqqa tərəf irəliləyənlər; o adamlar üçün nicat ümidi var.

3-”Haqq yolunda təqsir səhlənkarlıq göstərənlər; onlar cəhənnəm odunda yanacaqlar.

Sağa sola meyl göstərmək itirmək (zəlalət) deməkdir. Amma düz yalnız orta yoldur ki, Quran sünnət bu yola sifariş edir.”

Beləliklə, rəhbərlikdə Həzrətin tutduğu haqq yolu tapıb bildilər ki, bu yol Quran sünnət əsasındadır, belə ki, bu yolda qohumbazlıq, tanışlıq, yoldaşlıq dostluq işə gəlmir. Əksinə işlər ədalət üzrə planlaşdırılmışdı.



[1]Tətimmətül-müntəha”, 9 12-ci səhifələr.

[2]Nəhcül-bəlaə”, 12-ci xütbə

[3]Nəhcül-bəlağənin şərhi, 1-ci cild, səh.249 250

[4]Nəhcül-bəlağə”, 13 14- xütbələrdən iqtibas olunub.

[5]Nəhcül-bəlağənin şərhi (İbni Əbil-Hədid), 7-ci cild, səh.35-38-dən iqtibas olunub.

[6]Nəhcül-bəlağə”, 15-ci xütbə. Bu mətləbin oxşarı 77-ci xütbədə gəlmişdir.

[7]Bax: “Nəhcül-bəlağənin şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh. 269, 270.

[8]Bu gün 35-ci hicri ilinin 25 zilhəccə cümə günü idi. Bəzi rəvayətlərdə isə Novruz bayramı gününə təsadüf etdiyi qeyd olunur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment