Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən Nəsrullahın tarixi çıxışı

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hizbullah Müqavimət Hərakatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyid Həsən Nəsrullah həm Hizbullahın İsrail rejimi üzərində qələbənin 10 illiyi münasibətilə, həm də Qərbi Asiya (Yaxın Şərq) regionunda yaşanan son hadisələrlə bağlı cümə günü çıxış edib. O, Hizbullah və bütün müsəlmanlar üzə
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən Nəsrullahın tarixi çıxışı

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hizbullah Müqavimət Hərakatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyid Həsən Nəsrullah həm Hizbullahın İsrail rejimi üzərində qələbənin 10 illiyi münasibətilə, həm də Qərbi Asiya (Yaxın Şərq) regionunda yaşanan son hadisələrlə bağlı cümə günü çıxış edib.

O, Hizbullah və bütün müsəlmanlar üzərində oynanılması istənilən oyunlara diqqət çəkərək bildirib ki, müsəlmanlar üçün məğlubiyyət dövrü bitmişdir. H.Nəsrullahın çıxışının əsas mətnini təqdim edirik:

   “Bismilləhir Rahmənir Rahim!

Allahın yardımı və inayətilə qələbə şərəfi və qüruru yaşadıq. Sionist düşmənə qarşı müharibədə bizi müdafiə edən və bizdən köməyini əsirgəməyən Allaha həmd olsun! Müqavimətin qurduğu ordu , xalq, dövlət xəttinə dəstək verən və bu müqavimətin yanında dayanan hər kəsə minnətdarıq.

İsrailin “İyul 2006” hədəf və maraqları çox böyük idi. Biz bu hədəflərinə mane olaraq qələbə qazandıq. 2006 İyulunda İsrail icrasını üzərinə götürdüyü Amerika qərarlarına görə Livanla müharibə etdi. Bizi torpağa basdırıb silahlarımızı əlimizdən alacaqdılar. Bizim fəaliyyətlərimizi məhdudlaşdıracaqdılar. Planları bu idi. Bütün bunlar C.Raysın elan etdiyi “Yeni Yaxın Şərq” planı çərçivəsində həyata keçirilirdi. Əvvəlcə, Hizbullahı, sonra Suriyanı, sonda da bütün Fələstin müqavimət qruplarını məhv edəcəkdilər. Fəqət bacarmadılar! Hizbullah həmin gün müdafiə mövqeyində idi və Hizbullahın planları düşməni hədəflərindən geri çəkilməyə vadar etmək idi. Bu müharibədən sonra İsrail hərbi, iqtisadi və siyasi baxımdan çox böyük yaralar aldı.

2006 Qələbəmiz İsrail ordusunda ənənəvi Ben Qurion təlimlərini yerlə bir etdi. 2006-dan bəri İsral hələ də işğal altında saxladığı torpaqlarda hər hansı döyüşdə heç cür qələbə qazana bilmədi. Sionistlər 2006-dan sonrakı Qəzza müharibəsində hədəflərini açıq şəkildə elan edə bilmədilər. Çünki ondan əvvəlki müharibədə məğlubiyyətin acısını daddılar. Bu məğlubiyyət sionist rejim üçün təhdidə çevrildi. 2006-dan əvvəl ABŞ-ın İraqdakı mövcudiyyətinə arxayın idilər.

Amma indi artıq sionist rejim üstünlük üçün deyil, hayatda qalmaq üçün planlar qurur. Şimon Peres müharibədən əvvəl ərəb xalqının İsraili artıq qəbul etdiyini söyləyirdi, amma müharibədən sonra bu deyilənlər dəyişdi.

Diqqətinizi başqa bir nöqtəyə çəkmək istəyirəm. İŞİD-in ABŞ rəsmilərinin əli ilə qurulduğuna dair etiraflar və bəyanatlar var. Bağdadi keçmiş Amerika “əsiri”dir. Kolani də Bağdadinin keçmiş dostudur, ABŞ Səud rejiminə bu quldurları maliyyələşdirmək əmrini verdi. Muzdla alınan “alim”lər və silahlarla İraq və Suriyada onminlərlə muzdlu döyüşçü ilə bu terror qruları quruldu. Amerikalılar bütün bunlarla Hizbullahı zəiflətmək, onu vurmaq üçün göz yumduqlarını etiraf etdilər.

ABŞ bu təkfirçi qruplara “Yeni Yaxın Şərq” layihəsi çökdükdən sonra “yol açdı”. ABŞ İraq və Əfqanıstanda sıxışınca, İsral hücum edə bilmədi. Bu dəfə Suriya ordusunu məhv etmək üçün Körfəz ölkələrindən istifadə etdirlər. Suriyadakı planları xalqın gözünü təkfirçi qruplarla qorxudub onu ölkənin müqəddəratı ilə bağlı istənilən plana razı olmağa məcbur etmək idi. Obama seçilərdə demokratların mövqeyini möhkəmlətmək üçün İŞİD-in əlindən Mosul və Rakkanı almaq istəyir.

İŞİD yox ikən, bundan 5 il əəvvəl Əl-Qaidəyə "sizdən istifadə edib sonra sizə hücum edib sizi məhv edəcəklər" demişdim. Yenə deyirəm: “Bölgəni zəiflətmək üçün sizi xərclədilər. Əgər içinizdə damla da olsa iman varsa, DAYANIN! ABŞ-ın mövqeyinin gücləndirirsiniz. Özünüzü Bağdad, Dəməşq, Pakistan, Əfqanıstanda parladıb şəhid olduq deyirsiniz. Nə üçün? Kimin mənafeyi uğrunda?”

Bizə deyirlər ki, müharibə cəbhələrini tərk edin. Əgər müharibə meydanını tərk etsək, İŞİD və Nüsra bölgəni dağıdar. Biz buna imkan verməyəcəyik. Uşaqlığımdan bəri Aşura məclislərində müharibə və ya təslim olma arasında “HEYHAT MİNNA ZİLLƏ!” (Zillət bizdən uzaqdır!) deyə bütün cismim hayqırdı. Bizə qarşı planlar və tələlər qurmaq istəyənlərə deyirəm ki, biz öldürülməklə məğlub olmarıq.

MƏĞLUB EDƏ BİLMƏYƏCƏKSİNİZ! Məğlubiyyətlər dövrü arxada qalmışdır, artıq qələbələr dönəmindəyik!

2006-dan bəri edə bilmədiklərini indi iftira və ləkələməklə etməyə çalışırlar.

   Vəssalam!”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək
İngiltərəlilər Londonun Səudiyyə rejiminə dəstəyini məhkum etdilər

 
user comment