Azəri
Wednesday 1st of May 2024
0
نفر 0

AİP SƏDRİ MƏHKƏMƏDƏ İTTİHAMLARA CAVAB VERDİ

AİP SƏDRİ MƏHKƏMƏDƏ İTTİHAMLARA CAVAB VERDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçıalim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
 

 


Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən:

 

 


Məhkəmə başlayandan sonra Mövsüm Səmədovu vəkili Anar Qasımov vəsadətlə çıxış etdi. O, vəsadətində bildirdi ki, Mövsüm Səmədov barəsində seçilən ikinci həbs qətiimkan tədbiri avqust ayının 8-də sona çatır. Hazırda onun həbsdə qalması üçün heç bir qanuni əsas yoxdur. Ona görə də o, dərhal azadlığa buraxılmalıdır. Vəkil tərəfindən verilən vəsadət dövlət ittihamçısı tərəfindən etirazla qarşılandı.  Məhkəmə Anar Qasımovun vəsadətini təmin etmədi. Bundan sonra təqsirləndirilən digər şəxslərin vəkilləri öz vəsadətlərini gələn məhkəmə prosesində verəcəklərini bildirdilər.

 


 


Sonra AİP sədri Mövsüm Səmədov vəsadətlə çıxış etdi. O, vəsadətində bildirdi ki, cinayət işinin materiallarında göstərirlir ki, biz guya silahlı qruplaşma yaradaraq ölkədə olan digər dini təriqətlərə qarşı silahlı basqın təşkil edəcəydik. Mən bilmək istəyirəm ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutursuz?

 


 


-    Dövlət ittihamçısı: özünüz ali təhsilli adamsız, özünüz bilməlisiz.

 


 


-    Anar Qasımov: Biz istiyərdik ki, dövlət ittihamçısı aydınlıq gətirsin ki, digər dini təriqətlər dedikdə kimləri nəzərdə tutur. Digər vəkillərdə digər dini təriqətlər məfhumunun böyük olduğunu qeyd edərək, həmkarının fikirini dəstəklədilər və dövlət ittihamçısının məsləyə aydınlıq gətirməsini istədilər.

 

-    A.Q: Bizə aydınlıq gətirin bu bizə aydın deyil.

 

-    Vaqif Abdullayev: Bu analoqu olmayan bir ittihamdır. Digər dini təriqətlər dedikdə onu içində sünni, şiə, xristian və.s kimi dini təriqətlər ola bilər. Aydınlıq gətirin görək hansı dindən və təriqətdən söhbət gedir. 

 

-    Rufulla Axundzadə: Bu ittihamlar hamısı mənasızdır.

 

-    Hakim siz dövlət ittihamçısına sual verə bilməzsiz.

 

Sonra Mövsüm Səmədov ifadə vermək və hakimin suallarını cavablandırmaq üçün ayağa qalxdı.

 

-    M.S: Mən ilk öncə müqəddəs Ramazan ayı münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bəşəriyyətdə bəzi insanlar vardır ki, onların vəzifəsi cəmiyyəti dağıtmaqdır. Əgər hər bir insan Allahın düz yolunda sabit qədəm olsa, heç kəs ona ziyan yetirə biməz. Dünyada insanlar həmişə öz əqidələrinə görə mübarizə aparıblar. Bu gün Azərbaycanda mənəviyyatsızlığın və zülmün ölkədə kök atmasının ən bariz nümunəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra sionist qüvvələr onu təsir altına alıb. Televiziyalara baxanda müsəlmançılıqdan əsər-əlamət yoxdur. Qəzetlərdə Peyğəmbərə karikaturalar çəkilir, məktəblərdə hicaba qadağa qoyulur, məscidlər sökülür. Heç bir müsəlman dövlətində belə hallar yoxdur. Hətta qonşu Rusiyada da hicaba qarşı belə hörmətsizlik edilmir. Artıq 3-ə yaxın məscid sökülüb.  Belə bir hal indiyə qədər heç bir müsəlman ölkəsində mövcud olmayıb. Heç bir müsəlman ölkəsində görünməyib ki, Allahın evi məhkəməyə verilsin və ya sökülsün. Hicab problemi süni olaraq yaradılıb. Hətta hazırda postsovet ölkərində belə bir problem mövcud deyil. Əgər Qərbə inteqrasiya etmək istəyiriksə niyə bəs bu qədər ifrata varırıq. Avropa ölkələrində heç belə hallar mövcud deyil. Biz bu hakimiyyətə ona görə etiraz edirik ki, onlar sionistlərə tabe olublar. Onların dedikləri ilə oturub dururlar.

 


 


Siz məhkəmə olaraq indiyə qədər adi vəsatətləri belə qəbul etməmisiniz. Bu sizin ədalətsizliyinizdən xəbər verir. AİP-in indiyə qədər etdiyi etirazlarının əsas səbəbi bununla bağlıdır. Yanvar ayının 2-də çıxış etdikdən sonra həbs olunduq və bu günə qədər burdaydıq. Heç yerə qaçmamışdıq. Nə də ki, mənimlə birgə həbs olunan yaxınlarım qaçmamışdı. Əgər biz terrorçu dəstə olsaydıq öz evimizdə olmazdıq. Gedib başqa yerlərdə gizlənərdik. Mən tutulandan sonra o biri həbs elədiyiniz və  guya mənimlə əlbir olaraq silahlı  qruplaşma yaratmaq istəyən şəxslər niyə qaçıb gizlənmədilər. Bizi həqiqətdə nəyə görə həbs etmisinizsə ona görədə ittiham edin. Bizə deyin ki, əqidənizə görə, çıxışlarınıza görə ittiham olunursunuz. Daha belə oyunbazlıq, saxtakarlıq lazım deyil. Bizim əqidəmizdə sizin irəli sürdüyünüz terrora yer yoxdur. Biz terroru lənətləyirik. Siz isə bizi bundan ittiham edirsiniz.

 


 


Biz müstəntiqlə bu barədə söhbət edəndə o, deyirdi ki, biz çəkicik. Nəyi deyirlər onu eliyirik. Məndə ona dedim ki, Allah səni məgər çəkic yaradıb.? Sən bəyəm cansızsan.? Sonra müstəntiqlər qırmızı-qırmızı üzümə durdular ki, sən çıxışında cihad sözü işlətmisən. Ancaq mən çıxışımda əsla cihad sözü işlətməmişəm. Sonra müstəntiq və Anar müəllimlə biz birlikdə videoya baxanda həqiqətəndə mənim belə bir söz işlətmədiyimin şahidi oldular. Bundan sonra müstəntiq susub qaldı. Mən açıq elan eliyirəm ki, Azərbaycan hakmiyyəti də tarixə qarışacaq. Azərbaycan islam ölkəsidir. Azərbaycan xalqı həm ictimai, həm də siyasi prosesləri çoxdan keçib.

 


 


Mən 6 may aksiyasında tutulan məhbuslarla təcridxanada görüşdüm. Onlardan soruşdum ki,siz cavansız 22-23 yaşınız var. Ola bilsin 3-4 il müddətinə azadlıqdan məhrum olumbcavanlığınızı burada keçirdəsiz. Onlar mənim sualımı çox gözəl formada cavablandırararaq, həbslərinin Allah yolunda olduqlarını və buna görə Allah şükr etdikıərini bildirdilər.

 


 


-    D.İ: Mətləbdən kənara çıxırsız.

 

-    M.S: Çıxmıram. Sadəcə olaraq bizim dediklərimizin heç biri sizin xoşunuza gəlmir. 1996-cu ildə AİP qərbə baş əynmədiyi üçün vətən xaini oldu. Qərblə bağlanan neft müqaviləsinə öz etirazımızı bildirdik . Dedilər ki, bu Qarabağın xeyri üçündür. Bu sadəcə olaraq hakimiyyətin möhkəmlənəsi üçün idi. Biz Allaha pənah gətirmişik. Bu məhkəminin qərarından heç nə gözləmirik. Əsas odur ki, Allah istəyən olsun.

 


 


Biz yanvar ayının 6-da bizi mülki geyimli şəxslər heç bir sənəd təqdim etmədən məhkəməyə apardılar. Həbs olunanlardan birini buraxaraq digərlərini sutkalıq təcridxanaya məni isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada məndən ancaq çıxışımla bağlı suallar soruşulub. Bizi mütəşəkkil qruplaşma adlandırırlar. Biz həbs olunandan bu günə qədər daima hüquqlarımız tapdalanıb. Bizi həbs edəndə qanunsuz olaraq həbs ediblər. Həbs olunan gün məhkəmədə vəkillərlə təmin olunmağımızı istədik. Biz vəkillərlə təmin olunmadıq. İndidə məhkəmədə barəmizdə qaldırlan qondarma ittihamlar barədə suallar vermək istəyirik deyirsiz ki, sual verə bilməzsiz. Bu ittihamlardan görünür ki, əsl mətləbi gizlədərək lərin buyuruqlarına əməl edirlər.

 


 


-    D.İ: Sizin probleminiz nədədir?

 

-    M.S: Bizim problemimiz məscidləri sökülməsində, hicab problemində, dini təhsil alanların hüquqlarının pozulmasında və ölkədə baş alıb gedən islamafobiya halları iə bağlıdır.

 

-    D.İ: Nə vaxtdan AİP-in üzvü olmusuz? 

 

-    M.S: 1993-cu ildə partiyanın üzvü olmuşam və 1995-ci ildə AİP-in Quba rayon komitəsinin sədri olmuşam. 2007-ci ildə isə AİP keçirlidiyi qurultayda AİP sədri olmuşam.

 

Bu vaxt Mövsüm Səmədovun halı pisləşdi. Məhkəmə də fasilə elan olundu.

 

Fasilədən sonra məhəkəmə  prosesi davam etdi. Dövlət ittihamçısı növbəti suallarını səsləndirməyə başladı.

 

-    D.İ: 1993-cu ildən AİP-in fəaliyyətində nə kimi dəyişiklər əldə olunub.

 

-    M.S: Bu müddət ərzində partiyanın fəaliyyətində heç bir qeyri-qanuni hal baş verməyib. Partiya nizamnaməsinə uyğun olaraq fəaliyyətini davam etdirib.

 

-    D.İ: AİP-in neçə üzvü var?

 

-    M.S:  Əvvəllər 60-70 min üzvü var idi. Hazırda isə 5 min üzvü var.

 

-    D.İ: Partiyanın regionlar üzrə neçə komitəsi var?

 

-    M.S: Hazırda 5 rayonda komitəsi mövcuddur.

 

-    D.İ: Partiya iclas və digər tədbirlər necə təşkil olunurdu.?

 

-    M.S: Partiyanın nizamnaməsinə uyğun olaraq 2-3 aydan bir partiyanın baş məclisi keçirilirdi.

 

-    D.İ: Tədbirlərdə və partiyanın baş məclislərində kimlər iştirak edirdi.?

 

 

 

-    M.S: Əsasən komitə sədrləri, partiyanın fəal üzvləri və mətbuat işçiləri iştirak edirdi.

 

-    D.İ: Partiyanın maliyyəsini necə əldə edirdiz?

 

-    M.S: Hərçənd ki, bu məsələnin bizim cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Lakin onu deyərdim ki, bizim maliyyə məsələmiz üzvlərimizin və digər xeyirxah insanların  yardımı hesabına formalaşıb.

 

-    D.İ: Həbs olunan  şəxslərin sizin fəaliyyətiniz barədə məlumataları olub?   

 

-    M.S: AİP geniş siyasi fəaliyyəti olan bir partiyadır. AİP naməlum bir partiya deyil ki, onun barədə hər hansı bir məlumatın əldə olunmasında çətinlik olsun. Sizin kimi ziyalı şəxsin belə bir sual verməsi qəbul olunmazdır.

 

-    D.İ: Digər həbs olunan şəxslərin sizinlə nə kimi əlaqəsi vardır? 

 

-    M.S: Konfranslarda, tədbirlərdə və bu kimi digər məclislərdə tanış olmuşduq. Hacı Zülfüqar və Fəramiz Abbasov ölkənin tanınmış ruhaniləridir. Onlar insanlığa və mənəviyyata xidmət eliyən şəxslərdir. Dəyanət Səmədov mənim əmim oğludur. Onun bu işə heç bir aidiyyatı yoxdur.

 

-  D.İ: Niyə məhz Fəramiz Abbasov və və Zülfüqar Mikayılovu bu qədər yadda saxlamısınız. 

 

-    Fəramiz Abbasovun vəkili Fəramiz Şahmarov etirazını bildirdi. “Dövlət ittihamçısının bu cür danışması düzgün deyil.”

 

-    M.S: Bu o demək deyil ki, digərlərini tanımıram. Sadəcə olaraq bunlar cəmiyyətdə daha məşhur insanlardır.

 

-    D.İ: Partiyaya üzv olan 5 min nəfərin hamısını tanıyırsız?

 

-    A.Q: Cənab prokuror görəsən bütün prokurotura işçilərinin hamısını tanıyır.   

 

-    D.İ: Partiyanın sonuncu qurltayı nə vaxt keçirilib.

 

-    M.S: 2007-ci ildə.

 

-    D.İ: Partiyanın axırıncı baş məclisi nə vaxt olub.

 

-    M.S: 2011-ci il yanvar ayının 2-si.

 

-    D.İ: Yanvar ayının 2-də etdiyiniz çıxış nə ilə bağlı idi.

 

-     M.S: Həmin çıxışda ölkədə baş alıb gedən islamafobiya hallarından və ölkə rəhbərliyin bu problemlər qarşısında məsuliyyətsizliyindən danışmışıq.

 

-    D.İ: Hakmiyyətlə bağlı nə bildirmişdiniz?

 

-    M.S: Dedikərimin hamısı mediada dərc, və video vasitəsi ilə yayımlanıb. Hakmiyyətə etirazımız olub. Bəzi məmurların adlarını qeyd  etmişik.

 

-    D.İ: İslamafobiyanı nə də görürsüz?

 

-    M.S: İslamafobiya halları ölkədə 1990-cu illərin əvvəllərində başlayıb. Bu ilk öncə hicablı xanimlar şəxsiyyət vəsiqəsinə hicabla şəkil çəkdirməsi ilə başladı. Lakin qanunvericilikdə bu qadağa ilə bağlı heç bir maddə mövcud deyil. Ölkədə baş alıb gedən mənəviyyatsızlıq, telekanallarda yayımlanan seriallar və digər proqramlar məgər bunların heç biri islama zidd deyilmi? Azərbaycan yeganə müsəlman ölkəsidir ki,  burada islam müqədsdəslərinə xəyanətlər olunur və qəzetlərdə islam peyğəmbəri çox rahat formada təhqir olunur. Ölkədə dini ədəbiyyatın yayımlamsı ilə bağlı məhdudiyyətlər mövcuddur. Hətta əziz islam peyğəmbərin həyatını əks etdirən kitabların satışına qadağalar qoyulub.  

 


 


-    Bu yerdə hakim Mövsüm Səmədovun sözünü kəsdi.

 

-    D.İ: Əvvəllərdə belə çıxışlarınız olub?

 

-    M.S: Bəli əlbəttə ki. Məscidlərin sökülməsi məsələsində bildirmişdik ki, Azərbaycan  rəhbərliyi görün nə gündədir ki, Əfqanıstanda Taliban tarixi abidə kimi saxlanılan bütlərini dağıdandan sonra digər ölkələrdə yaşayan bütpərəsətlər etiraz etdirlər. Amma bizdə heç bir etiraz yoxdur.           

 

-    D.İ: “2 yanvar çıxışınızda çoxlu sayda vətəndaşların ölkəni tərk etdiyini bildirmişdiniz. Ölkəni kimlər tərk edir.?   

 

-    M.S: Biz ölkəni tərk edən şəxsləri deyəndə işsiz vətəndaşları nəzərdə tutmuşuq.  

 

-    D.İ: Belə bir fakta hardan rast gəlmisiniz?  

 

-    M.S: Mətbuatda və gündəlik gördüklərimizdə.

 

-    D.İ: Çıxışınızda xalqa çağırış etmisiz. Çağırışda məqsədiniz hakimiyyəti devirmək idi?

 

-    M.S: Xeyr. Dinimizin müdafiə olunması ilə bağlı olub.

 


 


Daha sonra hakim növbəti məhkəmənin vaxtının 15 avqusta təyin edib. Vəkillər isə buna etiraz edərək deyiblər: "Verdiyiniz vaxt çoxt qısadır. Ən azından avqustun 18-ə təyin olunmalıdır." Hakim isə etirazlara baxmayaraq qərarını dəyişdirmədi. Məhkəmə avqustun 15-i saat 10:00-a təyin olundu.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi
Ayətullah Məkarimin ruhanilərə müraciəti

 
user comment