Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Malaziya Beynəlxalq Quran müsabiqələrinin 5-ci günündə 9 qari rəqabət apardı

Malaziya Beynəlxalq Quran müsabiqələrinin 5-ci günündə 9 qari rəqabət apardı

Beynəlxalq şöbə: Tir ayının 29-u Malaziyanın Kovalalampur şəhərində keçirilən 53-cü Malaziya Beynəlxalq Quran müsabiqələrinin 5-ci günündə 6 kişi və 3 qadın qari Qurani-Kərim ayələrinin qiraəti ilə bir-biri ilə rəqabət apardılar.

 

İran Quran Xəbər Agentliyi : “Bernama” xəbər bürosunun məlumatına əsasən, Misirdən Əbdülbəsat Məhəmməd, Qətərdən Məhəmməd Qasım Əl-Qəhtani, Omandan Xəlifə Müslim Əl-Asae, Cənubi Afrikadan Məhəmməd Zeyn, Yunanıstandan Məhəmməd Rəsədi İmam, Filippindən Səudi Məhəmməd Qandisa Malaziya Beynəlxalq Quran müsabiqələrinin 5-ci günündə Qurani-Kərim ayələrini oxudular.

Həmçinin, həmin gündə Kambucdan Aemi Li, Banqladeşdən Fatimə Ruhani, Bruniyadan Omran Nurfaeze Dayang Qurani-Kərim ayələrini qiraət etməklə bir-biri ilə rəqabət apardılar.

Beynəlxalq Quran müsabiqələri tir ayının 25-i Kovalalampurun Davun Mərduka məntəqəsində yerləşən Putra Caya dünya ticarət mərkəzində başlanıb, mordad ayının əvvəli öz qaliblərini elan etməklə işini tamamladı.

Bu müsabiqələr birbaşa şəkildə Malaziya Televiziyası və www.islam.gov.my internet saytı ilə yayımlanacaq.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment