Siyasi və ictimai şöbə: Əfqanıstan xarici işlər naziri İslam Konfransı Təşkilatının siyasi şöbəsinin ofisinin Kabildə açılacağını bildirib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Əfqanıstan xarici işlər naziri Zelmi Rəsul ötən gün İKT baş katibinin nümayəndəsi Munir Osmanla görüşüb.
Görüşdə Osman İKT-nin Kabildə siyasi ofisinin açılmasını Əfqanıstan və İKT arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə atıldığını deyib. O bildirib ki, İKT 2011-ci ilin mart ayında Əfqanıstanla bağlı fövqəladə iclas keçirəcək.
Görüşdə İKT nümayəndəsi və Əfqanıstan XİN rəhbəri Əfqanıstandakı mövcud vəziyyət haqda danışıblar.
source : www.iqna.ir