Azəri
Friday 19th of July 2024
0
نفر 0

Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Səfəvilər dövlətinin dağılması və Osmanlı imperiyasının Azərbaycanı işğal etməsi Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətini fəlakətə gətirib çıxarmış ara müharibələri və feodal özbaşınalığı dövrü başlanır. Şah Məhəmməd Xudabəndə d
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Səfəvilər dövlətinin dağılması və Osmanlı imperiyasının Azərbaycanı işğal etməsi Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətini fəlakətə gətirib çıxarmış ara müharibələri və feodal özbaşınalığı dövrü başlanır.

Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə almaq və ölkəni yaxınlaşmaqda olan daxili parçalanmadan və genişlənən düşmən (türk) işğalından xilas etmək üçün cəhdlər göstərdi. Lakin bu vəzifə özünün azyaşlı oğlanlarının əlində oyuncağa çevrilmiş, zəif iradəli şahın bacaracağı iş deyildi. Əyanların özlərinin və bir-biri ilə düşmənçilik edən dəstələrinin arasında çəkişmə başlandı. Həmzə Mirzənin ölümündən dərhal sonra əmirlər onun iradəsinin əksinə olaraq Şah Məhəmmədi, oğlu on üç yaşlı Abutalıb Mirzəni varis kimi tanımağa məcbur etdilər. Hakimiyyət əslində şahzadənin lələsi Əliqulu xan Fəth oğlu Ustaclının və İsmayılqulu xan Şamlının əlinə keçdi ki, onlar da yüksək vəzifələri öz qohumları arasında bölüşdürdülər. Həmzə Mirzənin ölməsi və saraydakı yeni təyinatlar xəbəri əyalətlərdə həyəcanlara və qiyamlara səbəb oldu.

Qızılbaş əmirləri arasında Şah Məhəmmədin simasında mərkəzi hakimiyyətlə hesablaşan adam çətin tapılardı. Qızılbaş əmirlərinin əsas kütləsi Qəzvin sarayından üz döndərib Abbas Mirzəni şah kimi irəli sürən Xorasan əmirlərinin tərəfinə keçdi. Keçmişdə Abbas Mirzənin düşməni və şah sarayına münasibətdə müsbət mövqedə olmuş Murtuzaqulu xan Pornak türkman tayfası ilə, Kaşan hakimi Məhəmmədxan Türkmanın oğlu Vəlicanxan , Əfşar tayfasından olan Kirman və Yəzd hakimləri, İsfahanda və Kuh Giluyədə hakimiyyətdə olan ərəşli və Əfşar tayfalarının əmirləri onların arasında idi. Farsda zülqədər tayfasının başçıları özlərini Abbas Mirzənin tərəfdarları elan edərək, onlara Şah Məhəmməd tərəfindən təyin olunmuş hakimi, Şiraz şəhərinin girəcəyində öldürdülər. İskəndər bəy Münşinin dediyinə görə, Səfəvilər dövlətinin cənub hissəsində özbaşınalıq o dərəcəyə çatdı ki, feodallar “özlərini şahın fərmanı və hökmü ilə bağlı hesab etməyərək” vilayətlərdə hakimiyyəti ələ keçirməyə başladılar. Burada, habelə Səfəvilər dövlətinin digər vilayətlərində - İraq, Fars, Kirman, Kuh Giluyə və Xuzistanda hərbçi adamların (“sipahiyan”) hökmranlığı üzündən rəiyyətin vəziyyəti tamamilə pisləşdi.

Türk komandanlığı Həmzə Mirzənin ölümündən, kəskin ziddiyyətlərin, Qızılbaş əmirlərinin çəkişmələrinin didib parçaladığı Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən tezliklə istifadə etdi.

Təbrizdəki türk qalasının qalabəyisi Cəfər paşa Təbrizdən çıxaraq, nəinki onun ətrafındakı yerləri, habelə Azərbaycanın cənub haissəsindəki bir çox əraziləri də ələ keçirməyi mümkün saydı. Kürd əmirlərinin köməyi ilə Cəfər paşa Ərdəbildən Təbrizə hərəkət edən qızılbaş dəstəsini darmadağın edib geri çəkilməyə məcbur etdi.

