Beynəlxalq şöbə: Almaniya yaşıllar partiyası (Die Grünen) hökumətdən istəyib ki, bu ölkənin Nurdrayn Vəsteflen əyalət məktəblərində islami dərslərin başlanması üçün tez bir zamanda işləri başlatsın.
İQNA Quran agentliyi “dunyabulteni” saytına istinadən məlumat verir ki, Almaniya Yaşıllar Partiyasının sədri MonikaDüker hökumətdən istəyib ki, bu əyalətdə müsəlman şagirdlər üçün 2011-2012-ci tədris ili üçün islami dərslərin keçirilməsini təşkil etsin.
O əlavə edib ki, Almaniya İslami Konfransı digər dörd İslami Şura ilə birlikdə islami dərslər üçün lazım olan proqramı şagirdlər üçün hazırlayacaq.
Dükerin sözlərinə görə, hazırda Nurdrayn Vəsteflen əyalətində 320 min müsəlman şagird təhsil alır lakin indiyədək onlardan yalnız 11 min nəfəri 135 məktəbdə islami təhsil alma imkanı əldə edib.
source : www.iqna.ir