Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İlahi buyuruqda Allahla rabitə, dünya istəyi və bəndələrə nəvaziş mövzusu

“Ey Musa! Sən mənim bəndəmsən, mən də sənin mə¬bu¬du-nam. Həqir, yoxsul adamı alçaq sayma. Dünya malının az¬lı-ğına görə varlıya həsəd aparma. Məni yada salanda təvazökar ol. Bəla və müsibətə düçar olanda rəhmətimə görə ümidvar ol, müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər”.

Allahla rabitə və Ona bəndəliyə etiqadın təzahürü
Münacatın bu hissəsində Allah-taala həzrət Musaya xitabən al¬tı öyüd bəyan edir. Birinci bənddə buyurulur: “Ey Musa! Sən mə¬nim bəndəmsən, mən də sənin məbudun”. Bu cümlə həzrət Musanın (ə) diqqətini insanın Allahla rabitəsinə yönəldir. Ma¬raq¬lı¬dır ki, Allah-taala Tur dağında öz peyğəmbəri ilə müna¬cat¬da Allah qarşısında bəndəlik məsələsini yada salır. Məgər həzrət Musa Allahın bəndəsi olduğunu bilmirdimi? Nə üçün Allah həzrət Musanın bəndəliyini, öz rübubiyyət məqamını ya¬da salır? Amma dərindən düşündükdə görürük ki, nəzərdə tu¬tulan, insanın Allahla rabitəsinin qırılmazlığıdır və hə¬ya¬tı¬mız bu rabitədən asılıdır. Bu nöqtəyə diqqət insanın bütün dü¬şün¬cə və rəftarlarının əsası sayılır. Kamillik və bəndəlik yo¬lun¬da addım atmaq istəyən kəs bütün varlığının Allahın mülkü ol-duğuna inanmalıdır. İnsan şübhə etməməlidir ki, onun bü¬tün varlığı Allahın bütün mülküdür. İnsanın bəndəliyinə və Allahın rübubiyyətinə diqqət insanın öz məbudu ilə zati və hə¬qiqi rabitəsindən danışır. Əfsus ki, insan bu mühüm həqi-qət¬dən qafildir.
İnsanın Allahla rabitəsinə, bu rabitənin mənəvi və maddi hə¬yatda roluna diqqət bizə anladır ki, bütün büdrə¬mə¬lə¬ri¬mi-zin səbəbi insanın bəndəlik və Allahın rübubiyyət məqamına diq¬qət¬sizliyimizdir. Kiçikli-böyüklü bütün günahlar, Allahla sa¬¬vaş və şirk məhz bu diqqətsizlikdən qaynaqlanır. İnsan gü-nah iş görmək qərarına gəldiyi vaxt, məsələn, naməhrəmə bax¬maq istədikdə ixtiyarına verilmiş gözlərin Allahın mülkü ol¬duğunu düşünsə, uyğun addımdan çəkinər. Axı bu gözlərə nu¬ru Allah vermiş və Allah onlara haraya baxmağı bil¬dir-mişdir. Öz səadətinin Allahdan asılı olduğuna inanan insan bi¬lir ki, uyğun şəhvətli baxış onu ilahi rəhmətdən məhrum edər, Cəhən¬nəmə sürükləyər. Məsələn, haram danışığa qulaq asmaq is¬təyən insan varlığına hakim olan Allahı yada saldıqda bir an¬lıq ləzzətə görə əbədi səadətdən məhrum olmaq istəmir. Əl¬bət¬tə ki, varlığının Allaha məxsus olduğunu düşünən şəxs heç vaxt böyük ictimai günahlara, dində bidətlərə, şirkə yol ver¬mir.
Nəzərə alsaq ki, bütün günah və fəsadların əsas səbəbi Alla¬hın yaddan çıxarılmasıdır, bütün həyatımız boyu Allahın bəndəsi olduğumuzu və işlərimizin Ondan asılı olduğunu unut¬marıq. Bu diqqət nə qədər dərin və əhatəli olarsa, insanın ila¬hi məqama yüksəliş məqamı da artar. Bu təkamül yolu ibtidai mərifət və bəndəlik məqamı ilə tanışlıqdan başlayıb, ali yə¬qin və məbudla rabitə məqamında başa çatır. İnsanın tə¬kamülü üçün başqa bir yol yoxdur. İnsan Allaha və ilahi yolda hərəkətin bariz nümunəsi olan bəndəliyə diqqət yetirməklə təkamül mərhələlərini ardıcıl şəkildə adlaya bilər.
Həzrət Musa Tur dağında bir neçə gün ibadətlə məşğul ol-duqdan sonra məbudu ilə münacat tövfiqi (yardımı) əldə edir. O qəlbən öz məbudunu dinləməyə başlayır. Allah-taalanın onun nəzərinə çatdırdığı ən əsas nöqtə budur ki, Musa (ə) bən¬də¬dir və Allah onun məbudu! Yəni insan üçün həyatı boyu gün¬dəmdə duracaq ən mühüm məsələ onun Allaha bəndəlik mə¬sələsidir. Amma bu gün qərb mədəniyyəti Allaha bəndəlik hə¬qiqətinə dözümsüz yanaşır. Onlar insanların buxovundan çı¬xıb, Həzrət Haqqa qul olmağı quldarlığın davamı hesab edir¬lər. Dinsiz ziyalılar deyir ki, İslam quldarlıq dövründə zühur et¬diyindən Allah Quranda insanı qul, Allahı ağa kimi tanıt¬dır¬mışdır. Onların nəzərincə, quldarlığa son qoyulmuş hazırkı dövrdə insan öz ağasıdır. Guya modernizm dövründə vicdan və vəzifə kimi zərurətlərə yer yoxdur. Bəli, modernizm insanı yal¬nız öz haqqı uğrunda mübarizəyə çağırır. Modernistlərin nə¬zərincə, bu dövrün insanları əvvəlki dövrün insanlarından kök¬lü şəkildə fərqlənir. Əgər keçmişdəki insanlar başqaları qar-şısında məsuliyyət daşımışlarsa, bu günki insanlar yalnız özü¬nə borcludur. Onlar bildirirlər ki, həzrət Musa qədim dövr¬də yaşadığından Allah onu bəndə, özünü məbud kimi təq¬dim edir. Guya həmin əqidələrə qayıtmaq keçmişə qa¬yıt-maq¬dır. Hansı ki, Quran və Peyğəmbər (s) sünnəsinə inananlar Allaha bəndəliyi əsl azadlıq sayır və öz səadətlərini məbudlarının əlində görürlər. Tövhid əhli inanır ki, Allahın iradəsi bütün varlıq aləminə hakimdir və biz insanların Allah¬dan uzaqda heç bir qüdrəti yoxdur.

Tabeçilikdə olanlara ehtiram və bəndələrə nəvaziş
Allah-taalanın həzrət Musaya ikinci öyüdü yoxsullara eh-tiram və onların alçaldılmamasıdır. Bu öyüdə həm şəxsi, həm də ictimai münasibətlərdə diqqətli olmaq lazımdır. İnsanlar yox¬sulluğuna görə əskik sayılmamalı, məsullar beynəlmiləl rabitələrdə ehtiramla rəftar etməlidirlər. İslam rəhbərləri dün-yanın azğın başçıları sayağı məhrum Afrika xalqları kimi yox¬sul xalqları əskik saymamalıdır. Olsun ki, bu millətlər Allahın nə¬zərində başqalarından daha əzizdir.
Dünyapərəstlər var-dövləti ağalıq səbəbi sayır, sərvət sahiblərini əziz tutur, yoxsul insanlara yuxarıdan aşağı baxır¬lar. Amma ilahi məntiqdə var-dövlət üstünlük ölçüsü deyil. Əslində sərvət sınaq vasitəsidir və imtiyaz sayılmır. İnsanı baş¬qalarından üstün edən onun təqva və Allaha itaətidir.
Allah üçün bütün bəndələr əzizdir, irq, məqam və var-döv¬lət imtiyaz sayılmır. Allah-taala onunla rabitəsini qoruyan yox¬¬¬sul mö¬minləri daha çox sevir. Belələrinə hörmət göstərənlər də dün¬¬ya və axirətdə Allahın razılığını qazanır. Sevgili Pey¬ğəm¬bər (s) bu barədə buyurur: “Yoxsul müsəlmanı əziz tutub ona hör¬¬mət göstərən şəxs Qiyamət günü Allahla Allah ondan razı olan halda görüşər”.
Əksinə, Allahın bəndələri arasında ayrıseçkilik salan, yox-sul müsəlmanı məhz yoxsulluğuna görə sərvətlidən aşağı tu-tan insan Allahı qəzəbləndirir və özünü Cəhənnəm oduna atır. İmam Rza (ə) salam verərkən varlı ilə yoxsul arasında fərq qo¬yan şəxs haqqında buyurur: “Yoxsul müsəlmanla görüşərkən onu varlıdan fərqləndirib salamlaşan şəxs Qiyamət günü Allah¬la Onu qəzəbləndirmiş halda görüşər”.
İmam Sadiq (ə) yoxsul möminə ehtiramla bağlı buyurur: “Yoxsul mömini alçatmayın. Həqiqətən, yoxsul mömini al-çaldan və ya onu əskik sayan şəxsi, bu işdən əl çəkib tövbə qıl¬masa, Allah alçaldıb düşmən tutar”. Başqa bir məqamda həz¬rət buyurur: “Mömini yoxsulluğuna görə əskik bilən və ya onu təhqir edən kəsi Allah Qiyamət günü xalq qarşısında rüs¬vay edər”.

Dünya malını puç sayıb ona görə həsrət çəkməmək
Allah-taalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dün¬ya və dünya nemətləri ona böyük görünməsin. Dünya malını bö¬¬yük sayan insan, adətən, yoxsulları saya salmır, varlılara hə¬səd aparır. İnsan bilməlidir ki, dünya nemətləri nə qədər bö¬yük görünsə də, Allahın nəzərində heçdir: “De ki, dünya matahı cüzi bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür”.
Əgər mömin qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd apar¬maz. Belələrini yalnız axirət nemətləri düşündürür. Onlar yal¬nız Allahın razılığını qazanan möminlərə qibtə edirlər. Bəli, dün¬ya malını heç sayan insan nə varlılara qibtə edir, nə də yox¬sulları əskik sayır. O başa düşür ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər.
Ayə və hədislərdən belə görünür ki, başqalarının var-döv-lə¬tinə həsəd aparmamaq üçün dünya nemətlərinin hikmət əsa¬sın¬da əta olunduğuna inanmaq lazımdır. Birinə dünya malı ve¬rib, birini dünya malından məhrum etmək Allahın təqdiri və hikmətidir. İlahi hikmət tələb edir ki, bir zümrə varlı olsun, di¬gər bir zümrə yoxsulluq içində yaşasın. Hamı Allahın istək və iradəsinə təslim olmalıdır. Varlılar qürrələnməməli, yox¬sul¬lar pə¬rişan olmamalıdırlar. Çünki hər iki halda insanlar sınağa çəkilir. Sadəcə bu sınaqlardan uğurla çıxmağa çalışmaq la¬zım¬dır.
Bəzilərinə elə gəlir ki, Allah sevdiyi insana bol dünya ne-məti verir. Onların nəzərincə, əgər Allah birinə qəzəblənirsə, onu yoxsulluğa düçar edir. Amma Qurani-kərimdə bu barədə be¬lə buyurulur: “Rəbbi insanı sınağa çəkib onu əzizləyəndə və ne¬mət verəndə deyər ki, Rəbbim məni əziz tutdu. Elə ki, Rəbbi onu sınağa çəkib ruzisini əskildər, belə deyər: “Rəbbim məni al¬çaltdı”.
Əslində isə həqiqi və əbədi nemət axirət nemətləridir. Yal-nız axirət nemətləri Allahın sevgisini göstərir. Bu nemətlərdən məh¬rumluq Allahın qəzəb göstəricisidir. Dünya nemətləri isə sı¬naq vasitəsidir. Dünya nemətinə çatanlarla dünya ne¬mətindən məhrum olanlar arasında möminlik baxımından heç bir fərq yoxdur. Hər iki zümrə sınağa çəkilir. Var-dövlət sevgi, yox¬sulluq qəzəb nişanəsi deyil.
Var-dövlətin sevgi nişanəsi olmadığına inanmaq üçün tarixə nəzər salaq. Bir çox peyğəmbərlər yoxsulluq içində yaşamışlar. Onların həyatı şəhadətlə başa çatmışdır. Əksinə, bir çox kafirlər və Allah düşmənləri var-dövlət və asayiş içində yaşamış, dünya nemətlərindən daha çox bəhrə¬lən-mişlər. Qarunu misal göstərmək olar. Allah-taala Qarunun var-dövləti haqqında buyurur: “Qarun Musanın dövründən idi. Onlara sitəm qıldı. Ona o qədər xəzinə verdik ki, yalnız açar¬ları güclü bir dəstəyə ağır gəldi. Qövmü ona dedi: “Fərəhlənmə, Allah fərəhlənənləri sevməz”.
Bəni-İsrailin dünyaya aldanmış bir qrupu Qarunun var-döv¬lətini görüb həsrət çəkirdilər. Onlar deyirdilər: “Ey kaş Qaru¬na veriləndən bizim də olaydı. Həqiqətən, o, böyük bəh-rəyə malikdir”.
Amma sonda hamı gördü ki, Qarunun saysız-hesabsız döv¬ləti ona fayda vermədi. Qarun ilahi sınaqda uğursuzluğa düçar olub əzaba düşdü; özü də, sərvəti də məhv oldu.

Sərvət istəyi və «istidrac» qanunu
Bir halda ki, həm var-dövlət, həm də yoxsulluq sınaq va¬si-tə¬sidir, sərvət sahibi olanlar vəzifəsinə əməl edib həmin sər-vəti düzgün yolda xərcləməli, yoxsulluğa düşənlər səbr edib şi¬kayətlənməməlidir. Yoxsul insan şəri hökmlərə riayət edib baş¬qalarının sərvətinə göz dikməməklə yoxsulluq ağrısına çarə qılmalıdır. Bilməliyik ki, bəzən var-dövlət özü də bir cəza olur. Günaha batıb Allahla düşmənçiliyini artıran kəsə “istid¬rac” qanunu tətbiq olunur. Bu qanuna əsasən Allah yolunu az¬mış kəsin var-dövlətini artırır ki, o dünya ləzzətlərinə daha çox məşğul olsun və Cəhənnəmə doğru daha sürətlə hərəkət etsin. Allah-taala Onun nemətlərindən sui-istifadə edib göstə¬ri¬şinə müxalif çıxanlar haqqında buyurur: “Onların var-döv¬ləti və övladları səni təəccübləndirməsin. Allah bu yolla on¬lara dünya həyatında yalnız əzab vermək istəyir. Qoy kafir ol¬duqları halda canları çıxsın”.
Allah-taala azğınlıq yolunu tutub istidrac qanununa tuş gə¬lən¬lər haqqında, eləcə də hidayət yolunda xoşbəxtlik üçün da¬ha çox çalışanlar barəsində buyurur: “Hər kəs ötəri dünyanı istəsə, tezliklə istədiyimizə dilədiyini verərik. Sonra Cəhə¬n¬nəmi ona məskən edərik. O məzəmmət olunmuş və zəlil halda ora¬ya daxil olar. Hər kəs axirəti istəsə, onun yolunda çalışsa və mömin olsa, zəhmətini mükafatlandıracağıq. Bunlara və onlara Rəbbinin ətası ilə əl tutarıq. Rəbbinin ətası (kimsəyə) qadağa olunmayıb”. 
İstidrac qanununa məhkum olan kəs islah olunmayan şa-gird və ya övlada bənzəyir. Müəllim, ya da ata onun is¬la¬hın-dan ümidini üzdükdən sonra özbaşına buraxır. Demək, Allah-taala həm doğru yolu tutana, həm də azğınlıq yolunu seçənə yar¬dım göstərir. Hər kəs öz istək və iradəsi ilə nəzərdə tutduğu məqsədə çatır.
Allah-taala birinci qrup haqqında buyurur: “Doğru yola üz tu¬tanları (Allah) mümküncə hidayət etdi, onlara təqva verdi”.  İkinci qrup haqqında buyurulur: “(Haqdan) Dönən ki¬mi Allah onların qəlblərini döndərdi”.
Allah-taala azğınlığa layiq olanların qəlbini döndərir. Hə-min vaxtdan bütün hidayət yolları onun üzünə bağlanır, daha çox azğınlıq vasitəsi önə çıxır. Yol açılır ki, belə bir şəxs Alla¬hın əbədi cəzasına daha sürətlə çatsın.
Deyilənlərə əsasən var-dövlət və yoxsulluq insan üçün sı-naq vasitəsidir. Dünya nemətlərinə çatmış insan qürrələn¬mə-mə¬lidir. Əksinə, sərvət əldə etdikdə diqqətli olmaq, bu sınaq-dan uğurla çıxmaq lazımdır. Eləcə də, sərvət və neməti əldən çı¬xarmış insan sınağa çəkildiyini unutmamalı, ümidsizliyə qa¬pıl¬mamalıdır. Belə bir məqamda məyus olmuş insan uğur-suz¬luğa düçar olmuşdur: “Əlinizdən çıxan şeyə görə qəm-lən¬mə¬yin, sizə verilənə görə sevinməyin. Allah fəxr edən xudpəsəndi sevmir”.

Allaha mütilik zikri və onun rəhmətinə ümid
Dördüncü nəsihətdə Allah-taala həzrət Musaya tövsiyə edir ki, Onu mütiliklə yad etsin. Şübhəsiz ki, Allah zikrinin mər¬tə¬bə¬ləri var. İnsanlar Allahı eyni dərəcədə diqqətlə zikr etmir. Bə¬ziləri üçün zikr sadəcə dil hərəkətidir. Belələri zikr ge¬di¬şin¬də səmimiyyət və diqqətdən məhrumdurlar. Əgər zikr ri¬ya¬dan uzaq olsa, öz həddində dəyərlidir. Amma belə bir zikrin də insan ruhuna bir o qədər təsiri yoxdur. Yalnız mütiliklə mü¬şayiət olunan zikr həqiqi təkamülə səbəb olur, insanı rə¬za¬lət¬dən fəzilətə yüksəldir.
Allah-taala beşinci öyüddə buyurur: “Bəla və müsibətə dü¬çar olanda rəhmətimə görə ümidvar ol”. Yəni rəhmətimə ümid edib bu bəlanın uzaqlaşacağını gözlə. Dünya həyatı çə-tin¬liklərsiz ötüşmür. Həyatda çətinlik çəkməyən insan yoxdur. Allah-taala bu barədə buyurur: “Həqiqətən, insanı məşəqqətdə yaratdıq”.
İnsanlar qarşılaşdıqları problemlərə müxtəlif cür reaksiya ve¬rirlər. Bəziləri tamamilə ümidini üzüb Allahı yaddan çıxarır. On¬lar pərişanlığa düçar olub qurtulmaq üçün, hətta cəhd gös¬tərmirlər. Allah-taala çətinliklər qarşısında ümidini itirən, bü¬tün işlərin Allahın əlində olduğunu unudan insanlar haqqında bu¬yurur: “İnsana nemət verdikdə üz döndərib uzaqlaşır, ona pislik üz verdikdə ümidini itirir”. 
İnsan, hətta kiçik çətinliklərlə üzləşdiyi vaxt dərhal Allahın so¬rağınca getməyə hazırlaşmalıdır. Adi baş ağrısına görə də Allah¬dan şəfa istəmək lazımdır. Aclıq üz verdikdə insan öncə Allah¬dan nemət istəməli, sonra vasitələr ardınca getməlidir. İs¬tənilən bir halda Allahı unutmaq olmaz. Əgər insan heç vaxt Alla¬hı unutmasa və onun rəhmətindən ümidini üzməsə, heç bir çətinlik onu narahat etməz. O istənilən bir ehtiyacının tə¬mini üçün Allaha əl açar. Axı Allah özü buyurub ki, ehtiyac du¬yulan vaxt Ondan yardım istənilsin: “Allahın fəzlindən diləyin, Allah hər şeyi biləndir”.
Allah-taala həzrət Musaya altıncı öyüdündə buyurur: “Müti və qəmli səslə Tövratın şirinliyini mənə göstər”. Bu gün hə¬qiqi Tövrat əlimizdə deyil. Amma həmin Tövratdan da üs¬tün olan Quran ixtiyarımızdadır. Quranı mütiliklə və həzin səs¬lə oxuyaq. Çalışaq ki, Quran qəlbimizə və ruhumuza hop¬sun. Quran qiraət edərkən Allahla danışdığımızı hiss edək. Əgər belə bir mərifət dərəcəsinə çatsaq, Allah kəlamını həzin, qəm¬li səslə, mütiliklə oxusaq, Allah bizim səsimizdən razı qalar və lütfünə çatarıq.


source : Ayətullah Misbah Yəzdi
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment