Bu gün ABŞ bəşər tarixində iqtisadi tüfeyliliyin ən parlaq nümunəsidir. Dünya əhalisinin cəmi 5 faizini təşkil etdikləri halda, onlar istehlak ehtiyatlarının 40 faizindən istifadə edirlər. Bəşəriyyətin ehtiyatlarının böyük hissəsinə sahib olarkən, bu ölkə əvəzində demək olar ki, heç nə vermir, nəticə isə ölü təbiət, zəhərlənmiş hava və çaylar olur. Yer üzündə baş verən çirkləndirmələrin üçdən bir hissəsinin səbəbkarı ABŞ olur.
Qlobal iqtisadi kateqoriyalar baxımından, ABŞ-da istehsal edilən məhsul real şəkildə təkcə onun özünə deyil, istismar etdiyi bütün bəşəriyyətə məxsusdur. Bu gün hər bir Amerikalı yer üzünün digər səkkiz nəfər sakininin istehlak etdiyi qədər istehlak edir. Yəhudi-mason sivilizasiyasına aid olmayan ölkələrlə müqayisədə isə, bu rəqəm hətta on iki nəfərədək artır.
Yəni kimsə belə bir həddən artıq bol istehlak səviyyəsinin yalnız xüsusi əməksevərlik, yaxud yüksək məhsuldarlıqla işləmək sayəsində təmin olunduğuna inanarmı?
Amerikalıların ən əməksevər xalq, onların sərvətlərinin isə məhsuldar əməyin nəticəsi olması kimi yanlış bir fikir mövcuddur. Bu, ABŞ əhalisinin, həqiqətən də çox gərgin və səmərəli işləyən kiçik bir hissəsi barədə doğrudur. Lakin bu adamlar ölkənin əmək qabiliyyətinə malik əhalisinin üçdən bir hissəsindən də azı təşkil edir.
Rəsmi statistikanın mə᾽lumatına görə, əhalinin on altı və daha çox yaşı olan hissəsinin, təxminən, 40 faizi işləmir. Kişilərin 30 faizi, qadınların isə 50 faizi işləmir. Əmək qabiliyyətli əhalinin 10 faizdən çoxu natamam iş günü işləyir. Beləliklə, bütövlükdə ABŞ əhalisinin yarısı ya tamamilə işləmir, ya da çox az işləyir. ABŞ-da fəal tüfeylilər adlandırıla bilən çox milyonluq bir təbəqə də mövcuddur (əmək qabiliyyətli əhalinin, təxminən, 5 faizi). Bu adamlar heç yerdə işləmirlər, hər cür əməyə xor baxırlar, dövlətdən aldıqları müxtəlif müavinatlar, ərzaq talonları ilə dolanırlar.
Amerikanın ağdərili əhlasinin böyük hissəsi hər hansı bir fiziki əməyə qarşı sonsuz bir ikrah hissi keçirir. Bir çox amerikalının fikrincə, belə işi yerinə yetirmək alçaldıcıdır. Keçirilən sosioloji sorğular göstərmişdir ki, amerikalıların böyük əksəriyyəti onların sosial statusuna uyğun olmayan iş görməkdənsə, ümumiyyətlə işləməməyi üstün tuturlar. Ağır, çirkli, cəlbedici olmayan işlərin 90 faizini qaradərililər, hindular, ilk növbədə, puertoikolular və meksikalılar, həmçinin, müxtəlif ölkələrdən gələn mühacirlər yerinə yetirirlər. İşləyən amerikalıların əmək həyatının (iş stajının) orta müddəti 33 ildən artıq deyildir.
80-cı illərdə və 90-cı illərin birinci yarısında amerikalıların real gəlirləri əmək məhsuldarlığından iki dəfə sür᾽ətlə artırdı. Bu o deməkdir ki, Amerika əhalisinin həyat səviyyəsinin yüksəlməsi təkcə əmək məhsuldarlığının artımı hesabına baş vermirdi və başqa ‒zəhmətlə qazanılmayan mənbələrə də malik idi.
Aydın dərk etmək lazımdır ki, nə qədər müasir olsa da, heç bir texnika və texnologiya təbii ehtiyatların miqdarını artıra bilməz, yalnız onların e᾽malını və məkandakı yerdəyişmə sür᾽ətini yüksəldə bilər. Bu isə o deməkdir ki, ümumbəşəri ehtiyatların 40 faizini istehlak edən ABŞ xüsusi maliyyə-iqtisadi mexanizmdən istifadə etməklə, bütün bəşəriyyətə məxsus olan ehtiyatları mənimsəmək sistemi yaratmışdır. Bu mexanizmin mahiyyəti yalançı dəyərlərin və başqa ölkələrə münasibətdə qeyri-bərabər əmtəə və xidmət mübadiləsinin yaradılmasıdır.
Başqa ölkə ehtiyatlarının ABŞ xeyrinə paylaşdırılmasında birinci vasitə Amerika sisteminin dünya bazarına daxil etdiyi külli miqdarda tə᾽yinatsız dollarlardır. ABŞ bu dollarları öz daxili bazarlarını təmin etmək üçün lazım gəldiyindən on dəfələrlə çox çap edir. Əmtəə təminatı olmayan dollar qızılla təminata da malik deyil. ABŞ-ın fort-noksdakı bütün qızıl ethiyatı Amerikanın yəhudi bankerlərinin dövriyyəyə daxil etdikləri kağız dollarların heç beşdən bir hissəsini təmin etmək üçün də kifayət etməz. Dollarları olan sadəlövh adamlardan heç birinin onları Fort Noks qızıl ehtiyatlarına dəyişdirmək cəhdi göstərə bilməməsi üçün isə prezident Conson 1968-ci ilin Martında kağız pulların qızılla dəyişdirilməsi təcrübəsinə xitam verdi. Beləliklə, dolların dəyəri yalnız «böyük Amerika» barədə əfsanəyə əsaslanır. Amerika maliyyə sistemi indiyədək görünməmiş bir fırıldaqçılıqdır və o gec-tez bütün qərb cəmiyyətinin maliyyə-iqtisadi sabitliyinin partlayışına səbəb olacaq.
Ölkənin iqtisadi və maliyyə potensialı ilə təmin olunmuş dəyər kimi, dollar reallıqda onun bəyan edilmiş alıcılıq gücündən həddindən artıq ucuzdur. Bu, Amerikaya real dəyərlərlə təmin olunmamış kağız parçaları sayəsində başqa ölkələrə məxsus olan nəhəng ehtiyatları mənimsəmək imkanı verir. Amerikanın dünya bazarında ən çox «qazanc gətirən» əsas əmtəəsi texnika və maşınlar deyil, alıcılıq qabiliyyəti kursu sü᾽ni şəkildə yüksəldilmiş kağız dollarlardır.
Görkəmli Serb mütəxəssisi C. Kalaiçin haqlı olaraq qeyd etdiyi kimi: Dollarlar yalançı ödəmə və᾽dləri daşıyıcısı olan kağız parçalarıdır. Lakin bu kağız parçalarının istehsalçıları və borc alverçiləri bu gün də möhtəşəm yalana tabe olmaq məcburiyyətində qalan bəşəriyyətin sərvətləri, xidmətləri və əməyindən havayı faydalanırlar.46
Amerika maliyyə sistemi elə qurulub ki, daim borc dəryasının lap kənarı ilə irəliləyir. Fərdi amerikalıların böyük əksəriyyəti də, Amerika hökuməti də borcla yaşayır.
Amerikalıların 80 faizi evləri, maşınları, digər uzun müddətli istifadə mallarını nisyə‒kreditə alırlar. 90-cı illərin əvvəllərində amerikalıların istehlak kreditinin, yə᾽ni fərdi borclarının məbləği bir trilyon dollara yaxın idi. Amerika dövlətinin daxili borcu isə daha möhtəşəmdir‒3 trilyon dollardan artıq. Sosial proqramların və hərbi məsrəflərin çox hissəsi daxili borclar hesabına maliyyələşdirilirdi. Amerikada dövlətin və fərdlərin ümumi borcu 90-cı illərin əvvəlləri üçün 4 trilyon dollar, yaxud ölkənin ümumi milli məhsulunun 80 faizini təşkil edirdi. Bundan başqa, 559 milyard dollar həcmində xarici borc da mövcud idi. Bəs belə bir möhtəşəm borc kimin hesabına verilirdi? Amerikanın daxili imkanları hesabına yox, məharətli manipulyasiyalar, dolların yüksək kursunun sü᾽ni şəkildə qaldırılması sayəsində. Axı kağız dollarlar əvəzinə Amerikalılar real xammal və əmtəə ehtiyatları əldə edirdilər. Bu cür vəziyyətə yalnız birinci birja təlatümünə qədər dözmək mümkün olur. Belə bir təlatüm yarandıqda isə, dollar sahiblərinin böyük bir qismi onların real aşağı dəyərini anlayır və dollarlardan canlarını qurtarmağa çalışırlar ki, bu da bütün dünyada zəncirvari reaksiya doğurur. Bir çox qərbi avropa maliyyəçiləri bu problemi dərk etməsələr də, onu açıq e᾽tiraf etməkdən qorxurlar, çünki bu, dollara əsaslanan qərb maliyyə sistemini dağıda bilən həmin təlatümə rəvac verə bilər.
ABŞ‒ın və Qərb ölkələrinin maliyyə sistemləri daim uçrumun kənarındadır. Beynəlxalq valyuta fondunun (BVF) xüsusi mə᾽ruzəsində qeyd edilirdi ki, yalnız 1980-1996-cı illərdə 133 dövlət, yaxud BVF-in bütün üzvlərinin dörddən üç hissəsi ən azı bir dəfə bank sisteminin ciddi böhranına mə᾽ruz qalmışdı ki, bu da özünü ilk növbədə, dolların kursunun aşağı düşməsində və «dollardan qaçmaqda» göstərmişdir.
Sənəddə adları sadalanan 36 dövlətdə, müəllifin fikrincə bank sistemi çox ağır böhran vəziyyətindədir: Argentina (üç böhran), Benin, Bolqarıstan, Kamerun (2 böhran), MAR, Çad, Çili, Konqo, Ekvatoryal Qvineya, Estoniya, Finlandiya, Qvineya, İordaniya, Kuveyt, Latviya, Litva, Liberiya, Makedoniya, Malayziya, Meksika (2 böhran), Niger, Norveç, Panama, Filippin, San-tome və Prinsipi, Seneqal, Somari, CAR, İspanya, İsveç, Tanzaniya, Tayland, Türkiyə (2 böhran), Uruqvay, Venesuela.
Mə᾽ruzədə 1980-cı ildə bank sektorunda ciddi çətinliklərlə üzləşən və onları aradan qaldırmaq üçün 2537 bank-maliyyə qrumunu bağlamalı olan ABŞ-ın da adı çəkilir.
1994-cü ilin dekabrında baş verən məşhur Meksika böhranından sonra milli bank sistemlərinin mö᾽təbərliyi və açıq olması məsələsi tam ciddiliyi ilə ortaya çıxdı. BVF mümkün böyük böhranlar barədə erkən xəbərdarlıq sistemi adlandırılan xüsusi bir sistem işləyib hazırladı.
«Dollardan xilas etmək» üçün BVF 500 milyard dollarlıq xüsusi fond yaratdı. Bu fonddan «dollardan qaçmaq» təhlükəsi meydana çıxan ölkələrə yardım edilir.47
Dolların, yəni yəhudi-mason sivilizasiyasının ümumdünya miqyaslı tüfeyliliyinin keşiyində yəhudi bankerləri dayanır. Artıq qeyd etdiyim kimi, tüfeylilik sisteminin təməli yəhudi bankeri Rotşild tərəfindən qoyulub. Bu maliyyə fırıldaqçısı öz fırıldağının mahiyyətini belə izah edirdi: Mənim üçün pul maddi ehtiyatların tənzimləyicisidir. Müxtəlif ölkərin valyutalarının axınlarına qiymət və nisbətlərinə nəzarət etməklə bir ölkənin ehtiyatlarının digər ölkəyə axıdılmasına və bu zaman heç bir zəhmət də çəkilməməsinə nail olmaq mümkündür. Bunun üçün qızıl axınlarının qovuşduğu yol ayrıcında oturmaq və bu axının böyük hissəsini sənə tərəf axmasını təmin etmək lazımdır.
19 əsrin ikinci yarısından e᾽tibarən Rotşildlər fərdi şəkildə qızılın qiymətinə nəzarət etməyə başladılar, 1919-cu ildən e᾽tibarən isə bu nəzarəti rəsmiləşdirdilər. İndiyədək qiymətli metal alveri edən beş aparıcı yəhudi şirkətinin nümayəndələri gündə iki dəfə Rotşild bankının Londondakı ofisinə toplaşır, qızılın qiymətini müəyyənləşdirirlər. Otağın künclərində oturan nümayəndələr Rotşild ticarət evinin nümayəndəsinin sədrliyi ilə satış və alış qiymətləri arasındakı orta qiyməti müəyyənləşdirirlər. Bu, «Londan fiksi» adlandırılır. Onlardan hər birinin stolunun üstündə kiçik Britanya bayrağı‒«Yuniyon Cek» olur və qızılın yekun qiyməti yalnız bütün bayraqcıqlar şaquli vəziyyətdə olarkən qəbul edilmiş sayılır, yəni beş iştirakçının hər biri bununla öz razılığını ifadə edir. Uzun illərdir ki, dünyanın ən iri bankları və qızıl e᾽mal şirkətləri London fiksindən qızıla qoyacaqları qiyməti müəyyənləşdirmək üçün istifadə edirlər.48
Dünya maliyyə sistemi üzərində Rotşild birjası tərəfindən həyata keçirilməyə başlayan yəhudi nəzarəti 20-ci əsrin əvvəllərində Federal ehtiyat sisteminin yaradılması ilə daha da qüvvətləndi. Bu sistemin yaradılması yəhudi bankerlərinə qızılla fırıldaqlar etməklə yanaşı, dolların beynəlxalqlaşdırılması və onun dəyərinin sü᾽ni şəkildə artırılması fırıldağına da əl atmaq imkanı verdi. Mə᾽lum olduğu kimi, yəhudi bankerlərinin birinci cəhdi dəhşətli iflasla ‒ milyonlarla insanı müflisləşdirən, iqtisadiyyatın bütöv sahələrinin məhvinə səbəb olan böyük böhranla nəticələndi. ABŞ və digər Qərb ölkələrində sənaye istehsalı 2-3 dəfə azaldı ki, bu da milyonlarla adamı dilənçiliyə və aclığa sürüklədi.
Bu fırıldağın təşkilatçılarından heç biri isə müflisləşmədi. Rotşildlər, Kunlar, Varburqlar, Leblər və digər yəhudi bankerlər yalnız öz sərvətlərini artırdılar və müflisləşmiş bir çox müəssələri dəyər-dəyməzinə aldılar. Yəhudi bankerlərindən birinin e᾽tiraf etdiyi kimi, müflisləşmə, bədbəxtçilik, dilənçilik yəhudi sərvətlərinin yaradılması üçün münbit mühitdir: Bizim sərvətimiz var-dövlət yaradılması, hətta ondan istifadə edilməsi ilə deyil, var-dövlətin təmərküzləşdirilməsi ilə idarə olunur ki, möhtəkirliyin canı elə bundadır. Var-dövlət əldən-ələ nə qədər çox keçirsə, onun daha çox hissəsi bizə qalır. Biz ‒ bütün mübadilə əməliyyatları üçün sifarişlər qəbul edən maklerlərik. Biz ‒ yer kürəsinin bütün nöqtələrinə nəzarət edən, anonim və sərgərdan kapitalın hər hansı bir yerdəyişməsindən ‒ istər bir ölkədən digərinə pul köçürməsi olsun, istərsə də kursun dəyişilməsi ‒ rüsum toplayan vergi yığanlarıq. Biz çiçəklənmənin yeknəsəq, yorucu zümzüməsindənsə, kursların artım və azalmasının coşqun, həyəcanlı səslərini daha çox xoşlayırıq. Bu səslərin oyanışı üçün inqilab, yaxud elə inqilabın eyni olan müharibə ilə heç bir müqayisəyə gəlməz. İkincisi, inqilab xalqları zəiflədir və onların özləri üçün yabançı olan tə᾽sisatlara qarşı müqavimətini azaldır.49
Beynəlxalq maliyyə sisteminin yəhudilərin əlində son olaraq təmərküzləşdirən sonuncu addım yəhudi bankerlərinin BVF-nu və ümumdünya bankını yaratmaları oldu. Bununla da yəhudi bankerləri özlərinin dünya qiymətlərini tənzimləyənlər və bütöv dövlətlər üçün bankerlər (pul satıcıları) qismində üstünlüklərini təmin etdilər.
Bu üstünlükdən istifadə edən ABŞ və digər Qərb ölkələri başqa ölkələrin ehtiyatlarının öz xeyirlərinə yenidən bölüşdürülməsi üçün xüsusi vasitə yaratdılar. Onlar digər ölkələrdən gətirilən xammal və yanacağın qiymətini bilərəkdən əhəmiyyətli dərəcədə aşağı salmağa başladılar.
BMT ekspertləri dəfələrlə qeyd etmişlər ki, inkişaf etməkdə olan ölkələrin xammalı və yanacaq əldə etmək üçün real məsrəfləri və müvafiq ekoloji aspektlərin xərcləri xammal və yanacaq üçün müəyyənləşdirilən ümumdünya qiymətlərindən xeyli yüksəkdir. Qiymətlərin aşağı salınması həm xammalı çıxaran fəhlələrə əhəmiyyətli dərəcədə az maaş verilməsi (əksər hallarda bir neçə dəfə az), həm də xammal çıxaran ölkələrin təbiətinə də zərərə e᾽tinasızlıq hesabına əldə edilir. Beynəlxalq təşkilatların mə᾽lumatlarına görə, inkişaf etməkdə olan öləkələrin öz məhsulunu qərb ölkələrinə ixrac edən müəssisələrdən ABŞ-da qüvvədə olan ekoloji normalara riayət etmələri tələb edilsəydi, onlar təkcə ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəyə on milyardlarla dollar xərc çəkməli olardılar.
ABŞ qiymətlərin endirilməsi ilə bağlı məqsədyönlü siyasət yeridir və buna ilk növbədə, e᾽mal olunmuş məhsullar üçün tarif sədləri hesabına nail olur. Bu sədlər inkişaf etməkdə olan ölkələrə artıq e᾽mal edilmiş xammal əmtəələrini ixrac etmək imkanı vermir. ABŞ onları yalnız xammal satmağa məcbur edir, çünki qiymətin əsas hissəsi e᾽malın son mərhələsində formalaşır. Bu işi görən müəssisələr isə artıq ABŞ-da yerləşir.
Qiymətlərin endirilməsinin digər bir aləti ABŞ kənd təsərrüfatına, xüsusilə də həm ekoloji, həm də iqtisadi baxımdan baha başa gələn istehsala daxili subsidiyalar verilməsidir. Bu gün ABŞ ərzaq taxılı artıqlığı yaradan ən böyük istehsalçıdır. Bu isə bütövlükdə dünya ərzaq bazarına depressiv tə᾽sir göstərir.
Xammal və yanacağın qiymətinin endirilməsi qərb aləminin iqtisadi mövqeyinin qüvvətlənməsi ilə mütənasib şəkildə, iqtisadi inkişaf templərinin qabaqlayıcı artımına uyğun olaraq həyata keçirilir. Qiymətlərin aşağı salınması nəinki eyni səviyyədə qalmır, əksinə, daim dərinləşir. 90-cı illərin əvvəllərində neft istisna olmaqla, digər xammalların qiyməti mütləq dərəcədə endi. 90-cı illərin ortaları üçün xammal qiymətləri əmsalı YİNNTAD 1980-cı ilin orta səviyyəsindən 80 faiz aşağı idi. Bu me᾽yar indiyədək qalmaqdadır. Bu, inkişaf etməkdə olan ölkələrdə dilənçilik və yoxsulluğu gücləndirir, onların bir milyarddan çox vətəndaşı aclıqdan əziyyət çəkir. Beləliklə, ətraf mühit və inkişaf üzrə Beynəlxalq Komissiyanın mə᾽ruzələrində qeyd olunduğu kimi, «inkişaf etməkdə olan ölkələr öz məhsullarının istehlakçıları olan daha zəngin ölkələri maliyyələşdirməyə məcbur olurlar». Bu sırada ABŞ birincidir.
İnkişaf etməkdə olan ölkələrdən alınan xammal və yanacağın qiyməTinin endirilməsi fenomeni rublun dollara nisbətən kursunun aşağı salınması fenomeni ilə ümumi cəhətlərə malikdir. Sonuncu hadisə Qərbin müvafiq tüfeyli strukturlarının mənafeyini ifadə edən işbazların pərdəarxası fırıldaqlarının nəticəsidir.
ABŞ və bütün Qərb aləminin tüfeyliliyindəki hiddətləndirici paradoks həm də ondan ibarətdir ki, inkişaf etməkdə olan ölkələrə xammal və yanacaq üçün ödənişləri aşağı qiymətlərlə verməklə yanaşı, həmin ölkələr, üstəlik, borc toruna da salınırlar. 90-cı illərdə belə borcların ümumi məbləği 1,3 trilyon dollar idi. Bir çox ölkələrdə faizlər və borcun özü ilə bağlı ödənişlər elə həmin dövrdə alınan yardımın və yeni borcların ümumi məbləğindən çox olur. Borclar üzrə ödənişlər bu ölkələrin ixracının, demək olar ki, 25 faizini təşkil edir.
ABŞ və digər Qərb ölkələri öz maliyyə-kredit təşkilatları vasitəsilə qiymətlər üzərində total nəzarəti həyata keçirir, borclu ölkələr arasında rəqabəti və ziddiyyətləri üstüörtülü şəkildə şirnikləndirir, bununla da onları məsrəfləri azaltmaq üçün əməyin ödənişini azaltmağa məcbur edirlər. Nobel mükafatı laureatı B. Laynın təqdim etdiyi göstəricilərə əsasən 70-dən artıq ölkəyə aidiyyatı olan yeni beynəlxalq iqtisadi strukturun tətbiqi əvvəlki ilə nisbətdə real maaşı 30‒90 faiz aşağı saldı. İnkişaf etməkdə olan ölkələrin ABŞ və onun qərbli həmkarları tərəfindən qarət edilməsi ona aparıb çıxarır ki, bu səbəbdən inkişaf etməkdə olan ölkələrdə hər il aclıqdan və onunla əlaqədar olan xəstəliklərdən on milyonlarla adam ölür. Yalnız Yunisefin rəsmi bəyanına görə hər il yarım milyon uşaq borc böhranı səbəbindən həyatla vidalaşır.
Ehtiyatların digər ölklərdən Amerikaya ötürülməsinin əsas vasitələrindən biri də Transmilli şirkətləridir (TMŞ). Maliyyə qüdrəti və fəaliyyət miqyasına görə onlar əsl imperiyalardır. TMŞ, ABŞ-ın onlarla ölkədə filiallara malik ən iri şirkətləri ilə, demək olar ki, eyniyyət təşkil edir. TMŞ-lərin iqtisadi imkanları çox möhtəşəmdir. Onlar ölkənin ümummilli məhsulunun yarısından çoxunu istehsal edir, maliyyə ehtiyatları isə qərb aləminin milli bankları və beynəlxalq maliyyə təşkilatlarının ehtiyatlarından üç-beş dəfə çoxdur.
Başqa ölkələrin ehtiyatlarının Amerikanın xeyrinə ötürülməsini TMŞ həm filiallarını yerləşdirdiyi ölkələrin həyati baxımdan önəmli ehtiyatlarına nəzarət etməklə, həm də kapital və əmtəələrin Amerikaya transfert adlandırılan, əslində isə, sadəcə fırıldaqçı qiymətlərlə köçürülməsi yolu ilə həyata keçirir.
ABŞ-da yerləşən şirkətlə onu xaricdəki filialları arasında hesablamaların aparıldığı transfert qiymətlər tamamilə ixtiyari şəkildə, yalnız Amerikanın mənafelərindən çıxış edərək müəyyən olunur. Transfert qiymətlərinin şişirdilməsi yolu ilə gəlirlərin filiallardan Amerikadakı banklara gizli köçürülməsi baş verir. Həmin filiallarda yerləşdikləri ölkələrin yerli milli kapitalları da iştirak edir. Çox geniş yayılmış bu fırıldaqçılıq əməliyyatı gəlirin əslində TMŞ-nin fəaliyyət göstərdiyi ölkəyə məxsus olan hissəsini önəmli dərəcədə azaltmaq imkanı yaradır. Əmtəə və xidmətlər üçün filialların TMŞ-nin digər bölmələrinə ödədiyi açıq-aşkar şişirdilmiş qiymətlər müxtəlif ölkələrdə tə᾽diyyə balanslarını tənzimləmək məqsədilə qəbul olunmuş valyuta məhdudiyyətindən gəlirlərin ripatriasiyası (geri köçürülməsi) əleyhinə maneələrdən yan keçmək imkanı verir. Bütövlükdə transfert (fırıldaqçı) qiymətlərdən istifadə etməklə, yə᾽ni filialları ilə hesablaşma zamanı qiymətləri şişirtməklə Amerika TMŞ-ləri yüz milyardlarla dollar əlavə gəlir əldə edirlər. Gəlirlərin Amerikanın xeyrinə bölüşdürülməsinin daha bir mənbəyi Amerika kapitalının xarici ölkələrdə işçi qüvvəsi ilə bağlı məsrəflərdə qənaət edilməsidir. Meksika, Tayvan, Cənubi Koreya, Braziliya kimi ölkələrdə işçi qüvvəsilə bağlı məsrəflər ABŞ-dakından 9‒10 dəfə aşağıdır. Bu, ABŞ-a başqa ölkələrin zəhmətkeşlərinə məxsus olan məhsulun böyük bir hissəsini ələ keçirmək imkanı verir.
ABŞ və digər Qərb ölkələrinin iqtisadi tüfeyliliyinin kifayət qədər iri mənbələrindən biri də narkobiznesdir. Yəhudi-mason sivilizasiyasına məxsus olan ölkələrdə hər il narkotik maddələr alverindən əldə edilən 300 milyard dollar çirkli pul təmizlənir və bunun 90 faizi həmin ölkənin sənayesinə qoyulur.50
Belə nəhəng məbləğlərlə işləmək adi bankların imkanları hüdudlarından kənarda olduğundan, bu işi, adətən ən adi yəhudi bankerləri, BVF və DM əməkdaşları həyata keçirirlər.
Yəhudi-mason sivilizasiyası elitasının narkotik alverində şəxsi marağı ona qarşı qərb ölkələrində aparılan mübarizənin səmərəsizliyi ilə ifadə olunur. Narkotiklər üzrə beynəlxalq geopolitik mərkəzin direktoru Alen Labrussun qeyd etdiyi kimi: Hər dəfə narkotiklərlə mübarizə qərb ölkələrinin iqtisadi və geostrateji maraqları ilə toqquşduqda, həmin ölkələrin hökumətlərinin «ağ ölüm» alverçilərinə e᾽lan etdikləri amansız müharibə arxa plana keçir.51
Yəhudi bankerləri Latın Amerikası, Asiya, ilk növbədə Kolumbiya və Birmada narkobiznes əməliyyatlarını maliyyələşdirirlər.
Nikaraquada vətəndaş müharibəsi zamanı ABŞ hökuməti bu ölkədə narkotik istehsalı və satışı sistemi yaratdı. Kontraslara kömək üçün MKİ və Amerikanın məhşur «dostu» polkovnik Norib nəinki narkotik alverini örtbasdır edir, ütstəlik onların Kolumbiyadan ABŞ-a daşınmasını da təşkil edirdi.
Əfqanıstanda müharibə zamanı MKİ Pakistanın xüsusi xidmətlərindən Əfqan qiyamçılarını silahla təmin etmək üçün istifadə edirdi. Əks istiqamətə isə MKİ əməkdaşları atrıq opium daşıyırdılar və bu opiyum Pakistandakı 200 gizli labarotoriyada heroinə çevrilirdi. Beləliklə, Amerika hökumətinin köməyi ilə 1980-1994-cü illərdə Əfqanıstanda opiyum istehsalı 200 tondan 3000 tonadək, yəni 15 dəfə artdı.52
BƏŞƏRİYYƏTİN VÜCUDUNA YAPIŞMIŞ ZƏLİ
Amerikanın qüdrəti başqa ölkələrin müflisləşməsi hesabına çiçəklənir. Digər ölkələrdəki 100 milyonlarla insan üçün məhvedici olmaq baxımından, ABŞ-ın tərəqqisi faşist almaniyasının iqtisadi inkişafı ilə tutuşdurula bilər. O vaxt istila etdiyi ölkələrin ehtiyatlarını təmərküzləşdirmək hesabına Almaniya nəhəng vəsait toplamağa və görünməmiş nəticələr əldə etməyə nail olmuşdu. Amerika iqtisadi sistemi bəşəriyyətin bədəninə daraşan zəli kimidir ‒ bəşəriyyət üçün nə qədər pisdirisə, onun üçün bir o qədər yaxşıdır.
Sənaye fəaliyyəti nəticəsində atmosferin karbon oksidi (dəm qazı) ilə çirkləndirilməsinin üçdə bir hissəsi ABŞ-ın payına düşür. Amerika TMŞ-nin xaricdəki fəaliyyəti də nəzərə alındıqda, bu ölkənin təbiətə vurduğu ziyan ümumi ziyanın 40 faizini təşkil edəcək, başqa sözlə, onun dünya gəliri sistemindəki payına təxminən bərabər olacaq.
1990-cı ildə Avropa parlamenti Honduras və Qvatemala gecəqondularında uşaqları pulla satın aldığına və onların bədən orqanlarından köçürmələr üçün istifadə etdiyinə görə ABŞ-ı qınayan qətnamə qəbul etdi. Lakin təəccüblənmək əbəsdir. Bir çox amerikalının dəstəklədiyi patoloji (zooloji) xudpəsəndlik və fərdiyyətçilik şəxsən onların rifahına xidmət edən istənilən cinayətə bəraət qazandırır.
Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.
1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.
1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.
1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.
1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.
1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.
1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.
Lakin iş təkcə açıq silahlı müdaxilərlə bitmir. Onilliklər boyu ABŞ Salvador, Kuba, Qvatemala, Əfqanıstan, İran əleyhinə e᾽lan olunmamış müharibələr aparmış, əldəqayırma amerikapərəst hökumətləri dəstəkləmək, yaxud bölgədə Amerikanın hökmranlığını qəbul etməyən qanuni hökumətləri yıxmağa can atan qiyamçılara yardım göstərmək üçün nəhəng xərclər çəkmişdir.
1948-1996-cı illər arasında Amerika hərbiçilərinin və terrorizminin qurbanlarının ümumi sayı 1 milyon nəfərdən çoxdur və burada hələ yaralılar və evsiz-eşiksiz qalanlar daxil deyildir. SSRİ dağılandan sonra ABŞ artıq öz təcavüzkar iddialarını həyata keçirmək yolunda heç bir ciddi maneə ilə üzləşmir. Terrorçu güc strukturlarının yaradılmasına dəhşətli bir meyl yaranmaqdadır. Bütün dünyanı xərçəng xəstəliyi kimi bürüyən belə təşkilatların tə᾽sirini bir çox ölkələr, ilk növbədə, İraq və Balkan dövlətləri hiss etməkdədir. ABŞ BMT-ni öz terrorçu fəaliyyətinin alətinə çevirməkdədir.
Öz fikrini bürurzə verməkdə və bəyan etməkdə Amerika cəmiyyəti qədər qeyri-müstəqil ikinci bir cəmiyyət yoxdur. Amerikanı «pərdə arxasında» məharətlə yaradılan bütlər idarə edir. Sosioloji sorğuların nəticələrinə görə, amerikalıların 80 faizinin şəxsi rə᾽yi yoxdur və onlar «pərdə arxası» nöqteyi-nəzərləri təkrarlayırlar.
Amerika cəmiyyəti planetdə demək olar ki, ən totalitar cəmiyyətdir. Amerikalıların böyük əksəriyyəti ictimai baxımdan mühüm olan bir çox predmetlərlə bağlı eyni fikirdədir. Seçim olmayan seçkilər ali vəzifəyə amerikalılara başqalarının hesabına daha da çox pul və əmtəə söz verən kovboy, yaxud pleyboy görünüşlü birinin yüksəldilməsi üçün keçirilir. Amerika prezidentləri manekenlər sırasından başqa bir şey deyil.
Onların şəxsiyyətlərinin səciyyəvi əlaməti isə hər hansı mənliyin, mə᾽nəviyyatın olması, stereotip təbəssümlər, jestlər və sözlərdir. Gözə görünməz «pərdə arxası»nın idarə etdiyi maneken ‒ avtomatlar dünyası xristian mədəniyyəti zirvəsindən miskin və zəifdir. Amerika prezidentlərinin, məsələn, Niksonun yaxud Reyqanın xatirələrini oxumaq kifayətdir. Orada bayağı ifadələrdən və məhdud xudbinlikdən savayı bir şey tapmayacaqsınız. Belə cızma-qaralardan sonra Brejnevin qondarma xatirələri də şedevr tə᾽siri bağışlaya bilər.
Amerika partiya qurultaylarından reportajları görəndə, nə üçün isə, dərhal nasistlərin toplantıları yada düşür. Cuşa gəlmiş kütlə əldəqayırma prezidentə, yaxud Fürerə - insani insanlar baxımından tamamilə puç bir şəxsə qarşı qondarma hisslərinin tə᾽siri altında bağırır, əl çalır.
İnsanları bütün azadlıqlardan məhrum etməyin, onu totalitar sistemin vintciyinə çevirməyin iki yolu var. Birincisi insanları bir sıraya düzmək, onları addımlamağa və lazım olan sözləri deməməyə məcbur etmək. Hitler bu yolu seçmişdi.
İkincisi ‒ insanı uşaqlıqdan birtərəfli şəxsiyyətlə, müt᾽i bir avtomata çevirmək. Körpə yaşlarından onu seçim iradəsindən məhrum etmək, şüurunda həyatın bütün xırdalıqları və məqsədinə dair ümumi stereotip təsəvvürlər yerləşdirmək. Bu halda insanı heç sıraya yerləşdirməyə də ehtiyac yoxdur, çünki o, şüuruna yeridilən kumirlərin göstərdiyi istiqamətdə addımlayacaq. Amerika bu ikinci yola üstünlük verdi.
Amerikalı gənclərə diqqət yetirin. Bir televiziya reportajını xatırlayıram. İraqda yaşayış binalarını bombalayan, minlərlə adamı məhv edən təyyarəçilərin qayıdışı göstərilirdi. Onlar yaxşı əhval-ruhiyyədədir, kefləri kökdür, sevincdən bir-birini dümsükləyirlər, sanki beysbol oyunundan qayıdırlar. Bu ruhi durumun özü elə məhz faşizmdir. Mə᾽lum olduğu kimi insani seçim iradəsi olmadan demokratiya və azadlıqdan danışmaq mümkünsüzdür. Demokratiya seçim tələb edir. Məgər uşaqlıqdan bir nöqteyi-nəzərə əsaslandırılaraq tərbiyələndirilən adam seçim etməyə qadirdirmi? Mə᾽nəvi, siyasi və ictimai seçim başqa xalqların qarətinə əsaslanan əmtəə və xidmətlər seçimlə əvəzlənir.
QÜDRƏTLİ MASON SUPERDÖVLƏTİ
20-ci əsrin ortaları üçün yalnız ABŞ-da mason loja və təşkilatlarının üzvlərinin ümumi sayı, təxminən 50 milyon nəfər idi.53 «Rotari», «Layons», «Küvenis», «Elk» və i.a. tipli mason loja və klubları ABŞ-ın hər bir şəhər və qəsəbəsində təşəkkül tapmışdı. Ən kiçik yaşayış məntəqələrində də mason təşkilatlarının ilkin özəkləri qurulmuşdu. 1996-cı ildə Arizona ştatının səhra bölgələrində yerləşən böyük Kanonda ekskursiyada olarkən bir qəsəbədən keçdik. Qəsəbənin girişində burada mason təşkilatlarının fəaliyyət göstərməsindən xəbər verən işarəni gördükdə heyrətə gəldim. Belə işarələr Amerikadakı hər bir şəhər və ya kəndin girişində qoyulub. Bə᾽zi yerlərdə, xüsusən də kiçik şəhərlərdə mason loja və templların (mason mə᾽bədləri) nəzarətçiləri mənə içəri girməyə, hətta fotoşəkil çəkməyə də icazə verirdilər.
Loja və templlarda pəncərə olmur, toplantıların əksəriyyəti alaqaranlıqlarda keçirilir. Otaqlardan və iclas zallarından keçərkən özümü narahat, səksəkəli hiss edirəm ‒ divarlarda və qapılarda kabalistik işarələr var, mason bayraqları, üzərində iblis nişanı və David ulduzu çəkilmiş bayraqlar asılıb. Ali mənsəblilərin toplantılarının keçirildiyi zalda bahalı mebel, qızıl aypara çəkilmiş çərçivələrə salınmış rəsm əsərləri, xalçalar var. Hər bir templda geyinib-soyunma otağı var. Burada masonlar dərəcələrinə müvafiq paltarlar geyirlər. Ayinlərdən qabaq onlardan bir çoxunun saçını xüsusi olaraq darayır, onları qrimləyirlər. Bu məqsədlər üçün bərbərxana və qrim otaqları var. Hər bir mason lojasında aqala (masonların birgə yemək mərasimi) üçün xüsusi yer var.
Masonlar və onlara yaxın olan təşkilatların üzvləri bütün hakimiyyət strukturlarından, ştat və federal strukturlarınadək, həmçinin təhsil, mədəniyyət, ədəbiyyat və əlbəttə ki, jurnalistikada. Amerikada kafedra qazanmaq istəyən hər bir kəs mütləq mason loja və ya kulubuna daxil olur. Bir dəfə Kaliforniyada rus mənşəli nüfuzlu amerikalı bank qulluqçusu ilə tanış oldum. Bir şüşə viski içməklə keçən görüşümüzün sonunda o mənə mason olduğunu e᾽tiraf etdi və sanki bu cinayətinə bəraət qazandırmaq üçün dedi: «Lojaya üzv olmasaydım, bütün ömrüm boyu kiçik bir qulluqçu olaraq qalacaqdım.»
Lakin Amerikada tanış olduğum masonların heç də hamısı bu cinayətkar təşkilatın üzvü olduqlarından xəcalət çəkmirdilər. Onların əksəriyyəti özlərini «müstəsna», «böyük sirlərdən xəbərdar» adamlar sayır və xüsusilə bir əda ilə davranırdı. Los-ancelsdən olan bir mason rozenkreyslərə aidliyilə fəxr edir və heç nədən çəkinmədən iblisanə ədəbiyyatın təbliği ilə məşğul olurdu.
Yeri gəlmişkən, yeni üzvlər cəlb etmək işilə məhz rozenkreyserlər xüsusilə fəal məşğul olurlar. Onların loja və cəmiyyətləri bir çox şəhərdə fəaliyyət göstərir, Son-xose (Kaliforniya) şəhərində isə rozenkreyserlər parkı adlandırılan beynəlxalq mərkəzləri yerləşib. Burada oradan başçılarının (imperatorlar) dəfn olunduğu məzarlıq, templ, mason universiteti, inzibati bina, kitabxana, muzey və rəsədxana da var.
Mən həmin parkda iki dəfə olmuşam. Parkın özünün, muzeyin və rəsədxananın ərazisinə istənilən şəxs daxil ola bilər. Parka çox gözəl qulluq edilir, bə᾽zi yerlərə Misir allahlarının və ilahələrinin təsvirləri yerləşdirilib. Muzeyin kompozisiyası Misirin qədimliyi və kahinlərin müdrikliyini özünəməxsus kultu üzərində qurulub. Hər şey rozenkreyserlər muzeyinin təşkilatçılarının özlərini qədim sələflərinin müdrikliyinin və biliklərinin varisi və daşıyıcıları kimi qələmə verməyə can atdıqlarından xəbər verir. Ekstozisiya səliqə ilə seçilib, burada maraqlı orjinallar da var və bütün bunlar şübhəsiz, çox tə᾽sirlidir. Muzeydən çıxarkən arzu edən hər bir şəxs xüsusi vərəqlər götürə (onlar qapının ağzında qoyulur) və rozenkreyserlərin muzeysevərlər cəmiyyətinə üzv ola bilər. Bu cəmiyyətin bir neçə iclasında iştirak etdikdən sonra bə᾽zilərinə ordenin işi ilə daha yaxından tanış olmaq təklif edilir. Beləcə, cinayətkar cəmiyyətə tədricən yeni-yeni üzvlər cəlb olunur.
Rozenkreyserlərin rəsədxanasında seyrçilər astrologiya və okkultizmə dair ilkin biliklərlə tanış olurlar. Burada da onlarda rozenkreyserlərin qüdrətli, sehirli biliklərə malik olmaları və onların köməyi ilə təbiəti və insanları idarə etməyə qadir olmaları barədə rə᾽y yaradılır. Rozenkreyserlərin kitabxanalarında ifşa edilmiş fırıldaqçıların ‒ Kaliostro və Sen-jermenin portretləri asılıb. Rozenkreyserlər hələ də onlara ehtiram göstərməkdədirlər. Kitabxanada qədim dövrlərdən günümüzədək çap olunmuş, demək olar ki, bütün okkult, kabbalist və digər iblisanə-mistik ədəbiyyat toplanıb.
Hazırda ABŞ rozenkreyser imperiyasının 60 min üzvü olan 100 lojası var. Bundan başqa, onların 26 xarici şö᾽bəsi də mövcuddur. Rozenkreyserlər hər il yalnız reklama və poçt xidmətlərinə 1 milyon dollar (80-cı illərin əvvəlinə olan mə᾽lumata görə) xərcləyirlər. 1929-cu ildə ABŞ torpağında məskunlaşmış rozenkreyserlərin ilk imperatoru Spenser Lüis oldu. Onun vəfatından sonra ordendə hakimiyyət oğlu Ralf Lüisin əlinə keçdi. Ralf Lüis «ali mütləq hökmdar, şimali və cənubi Amerika, Britaniya birliyi və imperiyası, Fransa, İsveçrə, İsveç və Afrika imperatoru» titulunu qəbul etdi. 1987-ci ildə vəfat etmiş R. Luisdən sonra rozenkreyserlərin yeni imperatoru Geri Stuart oldu.
Masonlar ABŞ ilə fəxr edir, onu öz ölkələri ‒ «mason dövləti», «qüdrətli supermason dövləti» sayırlar. Mason Henri Ford yazırdı: «Masonluq birləşmiş ştatların ən yaxşı dayaq nöqtəsidir (tarazlaşdırma mexanizmi). Masonlar öz uşaqlarına nə öyrətmək lazım gəldiyini bilirlər.»54 Belə bir iftixar hissi üçün onların tam əsasları var. Yalnız Vaşinqtonda 500 min mason lojası və onlara yaxın təşkilatların üzvləri yaşayır. Elə buradaca bir çox mason və satanist təşkilatların mərkəzi qərargahları yerləşir.
source : الشیعه