Düşmənin bu müvəffəqiyyəti Qaradağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xanın xəyanət etməyinə gətirib çıxardı. O, sultana öz itaətkarlığını bildirdi. Bunun nəticəsində Ordubad, Mərənd, Dizmar, Gərgər və qonşuluqdakı ərazilər Cəfər paşanın əlinə keçdi. Yenə də hicri 996 (1588)-cı ildə Sinan paşa (Cığal oğlu) otuz minlik qoşunla Bağdaddan Həmədana yeridi və Qızılbaşların tərk etdiyi Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə uğradılar. Başçıları olan Həmədan bəylərbəyisi Qorxmaz xan Şamlı isə əsir düşdü.

Bu zaman sultan qoşunları o vaxta kimi Məhəmməd xan Ziyad oğlu Qacarın əldə saxladığı Qarabağı tutdular. Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu, burada da Osmanlı hərbi hissəsini yerləşdirdi. Qarabağ Osmanlı qoşunları tərəfindən talan edildi. Türklərin darmadağın etdiyi Qacar və iyirmi dörd tayfaları Arazın cənub sahilinə geri çəkildilər. Bunun ardınca Naxçıvan tutuldu.

Beləliklə, 1586-1589-cu illərdə demək olar ki, bütün Azərbaycan tədricən Sultan III Muradın orduları tərəfindən işğal olundu. Özbək hakimlərinin Xorasana basqınları türklərinmüvəffəqiyyətlərinin əhəmiyyətli dərəcədə yüngülləşdirmişdi.

Qəzvində hakimiyyətə gələn Səfəvi şahı I Abbas dövlətin ağırvəziyyətə düşdüyünü nəzərə alaraq, Osmanlı türkiyəsi ilə hələHəmzə Mirzənin başlamış olduğu sülh danışıqlarını davametdirməyə tələsdi. Səfəvilər özlərinin qalan mülklərini saxlamaqüçün sultanın sərt sülh şərtlərini qəbul etməyə məcbur oldular.

1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə, Cənubi Qafqazın digər əraziləri, habelə İranın qərb vilayətləri (Nəhavənd, Luristan, Şəhrizur) Osmanlı türkiyəsinə verildi.

Beləliklə, XVII əsrin əvvəllərinə qədər davam etmiş Osmanlı türkiyəsi tərəfindən Azərbaycanın istilası zamanı Azərbaycan nəhayətsiz müharibələrdə tamamilə talan edildi və müflisləşdi, ölkənin iqtisadiyyatı sarsıldı. İşğalçı türk feodallarının ölkədə 20 ilə yaxın ağalıq etməsi onun sərvətlərinin talan edilməsinə, iqtisadi həyatın t am şəkildə pozu masına gətirib çıxardı. Buna görə də Səfəvilər dövlətinin şimal hissəsi olan Azərbaycan I Şah Abbas tərəfindən geri alındıqdan sonra da Səfəvilər dövləti sistemində özünün əvvəlki aparıcı sosial-iqtisadi rolunu saxlaya bilmədi. Bu rol Səfəvilər dövlətinin mərkəzi bölgələrinə İsfəhana keçmiş oldu.

Bundan başqa, Azərbaycan feodal əyanları və Qızılbaş tayfaları xarici və daxili müharibələr gedişində öz tərkiblərinin xeyli hissəsini itirərək xeyli zəiflədilər. Azərbaycan feodalları XVII əsrdə Səfəvilər dövlətində özlərinin əvvəlki, hökmran mövqelərini saxlaya bilmədilər və digər feodallar tərəfindən sıxışdırıldılar. Buna baxmayaraq onlar mərkəzi hökumətin daim hesablaşmağa məcbur olduğu zəhmli qüvvə kimi qalmaqda davam etdilər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment