Azəri
Friday 26th of April 2024
0
نفر 0

Milli-mənəvi dəyərlərin məhvi

Və ya dövlətin və millətin mövcudluğu üçün təhlükə

Tarixi arqumentasiyalar göstərmişdir ki, milli-mənəvi dəyərlərin yaşanmadığı cəmiyyətlərdə mövcudluq və inkişaf üçün zəruri olan prinsiplər zaman ötdükcə etibarlığını itirir. Yaxşılıq və pislik anlayışları fərdi mənfəət və çıxarlara görə formalaşmağa başlayır. Buna görə də zaman keçdikcə rüşvət, oğurluq və özbaşınalıq kimi əxlaqdan uzaq davranışlar yayılaraq dövlətin və millətin təhlükəsizliyini və bütövlüyünü hədələyən bir ünsür halına gəlir.
Milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli faktorlardan biri milli-mənəvi dəyərlərdir. Xalqın keçmişi və mədəniyyəti nə qədər qədim olsa da, milli və dini dəyərlərinin zəifləməsi anarxiyanın meydana gəlməsinə və geniş vüsət almasına, parçalanmaya və yox olmağa gətirib çıxarır.
Güclənib, yüksəlib, zənginləşib böyümüş, lakin mənəvi dəyərlərinə olan bağlılığını itirdiyinə görə tənəzzül etmiş cəmiyyətlərin nümunələri ilə doludur tarix səhifələri.
Yalnız mənəvi dəyərlərinə həssaslığını və bağlılığını qoruya bilən cəmiyyətlər hədələrə və çətinliklərə sinə gərə bilmiş, öz əqidəsini qoruyaraq mövcudluğunu davam etdirə bilmişlər.
Həmçinin bu baxımdan zəif, dinsiz cəmiyyətlər tarix səhnəsində çox qısa müddət ərzində yer ala bilmiş və acınacaqlı süquta düçar olmuşlar. Bu sosioloji həqiqət tarix boyunca həmişə təkrarlanmış və dini dəyərləri güclü dövlətlər varlıqlarını davam etdirərkən, digərləri xaos və anarxiya içində yox olmuşlar.
Milli-Mənəvi dəyərlərinə bağlılıq elə böyük bir gücdür ki, xalqın siyasi çətinliklərin öhdəsindən gəlməsini, daxili və xarici təhlükələri sovuşdurmasını, dözümlülüyünü və mövcudluğunu təmin edir.
Əgər cəmiyyətdə İslam dəyərləri yaşanmazsa, təməli inancsızlıq üzərində qurulmuş fikirlər rəğbət görər, bir çox azğın ideoloji görüşlər yayılaraq zəmin tapar. Fərdlər öz mənliklərindən və ortaq şəxsiyyətlərindən uzaqlaşarlar. Təməli dinsizlik üzərində qurulmuş materializm kimi fəlsəfələr, təkamül kimi nəzəriyyələr və sionizm kimi ideologiyalar cəmiyyətdəki boşluqdan istifadə edərək qısa zamanda öz sistemlərinə uyğun rejimlərin vasitəsi ilə xalqa zülm edər. İslam əxlaqının yaşanmasına maneə yaradılan cəmiyyətlərdə, insanların yaxşını pisdən ayırd etmə anlayışları ortadan qalxar. Yaxşılıq və pislik anlayışı, fərdi mənfəətlərə görə formalaşar.
Heç şübhəsiz ki, bu çox təhlükəli bir vəziyyətdir. Belə olan halda bir adam cəmiyyət tərəfindən qınanmayacağını, hər hansı bir şəkildə bunun üçün cəzalandırılmayacağını düşünər. Belə düşündüyündə isə öz məkrli əməlindən çəkinməz, əksinə, ona daha da aludə olar, azğınlaşar. Bu əyri məntiqə görə, dini dəyərlərə hörmətsizlik, rüşvət, oğurluq, istibdad kimi Allaha və xalqa edilən xəyanətlər məqbul qarşılanar.
Amma əgər cəmiyyətdə İslam dəyərləri bərqərar olarsa, bu cəmiyyətin nümayəndəsi alicənablığın, yəni dürüst, doğru, xoş rəftarlı, ədalətli, qeyrətli olmanın, vətənini, dövlətini sevmənin yaxşı, kobudluğun, pozğunluğun, korrupsiyanın, zülmün, ədalətsizliyin isə pis olduğunu bilər. Və pisi yaxşıdan ayıran məntiqli, imanlı insan, yaxşılığı seçər, həyatını bunlara bağlayar. Çünki İslam dəyərləri insanlar arasındakı dürüstlük, ədalət, fədakarlıq kimi əməllərin qaynağıdır. İslam dəyərlərinin mövcud olmadığı bir mühitdə bu dəyərlərin heç birindən danışmaq mümkün olmaz. İslami dəyərlər yoxdursa, dürüstlük, fəzilət, ədalət də yoxdur. Həmçinin insanı insan edən bu dəyərlərin rəmzlərini, İslamın əsaslarında yer alan məscidləri bağlayanda, sökəndə, azanı, hicabı qadağan edəndə, qeyri-ənənəvi və qeyri-İslami həyat tərzini insanlara sırımağa çalışanda yalnız inanclılar deyil, cəmiyyətin hər təbəqəsi və hər fərdi bundan nəsibini alır.
Bütün bu mənfiliklər dövlətin nizamını və millətin ortaq mənəvi xarakterini sürətlə korlayır. Çünki dövlətə bağlılıq, vətən sevgisi kimi üstün xüsusiyyətlər islami inancların nəticəsində inkişaf etmiş xüsusiyyətlərdir. İslam əxlaqını yaşamayan və bu səbəbdən vicdani dəyərləri inkişaf etməmiş bir insanın millətini, torpağını sevməsi, qarşılıq gözləmədən vətəni, dövləti üçün xidmət etməsi əlbəttə, düşünülə bilməz. Milli-mənəvi dəyərlərinə sadiq olan inanclı fərdlərin yetişmədiyi, yetişmiş fərdlərin də bu üstün xüsusiyyətlərinin məhdudlaşdırılmağa çalışıldığı bir cəmiyyət, şübhəsiz ki, həm sosioloji baxımdan, həm də siyasi olaraq varlığını davam etdirə bilməz.
İnancın zəiflədiyi toplumlarda insanların psixoloji problemlərə məğlub olması müşahidə edilir. Cinayət nisbətlərindəki artım, müxtəlif pis vərdişlər, içki və narkotikə yönəliş, fahişəlik, narahatlıq və qarşıdurma mühiti cəmiyyətin psixoloji baxımdan korlanmasının konkret əlamətlərindəndir. Bunun təbii bir nəticəsi olaraq bir-birinə güvənməyən, hörmət etməyən, yalnız öz həyat mübarizəsini davam etdirməyə çalışan, cəmiyyətin digər üzvlərini isə bir rəqib, hətta bir düşmən kimi görən fərdlər ortaya çıxır. Ədalətsizlik və iqtisadi çətinliklərlə daha da şiddətlənən bu gərginlik qısa müddət ərzində böyük ictimai bir problemə çevrilir və bunun nəticəsində də cəmiyyət parçalanır.
Dünya tarixində bir çox xalqlar dini dəyərlərinə lazım olan əhəmiyyəti vermədiyində parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Dünyanın hansı bölgəsində olursa olsun, dini dəyərlərin nə vaxt yox edilməsi, inanc azadlığının nə vaxt təzyiq altına alınması istənmişsə, bu ictimai çalxantılara səbəb olmuş və əks-nəticələr vermişdir.
Dini dəyərlərə lazım olan əhəmiyyətin verilməməsi cəmiyyətlərarası sülhü də hədələyən ciddi bir təhlükədir. İslamın ortaq dəyərləri ilə biri-birləriylə uyğun şəkildə yaşayan xalqlar, bu dəyərlərin ehtiva etdiyi tolerantlıq zəmini olmadığı təqdirdə zidd cəbhələrə bölünər. Bu isə xaos və böyük bir qarışıqlıq meydana gəlməsi deməkdir.
Bura qədər etdiyimiz analizlərə və “milli-mənəvi dəyərlərin məhvi dövlətin və millətin mövcudluğu üçün təhlükədir” həqiqətinin tarixdəki konkret arqumentlərinə söykənərək demək olar ki, bir ölkənin müstəqilliyi və suverenliyi üçün milli-mənəvi dəyərlərin qorunması və gücləndirilməsi həyati əhəmiyyətə malikdir. Müsəlman Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində belə kökündən qopmamış, təzyiqlərə baxmayaraq dinini mühafizə etmişdir. Müasir, qabaqcıl, əmniyyət və rifah səviyyəsi yüksək cəmiyyətə sahib bir ölkə olmaq üçün də bu gözəl xüsusiyyətlərin davam etdirilməsi əhəmiyyətlidir.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment