Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Ad-Soyadlarla bağlı son prosedur qaydalar açıqlandı

 Ad-Soyadlarla bağlı son prosedur qaydalar açıqlandı

 "Uşaqlarına Fındıq, İnək, Canavar, Dovşan, Kələm, Saat, Maşın və s. kimi gülünc adlar verən valideynlər var"

 
 


  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ədliyyə Nazirliyi ad və soyadların verilməsi və dəyişdirilməsi ilə bağlı prosedur qaydalarını açıqlayıb. Nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə bildirib ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ad, ata adları və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir.


Xidmət rəisi qeyd edib ki, soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir. Həmin qərara görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Əliyev soyadında “yev” sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər.


Soyad sonluqlarının dəyişdirilməsinin məcburi olub-olmamasına münasibət bildirən nazirlik rəsmisi qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur. Bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.


Xidmət rəhbəri uşaqlara verilən adlarla bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, qaydalara görə uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir: “Bəzi vətəndaşların savadsızlığı, həmçinin əvvəllər adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması bu sahədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Təsəvvür edin ki, uşaqlarına Fındıq, İnək, Canavar, Dovşan, Kələm, Saat, Maşın və sair kimi gülünc adlar verən valideynlər var. Bu adları daşıyan uşaqlar gündəlik həyatda insanların reaksiyası ilə rastlaşır və psixoloji gərginlik keçirirlər. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına əsas yaradır”.


Arxaik, kənardan gələn, başqa xalqlardan götürülən adların uşaqlara verilməsi məsələsinə aydınlıq gətirən Reyhan Kərimova bildirib ki, qaydalarda bununla bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qaydaların tələbinə görə uşaqlara qoyulan adlar onların mənafeyinə xələl gətirməməli və cinsinə uyğun olmalıdır: “Hər bir valideyn elə ad seçməlidir ki, həmin ad gələcəkdə uşağın cəmiyyətdə formalaşmasına mane olmasın, həmçinin daşıdığı ada görə onun xəcalət çəkməsinə səbəb olmasın”.


Hər iki cinsin nümayəndəsinə verilən adların qoyulmasına münasibət bildirən Kərimova bunun gələcəkdə də heç bir problem yaratmayacağını deyib: “Xalqımızda qədim zamanlardan hər iki cinsin nümayəndələrinə verilən adlar çoxdur. Bunlara Hənifə, Ədalət, Şövkət, Məhəbbət, Arzu və sair adları misal göstərmək olar və bunda heç bir qəbahət yoxdur. Lakin qadına Əli, kişiyə isə Fatma adının qoyulmasını cəmiyyət normal qəbul edə bilməz”.


Nazirlik rəsmisi qeyd edib ki, qaydalar yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarına da adların verilməsi həmin qaydalara uyğun olaraq həyata keçiriləcək. Şəxsin Azərbaycan vətəndaşlığını qəbul etməsindən sonra onun adı və soyadı ilə bağlı problemlər yaranmayacaq: “Əgər hər hansı şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun da göstərilən hüquqları yaranır və bu hüquqlardan öz arzusuna əsasən istifadə edə bilər”.


Xidmət rəhbərinin sözlərinə görə, qaydaların tələblərinin rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən öyrənilməsi və düzgün tətbiq olunmasını təmin etmək məqsədi ilə zəruri tədris tədbirləri təşkil olunur. Həmçinin adın, soyadın, soyad sonluğunun könüllü dəyişdirilməsi hüququnun vətəndaşlara izah olunması, müvafiq prosedurun sadəliyinin təbliği, maarifləndirmə işinin təşkilinin təmin olunması barədə qeydiyyat şöbələrinə tapşırıqlar verilib.

 

 


 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək
Taylandda “Aşura mədəniyyəti” adlı foto sərgi təşkil olunub
Qadında Bəyənilən Sifətlər
"Təbliğ" ayəsi və Qədir-xum hadisəsi - 1
İlham Əliyevin Şiə Ruhanilərinə divanı səngimir, Zülfüqar Mikayılzadə, Elman ...

 
user comment