Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Türkiyədə Azərbaycanda hicaba qoyulan qadağaya etiraz edilib

Beynəlxalq şöbə: Azərbaycanın təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq Türkiyədə izdihamlı yürüş keçirilib.

İQNA Quran agentliyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən verdiyi xəbərə görə, \"İsra\" Mədəniyyət Mərkəzinin təşkil etdiyi aksiyaya İstanbulun Ağa məscidində qılınan namazdan sonra start verilib.

 

Yürüş Taksim meydanına qədər davam edib. Aksiya iştirakçıları təkbirlər deyərək, \"Hicaba uzanan əllər kəsilsin!\", \"Bakıya salam, müqavimətə davam!\", \"İslam ümməti qəbul etməz zilləti!\", \"Hər yer Kərbəla, hər gün Aşura!\", \"Müsəlman zülmə boyun əyməz!\", \"Kədərlənmə, üzülmə, Allah səninlə!\", \"İslam - dinimiz, azadlıq - yolumuz!\" şuarları səsləndiriblər.

 

Azərbaycanda hicaba qoyulan qadağaya etiraz edən türkiyəlilər əllərində \"Azərbaycanda edilən zülmləri və hicaba qoyulan qadağanı pisləyirik!\", \"Yaşasın Azərbaycan hicab müqavimətimiz!\", \"Müqavimət göstər, Allah səninlə!\", \"Hər Firona bir Musa, hər Yezidə bir Hüseyn!\" plakatları daşıyıblar.

 

Taksim meydanına gələn etirazçıların önündə \"İsra\" Mədəniyyət Mərkəzinin rəhbəri Nurəddin Şirin çıxış edib. O, deyib: \"Bu gün biz burada Azərbaycanda İslami müqəddəsata edilən hücumları, xüsusilə hicabın məktəblərdə qadağan edilməsini pisləmək və Türkiyəli müsəlmanlar olaraq bu zalım qadağaya müqavimət göstərən igid və çalışqan Azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bəyan etmək üçün toplandıq”.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment