Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Məsumların qəbirlərinin ziyarəti

Altëncë fçsil

Dinlər, cərəyanlar və məktəblər içərisində insan mə‌qa‌mı‌na ən çox ehtiram edən əbədi İslam dinidir. Qurani-məcid in‌sa‌nın məqamını Allahın yer üzərində canişini və xəlifəsi mə‌qa‌mına qədər ucaldır,[1] onu Allahın yer üzərində yeganə əma‌nətdarı kimi tanıtdırır[2]. Allah insanın məqamını ucal‌da‌raq, belə buyurur:

“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat va‌si‌tə‌lə‌ri‌nə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) tə‌miz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”.[3]

Buna əsasən, müqəddəs İslam dininin ardıcılları pak in‌san‌lara, xüsusilə də Allah yanında əziz olan övliyalara xüsusi eh‌tiram bəsləyirlər. Nəinki sağlıqlarında, hətta dünyalarını də‌yişəndən sonra belə, onların adını, xatirəsini əzizləyirlər. Belə pak insanlara hörmət yollarından biri də, onlar üçün İs‌lam hökmləri icazə verdiyi həddə dini mərasimlər ke‌çir‌mək‌lə xatirələrini əbədiləşdirməkdir. Biz gözəl (qəbirləri kə‌na‌rın‌da ibadət, nəzir etmək və onlar üçün ehsan vermək kimi) iş‌lər görməklə, onların ruhlarını şad etmiş oluruq.

Başqa bir tərəfdən, məsumların qəbirlərinin ziyarəti nəfsi pak‌‌lamaq istiqamətində böyük bir nəsihət hesab olunur. Çün‌ki keçmişdəkilərin qəbirlərini müşahidə etmək dünyanın fa‌ni olduğunu aşakarlayır və əbədi axirət yurdunu yada salır.

Burada, qəbirlərini ziyarət və onların qəbri kənarında nə‌zir, ibadət və dua etmək vasitəsilə Allah övliyalarının əziz‌lən‌məsi məsələsini Quran, sünnə və müsəlmanların həyat tər‌zi baxımından araşdırırıq.

Məsumların (ə) qəbirlərinin

əzizlənməsi Quran baxımından

Quran baxımından əcdadların ziyarəti möminlər üçün üs‌tün‌lük, imtiyaz kimi qiymətləndirilir. Bu səbəbdən, Allah, Öz Rə‌suluna (s) heç vaxt münafiqlərin qəbri kənarında dur‌ma‌ma‌ğı və oranı ziyarət etməməyi əmr edir. İndi isə səmavi ki‌ta‌bımızın bu barədəki aydın sözünü xatırlayaq:

“Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər”.[4]

Yuxarıdakı ayə, Allah rəsulunu (s) münafiqlərin şəx‌siy‌yə‌ti‌ni təhqir etmək üçün onların cənazələrinə namaz qılmaq və qə‌birləri üzərində (onlara bağışlanmaq istəmək üçün) dur‌maq‌dan çəkindirir.[5]

Ayənin “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma!” – deyə bu‌yur‌ma‌sı sözügedən əməlin (qəbirləri kənarında namaz qılmaq və durmaq) möminlər (möminlərin qəbirləri) barəsində la‌yiq‌li bir iş olduğuna dəlalət edir. Çünki bu iş saleh bəndələrin mə‌‌qamlarının əzizlənməsidir.

“Qəbrinin başında durma!” - cümləsi yalnız dəfn üçün qə‌bir kənarında durmaq mənasını deyil, əksinə, “ümumiyyətlə, heç vaxt, istər dəfn, istərsə də ondan sonra münafiqin və müş‌rikin qəbri kənarında durma” mənasını daşıyır. Buna də‌lil, bu cümlənin əvvəlki “əbədən” kəlməsi olan cümləyə bağ‌la‌yıcı vasitəsilə bağlanmasıdır.

“Əbədən” kəlməsinin mənası bağlayıcı vasitəsilə sonrakı cüm‌ləyə də aid olur. Sanki, Allah belə buyurur:

“Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt na‌maz qılma!”; ”Heç vaxt qəbrinin başında durma!”

Əgər məqsəd dəfn vaxtı durmaq olsaydı, davamedici za‌ma‌nı çatdıran “əbədən” kəlməsinə ehtiyac olmazdı. Bu onu çat‌dırır ki, Allah münafiqi istər dəfn vaxtı, istərsə də ondan son‌ra Peyğəmbərin (s) onun qəbri kənarında durması kimi lütf‌dən məhrum etmişdir. Mömin isə belə bir fəzilətə nail olur. Peyğəmbər (s) istər dəfn vaxtı, istərsə də ondan sonra onun qəbri kənarında duraraq, onun üçün bağışlanmaq di‌lə‌yir. Qəbirlərin ziyarətinin bundan başqa bir həqiqəti yoxdur.

İslam rəhbərlərinin

qəbirlərini əzizləmək sünnə baxımından

İslami hədislərdən asanlıqla bu nəticəyə gəlmək olur ki, Al‌lah rəsulu (s) özü müqəddəslərin qəbirlərini ziyarət edə‌rək, müsəlmanları da bu layiqli işə dəvət etmişdir. Başqa söz‌lə desək, həm Peyğəmbərin (s) buyurduqları və həm də o həz‌‌rətin həyat tərzi mömin insanların qəbirlərinə ehtiram et‌mə‌yin fəzilətli bir iş olduğuna aşkar bir dəlildir. Bu sə‌bəb‌dən, biz ilk növbədə o böyük tövhid bayraqdarının hə‌dis‌lə‌ri‌nə, sonra isə həyat tərzinə müraciət edəcəyik:

a) “Sihah”, “məsanid” və “sünən”[6] kitablarının müəl‌lif‌lə‌rinin bu barədə nəql etdikləri İslam hədisləri çoxdur. Nü‌mu‌nə olaraq, onlardan bəzilərini nəzərdən keçiririk:

1. İslam hədisçilərinin bir qrupu Allah rəsulunun (s) belə buyurduğunu nəql edirlər:

“Qəbirləri ziyarət edin! Çünki sizə axirəti xatırladır”.[7]

2. Məşhur hədisçilərin başqa bir qrupu o həzrətdən belə nəql edirlər:

“Qəbirləri ziyarət edin! Çünki sizə ölümü xatırladır”.[8]

3. Bəzi hədislərdən hansı dəlilə görəsə Peyğəmbərin (s) bir müd‌dət əcdadların qəbirlərini ziyarət etməkdən çə‌kin‌dir‌mə‌si anlaşılır. Bəlkə də, həzrət onları bu işdən əcdadlarının küfr və günah içində dünyadan getdiklərinə, bu ziyarət onların xa‌tirələrini əzizləmək kimi qiymətləndirildiyinə görə və iman ilə küfr sərhəddini titrətdiyi üçün çəkindirmişdir. Çünki İs‌lam cəmiyyəti o günlərdə formalaşmamışdı. İslamın prin‌sip‌ləri yeni müsəlman olanların ürəklərində təzə pöhrələr kimi in‌kişaf etməkdə idi. Hələ onun möhkəmlənməsinə çox qal‌mış‌dı. Elə buna görə də Allah rəsulu (s) peyğəmbərliyinin il‌kin dövrlərində öz yeni ardıcıllarını kafir əcdadlarının qə‌bir‌lərini ziyarət etməkdən çəkindirirdi. Amma İslam pöh‌rə‌lə‌ri‌nin həqiqi müsəlmanların ürəklərində yarpaqlanıb bar ver‌mə‌si çox çəkmədi. Bu ağacın kökləri onların qəlbinə elə nü‌fuz etdi ki, möhkəm və köklü bir ağac kimi şirkə bulaşmış şid‌dətli küləklər qarşısında davam gətirdi. Əziz İslam pey‌ğəm‌bəri (s) əcdadların xatırlanması üçün belə bir münasib zə‌minəni gördükdə, bu işin tərbiyəvi faydasını nəzərdə tu‌ta‌raq, öz ardıcıllarına belə buyurdu:

“Mən sizi qəbirləri ziyarət etməkdən çəkindirmişdim. Bun‌‌dan sonra qəbirləri ziyarət edin. Çünki bu sizi dünyaya qar‌şı rəğbətsiz edir və sizə axirəti xatırladır”.[9]

Bu hədisdən nəticə almaq olar ki, əcdadların qəbirlərini zi‌ya‌rət etməyin fəlsəfəsindən biri də, insanları dünyanın al‌da‌dı‌cı cilvələrinə qarşı meyilsiz etmək, axirəti xatırlatmaqdır. Bu, qəbirləri ziyarət etməyin tərbiyəvi təsirlərindən biri hesab olu‌nur.

b) Məşhur hədisçilərdən böyük bir qrupu Allah rəsulunun (s), dünyadan köçmüşlərin qəbirlərini ziyarət etməsini qeyd et‌mişlər. Bu barədə “Sihah” və “Məsanid”də nəql edilən bir çox hədislər arasından bəzilərini nəzərdən keçiririk:

1. Təlhə ibn Abdullah deyir:

“İslam peyğəmbəri (s) ilə birgə, şəhidləri ziyarət etmək niy‌yətilə Mədinədən ayrıldıq. Onların qəbirləri kənarına ça‌tan‌da həzrət buyurdu: Bura qardaşlarımızın qəbirləridir”.[10]

2. İslam hədisçilərindən bir qrupu belə nəql etmişlər:

“Allah rəsulu (s) öz anasının qəbrini ziyarət edərək, onun qəbri kənarında ağladı. Ətrafdakılar da o həzrətə qoşulub ağ‌la‌mağa başladılar. Həzrət buyurdu: “Allahdan anamın qə‌b‌ri‌ni ziyarət etmək üçün icazə istədim, o da icazə verdi. Siz də əc‌‌dadlarınızın qəbirlərini ziyarət edin. Çünki bu iş sizə ölü‌mü xatırladır”.[11]

3. Həzrət Peyğəmbərin (s) həyat yoldaşı o həzrətin belə bu‌‌yurduğunu nəql edir:

“Allahım mənə, Bəqiyə gəlib, onlar (ölülər) üçün ba‌ğış‌lan‌maq diləməyimi əmr etdi. (Aişə) deyir: Dedim ki, ey Allahın rə‌sulu, mən nə deyim? Buyurdu: De ki, bu yerin mömin və mü‌səlmanlarına salam olsun! Allah dünyasını də‌yi‌şən‌lə‌ri‌mi‌zə və qalanlarımıza rəhmət eləsin! İnşallah biz də sizə qo‌vu‌şa‌cağıq”.[12]

Yuxarıdakı hədisdən aydın olur ki, İslam peyğəmbəri (s) əc‌dadlarının qəbirlərini ziyarət etməkdən əlavə, həyat yol‌da‌şına da ziyarət vaxtı mömin və müsəlmanlara ehtiramla xitab et‌məyi, onlar üçün bağışlanmaq diləməyi öyrədir.

Diqqətinizə çatdırdığımız bu hədislərdə İslam pey‌ğəm‌bə‌ri‌nin (s) müsəlmanları əcdadlarının məqamlarını əzizləmək və ibrət almaq niyyətilə onların qəbirlərini ziyarət etməyə də‌vət etməsi aydınlaşır. Eyni zamanda, bu bəyənilmiş əməli o həz‌‌rətin özünün də həyata keçirməsi aydın nəzərə çarpır.

Müsəlmanların (ə) həyat tərzi

Əbədi İslam dininin ardıcılları Quranın ayələri və Pey‌ğəm‌bər (s) sünnəsini əsas tutaraq, tarix boyu, yəni İslamın ilk çağ‌larından bu vaxta qədər öz rəhbərlərinin qəbirlərini əziz‌lə‌mək yolunda çalışmışlar. Onlar bununla, onlara olan mə‌həb‌bətlərini aşkar etmiş, nəticədə, onların adlarını, xa‌ti‌rə‌lə‌ri‌ni əbədiləşdirmişlər.

Misal üçün, həzrət Peyğəmbərin (s) əziz qızının dav‌ra‌nı‌şı‌nı özündə əks etdirən bir hədisi nəzərinizə çatdırırıq:

“Fatimeyi-Zəhra (ə) hər cümə günü əmisi Həmzənin qəb‌ri‌ni ziyarət etməyə gedirdi. Orada namaz qılar və ağ‌la‌yar‌dı”.[13]

Bu hədisdən məlum olur ki, İslamın ilk çağlarından bu ya‌na müsəlmanlar pak insanların və şəhidlərin qəbirlərini zi‌ya‌rət etmişlər. Onlar bu saleh Allah bəndələrinin qəbirləri kə‌na‌rın‌da namaz qılıb, dua etməklə onların xatirələrini əbə‌di‌ləş‌dirmişlər.

Nəticə

Deyilənlərdən başa düşdük ki, İslam rəhbərlərinin qə‌bir‌lə‌ri‌nin ziyarəti və onların kənarında namaz qılıb dua etmək yal‌nız, Allah yanında əziz olan bu şəxslərin xatirəsini ya‌şat‌maq və onlara olan məhəbbəti aşkar etmək niyyətilə həyata ke‌çirilir. Bu iş tövhid prinsipi ilə tam uyğun olduğu üçün İs‌la‌mın ilkin çağlarından bu vaxta qədər Quran, Peyğəmbər (s) sünnəsi və müsəlmanların həyat tərzi baxımından Allahın razı olduğu layiqli bir iş kimi qiymətləndirilmişdir.

Xatırlatma

Burada incə bir nöqtəni xatırlatmalıyıq. O da bundan iba‌rətdir ki, övliyaların türbələrinin ziyarəti, qəbirləri kənarında bə‌yənilən işlərin görülməsi yalnız Allahın pak bəndələrinə eh‌tiram və onlara olan məhəbbətimizi aşkar etmək niyyətilə hə‌yata keçirilməlidir. Belə bir əməl sözügedən şəxsiyyətlərə pə‌rəstiş kimi başa düşülməməlidir. Çünki bu ziyarət pərəstiş və o şəxslərə Allah kimi etiqad bəsləmək niyyətilə həyata ke‌çi‌rilsə, şirk və bir növ bütpərəstlik hesab olunur. Belə haram işdən çəkinmək lazımdır. Elə buna görə də, Allah rəsulu (s) bu‌yurur:

“İlahi! Mənim qəbrimi pərəstiş olunan büt kimi etmə”.[14]

Bu hədisin oxşarları da (yuxarıda) qeyd olunan kimi izah olun‌malıdır[15].

İslam rəhbərlərinin və Allah yanında əziz olanların qə‌bir‌lə‌rinin ziyarəti onların xatirələrini yaşatmaq üçün və onlara mə‌həbbət niyyətilə həyata keçirilsə, İslam şəriətinin qay‌da‌la‌rı‌na tam uyğundur. Quran, sünnə və müsəlmanların həyat tər‌zi bunun layiqli bir iş olduğunun göstəricisidir.

 

* * *

 

 

 

Yeddinci fçsil

Peyğəmbərimizin (s)

zamanında olan abidə və yadigarlar

Həzrət Peyğəmbərimizin (s) zamanında olan qiymətli abi‌də‌lərdən biri də, o həzrətin, imanlı səhabəsinin, ailəsinin sa‌də və boyaqsız evləridir. Əsas etibarilə, dünyanın ayıq xalq‌la‌rı öz dahi rəhbərlərindən qalmış ev və digər əşyaları on‌la‌rın təfəkkür və həyat tərzlərinin simvolu hesab edərək, qo‌ru‌yub saxlayırlar. Çünki ev və əşyalar gələcək nəsillərə öz əc‌dad‌larının sərgüzəştləri ilə tanış olmağa kömək edir. Gə‌ləcək nə‌sillər əcdadlarından qalmış bu yadigarları mü‌şahidə edə‌rək, cəmiyyətdə dini və ictimai hərəkatların han‌‌sı şə‌rait‌də, han‌sı hədəflərlə baş verməsini araşdıra bilərlər.

Quran mədəniyyətində qiymətli evlər

Müsəlmanların səmavi kitabı saleh bəndələr və Allaha xa‌li‌sanə ibadət edənlərin evlərini əzizləyərək, onların ucal‌dıl‌ma‌ğa layiq olduğunu bildirir. Qurani-məcid Allahın nurunu “miş‌kat”a (çırağa) bənzətdikdən sonra belə buyurur:

 “(Həmin taxça və çıraq) Allahın ucaldılmasına və Öz ad‌ı‌nın zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-ax‌şam Onu təqdis edib şəninə təriflər deyərlər. O kəslər ki, nə ti‌carət, nə alış-veriş onları Allahı zikr etməkdən, na‌maz qıl‌maq və zəkat verməkdən yayındırmaz”.[16]

Bu mübarək ayədən belə nəticə alırıq ki, mövcud olan mü‌qəd‌dəs evlərin ucaldılması Allahın razılığına səbəb olur. Yax‌şı, bəs “evlər” dedikdə, hansı evlər nəzərdə tutulur?

İslam hədislərini araşdırmaqla, “evlər” dedikdə, pey‌ğəm‌bər‌lər və ilk İslam böyüklərinin evləri nəzərdə tutulduğu ay‌dın‌laşır. Misal olaraq, Ənəs ibn Malikdən bir hədisi xa‌tır‌la‌dı‌rıq. O deyir:

“İslam peyğəmbəri (s) bu ayəni oxuduqdan sonra bir kişi o həzrətdən belə soruşdu: “Evlər” dedikdə məqsədiniz nə‌dir? Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləri”.

Bu vaxt Əbu Bəkr ayağa durub (Əli və Fatimənin evinə işa‌‌rə edərək) belə soruşdu: Bu ev də o evlərdənmi sayılır? Pey‌ğəmbər (s) buyurdu: “Bəli. Bu onların ən yaxşısı və ən fə‌zi‌lətlisidir”.[17]

Ayə və hədislərdən, Allah rəsulunun (s), ailəsinin və o həz‌‌rətin zamanında olan böyük şəxsiyyətlərin evlərini İs‌la‌mın qiymətli mədəni qalıqları kimi qoruyub abadlaşdırmağın xü‌susi bəyənilən bir iş olduğu aydınlaşır. Elə buna görə də, dün‌ya müsəlmanları İslam peyğəmbərinin (s) vəfatından son‌ra belə abidələrin qorunub saxlanılmasında əllərindən gə‌lə‌ni əsirgəməmişlər.

İndi isə son illərdə çoxu viran edilən və müsəlmanların qiy‌‌‌mətli mədəni xəzinəsi sayılan bəzi İslam tarixi abidələrinə işa‌‌rə edirik:


1. Allah rəsulunun (s) doğum yeri

Cahiliyyətin qara buludları dünyanı zülmətə qərq etdiyi və daşürəkli zalımlar zülmləri ilə köməksiz məzlumlar üçün dün‌yanı daraltdıqları bir vaxtda parlaq bir günəş doğdu. Onun camalının nuru ilə qaranlıqlar geri çəkildi. Cahiliyyət döv‌rü arxada qaldı. Nəhayət keçmiş peyğəmbərlərin müjdə verdiyi və məzlumların gözlədikləri körpə dünyaya göz açdı. Bəli, o əbədiyyət günəşi Səfa dağının arxasında və Məscidül-hə‌ramın yaxınlığında yerləşən müqəddəs evdə dünyaya gəl‌di. Bu ev, o həzrətin pak bədənini hiss edən ilk ev idi.

