Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ZEYDİYYƏ FİRQƏLƏRİ

Digər əqidəvi məzhəb və cərəyanlar kimi «Zeydiyyə» firqəsi də tarix boyu müxtəlif dəstələrə bölünmüşdür.

Dinlər və məzhəblər sahəsində tədqiqat aparmış alimlər Zeydiyyə firqəsindən ayrılmış qollar barədə müxtəlif nəzərlər irəli sürmüşlər. Bə᾿ziləri onları üç, bə᾿ziləri altı, bə᾿ziləri səkkiz, bə᾿ziləri isə on altı firqəyə bölündüyünü qeyd etmişlər. Lakin bizim dövrümüzə onlardan yalnız biri gəlib çıxmış, digərləri isə zaman keçdikcə öz mövqeyini itirərək tarix səhifələrindən birdəfəlik silinmişdir. Hal-hazırda Yəməndə müstəqil məzhəb kimi fəaliyyət göstərən «Zeydiyyə» firqəsinin varisləri özlərini bu məktəbin yeganə davamçıları hesab edir və bu məzhəblə bağlılığı olan heç bir cərəyanı qəbul etmirlər.

Bu dərsimizdə «Zeydiyyə» firqəsinin tarix boyu keçdiyi mərhələlər və ondan ayrılmış digər firqələr haqda söhbət açacaq, onların görkəmli şəxsiyyətlərinin tarixçəsinə qısa şəkildə nəzər salacağıq.

ZEYDİYYƏ FİRQƏLƏRİ
1. Carudiyyə;

Carudiyyə firqəsi ibni Carud və Ziyad ibni Munzər Həmdanin (h.q.150. və ya h.q.160.) ardıcıllarının təşkil etdiyi cərəyandır. İbni Carud əvvəllər 5-ci və 6-cı imamın, yə᾿ni Əli ibni Məhəmməd Baqir (ə) və Cə᾿fər ibni Məhəmməd Sadiq (ə)-ın səhabələrindən olmuş və onlardan hədis nəql etmişdir. Lakin sonralar onlardan ayrılıb «Zeydiyyə» firqəsinə qoşulmuşdur. Əbu Xalid Vasiti, Fəzl ibni Yəzid və Mənsur ibni Əbil Əsvəd Əbu Carudun tərəfdaralarından hesab olunurlar.

Əbu Carud belə bir əqidəyə əsaslanmışdır ki, Peyğəmbər (s) həzrət Əlini qeyri-aşkar olaraq (yə᾿ni, adını çəkmədən), imamətə tə᾿yin etmişdir, lakin o həzrətin vəfatından sonra camaat başqa birisinə bey᾿ət edərək yollarını azmış və nəticədə kafir olmuşlar.

Onların fikrincə, həzrət Məhəmməd (s) sülaləsinin rəva bildiyi hər bir şey müsəlmanlara halal və rəva bilmədikləri isə haramdır. Peyğəmbərin (s) gətirdiyi hər bir şey bu sülalə tərəfindən qorunub saxlanılır və onlar elm baxımından tamamilə eyni səviyyədədirlər.[1]

Carudiyyə Zeyd ibni Əlidən sonra Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əbdullah ibni Həsən ibni Əli ibni Əbu Talibin imamətini qəbul edib üç firqəyə bölündülər:

1. Bə᾿ziləri belə bir əqidədə olmuşlar ki, Məhəmməd ibni Əbdullah ölməmiş, qeybə çəkilmiş və nə vaxtsa yenidən qayıdacaqdır.

2. Bə᾿ziləri (Taleqan vilayətinə hakim olan) Məhəmməd ibni Qasim Ələvinin qeybə çəkilib yenidən zühur edəcəyinə e᾿tiqad etməyə başlamışlar.

3. Bə᾿ziləri isə (Kufə vilayətinə hakim olan) Yəhya ibni Ömər haqda da həmin əqidədə olmuşlar.

Əlbəttə, belə bir bölüm Carudiyyə imamlarına aiddir. Yə᾿ni, onlar Məhəmməd ibni Əbdullahdan sonra Məhəmməd ibni Qasim və daha sonra Yəhya ibni Ömərin imamətinə e᾿tiqad bəsləmişlər.

2. Süleymaniyyə;

Bu ad Süleyman ibni Cərir Zeydinin tərəfdalarına verilən addır.

Süleymaniyyə firqəsinin davamçıları belə bir əqdidə olmuşlar ki, imamət şura tərəfindən tə᾿yin olunmalı və imam şuranın rə᾿yi əsasında seçilməlidir. (Yə᾿ni, kiminsə tərəfindən deyil, müsəlman şurası tərəfindən müəyyənləşdirilməlidir). Əlbəttə, bu iş iki müsəlman şəxsin rə᾿yi əsasında da həyata keçirilə bilər. Xalqın nəzərində fəzilət sahibi olan şəxsin də seçilməsi tamamilə mümkün olan bir işdir. Onlar Əbu Bəkr və Ömərin imamətinə dair belə bir fikirdə olmuşlar ki, ümmət bu şəxsləri öz ictihadları ilə seçdikləri üçün bu növ hakimiyyəti də qanuni hesab etmək olar. Bununla yanaşı, onların fikrincə Əli ibni Əbu Talib olduğu bir halda onlara bey᾿ət etmək düzgün deyildi. Lakin onların bu səhvi ictihadi səhv olduğu üçün böyük günah hesab olunmur. Qeyd etmək lazımdır ki, Süleymaniyyə firqəsi Aişə, Təlhə və Zubeyri Əli (ə)-a qarşı çıxdıqları üçün kafirlikdə günahlandırdıqları kimi, Osmanı da öz qətlinə səbəb olan şəraiti yaratdığı üçün küfrdə ittiham etmişlər. Onlar imamiyyə məzhəbinin bəda* və təqiyyəyə olan e᾿tiqadını tamamilə inkar etmişlər.

Süleymaniyyə firqəsi aradan getsə də, onların imamət mövzusuna dair bə᾿zi nəzəriyyələri bir sıra təriqətlərdə davam etdirilmişdir. Mö᾿təzilə alimlərindən bə᾿ziləri, o cümlədən Cə᾿fər ibni Mubəşşir və Cə᾿fər ibni Hərb, Süleyman ibni Cərirənin fikirləri ilə müvafiq olaraq imaməti dinin məsləhətli işlərindən biri hesab etmişlər. Onların fikrincə tövhid və Allahtanıma mövzusunda imamətə ehtiyac olmasa da, qəzavət və qanunvericilikdə, yetimlərin və kimsəsiz qadınların himayəsində, islam cəmiyyətinin qorunmasında və düşmənə müharibə e᾿lan olunmasında imama ehtiyac duyulur. Bu səbəbdən də imamın elm baxımından hamıdan üstün olması, hamıdan daha tədbirli və düşüncəli olub xalqın ümumi rəğbətini qazanması lazım deyildir. Çünki, qeyd olunan ehtiyaclar bu xüsusiyyətlərə malik olan şəxsin seçilməsi ilə də aradan qaldırılmış olur. Əhli-sünnə alimlərinin bə᾿ziləri də belə bir əqidəyə əsaslanaraq müctəhid olmayan bir şəxsin də imamətini qanuni hesab etmişlər, bu şərtlə ki, (şər᾿i) hökmlərdə müctəhidə müraciət etmiş olsunlar.[2]

3-4. Salehiyyə və Təbəriyyə;

Salehiyyə Həsən ibni Saleh ibni Həyyin və Təbəriyyə Kəsirun-nə᾿vanın tərəfdarlarına verilən addır.

Bu iki firqə əqidə və e᾿tiqad baxımından bir-birinə olduqca oxşar olmuşlar. Onlar imamət mövzusunda Süleymaniyyə ilə həmfikir olmuş, lakin Osmanın mö᾿min və ya kafir olmasında müəyyən fikir ayrılığına gəlib çıxmışlar. Onlar deyirlər: Onun barəsində nəql olunan tarixi sənədlərə müraciət etdikdə, onun «əşəreye mubəşşirə*»nin biri olmasına, müsəlman və ya mö᾿minliyinə, cənnət əhlindən olacağına hökm edirik, lakin gördüyü işlərə yə᾿ni, Bəni-üməyyəni dirçəltməsinə, səhabələrin rə᾿yi ilə müxalif olduğuna və zorakılığa dair rə᾿y verməsinə nəzər saldıqda, küfr etməsinə dair hökm veririk. Bu səbəbdən də onun haqda qəti qərar çıxarmağa çətinlik çəkir və onun işini Allah-taalanın öhdəsinə qoyuruq. Əli ibni Əbu Talibə gəldikdə isə, onlar Peyğəmbərdən (s) sonra onu müsəlman ümmətinin ən fəzilətli və imamətə hamıdan layiqli şəxs olduğunu hesab etmişlər. Əgər o, öz razılığı ilə imaməti başqalarının öhdəsinə buraxıb öz haqqından keçməyə razı olubsa, biz də onun razı olduğu şeyə razıyıq. Yox, əgər Əli (ə) bu məsələyə razı olmamışsa, onda Əbu Bəkr özünü həlak etmişdir.[3]

5. Nəimiyyə;

Bu firqə Nəim ibni Yəmanın davamçılarına verilən addır. Onlar Peyğəmbərdən (s) sonra Əli ibni Əbu Talibi imamətə daha layiqli və insanların ən fəzilətlisi hesab etmişlər. Onların fikrincə, islam ümməti Əliyə (ə) bey᾿ət etməməklə böyük səhvə yol vermişlər. Nəimiyyə firqəsi Osmana və Əliyə (ə) qarşı çıxan şəxsləri məhkum edərək onları küfrdə ittiham etmişdir.

6. Yə᾿qubiyyə;

Onlar Yə᾿qub ibni Əli Kufinin tərəfdarları olmuşlar. Qiyamət günündən əvvəl insanların dünyaya qayıtmalarını, qəbr əzabını, Nəkir və Munkirin sorğu-sualını və şəfaəti inkar edərək Əbu Bəkr, Ömər və Osmanın xilafətini qətiyyətlə rədd etmişlər. Lakin onların imamətini zəlalət saymamışlar.

Əbrəqiyyə, Əcəliyyə, Mərsiyyə, Səbahiyyə, Qasimiyyə, Hüseyniyyə, Həsəniyyə, Xəl᾿iyyə və Xəşəbiyyə, Zeydiyyə firqəsinin digər şaxələrini təşkil etmişlər.

ZEYDİYYƏ FİRQƏSİNİN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Zeyd ibni Əli, Yəhya ibni Zeyd, (Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan) Məhəmməd ibni Əbdullah, İbrahim ibni Əbdullah, İsa ibni Zeyd, Yəhya ibni Əbdullah, İbni Təbatəba və Hüseyn ibni Əli Sahibul-Fəxlə yanaşı, Zeydiyyə məzhəbinin bir çox görkəmli şəxsiyyətləri də olmuşdur. Tarix boyu onlar tərəfindən yüzlərlə kitab və elmi əsərlər yazılmışdır. Burada misal olaraq onlardan bir neçəsini gətiririk:

1. Əhməd ibni İsa ibni Zeyd; (157-247 h.q.) Zəhəbi öz kitabında onun «Siyam» (Oruc) adlı yazdığı kitabın adını çəkmişdir. Lakin onun «Əmali» adlanan başqa bir əsəri daha çox şöhrət qazanmışdır. Bu kitab Əllamə Əli ibni İsmail tərəfindən «Rə᾿bus-səd» ünvanı altında üç cilddə nəşr olunmuşdur. Əhməd ibni İsa bu kitabda Peyğəmbər (s) və onun Əhli-beytindən 2790 hədis nəql etmişdir ki, onların əksəriyyəti Əli ibni Əbu Talib (ə)-dan qeyriləri tərəfindən nəql olunmuşdur.

2. Qasimur-rəssi ləqəbi ilə məşhur olan Qasim ibni İbrahim Təbatəba; (169-246 h.q.) O, Yəməndə Zeydiyyə firqəsinin bünövrəsini qoymuş Yəhya ibni Hüseynin babası olmuşdur. Əqidə və fiqhə dair bir çox kitablar yazmışdır. «Əd-dəlilul Kəbir», «Kitabul-ədl vət-tovhidul kəbir», «Ər-rəddu ələn-nəsara», «Əl-mustərşid», «Tə᾿vil-ul-ərşi vəl-kursi», «Əl-fəraiz vəs-sünən» və «Siyasətun-nəfsi» kitablarını buna misal çəkmək olar.

3. Yəhya ibni Hüseyn ibni Qasim; İmamul-Hadi ləqəbi ilə məşhur olan bu şəxs Yəməndə Zeydiyyə hökumətini tə᾿sis etmişdir. O, bu firqənin bünövrəsini qoyduqdan sonra 77-yə yaxın elmi əsərlər yazmışdır. «Əl-muntəxəb fil-fiqh», «Əl-fununu fil-fiqh», «Əl-məsail», «Ər-riza», «Məzariə», «Kitabut-tovhid», «Kitabul-imamət», «İsbatun-nubuvvəti vəl-vəsiyyə», «Əl-mizan bəynə mənzilətəyn», Əd-diyanə», «Əl-xəşiyyə» və «Məanil Qur᾿an» kitablarını buna misal çəkmək olar.

4. Ən-nasiru lil-həqq ləqəbi ilə məşhur olan Əbu Məhəmməd Həsən ibni Əli Ət-tərvəş; (230-304 h.q.) Təbəristanda Zeydiyyə firqəsinin bünövrəsini qoyan bu şəxs «Əl-bəsat», «Ət-təfsir», «Əl-huccacul-vazihə» və «Əmali» kimi elmi əsərlərin müəllifi hesab olunur.

5. İmamul-Mürtəza ləqəbi ilə məşhur olan Əbul Qasim Məhəmməd ibni Yəhya; (287-313 h.q) Bu şəxs «Əl-usul fil-ədl vət-tovhid», «Təfsirul-Qur᾿an», «Əş-şərhu vəl-bəyan», «Cəvabu məsail ibni Məhdi», «Cəvabu ibni Fəzlil-Qərməti», «Ər-rəsailussəbil-muntəqa» adlı kitabların müəllifidir.

6. Əl-hakimul-Cəsmi ləqəbi ilə məşhur olan Möhsin ibni Məhəmməd ibni Kiramə; (413-494 h.q.) Bu şəxs dövrünün tanınmış kəlam alimlərindən olmuşdur və məşhur alim Zəməxşərinin müəllimlərindən biri hesab olunur. 42-yə yaxın kitab və elmi əsər yazıb yaratmışdır. «Ət-təhzib», «Şərhu uyunul-məsail», «Ət-tə᾿siru vəl-mə᾿sur», «Əs-səfinə», «Əl-imamə», «Cəlaul-əbsar» və başqalarını buna misal çəkmək olar.

7. Əl-məhdi lidinillah ləqəbi ilə məşhur olan Əhməd ibni Yəhya ibni Mürtəza. (764-840 h.q) Fiqh və üsul sahələrində Zeydiyyə firqəsinin görkəmli alimlərindən olmuş bu şəxs «Əl-bəhruz-zuxar» adlı kitabın müəllifi hesab olunur.

 

--------------------------------------------------------------------------------

[1] Firəquş-şiə/Novbəxti.

[2] Əl-miləh vən-nihəl/Şəhrisatni/1-ci cild – 160-cı səh.

[3] Əl--miləl vən-nihəl/1-ci cild / Şəhristani.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment