Azəri
Monday 22nd of July 2024
0
نفر 0

ARDICIL TƏSBİH GÖSTƏRİŞİ

 Həzrət Peyğəmbər (s) Allah tərəfindən xüsusi tərbiyə almış və Ona xüsusi inayət (diqqət) olmuşdur. Eyni zamanda onun ixtiyarında Allah tərəfindən xüsusi proqramlar qoyulmuşdur. Ona digər göstərişlərdən daha çox təsbih göstərişi verilmişdir. Qur’an ayələrinə nəzər saldıqda görürük ki, Allahın peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır. Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:
1. “Günəş doğmamışdan və batmamışdan əvvəl...”[376]
2. “Gecə və’dəsində və günorta radələrində...”[377]
3. “...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”[378]
4. “Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”[379]
Bütün bunlar “subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir. İmam Səccad (ə) buyurur: “Bəndə “subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”
QUNUT
“Qunut” dedikdə itaət, dua, Allahı düşünmək və namaz zamanı müt’ilik mə’naları anlaşılır. Qunut namazda əlləri üzədək qaldırıb dua etməkdir. Qunut namazda müstəhəb əməllərdəndir. Amma mərhum Səduq onu vacib hesab edir.
Rəvayətlərə əsasən cümə, sübh və məğrib namazında qunut tutmaq daha çox tə’kid olunmuşdur. Qunutda xüsusi bir duaya ehtiyac yoxdur. İmam Sadiq (ə) buyurur ki, hər bir dua yaxşıdır.[380] Lakin bə’zi dualar daha çox tövsiyə olunmuşdur.
Allahın rəsulu (s) namazlarda qunutu uzatmağı tövsiyə etmiş və bunu qiyamət hesabının asanlığı üçün səbəb saymışdır.[381] Rəvayətlərdə göstərilir ki, ən yaxşı namaz uzun qunutu olan namazdır.[382]
Qunut yalvarış halı və Allahdan hacət istəməkdir. Bu vaxt gözəl dualar və uca hacətlərin zikr olunması daha yaxşıdır. Bə’zi alimlər (hacı Molla Hadi Səbzvari) gecə namazının qunutunda “Cuşən kəbir” duasını oxuyurdular. Bu dua çox uzun bir duadır. Bu duada Allahın 1000 adı və sifəti zikr olunur. Belə namaz Allaha və Onunla münacata eşq nişanəsidir.
TƏŞƏHHÜD
Təşəhhüd namazda vacib əməllərdəndir. Hər iki rəkətdən sonra (məğrib namazında üçüncü rəkətdən sonra) oturub təşəhhüd demək lazımdır. Təşəhhüd zamanı Allahın təkliyinə, Peyğəmbərin (s) risalətinə şəhadət verilir və salavat çəkilir.
Təşəhhüd halında dizlər üstə oturulmalı, sağ ayağın üstü sol ayağın içinə yapışmalıdır. Ağırlığın sol tərəfə salınması daha yaxşıdır.
Qur’an terminologiyasında sağ haqq, sol isə batil simvoludur. Əmirəl-mö’minin (ə) “nə üçün sağ ayaq sol ayağın üzərinə qoyulmalıdır” sualını cavablandırarkən bu əmələ belə izah verir: “İlahi, batili məhv et, haqqı dirçəlt.”[383]
Təşəhhüd namazın əvvəlində azan və iqamədə deyilən şüar və şəhadəti təkrarlamaqdır. Bu əvvəldə qeyd etdiyimiz doğru yol xəttini yada salmaq üçündür.[384]
Təşəhhüddə Allahın təkliyinə şəhadət Peyğəmbərin (s) risalətinə şəhadətlə yanaşıdır. Bu tövhid və bəndəliklə nübüvvət və rəhbərliyin bir-birinə bağlı olmasını göstərir.
Həmd surəsində cəm şəkildə bəndəlik nümayiş olunur və kömək dilənir. Təşəhhüddə isə tək halda şəhadət verilir. Sanki hər kəs öz dərin e’tiqad və agahlığı ilə şəhadət verib Allah və Onun rəsulu (s) ilə bey’ətini təzələməlidir.
Həzrət Məhəmmədin (s) bəndəlik və risalətinə şəhadətdə onun uca məqamı gizlənmişdir. Çünki Allah onun risalətinə şəhadəti tövhidlə yanaşı qərar vermişdir. Eyni zamanda bu şəhadət namaz qılanın ilahi rəhbərlik xətti ilə bağlılığını çatdırır və qədirdanlığı ifadə edir. Bu şəhadət vasitəsi ilə həm də bəndəliyin peyğəmbərlikdən (öncə “əbduhu”, sonra “rəsuluhu”) müqəddəm olduğu önə çəkilir. Peyğəmbərin (s) bəndəliyi onun risalət rəmzidir. Çünki o həqiqi Allah bəndəsi olub peyğəmbərlik məqamına seçilmişdir.
Təşəhhüdün digər bir cümləsi salavatdır. Peyğəmbər (s) və onun ailəsinə salam göndərmək İslamın, xüsusi ilə də şiəliyin şüarıdır. Salavatsız namaz naqisdir. Amma sünnə əhli təşəhhüddə bu cümləni oxumur. Bununla belə sünni rəhbərlərindən olan imam Şafeyi bir şe’rdə belə deyir: “Ey Peyğəmbər (s) ailəsi! Sizə məhəbbət bizə vacibdir. Allah bunu Qur’anda nazil etmişdir. Sizə salavatsız namazın namaz olmaması böyük əzəmət sahibi olmağınızın sübutu üçün yetər.”[385] Peyğəmbər (s) və onun ailəsinə göndərilən salavat haqqında sünnə əhlinin təfsir, fiqh və hədis kitablarında çoxsaylı hədislər nəql olunmuşdur. “Səhihi-Buxari”də nəql olunur ki, Peyğəmbərdən (s) soruşuldu: “Biz hansı şəkildə salavat göndərək?” Həzrət (s) buyurdu: “Deyin ki, “Əllahummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd.”[386]
Təəssüf ki, bu hədisi nəql edərkən “ali-Muhəmməd” kəlməsini yazmamışdır!
Digər hədislərdə də “ali-Muhəmməd” kəlməsi peyğəmbərin adı ilə yanaşı gəlmişdir.[387] Hədislərdə Həzrət Məhəmmədə (s) salavat göndərən zaman onun Əhli-beytini (ə) yaddan çıxaranlar pislənilmişdir.[388]
Peyğəmbərin (s) Əhli-beytinə (ə) salam göndərənlər alqışlanmış və onların Peyğəmbərə (s) yaxınlaşıb, şəfaət mükafatına çatacaqları bəyan olunmuşdur.[389]
Rəvayətdə deyilir: İmam Baqir (ə) Kə’bəyə sarılıb yalnız Peyğəmbərə (s) salavat göndərən (Əhli-beyti yaddan çıxaran) şəxsə buyurur: Bu, bizə zülmdür.[390] Başqa bir rəvayətdə belə bir salavatın naqis olduğu bəyan olunur.[391]
Hər halda salavat zamanı Peyğəmbər (s) ailəsini yad etmək qədirdanlıqdır və həzrətin (s) öz tövsiyəsinə əməldir.[392]
Hədislərə əsasən Həzrət Məhəmməd (s) və onun ailəsinə salavat qiyamət yolunu işıqlandıran nura çevrilir. Bizim salamlarımız Peyğəmbərə çatır və o cavab verir. Salavat günahların kəffarəsi və paklanma səbəbidir.[393]
Başqa bir hədisdə deyilir: “Birlikdə və uca səslə salavat göndərin ki, aranızdakı riya məhv olsun.”[394]
Allahın rəsulu (s) buyurub: “Mənə salavat göndərmək duaların qəbul olması, Allahın razılığı, paklıq və əməllərin inkişaf səbəbidir.”[395] Rəvayətdə göstərilir ki, hər kəs Peyğəmbərə (s) salavat göndərsə, Allah və məlaikələr ona salavat göndərər. Bu şəxs qiyamət günü peyğəmbərə (s) ən yaxın şəxslərdən olar.[396]
Namazın təşəhhüdündə salavatın çəkilməsi onun əhəmiyyətini göstərir. Salavatın bir belə mükafatı olduğunu bildik. İndi isə biz də bu mükafata çatmaq üçün təkrar edirik:
Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Salam
Təşəhhüddən sonra namazın sonunda üç salam var.
İlk salam Allahın rəsuluna (s), ikinci salam özümüzə və Allahın saleh bəndələrinə, üçüncü salam isə bütün mələklərə, mö’minlərə və sair mövcudlara ünvanlanmışdır.
Salam salamatlıq, xeyir və bərəkət istəyidir. “Salam” Allahın adlarından biridir.[397] Yə’ni Allah bizə xeyir, lütf və bərəkət verir.[398]
Namazda Peyğəmbərə (s) göndərilən salam ilahi bərəkət və rəhmətlə yanaşıdır. Bu salamın ən gözəl formasıdır.
“Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh.”
Bizi hidayət etdiyi, Allahı tanıtdırdığı, Ona yaxınlaşdırdığı üçün qədirdanlıq olaraq Peyğəmbərə (s) salam göndəririk.
Namaz qılan şəxs namaz zamanı bütün mö’minlərə, saleh bəndələrə və özünə salam verməklə tənha qalmadığını, böyük İslam ümmətindən olduğunu, yerin istənilən bir yerində mö’minlərlə yaxınlığını hiss edir.
SALAMA BİR BAXIŞ
Salam namazdan əlavə müsəlmanların islami cəmiyyətdə ünsiyyət və ədəb qaydalarındandır. Salam məhəbbət və dostluq səbəbidir. Salam təvazö nişanəsidir, həm də böyük mükafatla nəticələnir.
Allah behişt əhlinə salam göndərir;[399]
Allah-təala Peyğəmbərə (s) göstəriş verir ki, mö’minlərlə qarşılaşarkən onlara salam versin;[400]
Mələklər nicat tapmışlara salam verirlər;[401]
Behişt əhli bir-birləri ilə qarşılaşdıqda salam deyirlər.[402]
Bunlar salam barəsində danışılan ayələrin bir hissəsi idi.
Salam, onun mükafatı və keyfiyyəti haqda bir çox hədislər zikr olunmuşdur. Burada bir neçə nümunə ilə kifayətlənirik:
“Ən xəsis insan xəsisliklə salam verən şəxsdir.”[403]
İmam Sadiq (ə) hamıya salam verməyi təvazö və təkəbbürdən uzaqlıq hesab edir.[404]
Bə’zən salam vermək təşviq, salam verməmək bir növ danlaq və nəhy əz münkər hesab olunur. İslam peyğəmbəri (s) buyurur: “Məst, heykəltəraş, qumarbaz və bu kimi şəxslərə salam verməyin.”[405]
Başqa bir hədisdə deyilir: “İlahi lütfə və girami Peyğəmbər (s) əxlaqına ən yaxın şəxs öncə salam verən şəxsdir.”[406] İmam Riza (ə) buyurur: “Salam verərkən (yaxud salamın cavabını alarkən) varlı ilə kasıb arasında fərq qoyan şəxs qiyamət günü Allahın qəzəbinə düçar olar.”[407]
Salam vermək müstəhəb, salamın cavabını almaq vacibdir. Verilmiş salama nisbətən daha gözəl cavab vermək bəyənilmişdir. Qur’an buyurur: “Sizi “salam” ilə salamlasalar, ondan daha yaxşı salamlayın, ya da ona bənzər (salamla) cavab verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.”[408]
Salam vermək kiçikliyə səbəb olmur. Əksinə, bu iş izzət və sevimlilik səbəbidir.
Allahın Rəsulu (s) hamıya, hətta uşaqlara salam verir və bu işlə fəxr edirdi.[409]
Hədisdə deyilir: “Bir salam üçün 70 savab var. 69 savab salam verən şəxsin, bir savab isə cavab verən şəxsin payına düşür.”[410]
Qur’an göstəriş verir: “Evlərə girəndə bir-birinizə salam verin. Bu Allah tərəfindən pak və mübarək salamdır.”[411] İmam Baqir (ə) bu ayəni belə təfsir edir: “Məqsəd insanın ev əhlinə salam verməsidir.”[412] Çünki zövcə və övladlar insan üçün öz canı kimidir. Qur’an baxımından bu növ münasibət pak və mübarək münasibətdir, eyni zamanda həyat səfası olub narahatlığı aradan qaldırır.
Salam əskiklik yox, iftixar səbəbidir. Amma daha yaxşı olar ki, uşaq böyüyə, ötüb-keçən dayanana, az dəstə çox dəstəyə salam versin.[413]
Əmirəl-mö’minindən (ə) bir rəvayətlə salam mövzusunu sona çatdırırıq. Həzrət (s) buyurur: “Allahın rəsulu (s) qadınlara və kişilərə salam verirdi.” Amma həzrət Əli (ə) özü cavan qadınlara salam vermirdi. O həzrət buyurur: “Qorxuram onların yumşaq cavabı mənə tə’sir etsin və savabdan çox vəsvəsəyə düçar olam.”
Əllamə Məclisi bu hədisi belə izah edir: “Həzrət (s) bu əməllə ümmətə öyrətmək istəyirdi ki, cavan qadınlarla əlaqələri azaltsınlar. Əslində mə’sum imam heç zaman vəsvəsəyə düçar olmur.”[414]
TƏ’QİBAT (NAMAZDAN SONRA MÜSTƏHƏB ƏMƏLLƏR) VƏ NAFİLƏLƏR (MÜSTƏHƏB NAMAZLAR)
Namaz Allah qarşısında hazır olmaq və Onun öz bəndələrini də’vət etdiyi mə’nəvi ziyafətdə iştirak etməkdir.
Ziyafət zamanı qonaq qarşılanır və müşayiət olunur. Qonaq nə qədər hörmətli olsa, qarşılaşma və müşayiət mərasimi bir o qədər əzəmətli olur. Namaz da belədir. Mə’sum rəhbərlərimiz namazdan qabaq özlərini namaza hazırlayırdılar. Onlar namazdan sonra tə’qibatla (namazdan sonrakı müstəhəb əməllər) məşğul olur və qəlblərini Allahdan ayırmırdılar. Dodaqları Allaha təsbihdən ayrılmır, üzləri qiblədən çevrilmirdi. Onlar namazı “gözlərinin nuru” bilmirdilərmi?! İnsan qəlbini “göz işığından” asanlıqla ayıra bilərmi?!
Azan və iqamə bir növ namazı qarşılamaqdır. Tə’qibat (namazdan sonrakı müstəhəb əməllər) isə onu müşayiət etmək.
Tə’qibat və namazdan sonrakı dualara e’tinasızlıq namaza biganəlik nişanəsidir. Necə ki, rəvayətlərdə məscidə tez gedib, namazı gözləmək tövsiyə edilir. Namaz intizarında olan şəxs Allahın qonağı adlandırılır.[415] Namazdan sonra müstəhəb əməllər və dualar etmək tövsiyə olunur. Qur’an buyurur: “Elə ki, azad oldun, başqa işlə məşğul ol və Rəbbinə rəğbət göstər.”[416] İndi isə tə’qibata aid bə’zi nöqtələri qeyd edək:
NAMAZIN TƏ’QİBATI
İmam Sadiq (ə) buyurur: “Vacib namazı qurtaran kimi dua və namazın tə’qibatına (namazdan sonrakı müstəhəb əməllərə) başla.”[417] “Sübh, zöhr və məğrib namazından sonra dua qəbul olar.”[418] “Həzrət Zəhranın (s) təsbihatı (34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah”) Allah yanında 1000 rəkət müstəhəb namazdan yaxşıdır.”[419]
Hədisdə deyilir: “Bu təsbihləri deyən şəxs “Əhzab” surəsinin 41-ci ayəsinə (“Allahı çox zikr edin”) əməl etmiş olur.”[420]
Əlbəttə, dua və tə’qibatın öz yeri, iş-gücün öz yeri var. Bu iki iş bir-birinə mane olmur. Bə’ziləri elə düşünür ki, dua əvəzinə iş dalınca getsələr daha çox müvəffəq olacaqlar. Allahın rəsulu (s) buyurur: “Sübh namazından sonra dua yaşayış və ruzi üçün çox tə’sirlidir.”
SALAM VƏ LƏ’NƏT
Kamil və saleh insanlara salavat göndərmək, küfr başçılarını və şirk təzahürlərini lə’nətləmək tə’qibatlardandır.
Namazdan sonrakı dualarda həm müxtəlif salavatlarla, həm də müxtəlif lə’nətlərlə rastlaşırıq. Bu canlı və yönümlü bir məktəbdə təvəlla və təbərra (Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik) nümunəsidir. Haqqında danışılan salavatlar öz yerində, hətta bir çox nümunələrdə “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” sözləri bir namaz tə’qibatı (namaz ardınca dua) kimi bəyan olunmuşdur.
Lə’nət barəsində imam Baqir (ə) buyurur: “Vacib namazı qurtararkən Bəni-Üməyyəyə lə’nət oxumamış yerindən qalxma.”[421]
Çünki bu alçaq tayfa tağut nümunəsi, mə’sum rəhbərlər və peyğəmbər ailəsi ilə müxalifət simvoludur. Bu tayfa hər növ nifrətə layiqdir!
İmam Sadiq (ə) hər namazdan sonra dörd kişi və dörd qadına (imamət məqamının inadkar düşmənlərinə) lə’nət və nifrin edirdi.[422]
İslamın ibadi göstərişlərlə yanaşı zalımları lə’nətləmək tapşırığı verməsi necə də dəyərlidir. Namaz, həcc və sair ibadətlər müşriklər, münafiqlər və kafirlərə nifrət e’lanı ilə yanaşıdır.
Demək, ilahi rəhbərlik xəttinin müxalifləri və Allah düşmənlərinə lə’nət bir növ namazın tə’qibatlarındandır.


 [376]bax: “Taha” surəsi, ayə 130.
[377]bax: “Taha” surəsi, ayə 130.
[378]“Ğafir” surəsi, ayə 55.
[379]“Tur” surəsi, ayə 48.
[380]bax: Qunut barəsində deyilənlər: “Cəvahir”, 10-cu cild, səh.352 və 362.
[381]bax: “Bihar”, 82-ci cild, səh.199; “Cəvahir”, 10-cu cild, səh.367.
[382]bax: “Bihar”, 82-ci cild, səh.206, bu kitabda qunut barəsində xeyli hədis nəql olunmuşdur.
[383]bax: “Vəsail”, 4-ci cild, səh.988; “Bihar”, 82-ci cild, səh.283.
[384]İmam Rizadan (ə) nəql olunmuş bir hədisin məzmunu, “Bihar”, 82-ci cild, səh.284.
[385]“Əl-Ğədir”, 2-ci cild, səh.303.
[386]“Səhihi Buxari”, 8-ci cild, Məhəmmədə salam babı.
[387]“Təfsiri Fəxr Razi”, 25-ci cild, səh.227; “Kənzul-ummal”, 1-ci cild, səh.495.
[388]bax: “Vəsail”, 4-ci cild, səh.1219; “Bihar”, 91-ci cild, səh.48.
[389]bax: “Vəsail”, 4-ci cild, səh.1221.
[390]“Vəsail”, 4-ci cild, səh.1218.
[391]bax: “Vəsail”, 4-ci cild, səh.1222.
[392]bax: “Kənzul-ummal”, 1-ci cild, səh.488 və 489; “Bihar”, 91-ci cild.
[393]bax: “Cameyi-kəbirə” ziyarəti; “Kənzul-ummal”, 1-ci cild, səh.492.
[394]bax: “Qisarul-cuməl”.
[395]“Bihar”, 91-ci cild, səh.64 və 65.
[396]bax: “Bihar”, 91-ci cild, səh.64 və 65.
[397]bax: “Həşr” surəsi, ayə 22.
[398]“Əl-Mizan”, 19-cu cild, səh.256.
[399]bax: “Yasin” surəsi, ayə 56.
[400]bax: “Ən’am” surəsi, ayə 54.
[401]bax: “Rə’d” surəsi, ayə 24.
[402]bax: “İbrahim” surəsi, ayə 23.
[403]bax: “Bihar”, 73-cü cild, səh.4.
[404]bax: “Bihar”, 73-cü cild, səh.3.
[405]bax: “Bihar”, 73-cü cild, səh.8.
[406]bax: “Bihar”, 73-cü cild, səh.12.
[407]“Qisarul-cuməl”, 1-ci cild, səh.321.
[408]“Nisa” surəsi, ayə 86.
[409]bax: “Bihar”, 73-cü cild, səh.10.
[410]“Bihar”, 73-cü cild, səh.11.
[411]“Nur” surəsi, ayə 61.
[412]bax: “Təfsiri Nümunə”, 14-cü cild, səh.553.
[413]bax: “Mizanul-hikmə”, 4-cü cild, səh.538.
[414]bax: “Bihar”, 4-cü cild, səh.335.
[415]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.
[416]bax: “İnşirah” surəsi, ayə 7.
[417]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.
[418]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.
[419]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.336.
[420]“Vəsail”, 4-cü cild, səh.1023.
[421]“Vafi”, 2-ci cild, səh.121.
[422]bax: “Vəsailuş-şiə”, 4-ci cild, səh.1037.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment