Beynəlxalq şöbə: Müsəlman cəmiyyəti və islam araşdırmlar müəssisəinin təşəbbüsü ilə “Allah evinin ziyarəti” mövzusunda dəyirmi masa noyabrın 18-də Fransanın paytaxtı Parisdə keçiriləcək.
İQNA Quran agentliyi “IISMM-EHESS” saytına istinadən məlumat verir ki, dəyirmi Masada Fransa universitet müəllimləri və müsəlman ekspertlər iştirak edəcək. Dəyirmi masada Fransa müsəlmanları üçün həcc səfərinin xərclərinin təmin edilməsi yolları, gediş –gəliş xərclərinin azaldırlması, Səudiyyə Ərəbistan rəsmilərinin Fransa müsəlmanlarını necə qarşılaması, müsəman və qeyri müsəlman zəvvarları arasında fərqlər kimi mövzular müzakirə olunacaq.
Müsəlman cəmiyyəti və islam araşdırmlar müəssisəsinin rəisi (IISMM-EHESS) Bernard Heyberger , Fransa daxili işlər nazirliyinin dinlər mərkəzi ofisinin müşaviri An Mari Molen , Fransalı filosof Ömər Saği və digərləri bu dəyirmi Masada iştirak ediblər.
source : www.iqna.ir