Azəri
Saturday 4th of May 2024
0
نفر 0

SƏRDABƏ HAQQINDA İKİ TARİXİ MƏ’LUMAT

Abbasi təzidin xilafətinin başlanğıcında, hicri iki yüz yetmiş doqquzuncu ildə imam Həsən Əsgərinin (ə) evində iki dəfə axtarış aparıldı. Bir dəfə təzid üç nəfəri məxfi olaraq həzrətin evinə göndərdi göstəriş verdi ki, evdə kimi görsələr, öldürsünlər başını xəlifəyə gətirsinlər. Bu üç nəfər evə daxil oldular evdə gözəl pərdəli bir məxfi otaq tapdılar. Pərdəni qaldırdıqları vaxt sanki coşub-daşan bir dərya gördülər. Bu dəryanın qurtaracağında bir şəxs ayaqlarının altında həsir, suyun üzərində dayanıb namaz qılırdı. Otağa daxil olmuş murlardan ikisi suya girib irəli getmək istədilər. Amma qərq olmaq təhlükəsi ilə üzləşib geri qayıtdılar. Nəhayət, bu üç nəfər arasındakı başçı namaz qılan şəxsdən üzr istədi. Amma namaz qılan şəxs onlara əhəmiyyət vermədən namazına davam etdi. Xəlifənin göndərdiyi adamlar geri qayıdıb gördüklərini ona danışdılar. Xəlifə dedi: «Gördüklərinizi kimsəyə danışmayın».

Başqa bir dəfə təzid bu evə basqın etdi. İmam Həsən Əsgərinin (ə) evinə soxulmuş dəstə sərdabədə Quran qiraəti səsi eşitdilər. Sərdabədən kiminsə çıxacağını gözləməyə başladılar. Sərdabədə olan şəxs isə onların diqqətsizliyindən istifadə edib sərdabədən çıxdı. Dəstənin rəisi ətrafdakılara göstəriş verdi ki, sərdabəyə daxil olub, Quran oxuyan şəxsi tutsunlar. Onlar dedilər: «Məgər onun çıxıb getdiyini görmədinmiDedi: «Bəs üçün onu tutmadınızDedilər: «Biz düşündük ki, sən onu görürsən. Ona görə hərəkət etmədik».

Şiə rəvayətlərində həzrət Mehdi (ə) ilə bağlı yalnız bu iki rəvayətdə sərdabə sözü işlədilmişdir. Bu iki rəvayət isə kiçik qeybdən on doqquz il sonraya aiddir. Həm rəvayətlərdə həzrətin sərdabədən çıxdığı bildirilir. Bu əhvalatlarda deyilənlərlə müxaliflərin uydurduğu əhvalatlardakı iddialar heç vəchlə uyuşmur. Şiələrin hər sübh axşam sərdabənin qarşısında dayanıb, imamlarının zühurunu gözləmələri tamamilə əsassız bir böhtandır.

QEYBİN FƏLSƏFƏSİ

Qeyb fəlsəfəsi, intizarın rolu, imam Mehdinin (ə) xüsusiyyətləri, onun ömrünün uzunluğunun səbəbi, zühur zamanı zühurdan sonrakı hadisələr kimi tarixi çaları olmayan mövzulardan söhbət getdikdə bu mövzuları geniş izah etmək lazım gəlir. Amma mövzular kitabımızda tarixi baxımdan araşdırıldığından uyğun mövzular haqqında xülasə şəkildə danışmağa məcburuq. Həzrət Peyğəmbər (s) onun girami Əhli-beytinin (ə) imam Mehdinin (ə) qeybinə münasibəti ilə tanış olmaq üçün zi rəvayətlərə ötəri nəzər salacağıq.

Müsəlmanların həzrət Mehdinin (ə) bəşəriyyətin xilaskarı olmasına, gələcəkdə zühur edib qiyam qaldıracağına, yer üzünü ədalətlə dolduracağına olan inamı həzrət Peyğəmbər dövründən vardı. Bu inam islami etiqadlar sırasında idi. Həzrət Peyğəmbərin əhli-beytindən Fatimə (s) övladlarından olan Mehdinin (ə) qiyamına etiqad həm şiə, həm sünni məzhəbində qəbul olunmuş bir etiqaddır. Sadəcə, sünni əhlinin fikrincə, həzrət Mehdi (ə) hələ ki doğulmayıb dünyanın sonunda zühur edəsidir. İmamiyyə şiələri isə həzrət Mehdinin (ə) hal-hazırda qeybdə olduğuna etiqadlıdırlar. İmamın qeybdə olması xalqın hazırlığı intizarı ilə əlaqəlidir. Buna görə şiələr uyğun zühura hazırlığı imamın intizarında olmağı ən fəzilətli əməllərdən sayırlar.

İmamiyyə məzhəbinin haqq olmasının dəlillərindən biri sum imamların uzun illər boyu həzrət Mehdinin (ə) qeybi haqqında xəbər verməsidir. Tarix şahiddir ki, on ikinci imam həzrət Peyğəmbər əvvəlki imamların buyurduğu şəkildə qeybə çəkildi. Artıq kimsə iddia edə bilməz ki, on iki imamçı şiələr həzrət Mehdinin (ə) qeybi haqqında hədislər düzəltmişlər. Həzrətin qeybinin gerçəkliyi Allahın şiələrə əta etdiyi bir nemətdir.

Bəs həzrət Mehdinin (ə) qeybinin hikməti fəlsəfəsi nədir? üçün həzrət Mehdi (ə) əvvəlki imamlar tək xalq arasında aşkar yaşamamışdır? Bu sualların cavabında deyə bilərik ki, bu hadisəyə təbii bir hadisə kimi baxsaq, qeybin səbəbi kimi Abbasilərin taliblərə yönəlmiş təzyiqlərini nəzərdən qaçırmamalıyıq. Bu baxımdan, imamın xəlvətə çəkilməsi qeybi həmin dövrün imamlara qarşı günbəgün sərtləşən siyasətinin nəticəsidir. Daha aydın desək, imamlar Abbasilərin uyğun siyasətinə qarşı ixtifa qeyb üsulundan faydalanmışlar. Bu işdə əsas məqsəd son imamı dövrün təhlükəli hadisələrindən qorumaq olmuşdur. İmam Cavadın (ə) dövründən başlayaraq sum imamlara qarşı yönəldilmiş siyasi təzyiqlər günbəgün artmışdı. Bu təzyiqlər nəticəsində on ikinci imamın fəaliyyətləri son dərəcə məhdudlaşdırılmışdı. Artıq on ikinci imamın fəaliyyəti üçün heç bir şərait qalmamışdı. Belə bir məqamda Allahın iradəsi ilə həzrət Mehdi (ə) qeybə çəkildi. Doktor Casim Hüseyn bu barədə yazır: «Abbasi hökumət başçıları imamların fəaliyyətlərini məhdudlaşdırmaq fikrində idilər. Ona görə imamları öz saraylarına aparır, nəzarət altında saxlayırdılar. Onlar bu yolla imamların öz ardıcılları ilə əlaqə saxlaması imkanını aradan qaldırırdılar. İmam Rizanın (ə) dövründə imamlara qarşı başlamış məhdudlaşdırma fəaliyyətləri on birinci imamın dövründən davam etdi. Nəticədə imamlar da öz son canişinlərini mövcud şəraitdən qorumaq üçün siyasət seçdilər. İmamlar belə bir nəticəyə gəldilər ki, on birinci imamın övladı Abbasilərin nəzərlərindən gizli qalsın. O yalnız bu yolla, gizli şəkildə fəaliyyətini davam etdirə bilərdi. Hədislərdə elə bir imamın vücudu haqqında öncədən xəbər verilir ki, o, nəzərlərdən gizli qalsın, öz siyasətlərini ardıcılları arasında məxfi şəkildə yerinə yetirsin. Bu imam on ikinci imamdır. Belə tədbirlər əvvəlcədən görülmüşdür ki, imamiyyə şiələri səfirləri vasitə olaraq qəbul etməyə hazır olsunlar».

Casim Hüseynin dilindən bəyan olunmuş qeyb fəlsəfəsi İslam rəvayətlərində başqa bir formada nəql olunmuşdur. sum imamlar müxtəlif məqamlarda bu məsələyə toxunmuşlar. İndi uyğun mövzuları işıqlandıran İslami rəvayətlərə nəzər salaq. İmam Mehdinin (ə) fəlsəfəsi haqqında peyğəmbər əhli-beytinin buyuruqları ilə tanış olaq.

İLAHİ SİRLƏRDƏN BİRİ

İmam Mehdinin (ə) qeybə çəkilməsi Allahın sirlərindən biridir. Bu hadisənin əsil hikməti bəndələr üçün məxfidir. Bu məsələ yalnız həzrətin zühurundan sonra aydınlaşasıdır. Həzrət Peyğəmbər buyurur: «Ey Cabir! Bu Allahın öz bəndələrinə məxfi saxladığı işlərindən sirlərindəndir». İmam Sadiq (ə) buyurur: «Həqiqətən , Sahibul-əmr üçün (imam Mehdi (ə)) qarşısıalınmaz bir qeyb vardır. Hər batil axtaran onda şəkkə düşər. Bunun səbəbini bəyan etməyə icazəmiz yoxdur. Bu qeybin hikməti əvvəlki qeyblərin hikmətidir zühurdan sonra aydınlaşacaq. Necə ki, Xızrın körpə oğlanı öldürməsi, uçmuş divarı bərpa etməsi Musa üçün qaranlıq qalmışdı yalnız ayrıldıqda aydın oldu. Qeyb Allahın işlərindən sirlərindəndir».

SALEH İNSANLARIN SINAĞI SEÇİLMƏSİ

zi rəvayətlərdə bildirilir ki, əsrin imamının qeybinin hikməti saleh insanların xəlbirdən keçirilməsi sınağa çəkilməsidir. Əmirəl-minin Əli ibn Əbi-Talib (ə) buyurur: «And olsun Allaha, mən , bu iki övladım da şəhid olacağıq. Allah-təala axır zamanda mənim övladlarımdan birini bizim qanımızı almaq üçün ayağa qaldırar. O bir müddət qeybə çəkilər ki, xalq seçilsin, azğınlar lum olsun. İş bir yerə çatar ki, nadanlar deyər: «Allahın artıq ali-Məhəmmədlik bir işi qalmayıb».

İmam Hüseyn (ə) buyurur: «İmam Mehdi (ə) üçün qeyb dövrü vardır. Bu qeyb dövründə ziləri dindən çıxar, ziləri möhkəm dayanar. Kim bu qeyb dövründə düşmənlərin yaratdıqları çətinliklərə səbr etsə, Allah ona elə bir savab verər ki, sanki peyğəmbərlə yanaşı qılınc çəkib düşmənlərlə döyüşmüşdür».

İmam Baqir (ə) Fərəclə (zühurla) bağlı verilən sualı belə cavablandırır: «Şiələr ciddi bir ilahi imtahandan keçməyincə həzrət zühur etməyəcək». İmam Sadiq (ə) buyurur: «İmam Mehdinin (ə) qeybi şiələrin imtahana çəkilməsidir». İmam Musa ibn fər (ə) buyurur: «Bu qeyb Allah-təalanın öz bəndələrini imtahana çəkməsi üçündür.

 

İNSANLARIN ZALIMLIĞI

zi rəvayətlərdə qeybin fəlsəfəsi kimi insanların zalımlığı göstərilir. Əmirəl-minin Əli (ə) Kufə məscidində buyurdu: «Yer üzü ilahi höccətsiz olmur. Amma Allah-təala insanların zalımlığı səbəbindən onları öz höccətinin vücudundan məhrum edər».

DÜNYANIN HAZIRLIĞI

Həzrət Mehdinin (ə) sonuncu canişin bəşəriyyətin xilaskarı ünvanı ilə zühur edib yer üzündə İslamı başqa dinlərə qalib etməsi üçün, şübhəsiz ki, dünyanın hazırlığı şərait lazımdır. Belə bir məqsədin gerçəkləşməsi üçün yer üzündə münasib şərait yaranmalıdır. Buna əsasən yer üzündə hazırlığın olmamasını imam Mehdinin (ə) qeybinin fəlsəfəsi kimi qəbul edə bilərik.

DÖVRÜN ZALIMLARINA BEYƏT ƏSARƏT BOYUNDURUĞUNDAN AZAD OLMAQ

zi islami rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) qeybinin səbəbi onun bu yolla zalımların beyətindən azad olmasıdır. Həzrət heç bir zalım hakimə beyət etməmiş, onun hakimiyyətini tanımamışdır. Ona görə o qiyam edəcəyi vaxt azad olasıdır. Digər imamlar təqiyyə səbəbindən öz dövrlərinin hakimiyyətini tanımışlar. İmam Mehdi (ə) isə heç bir hökumət qarşısında öhdəçilik götürməmişdir. Əgər imam qeybə çəkilməzdisə, şübhəsiz ki, dövrün zalım hökumətlərinə beyətə vadar edilərdi.

