Azəri
Sunday 21st of July 2024
0
نفر 0

RƏVAYƏTLƏRDƏ DOĞRU YOL


İmam Əsgəri (ə) namazın bu cümləsi haqqında buyurur: “Namaz qılan bu sözlə keçmişdəki kimi gələcək üçün də bəndəlik tövfiqi istəyir. Doğru yol dar baxışlardan uca, ifrat pərvazlardan aşağı olan bir yoldur.”[304]
İmam Sadiq (ə) buyurur: “Doğru yol odur ki, insanı ilahi eşqə və dinə sövq etsin, dində şəxsi səliqələrdən və həvəslərdən uzaqlaşdırsın.”[305]
“Biharul-ənvar” kitabında 56 hədisdə bildirilir ki, pak imamlar, mə’sum ilahi övliyalar və onların həqiqi ardıcılları doğru yolun canlı nümunələridir. Çünki, onların qəzəbi, məhəbbəti, döyüşü, sülhü, ibadəti, düşüncəsi və əməlləri Allahın göstərişlərinə uyğun və düzgün yoldadır. Bu dünyada onlara bey’ət etmək çətin və məs’uliyyətli işdir. Cəhənnəm üzərində olan tükdən nazik, qılıncdan da iti axirət yolu kimi![306] Axirət yolu da dünya yolunun bir təcəssümüdür. Bu dünyada doğru yolda olanlar axirət yolundan asanlıqla və tez keçəcəklər. İfratçı və təfritçi insanlar axirətdə çətinlik çəkəcəklər. 
Həzrət Əli (ə) doğru yoldan azıb ifrat və təfritə qapılmış şəxsləri belə təsvir edir:
“Arzuların arxasınca tamahkar kimi gedir, tamahına görə həris görünür, mə’yus olduqda təəssüfdən ölür, narahat olduqda qəzəbi tufan qoparır, şadlıqda məst olur, çoxlu pul onu qəddarlaşdırır, çətinlik onu nankorluğa vadar edir, çatışmazlıq onun üçün ziyandır, rifah ona çətinlik yaradır.[307]
İfrat və təfrit cəhalətdən qaynaqlanır. Əlbəttə, ifrat və təfriti müəyyənləşdirmək çətindir. Hamı özünü orta həddə və ağıllı hesab edib, özgələri ittiham edir. Həmin ittiham zamanı da ifrat və ya təfritə varılır. Lakin ilahi övliyalar və peyğəmbərlər məktəbində tərbiyə alanlar bütün mühakimələrdə haqq me’yarı əsasında əməl edirlər. 
İFRAT VƏ TƏFRİT NÜMUNƏLƏRİ
Düzgün yoldan büdrəmə haqqında bir çox hədislər nəql olunmuşdur. Burada ifrat və təfritlə bağlı olan bir neçə nümunəyə işarə edirik:
1. Həzrət Əli (ə) insanların tə’rif edilməsi barəsində buyurur: “Layiq olduğundan çox tə’rifləmək yaltaqlıq, az tə’rifləmək isə paxıllıqdır!”[308]
2. İfrat danlamaq barəsində buyurur: “İfrat danlaq inadkarlıq odunu alovlandırır.”[309]
3. Qur’an infaq ölçüsü ilə bağlı buyurur: “Onlar infaq edərkən nə israfçılıq, nə də xəsislik edər, orta bir yol tutarlar.”[310]
“SİRATƏLLƏZİNƏ ƏN’ƏMTƏ ƏLƏYHİM”
“(Bizi) ne’mət verdiyin kəslərin yoluna (hidayət et).”
Yolu arzulanan şəxslər başqa bir ayədə daha aydın tanıtdırılır: “Allaha və peyğəmbərə (s) itaət edənlər Allahın ne’mət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”[311]
Gün ərzində bir neçə dəfə bu ayəni oxuyub Allahdan istəyirik ki, bizi uyğun dörd zümrəyə daxil etsin. “Təfsiri Nümunə”də oxuyuruq:
“Uyğun dörd zümrədən (nəbilər, siddiqlər, şəhidlər, salehlər) bu mə’na anlaşıla bilər ki, sağlam, inkişaf etmiş və mö’min bir cəmiyyət hazırlamaq üçün öncə peyğəmbərlər və haqq rəhbərlər meydana daxil olmalıdır. Onların ardınca sözləri ilə əməlləri uyğunlaşan siddiq (ən doğruçu) təbliğatçılar peyğəmbərlərin hədəfini gerçəkləşdirmək üçün işə qatılmalıdır. 
Quruculuq dövründə haqq yola maneçilik törətmək istəyənlər peyda olacaq. Bu şəxslərə qarşı qiyam edilməli və bir dəstə şəhid olub öz pak qanı ilə tövhid ağacını suvarmalıdır. 
Dördüncü mərhələdə çəkilmiş əziyyətlərin bəhrəsi olaraq saleh, pak və ləyaqətli cəmiyyət yaranır.[312]
Maraqlıdır ki, “Biharul-ənvar” kitabında bir çox rəvayətlərdə şəhidlər, siddiqlər və salehlər üçün ən kamil nümunə mə’sum imamlar (ə) göstərilmişdir.[313]
Namazda belə bir istək fikir, əxlaq və əməldə uyğun dörd zümrəyə itaətlə müşayiət olunmalıdır. İlahi lütfə çatmış şəxs nə zillətə düçar olur, nə də zalımları himayə edir. Həzrət Musa (ə) dedi: “Ey Rəbbim, mənə bəxş etdiyin ne’mətə görə əsla günahkarlara arxa olmayacağam!”[314]
Buradan namaz qılanın düşüncə və əməl baxımından tutduğu istiqamət müəyyənləşir. O, həmin uca insanların yolunda olmağı Allahdan diləyir. 


[304]“Bihar”, 24-ci cild, səh.9. 
[305]“Bihar”, 24-ci cild, səh.9. 
[306]bax: “Bihar”, 8-ci cild, səh.65. 
[307]“Nəhcül-bəlağə”, 108-ci hikmət. 
[308]“Nəhcül-bəlağə”, Sübhi Saleh, 347-ci hikmət. 
[309]“Mizanul-hikmət”, 8-ci cild, səh.546. 
[310]“Furqan” surəsi, ayə 67. 
[311]“Nisa” surəsi, ayə 69. 
[312]“Təfsiri Nümunə”, 1-ci cild, səh.53. 
[313]bax: “Bihar”, 24-cü cild, səh.30-dan sonra. 
[314]“Qəsəs” surəsi, ayə 17. 



source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI

 
user comment