Azəri
Thursday 18th of July 2024
0
نفر 0

“Yüzminlik imza kampaniyası”na dəstək bəyanatı

“Yüzminlik imza kampaniyası”na dəstək bəyanatı

 Haqq Yolu Elm və Mədəniyyət İnstitutu (HYEMİ), Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi (HHQM MK), Mübariz Ruhanilər Cəmiyyəti (MRC) Azərbaycan Respublikasında DEVAMM-ın təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqədar kampaniya tədbirini müzakirə etmiş və vaxtında atılmış bu zəruri addımla bağlı bəyanat yaymışdır.

 

 

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Haqq Yolu Elm və Mədəniyyət İnstitutu (HYEMİ), Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi (HHQM MK), Mübariz Ruhanilər Cəmiyyəti (MRC) Azərbaycan Respublikasında DEVAMM-ın təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqədar kampaniya tədbirini müzakirə etmiş və vaxtında atılmış bu zəruri addımla bağlı bəyanat yaymışdır.


Bəyanatın mətni:

 

 


Rəhman və Rəhim Allahın adı ilə

 

 

Haqq Yolu EMİ, HHQM MK və MRC Azərbaycan Respublikasının tanınmış ilahiyyatçı alimi Hacı İlqar İbrahimoğlunun rəhbərliyi altında DEVAMM-ın orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqədar kampaniya tədbirini dəstəkləyir və bu kampaniyaya qatılır. Bu mühüm tədbirin təşkilinə görə DEVAMM və onun rəhbərliyinə dərin minnətdarlığımızı bildirib diqqəti bir neçə zəruri nöqtəyə yönəldirik:


1.Azərbaycan Respublikasında qeyri-rəsmi Hicab Qadağası artıq son illərdə gündəmdən düşməyən qlobal anti-islam layihənin tərkib hissəsidir. Bu qadağadan öncə şəxsiyyət vəsiqələrində örtüklü fotonun yasaqlanması, azana qadağa, məscidlərin sökülməsi, dövri surətdə təhsil ocaqları və müəssisələrdə hicab qadağası, ümumiyyətlə dindarların seçib-seçilmək kimi ibtidai insan haqlarının məhdudlaşdırılması, sonda ruhani-tələbələrin, fəal dindarların şərlənərək həbsə alınması sübuta yetirir ki, Hicab Qadağası lokal bir problem deyil və Böyük Azərbaycan Xalqı bu kampaniyanın ardınca digər haqlarının müdafiəsinə qalxasıdır. Bu gün dini inancına görə 37 vətəndaş həbsdədir. Xalq onların taleyinə biganə qala bilməz.


2. “Yüzminlik imza kampaniyası kimə lazımdır?” kontekstində müxalifət qəbuledilməzdir və heç şübhəsiz dini kəsimin istəklərinə cavab vermir. Bəziləri düşünür ki, Hicab Qadağasının qabardılması Hicab Məhbuslarının yaddan çıxması ilə sonuclanacaq. Hicab qadağasının ləğvi və Hicab Məhbuslarının azadlığı sıx bağlı olan iki zəruri tələb və vəzifədir – eynən namaz və oruc kimi. Çox zaman bilərləkdən ya bilməyərəkdən “namazsız oruc, orucsuz namaz qəbul deyil” deyərək İslamdakı tədricilik prinsipini nəzərə almamış və milyonlarla insanı dini vəzifələrin icrasından çəkindirmişlər. Biz deyə bilmərik ki, hicab qadağası götürülməsə hicab məhbuslarının azadlığa çıxmasını istəmirik. Deyə bilmərik ki, hicab məhbusları azad olmasa, hicab qadağasının ləğvini istəmirik. Bu vəzifələr namaz və oruc kimi Allah tərəfindən təyin olunmuşdur və biz yalnız vəzifəmizi yerinə yetiririk.


3. Prezidentə müraciət o demək deyil ki, Qadir Allahın Azad Bəndələri kiməsə yalvarışla ağız açır, öz haqqını dilənir. Müsəlmanların, ruhaniyyətin izzət və şərəfi yol vermir ki, dini kəsim Allahdan qeyrisinin qarşısında əyilsin. Şübhəsiz ki, kampaniyanın gedişi boyu müsəlmanlar başını dik tutacaq və öz haqqını güzəştə getməyəcək.


4. Biz “Yüzminlik imza kampaniyası”na qatılmaqla yanaşı İslam Partiyasının etiraz aksiyalarını dəstəkləyir, parlamentdən yüz min səs üzərində dayanmış haqqımızı tələb edirik.


5. Azərbaycan Respublikasında qeyri-rəsmi Hicab Qadağasını qüvvəyə mindirən və bu işin arxasında duranların tezliklə qanun çərçivəsində cəzalandırılmasını tələb edirik.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment