Azəri
Thursday 18th of April 2024
0
نفر 0

Ayətullah Behcətin həyatına qısa bir baxış-2

 
Əlbəttə elə şəxslərin camaatın sirlərindən xəbərdar olmasının Allah-təalanın “səttar” sifətilə heç bir ziddiyyəti yoxdur. İnsan fəna məqamına çatmayınca bu xüsusiyyət hasil olmaz. Həmin məqamda Allahın zatından başqa kimsə olmur. Allah-təala buyurur: “Bəndəmin görən gözü və eşidən qulağı Mən özüm olaram.” Digər tərəfdən bə’zi ilahi şəxsiyyətlər elə bir məqama çatırlar ki, başqalarının sirlərini faş etmək onların şə`ninə yaraşmayan bir əməldir. Onlar əgər kiminsə sirini bilsələr belə, Allah dərgahının əmanətdarı olduqları üçün heç vaxt bunu faş etməzlər.
Biz elə bir zikr bilirik ki...
Bir dəfə ilahi şəxsiyyətlərdən biri “Müqəddəs ziyarətgahlar”ın ziyarətindən məhrum olduğumuz barədə söhbət edərək dedi: “Biz gör nə qədər məhrum olmuşuq ki, mə`sum imamları ziyarət etmək belə bizə nəsib olmur. Bütün bunlar bizim öz əməllərimizin nəticəsidir.”
İran-İraq müharibəsi zamanı bir qrup alim Behcətin hüzuruna gedib dedilər: Ağa, siz Səddamın dövlətinin süqut etməsi üçün bir dua edin.” Behcət buyurdu: “Bizim elə zikr və virdlərimiz var ki, əgər onları oxusaq, Səddama möhlət belə verilmədən məhv olar. Amma İmam Zaman (ə) bunu hələ məsləhət bilmir və hələlik Allah onun məhv olmasını iradə etməyibdir.”
İlahi töhfə
Seyyid Hüseyn Təqəvi belə nəql edir: Fumən şəhərinə gedib bir gün orada qaldım. Quma qayıtmaq istərkən, Fumən alimlərindən olan Seyyid Əbülqasim Ərib Fuməninin hüzuruna getdim. Seyyid Ərib mənə bir-neçə sikkə verib dedi: “Bunlardan birini Behcətə verərsiniz.” Quma gələn kimi Ayətullah Behcətin yanına gedib sikkələri (pul) ona verdim. Yenə də Fumənə getmək istədiyimi bilən Ayətullah Behcət mənə min tümən verib buyurdu: Bu pulu bir nəfərin vasitəsilə Seyyid Əribə çatdır.” Mən pulu dükan sahiblərindən birinə verib dedim: Bu pulu Seyyid Əribə verin və kimin göndərdiyini ona deməyin. Həmin şəxsin dükanında oturub onun qayıtmasını gözlədim. Dükançının qayıdarkən çox təəccübləndiyini görəndə soruşdum: Nə olub. O dedi: Mən bu pulu ona verəndə buyurdu: “Evimin bir tərəfi uçulub tökülmüşdü. Usta evi yenidən tə`mir etmək üçün min tümən pul istədi. Amma mənim pulum olmadığına görə ustadan bir az gözləməsini xahiş etdim. İndi sənin gətirdiyin bu pul evimin tə`miri üçün ehtiyacım olan məbləğ qədərdir. 
Bəli, bu cür hadisələr və ya əhvalatlar təsadüfi deyil. Allah övliyaları ilahi sirlərə agahdırlar. Onların həyat tərzi başdan-başa sirlərlə doludur.
Hər sözə tez inanma
Qumun əxlaq ustadlarından biri öz dərslərinin birində buyurdu: Bir gün bir-neçə nəfərlə xüsusi bir mövzu ətrafında söhbət edirdik. Söhbət əsnasında gətirdikləri dəlillərə görə demək olar ki, mən onların bu sözü ilə razılaşdım. Bu söhbətdən sonra yolda Behcətlə rastlaşdım. Məni görən kimi dedi: “Demək, indi də uşaqlar sənin üçün nüsxə yazırlar.” Mən Behcətin nə dediyini dərhal başa düşdüm. O, bu qısa sözü ilə çox şeyi mənə başa saldı. Behcət mənimlə dostlarım arasında olan söhbətdən agah olduğuna görə bizi, belə yersiz tə`sirlənməkdən xilas etdi.
Yuxuda sənə demişəm
Bir nəfər bə`zi etiqad məsələlərində şəkk-şübhəyə düşdüyünə görə çox əziyyət çəkir və suallarına doğru-düzgün cavab tapa bilmirdi. O, Qum şəhərinə gəlib orada sakin olur. Bir dəfə gecə Behcəti yuxuda görür. Yuxuda Behcət onun bütün şəkk-şübhələrinə tutarlı cavab verir. Həmin şəxs yuxudan ayılan zaman bu yuxunun sadiq olub-olmaması fikri onun qəlbində qəribə nigarançılıq yaradır. O, bu suallarana cavab almaq üçün cümə günü Behcətin hüzuruna gedir. Bu şəxs hələ bir söz deməmiş Behcət buyurur: “Suallarının cavabını sənə yuxuda demişdim, daha  şəkk etmə.”
Dilə nəzarət üçün tapşırıq
