Azəri
Thursday 18th of July 2024
0
نفر 0

“Sülhpərvər İslami həyat” sənədli filmi Bosniya dilinə dublyaj edildi

Səhər beynəlxalq kanalının dəstəyi ilə “Sülhpərvər İslami həyat” sənədli serialı Rəhman Rüstəmpurun rəhbərlik etdiyi dublyaj redaksiyası tərəfindən Bosniya dilinə dublyaj edildi.

  Quran Xəbər Agentliyi  Səhər beynəlxalq kanalından verilən məlumata görə, “Sülhpərvər İslami həyat” sənədli serialı İranda yaşayan və elmi, mədəni və s. sahələrdə uğur qazanmış müxtəlif əhli-sünnə nümayəndələrinin həyatından bəhs edən hər hissəsi 25 dəqiqə davam edən 14 hissəli ekran əsəridir.

Serial yeniyetmələrdən ibarət İran milli voleybol komandasının oyunçusu İdris Daneşvər, xanəndə Əlauddin Səbati, Bəndər Ləngə Elmi Hövzəsinin müdiri Muhəmməd Əli Əmini, Rəvansərin əhli-sünnə imam-cüməsi Əbdullah Ğəfuri, Nikşəhrin əhli-sünnə imam-cüməsi Muhəmmədənvər Bicarzehi, Pavə şəhəri Elmi Hövzəsinin müdiri Hüseyn Eyni, cərah və göz həkimi Abid Fəttahi və bir neçə başqa insanların həyatından bəhs edir.

Xatırladaq ki, Bosniya dilində yayımlanan Səhər kanalı hər gün 4 saat 30 dəqiqəlik proqramla efirə çıxır. Bu kanal Hotbird, Arabsat və Nilesat peyk ötürücüləri ilə bütün Avropaya, Orta Şərqə, Orta Asiyaya və Qafqaza, həmçinin Afrika və Okeaniyaya yayımlanmaqdadır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment