Azəri
Monday 6th of May 2024
0
نفر 0

Ayətullah Xameneinin İran və dünyadakı proseslərlə bağlı çıxışı

Ayətullah Xameneinin İran və dünyadakı proseslərlə bağlı çıxışı

  İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bazar günü günortadan sonra qanunverici, icraedici və məhkəmə hakimiyyətinin, Xubriqan Məclisinin sədrləri, Nazirlər Kabinetinin üzvləri, parlament nümayəndələri, müxtəlif qurum və təşkilatların rəsmiləri, imam-cümələr, vəli-fəqihin vilayətlər üzrə nümayəndələri və Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüşüb.

Ayətullah Xameneinin İran və dünyadakı proseslərlə bağlı çıxışı

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən:

İran İslam İnqilabının Ali Dini Lideri ölkənin çox nüfuzlu dövlət rəsmiləri, ruhaniləri və generallarını qəbul edərək onların qarşısında çıxış edib.

Çıxışı əsnasında Ayətullah Xamenei dünya və regionda bu vaxta qədər görünməmiş bir vəziyyətin mövcud olduğuna toxunaraq ölkədəki vəziyyəti yığcam surətdə təhlil edib: “Aradan 32 il ötdükdən sonra İslam dövlətinin malik olduğu status və mövqeyi real şəkildə dəyərləndirsək, görərik ki, hal-hazırda ölkəmiz böyük və təsəvvüredilməz tərəqqi və nailiyyətlərə imza atıb. Bu tərəqqi və nailiyyətlər zirvələrə doğru sürətli hərəkətə davam etmək üçün ümid və zəmin yaradır. Lakin bütün bunlarla yanaşı, hələ həllini gözləyən prioritet məsələlər və görüləsi işlər də var. Biz birlik və həmrəylik şəraitində, gecə-gündüz çalışıb-vuruşub, həmçinin prinsip və dəyərlərimiz üzərində möhkəm dayanaraq, xalqın dövlətə misilsiz etimadından və gənclər arasında olan yüksək milli özünəinam əhval-ruhiyyəsindən istifadə etməklə mövcud imkanlardan maksimum dərəcədə yararlanmalı, müsəlman İranını dünyada və regionda layiq olduğu statusa çatdırmalıyıq. Ölkədəki vəziyyəti real şəkildə və düzgün qiymətləndirmək üçün dünya və regionun hazırkı vəziyyətini də nəzərə almaq lazımdır. Çünki İslam İnqilabının qələbəsindən bu günə qədər hazırda regionda baş qaldırmış islami oyanışa, Qərbin üzləşdiyi heyrətamiz iqtisadi böhrana, həmçinin Qərbdə ifratçı cərəyanların bu səviyyədə artımına hələ heç vaxt rast gəlinməyib”.

Ayətullah Xamenei sözlərinin davamında deyib: “Dünya və regionda belə bir görünməmiş vəziyyətin hökm sürməsi İslam dövlətinin qarşısında böyük şanslara yol açıb. Ölkədəki vəziyyət real surətdə qiymətləndirilməsə, bu şanslar əldən çıxa, hətta ölkə üçün təhdidedici faktora çevrilə bilər”.

Ölkədəki şəraiti düzgün dəyərləndirmək birtərəfli yanaşmadan çəkinməyin şərt olduğunu bildirən İran İslam İnqilabının Dini Lideri deyib: “Ölkədəki vəziyyəti nəzərdən keçirərkən həm güclü, həm də zəif cəhətləri görmək, mütləq mənfi, yaxud müsbət yanaşmadan çəkinmək lazımdır”.

Bəzi rəsmilər və siyasi liderlər arasında mütləq mənfi yanaşmanın mövcudluğundan narazı qaldığını bildirən Ayətullah Xamenei bu tip yanaşmanın ictimai nəticəsinin pessimizm və ümidsizlik olduğunu bildirərək sözlərini belə davam edib: “Təəssüf ki, bəzi mətbuat orqanları da müəyyən qərəzli məqsədlər naminə yalnız neqativ məzmunlu manşetlərlə çıxış edirlər. Bu, yanlış bir metoddur. Sırf müsbət yanaşma da qeyri-düzgündür və aldadıcı razılığa səbəb ola bilər”.

Ayətullah Xamenei regiondakı vəziyyətə də toxunub. O bu haqda deyib: “Regionda hökm sürən hazırkı şərait Amerika və beynəlxalq sionizmin güman və hesablamalarına tamamilə zidd surətdə inkişaf edir. Beynəlxalq arenadakı hegemon qüvvələr iqtisadi sanksiyalarla İranı iflic vəziyyətinə salmaq istəyirdilər. Hal-hazırda isə Uca Yaradanın təqdiri nəticəsində onların özlərini şiddətli iqtisadi böhran yaxalayıb”.

Ayətullah Xamenei ABŞ-ın İrana qarşı təhdidlərinin bir nəticə verməməsini dilə gətirərək deyib: “Amerika və bəzi Qərb dövlətləri İranı mühasirəyə almaq məqsədilə Əfqanıstan və İraqa hərbi hücumlar etdilər. İndi isə bu iki ölkədə bataqlığa batmış kimi çətin vəziyyətdə qalıblar və özləri mühasirəyə düşüblər”.

Dünya diktarorlarının zəlilliyinə işadər edən İslam İnqilabı Rəhbəri deyib: “Misirin Namübarəkinin dəmir barmaqlıqlar arxasına salınaraq mühakimə edilməsi dərin məna yükü olan, heyrətamiz bir hadisədir. Meydanın sionist rejimi üçün daralmasını da buna əlavə etmək olar”.

Liviyanın vəziyyətindən son dərəcə narahatedici olduğunu önə çəkən Ayətullah Xamenei deyib : “Qərb Liviya haqqında rəzil siyasət yürüdür. Onlar çalışırlar ki, xalq qiyamından sui-istifadə edib Liviyanın neft yataqlarına nəzarəti öz əllərinə keçirsinlər. Bu ölkədə istilalarını təsbit edərək Misir və Tunis də daxil olmaqla Şimali Afrikada dominantlıqlarını təkmilləşdirsinlər”.

Çıxışının digər qismində Ayətullah Xamenei Mübarək Ramazan ayı və orucluğun ilahi hədiyyə, təqvaya yetişmək üçün zəmin olduğunu qeyd edib. Həzrət İmam Səccadın (ə) “Məkarimül-əxlaq” duasından müəyyən hissələrinə toxunan Ayətullah Xamenei bu haqda deyib: “Müxtəlif müstəvilərdə ədaləti genişləndirmək, qəzəbini boğmaq, məntiq və arqumentlərə uyğun hərəkət etmək, ixtilaf və qarşıdurmadan çəkinmək, insanları özündən uzaqlaşdırmaq əvəzinə, onları özünə cəlb etmək üçün səy göstərmək, ətrafındakıların davranışında müsbət cəhətləri görüb qeyd etmək, kiminsə mənfi cəhətini camaat arasında açıqlamaqdan çəkinmək təqvanın şərtlərindəndir”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tehranın əliyevlərdən bir daha açıqlama tələbi
Azərbaycanda Şəhid Anası soruşur: Bəs niyə varlının balası şəhid olmur?
Ayətullah Sistani cənabları vəsiyyət edib
Livan və Suriyanın birliyini elan etmək üçün “Məryəm 2” karvanı Hələb ...
"Bakı polisindən nümunə götürün"
Əliyev rejiminin Şiələrə qarşı nifrəti səngimir, Lənkəran ruhaniləri və ...
Almaniyada İslam əsərləri adlı sərgi açılacaq
Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının ...
IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞƏHADƏTİ
Azərbaycan Respublikasının xaricdə dini təhsilə qarşı yeni addımı

 
user comment