Behcətin dostlarından biri belə nəql edir: Bir dəfə dilimi qorumağı qəlbimdə niyyət etmişdim. Təsadüfən, həmin gün Behcətin hüzuruna getmişdim. O, mənə dedi: “İnsanın öz dilinə yiyə durması çox yaxşı bir işdir.  Əgər məsləhət olsaydı və insan bacara bilsəydi, yalnız Qur`an ayələri ilə söhbət edərdi.”
Övladlara bərabər sevgi
Ayətullah Behcətin dərslərində iştirak edən ruhanilərdən biri belə deyir: Mənim iki qız övladım var idi. Bir dəfə axşam kiçik qızımı nəvaziş edib öpdüm və böyük qızımı, sanki unutdum. Bir anlıq ürəyimdə fikirləşdim ki, birdən böyük qız oyaq olar və onu nəvaziş etmədiyimə görə məndən inciyər. Buna baxmayaraq daha fikir vermədim. Səhər tezdən Behcətin hüzuruna getdim. Salam verəndən sonra dərhal mənə dedi: “İnşallah,  övladlar arasındakı bərabərliyə riayət edirsiniz.”
Allah övliyasının kəraməti
Höccətül-islam Şüştəri buyurur ki, dostlarımdan biri mənim üçün belə nəql edirdi: Bir müddət olardı ki, gecə namazı qılmaq istəyirdim. Amma həmin vaxt yuxuya gedir və ayıla bilmirdim. Bir gün Ayətullah Behcətə dedim: Ağa, bir müddətdir ki, gecə namazı qılmaq istəyirəm. Amma həmin vaxt yuxudan dura bilmirəm. Behcət buyurdu: “Saat neçədə yuxudan durmaq istəyirsən?” Dedim: Gecə saat üçdə. Mənə dedi ki, get inşallah oyanarsan. Ayətullah Behcətin bu sözündən sonra hər axşam saat üçdə, hətta çox yorğun olsam belə yuxudan oyanıram.
İnşallah, daha yanmaz
Höccətül-islam Ağa Seyyid nəql edir: Bir gün cavan bir oğlan mənim qızıma elçiliyə gəlmişdi. Dini baxımdan nəzər və fikirlərimiz uyğun gəlmədiyinə görə bu cavana yox cavabı verdik. Bu sözdən sonra oğlan evi sehr və caduya əl atdılar. Elə bir vəziyyətə düşdük ki, hər dəfə evin bir küncündən alov qalxırdı. Artıq, nə edəcəyimizi bilmirdik. Ayətullah Behcətin hüzuruna gedib başımıza gələnləri ona danışdım. Ayətullah Behcət buyurdu: “İnşallah, daha evinizdə alov görməzsiniz.” Ayətullah Behcətin bu sözündən sonra həmin müsibətdən yaxa qurtardıq.
Cənab, özünütərbiyə bu cür olmaz
İsfahanlı tələbələrdən biri belə deyir: Mən nəfsimi islah etmək niyyətilə bir-neçə aylığa Məşhədə yollandım. Orada olarkən bir gün Ayətullah Behcətin hüzuruna getdim. O, məndən heç bir şey soruşmadan dedi: “Ay bala, nəfsi bu cür islah etməyin heç bir faydası yoxdur. Ananı razı salmaq üçün İsfahana getsən yaxşıdır.” Amma mən Behcətin bu sözü ilə razılaşmayıb, onunla mübahisə etməyə başladım. Behcətlə xudahafizləşib qayıdanda, birdən fikirləşdim ki, axı bu haqda qabaqcadan mən ona heç bir şey deməmişdim. Elə buna görə də geri qayıdıb Behcətdən üzr istədim.
Qurtuluş düz danışmaqdadır
Höccətül-islam Şabani belə nəql edir: Ruhani libası geymək iftixarına nail olduğum  vaxt Ayətullah Behcətin hüzuruna getməyi qərara aldım. Həmin gün sübh namazından sonra əmmamənin Behcətin əliylə başıma qoyulması üçün onun namaz qıldığı məscidə getdim. Ayətullah Behcət əmmaməni başıma qoyandan sonra məndən soruşdu: “İndi hansı dərsi oxuyursunuz?” Həmin vaxtlar demək olar ki, “Lümə” kitabını qurtarmışdım. Amma fiqhə aid neçə şö`bə hələ qalmışdı. Behcət məndən bu haqda soruşanda həmin hissələri oxumadığım fikrimdə belə deyildi. Ona görə də dedim ki, “Lüməteyni” qurtarmışam. Bir anlıq Behcətin üzündəki qəzəbi hiss etdim. Mənə dedi: “İnsan ancaq doğru danışmaqla nicat tapar.” Ayətullah Behcət hamıya dua etdi və mənə isə bu sözü dedi. Bu barədə çox götür-qoy edəndən sonra yadıma düşdü ki, axı mən hələ bir neçə kitabı oxumadığım halda “Lüməteyni qurtarmışam” deməyim düzgün deyildi. Buna görə də Behcətin hüzuruna gedib ərz etdim:  Mənim “Lüməteyni” qurtarmışam deməkdə məqsədim, ümumilikdə bitirdiyimi nəzərdə tutmuşdum. Amma bu bəhsə aid hələ bir neçə kiçik kitabları oxumadığım fikrimdən çıxmışdı.
Bu sözləri eşidəndən sonra Behcətin üzündə razılıq hissi yarandı. O mənim üçün dua etdi. Bu əhvalatdan sonra Behcətin adamların batini sirlərindən xəbərdar olması mənə açıq-aşkar sübut oldu.

 


Tez getməyiniz məsləhətdir
Böyük şəxsiyyətlərdən biri deyir: Mən həmişə Ayətullah Behcətin camaat namazında iştirak etməyə çalışırdım. Həmin vaxtlar mənim evim Qumun Yəzdanşəhr deyilən məhəlləsində yerləşirdi. Bu məhəllə təzə salındığına görə burada çox az ev var idi.
Mən gündüzlər dərsə gedər və axşam namazını Behcətlə qılandan sonra evə qayıdardım. Bir axşam yenə Şam namazını qılandan sonra məsciddən çıxanda mən də onun arxasınca getdim. Elə bu vaxt Behcət məndən soruşdu: “Sənin evin haradadır?” Dedim: Filan məhəllədə. O, bir az fikirləşəndən sonra dedi: “Siz tez evə gedin və axşamlar camaat namazı üçün məscidə gəlməyiniz də lazım deyil.”
Onun heç vaxt yersiz söz demədiyini bildiyim üçün tez özümü evə çatdırdım. Evə gələndə həyat yoldaşımın uşağı qucaqlayıb evin dalanında oturduğunu gördüm. Niyə burada oturmasının səbəbini soruşanda, dedi: Evdə əqrəb var. Həmin gecədən sonra uzun müddət Behcətin camaat namazına getmədim və ailəmdən tez-tez xəbər tutmaq üçün öz məhəlləmizdəki məsciddə namaz qılardım.
İstixarə
Ayətullah Behcətin şagirdlərindən olan Ləngərud elmi hövzəsinin məs`ul işçisi Höccətül-islam Abbasi buyurur: Bir gün dostumla birgə məscidin yuxarı təbəqəsində oturmuşduq. Mən bir iş üçün istixarə etdirmək istəyirdim. Amma Behcətin yanına gedib bu sözü (istixarə etməyi) deməyə utanırdım. Dostumdan mənim üçün istixarə etməsini xahiş etdim. Behcət məsciddə divarın kənarında oturmuş və bir dəstə adam istixarə etmək üçün onun ətrafına toplaşmışdılar. Növbə mənim dostuma çatanda Behcət istixarə edəndən sonra işarə ilə nə isə dedi. Amma istixarənin ətraflı cavabını mənim özümə izah etdi.
Fikri oxumaq
Höccəti nəql edir ki, bir gün dostumla bərabər Ayətullah Behcətin “üsul” dərsində iştirak etdik. Behcət dərsdə “inşa” və “əxbar” haqqında söhbət edirdi. O zamanlar mən hələ evlənməmişdim. Birdən ağlıma belə bir fikir gəldi ki, namaz halında Allah-təaladan saleh həyat yoldaşı istəmək üçün dua etmək olarmı? Behcət elə həmin dəqiqə dedi: “Bəli insan namaz halında bu cür dua edə bilər.”
Dərs bitdikdən sonra evli dostlarımdan biri mənə dedi: “Dərsdə söhbət “inşa” və “əxbar”dan gedəndə övladım olmasını arzuladığım üçün fikrimdə–namaz halında Allah-təaladan övlad payı istəmək olarmı?– sualı yarandı. Elə bu vaxt Behcət həmin mətləbə cavab verdi. Onun bizim hər ikimizin fikrindən xəbərdar olmasını başa düşdük.
Batindən xəbər
Seyyid bir şəxs belə deyirdi: Bir gün həmişəki adətim üzrə yenə şam namazından sonra Behcətlə birlikdə onun mənzilinin qapısına qədər getdim. Yolda gedərkən birdən ağlıma gəldi ki, Behcətdən bizim şəcərənaməmizin düzgün olub-olmaması barədə soruşum. Öz-özümə fikirləşdim ki, görən o şəcərənamə haqqında nəsə bilirmi? Behcətin mənzilinin qapısına çatanda tələbələr bir-bir onun əlini öpüb getdilər. Növbə mənə çatanda, o heç bir şey soruşmadan dedi: “Əgər şəcərənamə haqqında bir şey bilmək istəyirsənsə, filankəsin yanına get.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut
QİRAƏT ZAMANI ARAMLIQ
Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?

 
user comment