İmam Həsən Müctəba (ə) bu barədə buyurur: «Bizim hər birimiz öz dövrümüzdə təqiyyə səbəbindən dövrün hakiminə beyət etmişik. Yalnız İsa ibn Məryəmin iqtida edəcəyi imam Mehdi (ə) belə olmayacaq. Allah onun dünyaya gəlişini məxfi saxlayacaq onu qeybə çəkəcək. O qiyam etdiyi vaxt öhdəsində heç bir hakimə beyət olmayacaq».

Digər sum imamlardan da bu mövzuda rəvayətlər nəql edilmişdir.

Müqəddəs nahiyədən Məhəmməd ibn Osman Əşri vasitəsi ilə İshaq ibn Yəquba belə bir namə gəldi. Həzrət namədə buyururdu: «Allah-təala qeybin üçünlüyü barədə buyurur: «Ey minlər! Cavabı sizə xoş gəlməyəcək şeylər barədə soruşmayın. Mənim atalarımın hamısı təqiyyəni gözlədilər öz dövrlərinin hakiminə beyət etdilər. Amma mən qeyb pərdəsi arxasında olduğumdan kimsəyə beyət etmədim. Vaxtı çatanda azad şəkildə qiyam edəcəyəm».

İMAM MEHDİNİN (Ə) QORUNMASI

Allah-təala on ikinci imamı düşmənlərin fitnələrindən qeyb vasitəsi ilə qorumuşdur. Əgər imam Mehdi (ə) qeybə çəkilməsəydi, onun qanına susamış, ata-babalarını qətlə yetirmiş abbasi xəlifələri, şübhəsiz ki, onu da şəhid edəcəkdilər. Belə olduqda yer üzü höccətsiz qalardı. İmam son imam olduğundan yer üzü höccətsiz qala bilməzdi. Bu barədə əhli-beyt imamlarından xeyli rəvayət nəql olunmuşdur. İmam Baqir (ə) buyurur: «Bizim qaimimiz üçün qiyam etməzdən qabaq qeyb vardır. Bu qeybin səbəbi onun qətlə yetirilməsinin qarşısının alınmasıdır».

Şeyx Tusi qeybin fəlsəfəsi haqqında bir neçə rəvayət nəql etdikdən sonra yazır: «Qeybin hikməti fəlsəfəsi haqqında xəbərlərdə deyilənlər əslində qeybin öz fəlsəfəsi haqqında yox, onun nəticələrinin fəlsəfəsi haqqındadır. Qeybin səbəbi isə imamın həyatının düşmənlərdən qorunması olmuşdur».

KİÇİK QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ

Qeyd etdiyimiz kimi, imam Mehdinin (ə) ixtifa dövründən imam Həsən Əsgərinin (ə) rehlətindən sonra iki növ qeybi olmuşdur. Kiçik qeyb adlanan birinci dövr ixtifa dövrü başa çatdıqdan sonra başlamış altmış doqquz il davam etmişdir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamış bu dövr hazırda da davam etməkdədir.

İmam Həsən Əsgərinin (ə) şəhadəti həzrət Mehdinin (ə) imaməti ilə başlayan kiçik qeyb dövrü həzrətin dördüncü səfiri Əbül-Həsən Əli ibn Məhəmməd Səmərinin vəfatı ilə başa çatmışdır. Bu dövrün səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək:

1. Kiçik qeyb dövrü məhdud olmuşdur yetmiş ilə qədər davam etmişdir. Bu dövr məhdud olduğu üçün kiçik qeyb dövrü adlanmışdır. Böyük qeyb dövrü hazırda da davam etdiyindən onun müddəti yalnız Allaha lum olduğundan bu dövrü böyük qeyb dövrü adlandırmışlar.

2. Kiçik qeyb dövründə imam Mehdi (ə) əksər insanlardan məxfi şəkildə yaşasa da, öz vəkilləri, səfirləri ilə təmasda olmuşdur. Hətta bu səfirlər zi insanları imam Mehdi (ə) ilə görüşdürmüşlər.

Xalq öz suallarını dörd səfir vasitəsi ilə imama çatdırmış onlardan cavab almışdır. Uyğun dövrdə müqəddəs nahiyədən dörd səfir vasitəsi ilə şiələrə göstərişlər verilmişdir.

Amma dördüncü səfir Səmərinin vəfatından sonra böyük qeyb dövründə bütün rabitələr kəsilmişdir. Səmərinin ölümündən bir neçə gün qabaq imam Mehdi (ə) ona həyatının başa çatması haqqında xəbər vermişdir. Yetmiş il əvvəl davam etmiş bu sayaq rabitələrə böyük qeyb dövründə təsadüf edilmir. İmamın bu izahatı haqqında növbəti söhbətlərimizdə danışacağıq.

3. Kiçik qeyb dövründə imamın dörd vəkil ya nümayəndəsi olmuşdur. Bu dörd şəxs üçün biri o birinin ardınca vəkillik hökmü çıxarılmışdır. İmamın digər nümayəndələri bu dörd səfirdən göstəriş almışlar. Amma kiçik qeyb dövrü başa çatdıqdan sonra xüsusi bir nümayəndə olmamışdır. sum imamların göstərdiyi şərtlərə malik olanlar həzrətin ümumi nümayəndələri sayılmaqdadırlar. Ona görə kiçik qeyb dövründən sonrakı dövrü fəqihlərin rəhbərlik ya vəkillik dövrü kimi təqdim etmək olar.

4. Kiçik qeyb dövründə zi insanlar həzrəti görüb tanıya bilərdilər. Böyük qeyb dövründə isə kimsə onu görmür, görənlər isə tanımırlar.

Hətta zi xüsusi insanlar həzrəti görüb tanısalar, bu barədə başqalarına danışmaq haqqına malik deyillər. Yalnız həzrətin öz icazəsi ilə etibarlı şəxslərə bu barədə lumat vermək olar.

İMAM HƏSƏN ƏSGƏRİNİN VƏFATINDAN SONRA FİRQƏLƏRARASI İXTİLAFLAR

Abbasi hakimləri mahiyyət etibarı ilə zülm-sitəm yolu seçmişdilər günbəgün xalq arasındakı nüfuzlarını itirirdilər. Əksinə, sum imamlar öz keçmişləri bugünki rəftarları ilə İslam ümməti arasında daha çox sevilməkdə idilər.

Abbasi hakimləri vaxt ötdükcə ictimai dayaqlarını itirirdilərsə, şiə imamları daha çox ictimai dəstək qazanırdı.

Belə bir gediş zalım abbasi hakimlərinə ağır gəldiyindən onlar günbəgün öz zülmlərini artırırdılar. Onların imamlara münasibətdə düşmənçiliyi elə bir həddə çatmışdı ki, hətta imam Həsən Əsgərinin (ə) mənzili nəzarət altına alınmışdı. Şiələr öz imamları ilə görüşməkdə çətinlik çəkirdilər. Abbasilər imam Həsən Əsgəridən dünyaya gələcək körpəni öldürmək qəsdində idilər.

Təbii ki, Abbasilərin belə siyasəti imam Həsən Əsgərini (ə) ehtiyatlı olmağa, təqiyyəni gözləməyə sövq edirdi. Bəli, imam Həsən Əsgərinin (ə) dövründə təqiyyə ən yüksək həddinə çatdı. İmam Həsən Əsgəri (ə) əvvəlki imamlardan daha çox təqiyyə edir, xüsusi ilə , imam Mehdinin (ə) dünyaya gəlişini gizli saxlayırdı.

İMAM HƏSƏN ƏSGƏRİDƏN (Ə) SONRA YENİ ŞİƏ FİRQƏLƏRİ

Həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfiliyi imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsinə münasibətdə şiələr arasında tərəddüdə səbəb oldu. Şiə əqidəsinə görə imamət məqamına seçilmək üçün on birinci imamın oğlu olmalı idi. İmam Həsən Əsgərinin (ə) övladından xəbərsiz olanlar bu barədə şəkk-şübhəyə düşdülər. Mənbələrdə bildirildiyinə görə imam Həsən Əsgəridən (ə) sonra onun ardıcılları on dörd ya on beş firqəyə bölündülər. Bu firqələrin sayının iyirmiyə çatdığını bildirənlər var.

İmam Mehdinin (ə) dünyaya gizli gəlişi gizli həyat sürməsi bir tərəfdən, imam Həsən Əsgərinin (ə) qardaşı fərin imamlıq iddiası digər bir tərəfdən şiələri çaşqın vəziyyətdə qoydu. Bu tərəddüdlü vəziyyətdən istifadə edən digər məzhəblər imamiyyə məzhəbinə yetərincə zərbələr vurdular. təzilə, əshabe-hədis, zeydiyyə ardıcılları, eləcə , Abbasilər şiəliyə qarşı əllərindən gələni etdilər.

İmam Həsən Əsgərinin (ə) vəfatından sonra şiəliyə münasibətdə tarixdə misli görünməmiş tərəddüdlər, təfriqələr ortaya çıxdı. Yuxarıda sadalanan səbəbləri əsas götürərək uyğun dövrü şiələrin pərişanlıq heyrət dövrü adlandırmaq olar.

Amma müxtəlif yollarla, eləcə , etibarlı adamlar vasitəsi ilə imam Mehdinin (ə) dünyaya gəlişinə əmin olanlar onun imaməti üzərində möhkəm dayandılar. Bu zaman kəsiyində yaranmış bütün məzhəblər az bir müddətdən sonra məhv olub getdi. Bu gün həmin firqələrin heç bir davamçısı yoxdur. Uyğun uydurma məzhəblər haqqında yalnız tarix kitablarında yazılmışdır. Hətta Şeyx Müfid dövründə bu firqələrin davamçılarından qalmamışdı. Şeyx Müfid bu barədə yazır: «Hazırda, hicri 373- ildə bizim dövrümüzdə həmin qruplardan kimsə qalmamışdır».

Söhbətimizin davamında imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra meydana çıxmış firqələrlə tanış olacağıq.

İMAM HADİNİN (Ə) OĞLU FƏRİN İMAMLIĞINA ETİQAD

İmam Həsən Əsgəridən sonra onun qardaşı fərin imamlığına inanlar dörd qrupa bölündülər:

Bir qrup dedi ki, imam Həsən Əsgərinin (ə) qardaşı imamdır. Onlar bu əqidələrinə əsas olaraq imam Həsən Əsgərinin (ə) vəsiyyətini yox, imamdan sonra övladının qalmamasını əsas götürürdülər. Onlar çarəsizlikdən fərin imamətə çatdığını qəbul edirdilər.

ziləri isə iddia edirdilər ki, imam Həsən Əsgəri (ə) fərin imaməti barədə vəsiyyət etmiş onu öz canişini yin etmişdir. Bu firqə zi başqa firqələr kimi fəri on ikinci imam sayırdı.

ziləri isə fərin atasından irsi olaraq, imamət qazandığını iddia edirdilər. Onlar hətta imam Həsən Əsgərinin (ə) övladı olmadığını güman edərək onun özünün imamətini yanlış sayırdılar. Bildirirdilər ki, imam yalnız övladı olan şəxs ola bilər. Belə bir qənaətə gəlirdilər ki, imam Hadidən (ə) sonra onun canişini fər olmalı imiş. Beləcə fər on birinci imam kimi qəbul edilirdi.

ziləri isə iddia edirdilər ki, imamlıq fərə atasının dövründə həyatını dəyişmiş qardaşı Məhəmməddən irs qalmışdır. Guya imam Hadi (ə) vəsiyyət edibmiş ki, ondan sonra oğlu Məhəmməd imamət məqamına çatasıdır. Amma Məhəmməd vəfat etdiyindən çarəsiz qalan imam vəsiyyətini öz az yaşlı qulamı Nəfisə etmişdir. Guya imam Hadi (ə) müsəlmanların ehtiyaclı olduğu kitabları, bilikləri, döyüş ləvazimatlarını ona vəsiyyət etmişdir tapşırmışdır ki, əgər imam Hadi (ə) dünyasını dəyişsə, bütün bunları qardaşı fərə versin.

Bu insanlar imam Həsən Əsgərinin (ə) imamlığını qəbul etməmişlər. Onların nəzərincə, imam Hadi (ə) imam Həsən Əsgərini (ə) yox, digər oğlu Məhəmmədi on birinci imam yin etmiş fərin canişinliyini təsdiqləmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ

 
user comment