Buna görə də, müsəlmanlar və Allah rəsulunun (s) aşiqləri dün‌yanın başqa mədəni xalqları kimi öz rəhbərlərinin do‌ğum yerlərinə (vətənlərinə) xüsusi diqqət yetirərək, əziz‌lə‌yir‌lər. Məscidül-həramı ziyarət edənlərin çoxu məscidi ziyarət etdikdən sonra o müqəddəs məkanın görüşünə tələsirlər.[18]

2. Həzrət Peyğəmbərimizin (s) Mədinədəki evi

Allah rəsulunun (s) Mədinədə məskunlaşdığı ilk günlərdə Məs‌‌cidün-nəbi tikilərkən, o həzrətin evi də o məscidin şər‌qin‌‌də vəfalı dostlarının köməyi ilə tikildi.

Tarixçilərin sözlərindən bu qənaətə gəlmək olur ki, o həz‌rə‌‌tin və ailəsinin məskunlaşdığı yer sadə və yaraşıqsız ol‌muş‌dur. Bu ev kərpic, gil və ağac budaqlarından tikilmişdir. Ab‌dullah ibn Zeyd deyir:

“Allah rəsulunun (s) həyat yoldaşlarının evlərini Ömər ibn Əbdül-əziz tərəfindən dağıdılanda gördüm. Onlar kərpicdən tikil‌mişdi. Otaqları ağac budaqları və gildən düzəldilmiş di‌var‌larla bir-birindən ayrılan evlər idi”.[19]

Sözügedən ev, hicrətin 88-ci ilinə qədər əvvəlki halında qa‌lırdı. Xəlifələrin heç biri bu evin və otaqlarının də‌yiş‌di‌ril‌mə‌‌sinə, yaxud dağıdılmasına icazə vermədi. Çünki mü‌səl‌man‌‌ların bu qiymətli peyğəmbərlik yadigarına olan mə‌həb‌bət və güclü bağlılıqları onun dağılmasının qarşısını alırdı.

Amma hicrətin 86-cı ilində Vəlid ibn Əbdülməlik xəlifə ol‌duqdan sonra Ömər ibn Əbdül-əzizi Məkkə və Mədinə ha‌ki‌mi təyin etdi. Qısa bir müddətdən sonra Vəlid Ömər ibn Əb‌dül-əzizə İslam peyğəmbərinin (s) otaqlarını söküb, Məs‌ci‌‌dün-nəbiyə qatmasını əmr etdi.

Əbu Əyyub Xorasani deyir:

“Mən Məhəmmədin (s) evinin otaqlarını görmüşdüm. Və‌lid ibn Əbdülməlikin fərmanı Mədinə xalqına oxunanda mən ora‌da idim. Camaat ağlamağa başladı. Mən heç vaxt ca‌ma‌atın bu cür nalə və fəryad etməsini görməmişdim”.[20]

Məlum məsələdir ki, müsəlmanların Allah rəsulunun (s) evi‌nə olan bağlılığı o müqəddəs məkanın, tövhid bayraqdarı olan həzrət Peyğəmbərin (s) xatirəsi ilə dolu olduğuna gö‌rə‌dir. İslam ardıcılları onu müşahidə etməklə, öz dahi rəh‌bər‌lə‌ri‌‌nin həyat yolu ilə tanış olurlar.

Səid ibn Musəyyib deyir:

“Allah rəsulunun (s) evlərini əvvəlki vəziyyətində sax‌la‌say‌‌dılar, necə də sevinərdim. Belə olsaydı, bütün dünya və Mə‌‌dinə Allah rəsulunun (s) necə sadə həyat tərzi keçirdiyini, bu sadəliklə kifayətləndiyini müşahidə edərdi. Bu, camaatın dün‌‌ya malını israf etməməsi üçün ibrətamiz bir əlamət idi”.[21]

Allah rəsulunun (s) evinin dağıdılıb Məscidün-nəbiyə bir‌ləş‌‌dirilməsindən sonra ziyarətçilər o həzrətin evini gör‌mək‌dən məhrum olsalar da, o müqəddəs məkana olan məhəb‌bət‌lə‌‌rini qoruyub saxladılar. Onlar hazırda o evin Məscidün-nə‌bi‌‌də yerləşən yerini ziyarət edirlər. Onlar Allah rəsulunun (s) qə‌‌b‌rini ziyarət etdikdən sonra o həzrətin həyat yoldaşları və əziz qızı Fatimənin (s) evini görməyə gedirlər. Bu müqəddəs mə‌kanlarda namaz qılıb dua edirlər (əlbəttə ki, Allaha üçün na‌maz qılırlar. Özü də bu namaz tövhid rəhbərinin dəfn olun‌duğu məkanda, yəni bizə “ibadət Allaha məxsusdur və yal‌nız ona xatir olunmalıdır.” - deyən şəxsin qəbri kənarında qı‌lınır).

3. Ərqəmin evi və ya İslam təbliğatlarının ilk bazası

İslam məktəbinin ilk ardıcılları Məkkədəki boğucu və əl‌ve‌‌rişsiz şəraitə görə şəhərin ətrafındakı dərələrin birinə pə‌nah aparmağa məcbur oldular. Orada namaz qılır və dua et‌mək‌lə məşğul olurdular. Bu yolla iman və əqidələrini gizli sax‌layırdılar.

Günlərin birində müsəlmanlar öz mərasimlərini yerinə ye‌ti‌rərkən, müşriklərin bir dəstəsi bundan xəbər tutdu. Müş‌rik‌lər‌lə müsəlmanlar arasında şiddətli bir qarşıdurma baş verdi. Bu qarşıdurmada kafirlərdən bir nəfəri yaralandı. Öz sirlərini qo‌rumaq və yeni qarşıdurmanın qarşısını almaq üçün Pey‌ğəm‌bər (s) müsəlmanlara Ərqəmin evində yığışmağı və ora‌da namaz qılmağı əmr etdi. O həzrət özü də İslam prin‌sip‌lə‌ri‌ni orada təbliğ etməyə başladı.

“Darul-xeyzəran” kimi tanınan Ərqəmin evi Səfa dağının ətə‌‌yində yerləşərək, həmişə Məkkə zəvvarlarının diqqət mər‌kə‌zində olmuşdur.

İbrahim Rüfət Paşa sözügedən mənzili təsvir edərkən belə bu‌yurur:

 “Darul xeyzəran” kimi tanınan Ərqəmin evi Səfa dağına tə‌‌rəf olan sol küçədə yerləşir. Şərqə açılan qapısından uzun‌lu‌ğu səkkiz metr olan geniş bir həyətə keçmək olur. Cənub-şərq küncündə bir-birinin üstündə olan iki daş var. Üst daşın üzə‌rinə aydın hərflərlə belə yazılıb:

 “(Həmin taxça və çıraq) Allahın, tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada sə‌hər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər”.[22]

“Bu, Peyğəmbərin (s) sığınacağı sayılan Darul-xeyzə‌ran‌dır. İslamın yayılması buradan başlamışdır”.[23]

4. Əbu Əyyub Ənsarinin evi

Əbu Əyyub Ənsarinin evi Allah rəsulunun (s) Yəsribdə (in‌diki Mədinə − Red.) məskunlaşdığı ilk məkandır. O həzrət Mək‌kədən Mədinəyə hicrət edəndə ilk olaraq, “Quba” kən‌di‌nə daxil oldu. Oradan dəvəsinə minib camaatı tərəfindən də‌vət olunmuş Yəsrib şəhərinə tərəf yola düşdü. O həzrətə müş‌taq olan Mədinə camaatının hər biri onu öz evində qal‌ma‌ğa dəvət edirdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Dəvənin hə‌rəkətinin qabağını almayın. Çünki o, məni müəyyən olun‌muş yerə yetirməlidir”.

Nəhayət, həzrətin dəvəsi Əbu Əyyub Ənsarinin evinin kəna‌rında dizi üstə çökdü. Beləliklə, o, həzrətin qaldığı yeri müəy‌yənləşdirdi.

“İbn Rəste” öz kitabında belə yazır:

“Peyğəmbər (s) Əbu Əyyub Ənsarinin evində olarkən, o həz‌rətə Quran nazil olur və Cəbrail o həzrətin yanına gə‌lirdi‌”.[24]

“Mədinəşünaslıq” kitabında bu evin indiki vəziyyəti ba‌rə‌də belə yazılır:

“İndi Əbu Əyyubun evinin yerində, Məscidün-nəbinin cə‌nub-şərq “rükn”ünün (dayağınının) qiblə istiqamətinin on metr‌lik fasiləsində iki mərtəbəli bina yerləşir. Xarab olan ikin‌ci mərtəbəsində qədim mehrabın yerini aşkar görmək olar. Aşağı mərtəbəsində yerləşən alış-veriş dükanları evin əsl gö‌rü‌nüşünü gizlətmişdir”.[25]

5. Həzrət Xədicənin evi

Bu ev peyğəmbərliyin ilk dövründə Allah rəsulunun (s) mən‌zili, vəhyin nazil olduğu yer, o həzrətin əziz qızı həzrət Fa‌timənin (s) doğum yeri və İslamın böyük xanımı Xədiceyi-Küb‌ranın fədakarlıqlarının xatirəsi olaraq, Məkkə zəv‌var‌la‌rı‌nın daim diqqət mərkəzində olmuşdur.

“Bətanuni” öz kitabında bu barədə belə yazır:

“Allah rəsulunun evi olan bu mənzilə yaxşı diqqət ye‌tir‌sən, sadəlikdən başqa bir şey görməzsən. Bu evin dörd ota‌ğın‌dan üçü daxildə yerləşirdi. Onlardan biri qızlarının, ikin‌ci‌si, o həzrətlə həyat yoldaşının, üçüncüsü isə (ibadət etməsi üçün) Allah rəsulunun (s) idi. Çöldə yerləşən dördüncü otaq isə Allah rəsulu (s) ilə (müsəlmanların müraciət etməsi üçün) ca‌maata məxsus idi. Bu çox gözəl bir tərtibdə və yeni qu‌ru‌luş‌da idi”.[26]

Həzrət Xədicənin evi tarix boyu müqəddəs bir ziyarətgah ki‌mi bütün müsəlmanların diqqətində olmuşdur. Amma təəs‌‌süflər olsun ki, hazırda adıçəkilən ev viran edilərək unu‌dul‌muş‌dur.

Burada da aşağıdakı məsələni xatırlatmağımız yaxşıdır:

Məsumların (ə) türbələrinin ziyarəti fəslində dediyimiz ki‌mi, müqəddəs məkanların ziyarəti onlara ehtiram və orada olu‌nan ibadətlər, dualar isə yalnız yeganə olan Allaha pə‌rəs‌tiş etmək niyyətilə həyata keçirilir. Buna görə, peyğəmbərlik əsər‌lərinə, yadigarlarına məhəbbət bəsləyənlərin o qiymətli ev‌ləri ziyarət etməsi təkallahçılıq əhval ruhiyyəsi ilə tam uy‌ğun‌dur və o evlərin ucaldılıb əzizlənməsi layiqli bir işdir. Çün‌ki bunlar Qurani-məcid xatırladan evlərin nü‌mu‌nə‌lə‌ri‌dir:

“(Həmin taxça və çıraq) Allahın, tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər”.[27]

 

* * *


 

 

 

 

 


Sçkkizinci fçsil

Həzrət Peyğəmbərdən (s)

qalan yadigarlara təbərrük etmək

İslam tarixini araşdırarkən, müsəlmanların Peyğəmbərin (s) yaşadığı dövrdən bu vaxta qədər o həzrətdən qalan ya‌di‌gar‌lara məhəbbət bəsləyib təbərrük etmələri aydınlaşır. Bu möv‌zunu daha da açıqlamaq üçün məsələni iki istiqamətdə araş‌dırırıq:

a)        Allah rəsulundan (s) qalan yadigarlar və mü‌səl‌man‌la‌r‌ın onlara təbərrük etməsi;

b)        Təbərrükün Quran, sünnə və İslam ardıcıllarının hə‌yat tərzi baxımından təhlili.

Allah rəsulunun (s) qiymətli yadigarları

Dahi tövhid bayraqdarının vəfatından sonra, o həzrətdən bir çox qiymətli yadigarlar qalmışdır. Müsəlmanlar öz Pey‌ğəm‌‌bərlərinə (s) hədsiz məhəbbət bəslədikləri üçün bu ya‌di‌gar‌‌lar onların xüsusi diqqət mərkəzində olmuşdur. Misal üçün, (keçən fəsillərdə qeyd etdiklərimizdən əlavə) bəzi nü‌mu‌‌nələrini diqqətinizə çatdırırıq:

 


1. Peyğəmbərin (s) mehrabı

O həzrətin mehrabı namaz vaxtı Məscidün-nəbidə da‌yan‌dı‌‌ğı yerdir. Sözügedən yer o həzrətin otağı ilə minbərinin ar‌a‌‌‌sında yerləşir.

Bu müqəddəs məkan ilk günlərdə “Peyğəmbərin (s) səc‌də‌gahı” kimi tanındı. O həzrətin vəfatından sonra mü‌səl‌ma‌n‌‌lar orada dünyadakı başqa məscidlərin mehrabı kimi bir meh‌rab tikmək qərarına gəldilər.

İslam alimlərinin sözlərindən belə qənaətə gəlirik ki, Ömər ibn Əbdüləziz Allah rəsulundan (s) və ilk İslam xəlifələ‌rin‌dən (Əbu Bəkr, Ömər, Osman və İmam Əli (ə)) sonra ilk dəfə ola‌‌raq o həzrətin səcdəgahını o vaxtki İslam memarlığına uy‌ğun olan bir mehrab şəklində düzəltdirdi.[28]

2. Allah rəsulunun (s) minbərinin yeri

İslam peyğəmbəri (s) peyğəmbərliyini təbliğ etməyə baş‌la‌dı‌ğı ilk dövrlərdə Mədinə məscidində vacib namazları qı‌lan‌dan sonra və ya münasib vaxtlarda (sonralar “Hənnanə sü‌tu‌nu” kimi tanınan) xurma ağacının budağına söykənərək, ca‌ma‌at üçün söhbət edərdi. Amma o həzrət müsəlmanların sa‌yı‌nın çoxaldığına və minbər düzəltmək üçün bəzi ar‌dı‌cıl‌la‌rın‌dan təklif aldığına görə ilk minbərin düzəldilməsinə icazə ver‌di. Übəy ibn Kəb bu barədə deyir:

“Allah rəsulu (s) xurma ağacının kənarında xütbə söy‌lə‌yir‌di. Dostlarından biri ona belə dedi: Cümə günlərində xüt‌bə söy‌lə‌yərkən, camaatı görməyiniz və camaatın da səsinizi eşit‌məsi üçün minbər düzəldəkmi? O həzrət cavab verdi: “Bəli”.

Elə buna görə də, o həzrət üçün üçpilləli minbər dü‌zəlt‌dilə‌r”.[29]

İslam tarixçilərinin dediklərinə əsasən, sözügedən minbər dü‌zəldikdən sonra belə, müsəlmanlar Allah rəsuluna (s) mə‌həb‌bət bəslədikləri üçün, minbərlə yanaşı, o həzrətin söy‌kə‌nib xütbə söylədiyi xurma ağacına da xüsusi diqqət yetirərək, tə‌bərrük edirdilər.

“İbn Cubeyr”in dediyinə əsasən, uzun illər keçməsinə bax‌‌ma‌yaraq, Peyğəmbərin (s) minbəri və “Hənnanə sütunu” Məs‌‌cidün-nəbidə saxlanılırdı və o həzrətin zəvvarları o qiy‌mət‌li tarixi yadigara təbərrük edirdilər”.[30]

O vaxtdan sonra müsəlmanlar Allah rəsulunun (s) bu sa‌də, bəzəksiz minbərdə söhbət etməsini şirin bir xatirə kimi ya‌şatmaq üçün, gözəl və dəyərli minbərlər düzəldərək, hə‌min minbərin yerinə qoymuşlar.

İslam ardıcıllarının bu minbərin olduğu yerə xüsusi diqqət ye‌tirməsinin əsl səbəblərindən biri də o həzrətdən bu barədə nəql olunan hədislərdir. Onlardan bəzilərinə işarə olunur:

Ümmü Sələmə Allah rəsulunun (s) belə buyurduğunu nəq‌l edir:

“Minbərimin ayaqları Cənnətdə dərəcələrdir”.[31]

Ənəs ibn Malik həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

 “Minbərim Cənnət çaylarından birinin üzərində yer‌ləş‌miş‌dir”.[32]

 


3. Müqəddəs bağ

Müqəddəs bağ adlanan bu yer Məscidün-nəbidə həzrət Pey‌ğəmbərin minbəri, mehrabı və otağının yerləşdiyi mə‌kan‌dır. Bu yer Allah rəsulunun (s) zəvvarlarının xüsusi diq‌qə‌tin‌də‌dir. Bu məkanın əzəmətli və müqəddəs olmasına səbəb, Allah rəsulundan (s) bu barədə nəql olunan hədislərdir. Bu hə‌dislər İslam alimləri tərəfindən mötəbər və möhkəm sa‌yı‌lır. İndi isə “Müqəddəs bağ” barəsində olan məşhur hə‌dis‌lə‌rin bəzilərini diqqətinizə çatdırırıq:

“Minbərimlə türbəmin arası Cənnət bağlarından biridir”.

“Evimlə minbərimin arası Cənnət bağlarından biridir”.

“Minbərimlə otağımın arası Cənnət bağlarından biridir”.[33]

Bu aşkar hədislərə istinad edib deyə bilərik ki, Məscidün-nə‌binin zəvvarları, Bətanuninin öz (“ər-Rehlətul-hicaziyyə”) ki‌tabında verdiyi məlumata görə, sahəsi 22 m-in 15 m-ə olan mü‌qəddəs bağda o Peyğəmbər (s) yadigarına təbərrük edə‌rək, dua edirlər.

Həzrət Peyğəmbərin (s)

tarixi yadigarlarına təbərrükün araşdırılması

Böyük rəhbərimiz Allah rəsulundan (s) bizə yadigar qalan qiy‌mətli yadigarlarla tanış olduq. O həzrətin ardıcılları Pey‌ğəm‌bərin (s) mənəvi feyzindən faydalanmaq və xatirəsini ye‌ni‌ləmək üçün onun qiymətli yadigarlarını ziyarət etməyə tə‌lə‌sirlər. Sözügedən bu yadigarlar dahi tövhid bayraqdarına məx‌sus olduğu üçün, onu öpür və ona təbərrük edirlər.

 


Burada bir suala cavab verməyimiz yaxşı olardı: adları çə‌ki‌lən (Allah rəsulunun (s) zərih, minbər, mehrab, türbəsinin qa‌pı və divarı) kimi tarixi abidələri öpmək və ya onlara tə‌bər‌rük etmək müsəlmanların təkallahçılıq və tövhid prinsipi ilə uyğundurmu?

Bu suala belə cavab veririk:

Övliyaların tarixi abidə və yadigarlarına təbərrük etmək mü‌səlmanlar arasında təzə bir məsələ deyil. Bu əməlin kök‌lə‌ri‌ni İslam tarixinin ilk çağlarında, Allah rəsulu (s) və sə‌ha‌bə‌si‌nin yaşadığı zamanda tapmaq olar. Nəinki Allah rəsulu (s) və səhabəsi, hətta keçmiş peyğəmbərlər belə bu işi gör‌müş‌lər. İndi isə Allah yanında əziz olanlara təbərrük etməyin Qur‌an, sünnə və müsəlmanların həyat tərzi baxımından qa‌nu‌ni ol‌ma‌sı dəlillərini diqqətinizə çatdırırıq:

1. Quranda oxuyuruq ki, həzrət Yusif (ə) özünü qar‌daş‌larına tanıtdırandan sonra onları bağışlayaraq belə buyurur:

 “Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o, (yenidən) görməyə başlar”.[34]

Sonra buyurur:

 “Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı”.[35]

Yuxarıdakı ayə həzrət Yəqubun (ə) Yusifin (ə) köynəyinə tə‌bərrük etməsini isbat etmək üçün aydın bir dəlildir. Bun‌dan əlavə, ayə köynəyin həzrət Yəqubun (ə) yenidən gör‌mə‌sinə səbəb olmasını da bəyan edir. Görəsən, bu iki pey‌ğəm‌bə‌rin əməlini tövhid prinsipinə zidd hesab etmək olarmı?!

 


2. İslam alimləri həzrət Peyğəmbərin (s), Allah evini təvaf edə‌rkən, “Həcərül-əsvəd”ə (“Qara daş”a) əlini sürtərək, onu öp‌‌düyünü nəql edirlər.

Buxari öz “Səhih”ində deyir: Bir kişi Abdullah ibn Ömər‌dən “Həcərül-əsvəd”ə əl sürtmək barəsində soruşdu. O, ca‌va‌bında belə dedi:

 “Allah rəsulunu (s) ona əl sürtərkən və öpərkən gör‌mü‌şəm”.[36]

Halbuki bu əməl şirk olsa idi, tövhid carçısı olan əziz Pey‌ğəm‌bərimiz (s) heç vaxt bunu etməzdi.

3. İslam hədis kitablarında və tarix kitabları arasında sə‌ha‌bə‌nin, Peyğəmbərin (s) bəzi paltar, dəstəmaz suyu, su qabı və bir sıra bu kimi başqa əşyalarına təbərrük etməsi ilə bağlı çox‌lu sayda hədislərə rast gəlmək olar. Bu hədisləri oxu‌yan‌dan sonra həmin əməlin qanuni və gözəl bir iş olmasına zərrə qə‌d‌ər də şübhə yeri qalmır. Onlardan bəzilərini nümunə üçün xatırladırıq:

a) Buxari öz “Səhih”ində həzrət Peyğəmbər (s) və sə‌ha‌bə‌si‌nin bəzi xüsusiyyətlərini şərh edərək, belə deyir:

 “Peyğəmbər (s) dəstəmaz alarkən, az qalırdı müsəlmanlar (o həzrətin dəstəmaz suyundan götürmək üçün) bir-biriylə da‌‌va etsinlər”.[37]

b) İbn Həcər deyir:

 “Təbərrük məqsədilə uşaqları dua oxuması üçün Pey‌ğəm‌‌bərin (s) yanına gətirirdilər”.[38]

c) Məhəmməd Tahir Məkki deyir:

 


“Ümmü Sabitin belə dediyi nəql olunub: Allah rəsulu (s) mə‌nim yanıma gələrək, asılmış tuluqdan su içdi. Mən ayağa qal‌‌xıb, tuluğun ağzını (Peyğəmbərin (s) ağzı dəyən yeri) kə‌sib götürdüm.

Ardınca belə deyir: Bu hədisi Tirmizi nəql edərək, belə de‌yir: bu hədis səhih (doğru) və “həsən”dir. Bu hədisin şərhçisi “Ryazüs-salehin” kitabında belə deyib: Ümmü Sabit Pey‌ğəm‌bərin (s) ağzı dəyən yeri ona təbərrük etmək üçün kəsdi. Al‌lah rəsulunun (s) səhabələri də o həzrətin su içdiyi yerdən su iç‌məyə çalışırdılar”.[39]

d) “Səhih Müslim”də belə oxuyuruq:

 “Mədinənin xidmətçiləri sübh namazı vaxtı bir qab su ilə Pey‌ğəmbərin (s) yanına gəlirdilər. Allah rəsulu (s) əlini o qab‌ların hər birinin içinə salırdı. Çox vaxt da səhərin so‌yu‌ğunda o həzrətin yanına gəlir və o da əlini qabların içinə salırdı”.[40]

Beləliklə, övliyaların tarixi yadigarlarına təbərrük etməyin ica‌zəli olduğunu isbat edən dəlillər aydınlaşdı. Bundan baş‌qa, övliyalara təbərrük etməyin təkallahçılıq prinsipi ilə də uy‌ğunluğu və şirkdən uzaq olması isbat olundu. Çünki şirk, Al‌lahdan başqa bir varlığa da Allah kimi etiqad bəsləmək və ya Allahın işlərini ona nisbət verməkdir. Yəni, onu ya ya‌ra‌dı‌lı‌şın əslində, yaxud onun bir hissəsində müstəqil və Allahdan eh‌tiyacsız bilməkdir.

Halbuki müsəlmanlar övliyaların tarixi yadigarlarını öz‌ləri kimi Allahın məxluqu bilir, onların həm yaradılış və həm də təsir göstərmə baxımından yeganə Allaha ehtiyaclı ol‌du‌ğu‌na inanırlar.

İslam dininin ardıcılları yalnız öz rəhbərlərinə ehtiram və on‌lara olan hədsiz məhəbbətlərini aşkar etmək niyyətilə o tarixi yadigarlara təbərrük edirlər.

İslam ümmətinin həzrət Peyğəmbərin (s), səhabələrinin və ailə‌sinin türbəsini ziyarət edərkən onların zərihlərini öpməsi, qa‌pı və divarlarına əl sürtməsi yalnız öz rəhbərlərinə bəs‌lə‌dik‌ləri məhəbbətin bir təzahürüdür. Bu, hər bir aşiq və vur‌ğun insanın valığında cilvələnən ülvi bir hissdir.

 

 

--------------------------------------------------------------------------------

[1] “əl-Bəqərə”, 30-33-cü ayələr

[2] “əl-Əhzab”, 72

[3] “əl-İsra”, 70

[4] “ət-Tovbə”, 84

[5] Bir çox təfsirçilər bu fikirdədirlər ki, “qəbrinin başında durma” cümləsinin işlən‌mə‌sində məqsəd, istər ziyarət, istər də dəfn etmək üçün olsun münafiqlərin qəbirləri kə‌narında durmaqdan çəkindirməkdir. Misal üçün, Beyzavi öz təfsirində sözügedən ayəni belə təfsir edir: (Münafiqin) qəbrinin kənarında onu dəfn və ziyarət etmək üçün durma!

 

[6] “Sihah”-səhihlər: "Səhih": Məhəmməd b. İsmayıl əl-Buxari (194-256); "Səhih": Müs‌lim, Məhəmməd b. əl-Həccac ən-Neyşaburi (204-261); “Məsanid”-müsnədlər: "Müs‌nəd": Əhməd b. Hənbəl (t. 241); "Müsnəd": Əbu Davud əl-Təyalisi (t. 204); "Müsnəd": Əbi Yəla- Əhməd b. Əli əl-Musəli (t. 307);  “Sünən”: "Sünən" : Məhəmməd b. İsa ət-Tir‌‌mizi (200-279); "Sünən": Əhməd b. Şüeyb ən-Nəsai (215-303) və başqaları.− Red.

[7] “Sünənu İbn Macə”, 1/500

[8] “Səhih Müslim”, 4/74, və 3/65, Peyğəmbərin (s) anasının qəbrini ziyarət etmək üçün Allahdan icazə istəməsi babı, “Sunənu İbn Davud”, 2/195, kitabul cənaiz, “Sünəni Nəsai”, 3/76

[9] “Sünənu İbn Macə”, 1/500, “Səhih Tirmizi”, 3/274, “kitabul cənaiz”: “Sizi qəbirlərin ziyarətindən çəkindirirdim...”

[10] “Sünənu Beyhəqi”, 5/242, “Sünəni İbn Davud”, 1/313

[11] “Səhih Müslim”, 3/65; “Sünəni İbn Davud”, 2/195, “kitabul-cənaiz”

[12] “Səhih Müslim”, 3/64; “Sünən Nəsai”, 3/76

[13] “Müstədrəku Hakim”, 1/377; “Sünəni-Beyhəqi”, 4/78:

" كانت فاطمة رضي الله عنها تزور قبر عمها حمزة كل جمعة فتصلي و تبكي عنده"

 

 

[14] “Müsnədi-Əhməd”, 3/248:  " اللهم لا تجعل قبري وثنا يعبد"

[15] Yəni hökmən qəbirlərə ibadətdən, müstəqil şəkildə onlardan kömək istəməkdən çəkinmək lazımdır. İcazə verilən, qəbirləri ziyarət etmək, onlar üçün Allahdan bağışlanmaq diləmək, qəbirləri görüb axirəti, ölümü xatırlamaq, Allah yanında dəyərli olan qəbir sahiblərini özü ilə Allah arasında vasitə etmək kimi işlərdir. Qəbirləri, qəbir sahiblərini müstəqil sayaraq kömək istəmək, onlara pərəstiş kimi şeylər Allaha şərik qoşmaqdır.− Red.

[16] “ən-Nur”, 36-37

[17] “Durrul-mənsur”, 5/50, bu ayənin təfsirində

 

[18] Təəssüflər olsun ki, sözügedən bu qiymətli abidə son illərdə unutdurulmuş və nə‌ti‌cə‌də, dağılmağa başlamışdır.

[19] “Mədinəşünaslıq”, 1/70, “Təbəqat kubra”dan nəql olunub

[20] Əvvəlki, 44, Məhəmməd ibn Ömər Vaqididən nəql olunub

[21] Əvvəlki, 45

[22] “ən-Nur”, 36

[23] “Miratul-hərəmeyn”, 1/192

[24] “əl-Əlaqun-Nəfisə”, 64

[25] “Mədinəşünaslıq”, 1/239

[26] “Rehlət Bətanuni”, 53

[27] “ən-Nur”, 36

[28] “Mədinəşünaslıq”, 1/95, Cəlaləddin Syutinin nəqli ilə

 

 

 

[29]“Mədinəşünaslıq”, 1/88, “Kənzül-ümmal”ın nəqli ilə, 14/58

[30] “ər-Rehlə”, İbn Cübeyr”, 167

[31] “Mədinəşünaslıq”, 1/89, Beyhəqinin nəqli ilə, “Dəlailun-nübuvvə” və İbn Səid, “Təbəqati-Kubra”: “Qəvaimu minbəri rəvatibu fil-cənnət”

[32] Əvvəlki, 90, “Əxbar mədinətur-rəsul”un nəqli ilə (İbn Nəccar), hədisdəki “torəh” kəlməsi bağ və qapı mənasında işlənir.

[33] Bu hədislərə, İslamın bir çox tanınmış hədis alimlərinin kitablarında rast gəlmək olur. Misal üçün:

1. “Səhih Buxari”, “Kitabu fəzailul-Mədinə”, 12-ci bab, “Kitabus-səlat fi məscidir- rəsul”, 5-ci bab

2. “İrşadus-sari”, c. 2, “Fəzlu ma beynəl-qəbri vəl-minbər” babı

[34] “Yusuf”, 93

[35] “Yusuf”, 96

 

[36] “Səhih Buxari”, 151-152, 2-ci cüz, “Kitabul-həcc”, “Təqbilul-hicr” babı

[37] “Səhih Buxari”, 3/195, “Ma yəcuzu minəş-şurut fil-islam” babı, “Babuş-şurut fil cihad vəl-musalihə”

[38] “əl-İsabə”, c. 1, kitabın xütbəsi, 7

 

[39] “Təbərrukus-səhabə”, Məhəmməd Tahir Məkki, Ənsarinin tərcüməsi, 29

[40] “Səhih Müslim”, 79, 7-ci cüz, “Kitabul-fəzail”, “Qurbun-nəbi əleyhis-səlam minən‌nas və təbərrukuhum bih” babı

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI
HİNDUİZM (2)
Quran baхımından Allahı tanımaq yоlu
İlahi bərəkəti cəlb etməyin 8 yolu
Günah əhli ilə yoldaşlıq etmə!
Şükür - ibadətin aydın nümunəsidir
ÖLÜM ANLAYIŞI

 
user comment